Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə65/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   61   62   63   64   65   66   67   68   ...   85

 
 
233
yaratsam, 1933-cü ildə yazdığım bu kiçik şerə aşıladığım motivləri bütün əsərlərimdə 
oxuyacaq, duyacaqsınız». (135, 273) 
Bu da təbiidir. Axı, Səməd Vurğun bu şeri «Azərbaycan» epopeyasının proloqu 
kimi düşünmüşdü... 
Şair bütün əsərlərində Azərbaycan xalqının oğludur, o, dünənə də, bu günə də, 
sabaha da bir azərbaycanlı kimi baxır, doğma diyarı da məhz azərbaycanlı kimi 
görürdü. Azərbaycanın özü də, sakinləri də, dağı da, aranı da, ən kiçik ağacı, daşı, 
kolu da onun üçün əzizdir, doğmadır. Bu baxımdan «Çinarın  şikayəti» (1936) şeri 
xüsusi maraq doğurur. 
Şerin yazılması konkret bir hadisə ilə bağlıdır. 1936-cı ildən Gəncədə işləmiş və 
burada Səməd Vurğunla dəfələrlə görüşmüş curnalist Ənvər Qasımov öz xatirələrində 
yazır: «Növbəti gəzintilərimizin birində şairə (S.Vurğuna – A.B.) Gəncə çinarlarının 
qorunmamasından, hətta bu köhlənlərin baxımsız qaldığından  şikayətləndim.  Şair 
sözümə dil yetirdi: 
– ...Çinarlar qədim Gəncənin  şöhrətidir. Hər ağacın dibində bir manqal 
tüstülənir, ağacların əlçatmaz budaqları dəhrələnir. 
Həmin bağdan bir küçə aralı, o zamankı sənaye texnikumunun qabağında bir cüt 
çinarın kəsilmək qorxusu altında olduğunu dedikdə, Səməd Vurğun pərt oldu. Bir 
neçə dəqiqədən sonra şair həmin qoşa çinarın görüşünə getdi... Gövdəsi əl-ələ vermiş 
beş igidin qulac qollarına çatan həmin çinarları gördükdə Səməd lal-kar durub xeyli 
baxdı. Onun çöhrəsində heyranlıqla qəzəb bir-birinə qarışdı. Mən hiss etdim ki, şairi 
əsəbiləşdirmişəm, suçumu yüngüllətmək üçün gühahkar halda dedim: 
- Bu küçədən düz vağzala qədər tramvay yolu çəkirlər, deyəsən çinarlar relslərin 
düz salınmağına mane olaçaq... 
Səməd Vurğun  şəhər sovetinin sədri Həmid Sultanovun, şəhər partiya 
komitəsinin birinci katibi İbrahim Tağıyevin yanına getdi, şəhərdə  mədəniyyət 
işlərinin inkişafı, təbiətin mühafizəsi barədə onlarla nə danışdı, nə  məsləhətləşdisə, 
həmin çinarları kəsmədilər... Ancaq şair Bakıya qayıdandan sonra «Çinarın şikay- 


 
 
234
əti» şerini yazdı, həmin şer gərək ki, 1936-cı ilin axırlarında «Kommunist» qəzetinin 
səhifələrində çap edildi». (114, 250-251) 
Şer ilk dəfə müəllifin belə bir qeydi ilə çap olunmuşdur: «Bəzi  şəhərlərimizdə 
«ağıllı» mühəndislərin quruluş proyektinə görə çinarlar yıxılmalı imiş. Vətənimizin 
gözəl təbiətinə qarşı bu kimi qaba rəftarın qarşısını almaq üçün şair öz səsini 
ucaltmalıdır». 
«Çinarın  şikayəti» ağacın dilindən yazılmışdır. Bu qoca dünyanın  şahidi olan 
çinar dil açıb şairə şikayətlənir. O deyir ki, hər gəlib gedən onun kölgəsində dincəlir, 
yaş torpağında bağçalar gül açır, hər yarpağında quşların adı var, budaqları isə hava 
səngəridir. Bu çinarın başına karvanlar dolaşmış, çahangirlər bağrını doğramışdır. 
Lakin qocaman çinar Vətən torpağı üzərində həmişə vüqarla dayanmış, öz əzəmətini 
itirməmişdir: 
Başımda oynamış yüz boranlı qış...  
Sanma ki, qüdrətim, gücüm qalmamış.  
Bax, ayrılmamışam öz kötüyümdən!..  
Qəhrəman  bir elin timsalıyam mən...  (131, 247) 
 
Göründüyü kimi, Səməd Vurğun çinarı həm təbiətin nadir neməti, təmiz havanın 
və suyun, münbitliyin mənbəyi, həm də ulu tariximizin şahidi kimi qoruyur, gələcək 
nəsillərə çatdırılmasını istəyir.  Şairin təsvirində bu qocaman çinar yurdun rəmzidir. 
Məhz buna görə də onu ana torpaqdan ayırmağa heç kəsin haqqı yoxdur. 
Çinar şairin başqa bir şerində də Vətənin rəmzi kimi verilmişdir. Maraq doğuran 
bir cəhət də vardır ki, Səməd Vurğun «Mənim arzum» adlandırdığı bu şeri həmin 
dövrün kənc şairlərindən birinin şerindən ilhamlanaraq qələmə almışdır. Həmin gənc 
şair – dövrünün ədəbi gəncliyinin istedadlı nümayəndəsi Adil Babayev sonradan öz 
xatirələrində bu barədə belə yazmışdır: «1945-ci ilin payız günləri idi. Mən 
Tbilisidən Bakıya yenicə gəlmişdim. Başqa gənc qələm yoldaşlarımla birlikdə şerlər 
yazırdım...  


 
 
235
Mən o zaman «Çinar» adlı bir şer yazmışdım. Uzun müşahidənin və coşqun gənclik 
hisslərinin məhsulu olan həmin  şerdə doğma vətənindən didərgin salınmış, ömrü 
sürgünlərdə, zindanlarda keçmiş, nəhayət... Azərbaycana, öz doğma kəndinə qayıtmış 
bir azərbaycanlının taleyi təsvir edilirdi. Şer «Qocanın söhbəti» adı ilə «Kommunist» 
qəzetində dərc olundu. O, pis qarşılanmadı. Mən şerin dərc olunmasına və oxucuların 
razılığına sevindim. Lakin bir neçə gündən sonra baş verən hadisə mənim fərəhimi, 
sevincimi qat-qat artırdı. Noyabr ayının 10-da «Kommunist» qəzetində «Mənim 
arzum» adlı bir şer oxudum. Unudulmaz Səməd Vurğunumuzun bu şeri mənə ithaf 
olunmuş və şerin: 
                 
  
Daddımsa aləmin hər nemətini,  
                Dilbər guşələrdə ötdüsə ömrüm,  
                Dünyanın ən böyük səadətini, 
                Bu boylu çinarın altında gördüm.  
 
bəndi epiqraf qoyulmuşdu». (97, 87-88) 
Şer gənc  şairə xitabən yazılmışdır. Gənc  şairin yüksək vətənpərvərliyi, 
«dünyanın  ən böyük səadətini» ana yurdun torpağında bitmiş çinarın kölgəsində 
görməsi Vurğunu fərəhləndirirdi:  
                
    Şair, nə incədir rübabın sənin!  
                Uçurdu ruhumu çaldığın bu saz!  
                Vətən torpağında bitən gülşənin  
                Yarpağı saralıb, çiçəyi solmaz.  
                O səcdə qıldığın çinar kölgəsi  
                Mənim də şerimin qibləgahıdır. (132, 203) 
 
Səməd Vurğun öz gənc həmkarını ana torpağı qarış-qarış  gəzməyə, hər daşın 
altında bir gövhər axtarmağa, yuvasından tərlanı səsləməyə, qartal qanadı ilə fəzaları 
aşmağa çağırır. Onun gənc  şairə tövsiyəsi budur: «Mən keçən yolları  sən də keç, 
qardaş!»  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə