Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə61/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   57   58   59   60   61   62   63   64   ...   85

 
 
217
Şirin bir xatirətək qalacaqdır dünyada  
Sevərək yaşayanlar, sevilərək ölənlər… (132, 231) 
 
Mədəniyyətimizin yorulmaz təbliğatçılarından olan S.Vurğun musiqimizi 
yüksək qiymətləndirmiş, onun böyük təsir qüvvəsini dönə-dönə qeyd etmişdir. Şairin 
fikrincə, hər bir musiqi əsərinin varlığı onun dinləyiciyə emosional təsiri ilə ölçülür. 
O yazırdı: «Musiqi insanların  şüurundan çox qəlblərinə, duyğularına təsir 
bağışladığından musiqi lisanından, hər şeydən əvvəl, təbiilik və ürək çırpıntıları tələb 
olunur». (135, 363)  
S.Vurğun bəstəkar və musiqiçilərimizin yaradıcılığına diqqət yetirmiş, bu barədə 
öz fikirlərini söyləmişdir. Qara Qarayevin «Leyli və  Məcnun», Fikrət  Əmirovun 
«Kürd ovşarı», Niyazinin «Rast», Soltan Hacıbəyovun «Gülşən», Cahangir 
Cahangirovun «Arazın o tayında» əsərlərinin, Səid Rüstəmovun mahnılarının uğurları 
şairi sevindirirdi. Azərbaycanın görkəmli bəstəkarı Fikrət  Əmirov öz xatirələrində 
yazır: «1954-cü ilin yazı idi. Azərbaycan Dövlət Opera Teatrında tamaşalardan birinə 
ictimai baxış keçirilirdi. Səmər Vurğun yazıçı Mehdi Hüseynlə foyedə  gəzişirdi. 
Məni görüb ayaq saxladı, yanına çağırdı, özünə məxsus səmimiyyətlə dedi:  
- Dünən sənin simfonik süitanı radioda eşitdim. Lap Kəpəzin başına çıxmışdın.  
 
Şair «Azərbaycan» simfonik süitasına qulaq asmışdı. Yəqin ki o, süitanın 
«Çoban bayatısı» adlanan ikinci hissəsindən aldığı  təsiri özünəməxsus obrazlı dillə 
«Kəpəzin başı» adlandırırdı. O vaxt utandım, ürəyimdə olan bir sözü şairə deyə 
bilmədim ki, bu süitanı Sizə həsr etmişəm, onu Sizin «Azərbaycan» şerinizin təsiri ilə 
yazmışam». (97, 153-154)      
 S.Vurğun eyni zamanda, bəzi musiqi əsərlərində Azərbaycan musiqisinin əsl 
xəlqi  ənənələrindən və milli xüsusiyyətlərindən uzaqlaşma hallarını  kəskin tənqid 
edirdi.  Şair musiqişünasları bitkin obrazlar, realist xarakterlər yaratmaq, musiqi 
sənətimizi  


 
 
218
dolğun ahəngdarlıq, dərin emosionallıq, təsirlilik və xəlqiliklə zənginləşdirmək işində 
bəstəkarlara kömək etməyə çağırırdı. O yazırdı: «Azərbaycan musiqisinin təbiiliyi və 
saflığı  uğrunda mübarizə bütün elmi-musiqi ictimaiyyətimizin diqqət mərkəzində 
durmalıdır. Ancaq buna istinad etmək, milli musiqimizin ən yaxşı  xəlqi 
ənənələrindən ayrılmamaq və onları yaradıcı şəkildə inkişaf etdirməklə dünya musqi 
mədəniyyətinin ən yaxşı nailiyyətlərinə qovuşmaq olar və lazımdır». (136, 463)  
 S.Vurğun öz bədii əsərlərində də musiqini, onun böyük təsir qüvvəsini və məna 
gözəlliyini vəsf etmiş,  şair, rəsam, filosof obrazları yaratdığı kimi, bəstəkar, aşıq, 
xanəndə surətləri də yaratmışdır.  
      
 Vətənpərvərlik poeziyası millilik və ümumbəşərilik  
kontekstində 
 
 Sənətkarın doğulduğu, boya-başa çatdığı yerlərdən məhəbbətlə danışması, öz 
əsərlərində doğma yurdu xatırlaması çox təbiidir. Mənsub olduğu xalqın tarixinə, 
dilinə, mədəniyyətinə, tanınmış  şəxsiyyətlərinə, adət-ənənələrinə hörmətlə yanaşan 
qələm sahibinin gözünü ilk dəfə açanda gördüyü yerlərə, eşitdiyi laylalara, doğma 
adamlara məhəbbəti də qanunauyğun bir haldır. 
Səməd Vurğun üçün «Vətən» Kür qırağından, Qarayazı meşəsindən, «dolay-
larında bahar çağı gəzdiyi» dağlardan, «göylərə baş çəkən Göyəzən»dən, nakam anası 
Məhbub xanımın tapşırıldığı torpaqdan, atası Yusif ağanın yanıqlı-yanıqlı saz çaldığı 
evdən başlayır. Şairin öz «Kiçik Vətən»inə məhəbbəti bütün ömrü boyu davam etmiş, 
o, yaradıcılığının müxtəlif mərhələlərində doğma yerləri anmışdır.  
 Mehdixan 
Vəkilov öz qardaşı haqqında belə yazmışdır: «Səməd hələ uşaqlıqdan 
təbiətin gözəlliklərinə aludə idi. O, Kür qırağının seyrangahını dolaşmış, balıq 
tutmuş, üzə-üzə Kürün bir sahilindən o birisinə keçmişdir. Gündüzləri Qarayazı 
meşəsinin iydəliklərində keçirmək, gecələri isə Keşiş dağında yanan işığa  


 
 
219
baxa-baxa anadil quşlarının bir-birini çağırmasını, onların qəmli səsini dinləmək 
kiçik Səmədin adəti idi. Atasının telli sazından qopan anəngdar səslər də belə 
füsunkar gecələrin şairanə mənasını tamamlayırdı». (131, 35) 
Bu da təbiidir ki, şair öz «kiçik Vətən»ini məhz ondan ayrı olduğu vaxtlarda, 
respublikanın başqa rayonlarında işlədiyi, yaxud Moskvada təhsil aldığı  və Bakıda 
yaşadığı illərdə xatırlamış və bu hisslər öz poetik ifadəsini tapmışdır. 
Səməd Vurğunun 1927-ci ildə Bakı şəhərində qələmə aldığı «El ayrılığı» şeri bu 
baxımdan xarakterikdir. Şair kiçik həcmli bu şerində doğma yerlər üçün darıxdığını, 
ürəyinin məhz o yerlərlə çırpındığını, şəhərdə qala bilmədiyini etiraf etmişdir: 
  
Mən o yaşıl bağların,  
 Bu yarpızlı dağların 
 Bəslədiyi bir canam.  
 Hisslərim, həyəcanım  
 Həp onlarla çırpınar.  
 Ruhum boylu bir çinar  
 Kimi sevər etila...  
 Of...bu şəhər bir bəla,  
 Ruha bir zəhərli su...  
 Ey elimin yolçusu  
 Sən nə dersən bu hala?  
 Müntəzirəm vüsala. (131, 19) 
 
Şairin 1927-ci ildə Qubada müəllim işləyərkən yazdığı «Səyahət»  şeri də bu 
qəbildəndir.  Şer müəllifin yaxın yerlərə  səyahətinin təəssüratı ilə yazılmışdır. Bu 
səyahət şairin könlünü müəyyən qədər açsa da yenə o, «kiçik Vətən» üçün darıxır: 
 
Açılsın və gülən baharım olsun,  
Lalə tək qızaran bir yarım olsun.  


 
 
220
Sonunda ömrümün məzarım olsun  
Gəlinli çeşmələr, sünbüllü çöllər. (131, 18) 
 
Şairin «Ellər dünyası» şerində bu hisslər daha qabarıq verilir və hətta bir qədər 
tündləşdirilir. S.Vurğun bu şeri təxminən 1929-1930-cu illərdə Qazaxda yaşayan 
Qurban Abdulla oğluna yazdığı  məktuba  əlavə etmişdir.  Şair öz həmyerlisinə 
müraciətlə yazır: «Bizim ilk görüşümüz altı il bundan əvvəl Qazaxbəyli kəndindən 
Qazağa gələrkən oldu. O zaman mən bir kənd müəllimi, sən də bir kəndli idin. Biz 
çox zarafat etdik, gülüşdük və yoldaşlıq etdik. Mən o zaman gördüm ki, sən sədaqətli 
insansan. Ona görə  də  sənin xətrini çox istəyirəm. Bu gün mən və Osman (şair 
Osman Sarıvəlli – A.B.) birlikdə çalışırıq... Sən Osmanın qardaşı olduğun kimi, 
mənim də qardaşımsan. Odur ki, bu məktubu Osmanla göndərirəm. Sizə yadigar 
olaraq aşağıdakı şeri yazıram...». (42, 226) 
     Şair «al-yaşıl geyinmiş uca dağların qartallı qoynundan uzaqlaşdığı», «könül 
bulandıran, xəyal küsdürən tozlu bir diyarla qucaqlaşdığı» üçün darıxır. Burada, yəni 
şəhərdə hər tərəf insanı yaxıb-yandırır, suların xoş təranəsi eşidilmir, ildırım çaxmır. 
Dilcan dərəsi yada düşəndə şairin başından «dumanlar, tüstülər qalxır». Buna görə də 
o, bir vaxtlar «gəzdiyi yerləri», öz «kiçik Vətən»ini soraqlayır.  İndii o yerlər  əbədi 
olaraq şairin yaddaşına hopmuşdur:  
                
  
Gecələr ay gülməz, buludlar qara
               Boğulur varlığım hər bir addımda.  
               Mən çox dırmaşmışam qarlı dağlara, 
               O ellər dünyası yaşar yadımda… (131, 80)  
 
Səməd Vurğun bəzən öz «kiçik Vətən»indən kənar yerləri (məsələn, Bakını) 
qürbət hesab edir, bu yerlərin onun ruhuna uyğunlaşmadığını bildirirdi:  
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə