Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə45/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   41   42   43   44   45   46   47   48   ...   85

 
 
163
bağlayır, onun aldığı  tərbiyənin təsiri ilə  əlaqələndirir. Qəhrəmanı dahi Nizaminin 
vətəni böyütmüşdür. Xaçbulaq, Qoşqar kimi dağların  əzəməti, Kəpəzin, Göy gölün 
təmiz havası, «kəhriz başındakı çinar kölgəsi», çoban səsi, ellərin nəğmələri onun 
qismətinə düşmüşdür. O, qoç Koroğlunu aşıqların söylədiyi dastanlardan tanımış, 
Qırat, Misri qılınc İsrafilə doğmalaşmışdır. 
Şair öz şerinə belə bir əhvalat daxil etmişdir: Kənddə  şiş buynuzlu bir buğa 
adamları incidirmiş. Bir dəfə  İsrafil onunla üz-üzə  gəlmiş  və bu əməlindən  əl 
çəkməsini tələb etmişdir. Bu zaman buğa onu vurmaq istərkən İsrafil hirslənmiş və 
buğanın buynuzunu dartıb çıxartmışdır…  
Əlbəttə, bu, şairin özünün də qeyd etdiyi kimi, bir əfsanədir. Lakin S.Vurğun 
bununla  İsrafili yetirən Azərbaycan xalqının qəhrəman keçmişini xatırlatmış, Dədə 
Qorqud ərənlərini yada salmışdır.  
S.Vurğun Taqanroq və Rostovun azad edilməsi münasibətilə yuxarıda qeyd 
etdiyimiz təbrikində yazırdı: «Bir neçə gün bundan qabaq mən «Krasnaya Zvezda» 
qəzetində oxudum ki, Azərbaycanın şanlı oğlu N alayının bayraqdarı Əcdərov azad 
olmuş Oryol şəhəri üzərində birinci olaraq bayraq sancmışdır. O, qumbara ilə onlarla 
faşist qəsbkarını  məhv etmişdir. Mənim  əməl qardaşlarım, azərbaycanlılar, sizə  eşq 
olsun!»(135, 268). 
Şairin bu fərəhi həmin təbrikdən bir gün sonra şerə çevrildi. «Azad olmuş Oryol 
şəhərinə ilk dəfə bayraq sancmış  vətən oğlu Hüseyn Əcdərova» ithaf olunan 
«Bayraqdar»  şerinin qəhrəmanı öz beynəlmiləl borcuna sadiq qalan ləyaqətli 
Azərbaycan oğludur. O öz geniş  qəlbinə  və saf niyyətinə görə dildən-dilə düşəcək, 
eldən-elə gəzəcəkdir: 
 
Sən bir eşqin, məhəbbətin  
Çiçək açmış baharısan!  
Sən ağsaçlı bir millətin  
Şöhrətisən, vüqarısan!..  
 
 


 
 
164
Qoy var olsun o mərd əlin!  
O saf eşqin, saf əməlin  
Düşəcəkdir dildən-dilə,  
Gəzəcəkdir eldən-elə! (132, 146-147) 
 
S.Vurğunun Belorusiya meşələrində başqa xalqların nümayəndələri ilə çiyin-
çiyinə vuruşan «Partizan Babaş»  şerinin qəhrəmanı da qeyrətli və yenilməz 
Azərbaycan döyüşçülərindəndir. Onun da qəlbində «Koroğlunun qanı vardır», silahı 
isə Misri qılıncdır. O, ana yurdun qız-gəlininin xoşbəxt yaşaması naminə vuruşur. 
Partizanın Azərbaycan torpağına «Ayağa qalx!» müraciəti ana yurdu fərəhləndirir, 
şair qəlbini isə dağa döndərir... 
Yuxarıda qeyd etdiyimiz kimi, müharibə illərində S.Vurğun arxa cəbhədə  də 
səmərəli fəaliyyət göstərmişdir. Onun burada müşahidə etdiyi bir sıra hadisələr 
müəyyən  əsərlərin mövzusu olmuşdur. «Sovqat», «Uşaq bağçası», «Daşsalahlı 
yoldaşlara», «Qızxanımın hünəri», «Göz aydınlığı», «Təzə il sovqatı»  şerlərində 
arxada hünər göstərən adamların əməyi, cəbhəyə yardım, uşaqlara qayğı, çəbhədəki 
uğurlardan doğan sevinc və s. tərənnüm olunur. 
«Sovqat» nişanlı qızın dilindən yazılmışdır. Öz sevgilisinə qışqabağı bir corab, 
bir əlcək, bir isti köynək, bir də yun başlıq göndərən qızın tapşırığı budur: 
 
Vətən məhəbbəti olan könüldə  
Mənim də eşqimi yaşadarsan sən. (132, 101) 
 
«Qızxanımın hünəri»  şerinin qəhrəmanı  əri cəbhəyə getdikdən sonra ailəsini 
saxlayan, yeri gəldikcə öz imkanı daxilində orduya kömək edən hünərli və sədaqətli 
kənc Azərbaycan qadınıdır. Tank dəstəsinin təşkili üçün 2000 manat pul verən bu 
gənc qadının hərəkəti  şairi fərəhləndirir. S.Vurğun onun şəninə qoşduğu  şerin 
əvvəlində yazır: «O gəncdir. Həyat yoldaşı mühari- 


 
 
165
bəyə gedəndən bəri Qızxanım ailə saxlayır. Lakin o yenə də hünərli və səxavətlidir. 
Mən Qızxanımdakı bu səxavəti kənd gənclərimizin çoxunda gördüm. Belə bir 
qənaətə  gəldim ki, bizim yeni gənclik öz kökündən ayrılmamışdır. Gənclərimiz öz 
ata-babalarından qalan ən gözəl və xeyirxah adətləri öz qəlblərində yaşadırlar. Onlar 
bilirlər ki, hünər və səxavət Azərbaycan kəndlisinin ən nəcib xüsusiyyətlərindəndir. 
Öz nəcib ruhunu, insanpərvər adətlərini öz gəncliyində miras kimi yaşadan bir xalq 
bəxtiyardır. Onun daha böyük gələcəyi var». (132, 127) 
Şerin əsasını da məhz bu hisslər təşkil edir: 
 
Onun qəlbi saf yaranmış əzəldən,  
Ağ alnına yazılmışdır etibar.  
Hər diləyi, hər müşkülü düzəldən  
Mələk ruhlu bir müqəddəs eşqi var. (132, 128) 
 
Məlumdur ki, ölkənin müdafiəsində keçmiş SSRİ-nin bütün xalqları  iştirak 
edirdilər. Bununla birlikdə müharibə  əsasən Rusiya, Ukrayna və Belorusiya 
torpaqlarında getdiyindən əsas ağırlıq da bu respublikalarda yaşayan xalqların üzərinə 
düşmüşdü. Buna görə  də  bədii  əsərlərdə «rus», «Rusiya» sözlərinin tez-tez 
işlədilməsi təbii bir hal hesab olunmalıdır. «Rus» sözü «Sovet» sözünün sinonimi 
olmuşdu.(217, 272). Bu əsərlərin adında da öz əksini tapırdı: «Rus döyüşçüləri» 
(A.Tolstoy), «Rus xalqı» (K.Simonov), «Biz ruslarıq» (V.Vişnevski), «Rusiyaya eşq 
olsun» (L.Leonov), «Rusiya» (A.Prokofyev) və s. 
S.Vurğunun  əsərlərində  də bu xalqların müharibə dövrü həyatı  və mübarizəsi, 
Azərbaycan xalqı ilə dostluq münasibətləri öz poetik əksini tapmışdır. 
Müharibənin ilk aylarında Rusiyanın iki böyük şəhəri – Moskva və Leninqrad 
təhlükə qarşısında idi. Belə bir vaxtda şair «Ədəbiyyat qəzeti»nin 31 avqust 1941-ci il 
tarixli sayında dərin inam hissi ilə faşist bandalarının Leninqrad şəhərini görə bilmə- 


 
 
166
yəcəklərini bəyan etdi.(135,190). 1941-ci ilin oktyabr ayında Moskvanın ağır 
anlarında Bakı  zəhmətkeşləri moskvalılara məktub göndərmişdilər. Məktubda 
göstərilirdi ki, Moskvanı qoruyanlar sırasında azərbaycanlılar da vardır. Onlar öz 
borclarını  şərəflə yerinə yetirəcəklər. Bakılılar yazırdılar: «Doğma Moskva! Sən bu 
gün təhlükədəsən. Lakin sən tək deyilsən. Bütün qüdrətli Vətən səninlədir. Bakılılar 
da səninlədir, bütün Azərbaycan xalqı  səninlədir. Bu gərgin günlərdə bizim 
dostluğumuz daha da sarsılmazdır. Bu dostluq qələbəmizin əsasıdır. Nə qədər ki, bu 
dostluq yaşayır, bizim üçün heç bir düşmən qorxulu deyil. Moskvanın qəhrəman 
müdafiəçiləri! Biz sizinləyik!..»(135, 190-191).  
Məktub «Bakinski raboçi» qəzetinin 26 oktyabr 1941-ci il tarixli sayında dərc 
edilmişdir. «Kommunist» qəzetinin eyni tarixli sayında isə S.Vurğunun «Moskva» 
şeri çap olunmuşdur.

 Bu şeri həmin məktubun poetik ifadəsi adlandırmaq olar. 
Şair «Moskva» şerini  şəhərin müdafiəsinə  həsr etmişdir.  Şəhərin qəlbində 
döyüntülər var. Bundan şair də narahatdır. Lakin bu hal anidir və nikbinlik notları ön 
plana keçir. Moskvanın başında min acı külək  əssə  də, onun ürəyi dayanmayacaq, 
düşmən bu şəhərə yaxın düşə bilməyəcəkdir. Tarixin sınaqlarından çıxmış bir qanun 
var: 
 
Zülmət oynasa da bir an göylərdə,  
Tutulmaz günəşin üzünə pərdə.  
Kəmənd də atılmaz axar sulara,  
Həqiqət çəkilməz boğazdan dara. (132, 102) 
 
Şair Moskvanı doğma hesab edir. Moskva Puşkinin şeri ilə ucalmışdır. Bu gün 
faşizm əsarətindən qurtarmaq istəyən insanların nəzəri Moskvaya dikilmişdir. 
                                           

  Шер  «Бакински  рабочи»  гязетинин 30 октйабр 1941-жи  ил  тарихли  сайында  шаир  Абрам  Плавникин  тяржцмясиндя  рус 
дилиндя дя дярж едилмишдир. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə