Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   45   46   47   48   49   50   51   52   ...   85

 
 
178
yazmış olduğum «İnsan» adlı  mənzum dram haqqında nə deyim? Onu oxucu və 
tamaşaçılarımız gördüyü zaman mən yenə şad olacağam. Yalnız onu deyə bilərəm ki, 
«İnsan» əsərini mən çox sevirəm, orada insan taleyi faciələr içindən günəşli-gündüzlü 
bir səhərə, istiqbala, şüur və idrakın hakim olduğu bir dünyaya yol açır. O dünyanı 
yaradanlar siyahısında Azərbaycan xalqının da imzası var, şöhrəti var». 
«Səməd Vurğunun «İnsan» dramı haqqında çox yazılmış və çox deyilmişdir. Bu 
məqalələrin  əksəriyyətində  «İnsan» pyesi tənqid edilmiş, müəyyən ziddiyyətli, bir-
birini inkar edən mülahizələr söylənmişdir: həm də ziddiyyətli mülahizələri bəzən 
müxtəlif alim və  tədqiqatçılar yox, eyni müəlliflər söyləmiş  və beləliklə  də onlar 
özləri özlərini inkar etmişlər».(7, 56). 
Əsər 1945-ci ilin noyabrında Azərbaycan Dövlət Akademik Dram Teatrında 
tamaşaya qoyulmuşdur. Lakin elə  həmin vaxtlar pyes və tamaşa haqqında, hətta 
başqa münasibətlə yazılmış  məqalələrin  əksəriyyətində, müxtəlif çıxışlarda o, 
«mücərrəd bir əsər» kimi tənqid edilmiş, qeyri-obyektiv, ziddiyyətli, bir-birini inkar 
edən fikirlər söylənmişdi. Beləliklə də bu əsərin varlığı elə bil unudulmuşdu... 
Pyesə qeyri-obyektiv münasibəti sonradan xalq yazıçısı Mehdi Hüseyn bu cür 
etiraf etmişdir: «Vaxtilə bizim bəzimiz doqmatik təsəvvürlərin təsiri ilə bu əsəri 
(«İnsan» pyesi nəzərdə tutulur – A.B.) çox birtərəfli və yanlış  tənqid etmişdik, 
müəllifi mücərrəd romantizmdə günahlandırmışdıq. Lakin bu nə dərəcədə ədalətli bir 
işdir?.. Yox, biz «İnsan» pyesi üzərinə yenidən qayıtmalıyıq və  ədaləti bərpa 
etməliyik, xüsusən ona görə ki, bu gün S.Vurğunun nə  qədər haqlı olduğunu daha 
aydın görürük!».(109, 291). 
«İnsan»ı tənqid edənlərdən biri Mehdi Hüseyn idi... 
«İnsan» pyesi ilk dəfə tamaşaya qoyulduğu zaman onun haqqında mətbuatda bir 
neçə  tənqidi məqalə  dərc edilmişdi. Etiraf etmək lazımdır ki, o zaman, şəxsiyyətə 
pərəstişin hökm sürdüyü bir dövrdə S.Vurğunun bu, nisbətən mürəkkəb  əsərinə 
obyektiv qiymət vermək o qədər də asan deyildi. Ona görə də yazılan  


 
 
179
məqalələrdə  şairin romantikasını müxtəlif  şəkillərdə  şərh etmək,  əsərə müxtəlif 
mövqelərdən yanaşmaq təşəbbüsləri olmuşdu».(111, 168). Bu sətirləri akademik 
Məmməd Arif yazmışdı. 
«İnsan»ı tənqid edənlərdən biri də Məmməd Arif  idi... 
«İnsan»ın ilk tamaşasından sonra Prokofyev familiyalı bir şəxs də  əsərin rus 
dilinə sətri tərcüməsinə əsaslanaraq ittihamlarla dolu rəy yazmış və Azərbaycan KP 
Mərkəzi Komitəsinə təqdim etmişdir. «Həmin rəyi oxuduqdan sonra Səməd Vurğun o 
zaman rəsmi dairələrin sorğusuna cavab olaraq müfəssəl bir məktub yazdı  və 
Azərbaycan xalqının dilini, poeziyasını, bədii təfəkkür tərzini, ictimai və fəlsəfi fikir 
tarixini bilməyən Prokofyevin irəli sürdüyü tənqidi mülahizələrin  əsassız olduğunu 
parlaq məntiqlə açıb göstərdi».

 (173, 146).  
M.Hüseyn də, Məmməd Arif də yuxarıda göstərdiyimiz sətirləri 1964-cü ildə 
yazmışdılar, daha doğrusu, həmin il oxuculara çatdırmışdılar. «İnsan»ın ilk 
tamaşasından 19 il sonra! Lakin «ədalətin bərpa edilməsi üçün» daha 10 il gözləmək 
lazım gəldi... 
1974-cü ilin əvvəllərində  mətbuatda recissor Mehdi Məmmədovun «İnsan» 
pyesini tamaşaya hazırlaması barədə məlumat verildi. Görkəmli recissorun S.Vurğun 
irsinə müraciəti təsadüfi deyildi. O, həm recissor, həm də tədqiqatçı kimi S.Vurğunun 
dramaturgiyasına yaxşı  bələd idi. Hələ  Gəncə teatrında işləyərkən «Vaqif» pyesinə 
quruluş vermişdi, şairin dramaturgiyasına aid bir sıra məqalələr yazmışdı. 
«İnsan» «geniş  çərçivəli, ictimai miqyaslı, müasir ruhlu», «dünyanın indiki 
vəziyyəti ilə səsləşən» bir əsər kimi recissorun diqqətini cəlb etmişdi. M.Məmmədov 
tamaşanın hazırlanması prosesində verdiyi müsahibədə bildirmişdi ki, əsərin ilk 
quruluşu həqiqətən çətinliklərlə qarşılaşmışdı. Recissor bunun səbəbini kollektivlə iş 
prosesində  əsərin səhnəyə kifayət qədər uyğunlaşdırılmamasında görürdü. O, 
akademik Məmməd Arifin son tədqi- 
                                           

 Мцяллиф бурада шаирин мяктубуну эениш тящлил етмишдир. 


 
 
180
qatındakı bu fikirlə razılaşırdı ki, pyes tamaşaya hazırlananda teatr müəlliflə ciddi 
işləməmişdir.(83). 
M.Məmmədov «İnsan»ı mücərrəd  əsər hesab edənlərə  də  qısa və aydın cavab 
vermişdi: «Əsərin mücərrədçilikdə  tənqid edildiyinə  gəlincə, deməliyəm ki, bu cür 
münasibəti birtərəflilik və subyektivizmi ilə, bəzi tənqidçilərin özünün mücərrədliyi 
ilə izah etmək lazımdır. Biz bu pyesdə mücərrədçilik yox, böyük ümumiləşdirmə
bəzən simvol dərəcəsinə çatan bədii mübaliğə meyli görürük».(83). 
M.Məmmədov «İnsan» barədə müsbət mülahizələrinin sonrakı  tədqiqatlarında 
daha da dərinləşdirmişdir.(113, 131-132). 
Tamaşa böyük uğur qazandı, mətbuatda əsərə və tamşaya yüksək qiymət verən 
məqalələr dərc olundu.(80; 99; 111; 119). 
Şübhəsiz, «İnsan»nın uğuru «ədalətin bərpası» idi və bu, əsərin daxili mənası, 
təlqin etdiyi böyük bəşəri hisslər, düşüncələr, «faciələr içindən günəşli-gündüzlü bir 
səhərə, istiqbala, şüur və idrakın hakim olduğu bir dünyaya yol açması» (S. Vurğun), 
şairin yüksək sənətkarlığı, bir də recissorun fədakarlığı  və  zəhməti ilə bağlı idi. 
M.Vəkilov tamaşanın uğuru barədə öz fikrini belə ifadə etmişdir: «Mən bu nəcib işdə 
xalq artisti, professor Mehdi Məmmədovun xidmətini və  fədakarlığını böyük 
minnətdarlıq hissilə qeyd edirəm».(173, 148). 
Tamaşadan sonra tədqiqatçılar «İnsan» barədə cəsarətlə danışmağa, obyektiv 
fikirlər söyləməyə başladılar. Tamaşanın uğuru pyesə münasibətdə ədəbi tənqidin 
yönünü dəyişdi. 
S.Vurğunun ev-muzeyində  «İnsan» pyesinin makinada yazılmış bir nüsxəsi 
mühafizə edilir. Əsər mərhum  ədəbiyyatşünas Hidayət  Əfəndiyevin  şəxsi arxivində 
saxlanılmışdır. Burada ədəbiyyatşünasın belə bir qeydi vardır: «S.Vurğunun «İnsan» 
dramının ilk makina variantı. Bütün düzəlişlər  şairin öz dəsti-xəttilə 
edilmişdir».(157). 
Mətndən görünür ki, şair  əsər üzərində bir neçə  dəfə  işləmiş, müəyyən yerləri 
dəyişdirmiş, ixtisarlar aparmış, habelə əlavələr  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə