Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   44   45   46   47   48   49   50   51   ...   85

 
 
175
əsərindən parça dərc edildi.(50). Şair bu əsəri «dramatik poema» adlandırmışdı. 
Poemanın süceti xeyirlə şərin mübarizəsi üzərində qurulmuşdur. 
Şairin müharibə illərində bu mövzuya müraciəti təbii idi və olduqca müasir 
səslənirdi. Belə ki, müəllif şər allahı Əhrimənin simasında faşizmi göstərmişdi. 
Xeyirlə  şərin mübarizəsi  ədəbiyyatımızın çox işlənmiş mövzularındandır. 
S.Vurğun da atəşpərəstliyin müqəddəs kitabı olan «Avesta»nın motivlərindən istifadə 
edərək «Ölən məhəbbət» poemasında, «Fərhad və Şirin» pyesində, habelə müharibə 
illərində yazmağa başladığı «İnsan» pyesində bu mövzuya toxunmuşdur. 
«Hürmüz və Əhrimən» poeması bütövlükdə xeyirlə şərin (xeyir allahı Hürmüzlə 
şər allahı  Əhrimənin) mübarizəsinə  həsr olunmalı idi. Lakin əlimizdə  əsərin yalnız 
birinci səhnəsi olduğundan bu barədə geniş söhbət açmaq imkanı yoxdur.

  
Şairin qardaşı M.Vəkilov yazır: «Səməd Vurğun yüksək bəşəri ideyalar, insana 
məxsus saflıq, təmizlik, mənəvi müqəddəslik tərənnüm edən, gələcək insanların 
qəlbinə və fikrinə nur saça biləcək bir əsər yaratmaq istəyirdi... Heyf ki, «Hürmüz və 
Əhrimən» kimi fəlsəfi dərinliklə yazılacaq əsərin ilk hissəsi çapdan çıxan kimi Səməd 
Vurğunu təqib edən mənsəbpərəstlərin «ədəbi dəm tutanları», fəlsəfi və romantik 
düşüncədən məhrum olan, tariximizin, keçmişimizin, hətta «Avesta»nın mənəvi ətrini 
duya bilməyən... tənqidçilər tərəfindən hücuma məruz qaldı  və «mücərrəd  əsər» 
damğası vuruldu, tamamlanmadı. Səməd Vurğun sonralar çox təəssüf hissilə deyirdi 
ki, mən nahaq yerə  təsir altına düşüb  əsəri bitməmiş qoydum, gərək onu yazıb 
qurtaraydım, axı gələcək nəsillər bizdən ağıllı olacaqlar».(173, 144). 
Poemaya «mücərrəd əsər» damğası vuranlar 1953-cü ilin iyun ayında Moskvaya 
bir məktub göndərmişdilər. Burada S.Vurğunun bir sıra dəyərli  əsərləri eyni tərzdə 
damğalanırdı. Məktubu  
                                           

  «Щцрмцз  вя  Ящримян»  ин  башга  щиссяляри  ялдя  олунмамышдыр  вя  бу  щиссялярин  йазылыб-йазылмамасы  барядя  щялялик 
мялуматымыз йохдур. 


 
 
176
yazanlar «Hürmüz və  Əhrimən» poemasında müəllifin dilindən deyilən «Bu gün 
matəm, sabah bayram, əzəldən böylədir aləm» misrasına görə şairi çox ağır ittiham 
edirdilər.(18). 
Əsərdə  cərəyan edən hadisələrin məkanı Azərbaycandır. «Əlbəttə, dünyəvi 
xarakter daşıyan «Hürmüz və  Əhriman» probleminin «Odlar diyarı» çərçivəsində 
həlli S.Vurğuna hər  şeydən  əvvəl, Azərbaycanın qədimliyini, «Avesta» kimi ilkin
həm də  bəşəri bir fikir abidəsinin məhz bu torpaqda yaradılmasını  bədii cəhətdən 
əsaslandırmağa görə lazım olmuşdur».(179, 134). 
Poemanın proloq hissəsində  şairin təsviri və  Zərdüştün monoloqu məhz bu 
ideyanın açılmasına xidmət edir: 
 
Azərbaycan, gözəl bir yaz... həyat bolluq, işıq çoxdur. 
Qaranlıqdan, əsarətdən, xəyanətdən nişan yoxdur. 
Baharın qəlbi gümrahdır, gülür hər şey səadətlə:  
Ocaqlar yandırılmışdır, keçir dövran ziyarətlə.  
...Gələr Zərdüşt, deyər bəzən: - Mənim öz ehtişamım var. 
Bəşər qəlbi müqəddəsdir, bu qüdsiyyətdə kamım var... 
Ölüm iblisə layiqdir, həyatdır ən şirin nemət, 
Qaranlıqdan uzaqlaş ki, işıqdır ən böyük ziynət... (133, 273) 
 
Hürmüz xeyir və işığı, Əhrimən şər və qaranlığı təmsil edir. Burada xeyirin şər 
üzərində qələbəsinə dərin bir inam ifadə edilmişdir. Bu, Böyük Vətən müharibəsində 
xalqımızın qələbəsinə  şairin inamının ifadəsi idi. Təəssüflə qeyd edirik ki, əsərin 
tamamlanmaması onun haqqında ətraflı fikir söyləməyə imkan vermir.

 
1942-ci ildə S.Vurğunun «Fərhad və  Şirin» pyesi Dövlət mükafatına layiq 
görüldü. O vaxtlar SSRİ Xalq Komissarları Soveti yanında İncəsənət işləri idarəsinin 
rəisi vəzifəsində  işləyən M.B.Xrapçenko bu münasibətlə  şairə göndərdiyi təbrik 
teleqramında yazırdı: «Dövlət mükafatı almağınız münasibətilə Sizi  
                                           

 Биз шаирин «Щцрмцз вя Ящримян» поемасынын ялдя олан щиссясини ясас эютцряряк шаирин «Фярщад вя Ширин», «Инсан» 
пйесляриндян, щабеля «Муьан» поемасындан парчалар ялавя етмякля ону сящняляшдирмишик. Шаирин башга ясярляривдян 
парчалар  ялавя  олунмасы  ясярин  натамамлыьыны  мцяййян  гядяр  арадан  галдырмаг  вя  мцяллифин  ифадя  етмяк  истядийи 
фикирляри дяринляшдирмяк, тамашаны жанландырмаг мягсядиля едилмишдир. С.Вурьун ясяри гялямя аларкян юзцнцн бир сыра 
фикир  вя  дцшцнжялярини  Зярдцштцн  монологунда,  Щцрмцзцн  сюзляриндя,  щабеля  нязмля  йаздыьы  ремаркаларда  ифадя 
етмишдир. Буна эюря дя ясяри сящня цчцн уйьунлашдыраркян шаири нязярдя тутараг Сяс рямзи образыны да бурайа ялавя 
етмишик. Сящняляшдирдийимиз ясяр Азярбайжан Республиксы Мядяниййят Назирлийи тяряфиндян гябул едилмишдир. (3 феврал 
1993-жц ил, инв.551). 


 
 
177
ürəkdən təbrik edirəm. Sizdən, mövzusu Böyük Vətən müharibəsindən alınmış yeni 
pyes gözləyirik».(47). 
S.Vurğun «mövzusu Böyük Vətən müharibəsindən alınmış pyes» yaratdı. Bu, 
«İnsan» pyesi idi. Bəzi mülahizələrə görə, şair «İnsan»ı məhz 1942-ci ildə yazmağa 
başlamış, müharibənin axırlarında yaxın tamamlamışdır. S.Vurğun həmin ildə 
«Kamal» adlı bir şer yazmış, sonra bu şer «İnsan» pyesinin rüşeymi olmuşdur. 
Son vaxtlar əldə edilmiş bəzi materiallar əsərin yaranma tarixi ilə bağlı maraqlı 
mülahizələr söyləməyə imkan verir. Belə ki, şair belə bir əsər yazmağı elə 
müharibənin birinci ilində düşünməyə başlamışdır. 1941-ci ilin dekabrında «Fərhad 
və  Şirin» pyesinin disputu keçirilmişdir. S.Vurğun disputdakı  çıxışını bu sözlərlə 
qurtarmışdır: «... Bu gün Gəncəyə gedirəm.  İsrafil Məmmədov adlı xalq müəllimi 
birinci dəfə olaraq Böyük Vətən müharibəsi cəbhəsində Sovet İttifaqı  Qəhrəmanı 
adını almışdır.  Əlbəttə, hamımız gözləyirik. Azərbaycan xalqının oğulları Böyük 
Vətən müharibəsində  qəhrəman adını mütləq almalıdır. Çünki bu oğullar Babəklər, 
Koroğlular, Vaqiflərin balalarıdır. Oxucularımız, tamaşaçılarımız  əmin ola bilər ki, 
Məmmədovun, Kamalın (Böyük Vətən müharibəsi qəhrəmanlarındandır – A.B.
göstərdiyi bu qəhrəmanlıqları mən təkidlə təqib edirəm. Onları yaxından öyrənirəm. 
Bununla yaşayıram. Bu gün də gedirəm onun ailəsi ilə tanış olam və ümidvaram ki, 
uzun zaman çəkməz ki, mənim indiki qəhrəmanlara həsr olunmuş dördüncü dram 
əsərimə səhnədə tamaşa edərsiniz».(104, 16). 
Belə qənaətə gəlmək olar ki, S.Vurğun «Böyük Vətən müharibəsi qəhrəmanının 
əzəmətli obrazını» «İnsan» pyesində yaratmaq istəmiş, 1942-ci ildə üzünü ilk 
azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədova tutub «İnan ki, aləmdə nə 
qədər sağam Sənin dastanını  mən yazacağam» deyəndə  də bu pyesi nəzərdə 
tutmuşdur. 
Şair 1945-ci ilin aprelində mətbuatda belə yazmışdı: «Bu il  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə