Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə39/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   35   36   37   38   39   40   41   42   ...   85

 
 
143
«İstiqbal təranəsi»  şerin dərc edilən qəzetimizi və növbəti nömrəmizi göndərirəm. 
Bundan sonra bütün nömrələrimizi müntəzəm surətdə alacaqsan. Bizi unutma, vaxt 
tapdıqca, qəzetimizə  şer göndər, döyüşçülərimiz öz şairini oxumaq istəyirlər. Sənin 
şerin çap olunan nömrəmiz hissələrdə dərhal yayılır...»(14). 
Bir qrup döyüşçü belə yazır: «Əziz və hörmətli  şairimiz Səməd Vurğun! Sizin 
radio ilə  çıxışınızı  səngərdə dinlədik. Səsinizi və odlu misralarınızı dinləyərkən elə 
bil ki, üzərimizə canlandırıcı bahar yeli əsdi, qolumuza yeni qüvvət, gözümüzə yeni 
işıq gəldi. Azərbaycanlı, rus, gürcü, ləzgi və s. millətlərdən olan döyüşçülərimiz 
hamısı eyni ruhla Sizi alqışladı, yad etdi, «ura» səsləri göyə yüksəldi...»(46). 
Qvardiya sercantı Həbib Quliyevin məktubunda oxuyuruq: «...Sizin döyüşçülər 
haqqında çıxışlarınızı  və  şerlərinizi xüsusi bir həvəslə oxuyuram. Bunlar bizim 
döyüşçüləri ruhlandırır. Mən döyüşdə düşmənin dörd tankını sıradan çıxardım. Məni 
mükafata təqdim etdilər...» (15). 
Döyüşçü Abuzər Hüseynov məktubunda şairin çəbhə ilə əlaqələrini və ayrı-ayrı 
döyüşçülərə qayğısını  əks etdirir. Cəbhəçi yazır: «... Sizin göndərdiyiniz sovqatı  və 
məktubu aldım. Bunlar mənim üçün son dərəcə qiymətlidir. Mən Sizin məktubdan 
ruhlanaraq müqəddəs Vətənimizin müdafiəsi işində daha da cəsarətli və mərd olmağa 
söz verirəm... İnsan simasını itirmiş mənfur düşmənə qarşı gecə-gündüz əlimdə hazır 
tutduğum  ən yaxın dostumla-silahımla son nəfəsimə  qədər mübarizə 
aparacağam».(15). 
Cəbhəçi ailələrinin taleyi və dolanacağı şairi düşündürür və o bu ailələrə həmişə 
öz kömək əlini uzadırdı. «Səməd Vurğun Böyük Vətən müharibəsi illərində öz şəxsi 
qazancının mühüm bir hissəsini, bəzən mükafat aldığı böyük məbləği ölkənin 
«müdafiə fondu»na verir və ehtiyacı olan əsgər ailələrinə paylayırdı.  Şair mümkün 
qədər hamıya kömək göstərməyə çalışırdı».(173, 178). 
Onun həmin illərdə arxa cəbhədə  əməli fəaliyyəti də xüsusi qeyd olunmalıdır. 
Mehdixan Vəkilov bu illəri belə xatırlayırdı:  


 
 
144
«Səməd Vurğunun 1942-1943-cü illərdə Qazax və  Ağstafa rayonlarının kəndlərini 
bir-bir gəzdiyini, tank və təyyarə fondlarına pul toplamaq kompaniyası apardığını və 
döyüşçü ailələrinin vəziyyətilə şəxsən tanış olduğunu və bəzi ailələrə maddi yardım 
göstərdiyini yaxşı xatırlayıram».(173, 173) 
Döyüşçü Mustafa Hüseynovun məktubunda xeyirxah şairə minnətdarlıq ifadə 
olunur: «Sevimli Səməd Vurğun, bu günlərdə öz oğlumdan məktub aldım ki, Siz 
bizim kəndə gedibsiniz və bizim vəziyyətimizlə maraqlanıb ailəmizlə görüşübsünüz... 
Bu bizim üçün böyük şərəfdir. Çox sağ olun, arxa cəbhədə Sizin kimi dostların 
varlığı bizim üçün çox əhəmiyyətli və çox qiymətlidir».(17). 
Müharibə illərində radionun imkanlarından səmərəli istifadə olunması qələbəyə 
öz təsirini göstərmişdir. O illərdə xüsusilə Moskva radiosu, buradan səslənən ayrı-
ayrı verilişlər, məlumat bürosunun xəbərləri ümid və  həyəcanla qarşılanmış, 
səfərbərlik və birlik rəmzinə çevrilmişdi. 
Həmin illərdə Moskva radiosunun hazırladığı  ədəbi verilişlər də xüsusi maraq 
doğurmuş, böyük təsir qüvvəsinə malik olmuşdur. Bu verilişlər sınaq illərində 
ədəbiyyatın həyatla  əlaqəsini  əks etdirmiş,  ədəbiyyat xadimlərinin öz üzərlərinə 
düşən vəzifələri  şərəfinə yerinə yetirdiklərini göstərmişlər. 12-15 dəqiqəlik  ədəbi 
radio verilişlərində imkan daxilində müəlliflərin özləri iştirak etmişlər. Veriliş  bəzi 
hallarda bütöv bir əsərdən – oçerk, hekayə  və ya yazıçının dinləyicilərə 
müraciətindən ibarət olmuşdur. Moskva radiosunun müharibə illərində hazırladığı 
ədəbi verilişlərdə A.Tolstoy, F.Qladkov, P.Antokolski, V.Lebedev-Kumaç, 
V.Katayev, A.Surkov, K.Simonov, V.Kocevnikov, P.Brovka, S.Marşak,  İ.Erenburq 
və bir çox başqa məşhur söz ustaları öz şer və hekayələrini, oçerk və reportaclarını 
oxumuşlar.(215, 407). 
S.Vurğun Moskva radiosu ilə müharibənin  ən ağır günlərində - 1942-ci il 
fevralın 12-də  çıxış etmişdir.(215, 412). Onun çıxışı «Koroğlu» nəsillərinə bizim 
salamımız» adlanırdı. Bu, şairin öz həmyerlilərinə - azərbaycanlı döyüşçülərə 
müraciətidir. 


 
 
145
S.Vurğun öz müraciətində Azərbaycan xalqının qəhrəman keçmişindən,  şanlı 
döyüş ənənələrindən söhbət açır. Şair xatırladır ki, Azərbaycan döyüşçüsü dünyanın 
ən şanlı sərkərdələrindən birinin - Babəkin nəslindən olduğunu heç vaxt unutmur; o 
həmin Babəkdir ki, ərəb işğalçılarına qarşı 25 il mübarizə aparmış  və  dəfələrlə 
düşmən qoşunlarını Arazın və Kürün sularına qərq etmişdir. Şair arzu edir ki, bu gün 
Babəkin obrazı, mətin iradəsi və yenilməz döyüşçü xarakteri yenidən 
döyüşçülərimizin qarşısında canlansın. Vətənpərvər  şair xalqımızın qəhrəmanlıq 
tarixinə düşmüş bu səhifəni yada salır: «Düşmənlər Babəki parça-parça doğrayarkən 
o, son nəfəsində acı gülüşlə demişdir: «Mən çox təəssüflənirəm ki, bu düşmən itlərini 
az qırmışam». Babək bu sözləri on minlərlə düşmən  əsgərini məhv etdikdən sonra 
demişdi. Bu sözlərdə xalqımızın düşmənlərinə Babəkin sonsuz nifrəti ifadə 
edilmişdir».

 
Şair Koroğludan danışanda onun xalqımızın canına və qanına hopmuş belə bir 
özünəməxsus cəhətini xatırladır ki, qoç Koroğlu qeyri-adi gücə malik olduğuna 
baxmayaraq, döyüş dostluğunu yüksək qiymətləndirmiş  və öz döyüşçülərinə  hədsiz 
sevgi bəsləmişdir. Onlardan biri itgin düşəndə Koroğlu gecələri yatmaz, yeməz və 
içməz, döyüşçü dostu üçün göz yaşı axıdardı. Düşmən əlinə keçmiş döyüşçünü xilas 
etməyincə sakitləşməzdi. S.Vurğun  əfsanəvi Misri qılıncı yada salır, Koroğlunun 
döyüşçüləri igidliyə, birliyə, dostluğa səsləyən qoşmalarından nümunələr söyləyir. 
Çıxışın əsas cəhətlərindən biri Azərbaycan xalqının keçmişinin konkret zamanla 
əlaqələndirilməsidir.  Şairin fikrincə, cəbhə dostluğu indi daha böyük əhəmiyyətə 
malikdir. Bu dostluq bir ölkədə yaşayan və eyni amal uğrunda vuruşan bütün 
xalqların dostluğudur. S.Vurğun deyir ki, rus torpağında, Ukrayna və Belorusiya 
çöllərində vuruşan Azərbaycan döyüşçüsü, eyni zaman- 
                                           

    Биз  щямин  чыхышын  мятнини  ялдя  етмиш  вя  Азярбайжан  вя  рус  дилляриндя  дярж  етдирмишик.  Мятнин  фото-суряти 
С.Вурьунун ев-музейиндядир. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə