Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   53   54   55   56   57   58   59   60   ...   85

 
 
205
«Literaturnaya qazeta»nın tənqid  şöbəsinin  əməkdaşı, tənqidçi Yuri Karasyov şairə 
göndərdiyi 2 iyul 1953-cü il tarixli məktubunda redaksiyanın mövqeyi barədə 
məlumat vermişdir. (142, 334-336) Tənqidçi həmçinin məqalədə qaldırılan bir sıra 
məsələlərə öz münasibətini bildirmişdir. Y.Karasyov şairə yazmışdır: «Məsələ yalnız 
Sizə edilən hücumlarda deyil. Məktubda

 milli məsələ sahəsində ciddi səhvlər vardır. 
Rəqibləriniz deyil, məhz Siz haqlısınız.  İndi, yerli dillərin inkişafına, milli 
özünüdərkin meydana gəlməsinə xüsusi diqqət yetirildiyi bir vaxtda Sizin rəqibləriniz 
birdən-birə milli özünəməxsusluğu inkar etmək fikrinə düşmüşlər. Bu, yas yerində 
meyxana deməyə  bənzəyir... Onların məktubunu hətta polemik məqalə  də saymaq 
olmaz». (42, 335) 
Sonradan məlum olmuşdur ki, həmin məqalə respublikanın o vaxtkı 
rəhbərliyinin tapşırığı ilə yazılmış və üç nəfər şairin imzası qoyulmuşdur. Bu üç nəfər 
isə bir qədər sonra ayrı-ayrılıqda «Literaturnaya qazeta»nın baş redaktoru 
K.Simonova teleqram göndərərək öz imzalarından imtina etdiklərini bildirmişlər. 
(120) 
«Böyük sənət məsələləri» və «Şairin hüquqları» məqalələrində söylədiklərinin, o 
cümlədən millilik barədə dediklərinin doğruluğuna əmin olan S.Vurğun 1954-cü ildə 
Yazıçıların  İkinci Ümumittifaq qurultayında etdiyi məruzədə bir daha bu 
mülahizələrinə qayıtmış, onları  əsaslandırmışdır. O, yenidən «hər bir millətin öz 
tarixi, inkişaf yolu, öz məişət tərzi, əsrlər boyunca yaranmış öz ənənələri, öz dili, öz 
adətləri və vərdişləri, öz təfəkkür tərzi və mənəvi aləmi vardır» (136, 370) deməklə 
«gələcəyə gedən yolun – millətlərin çiçəklənməsi yolu» olmasına inamını ifadə 
etmişdir. 
S.Vurğun incəsənətin müxtəlif növlərində, ayrı-ayrı  sənət xadimlərinin 
yaradıcılığında yeri gəldikcə millilik və ümumbəşərilik məsələlərini də şərh etmiş, bu 
barədə öz çıxış  və  məqalələrində  əsaslandırılmış mülahizələr söyləmişdir.  Şairin 
Nizami Gəncəvi, M.Füzuli, M.P.Vaqif, M.F.Axundov, X.B.Natəvan, N. 
                                           

 «Долг советского поэта» нязярдя тутулур.   


 
 
206
Vəzirov, M.Ə.Sabir, C.Məmmədquluzadə, Ü.Hacıbəyov, C.Cabbarlı, habelə bir çox 
müasirlərinin yaradıcılığı barədə fikir və mülahizələri səriştəli ədəbiyyatşünas – alim 
sözü olmaqla öz əhəmiyyətini bu gün də saxlayır. 
S.Vurğun 1947-ci ildə dahi Azərbaycan  şairi Nizami Gəncəvinin 800 illik 
yubileyi münasibətilə yazdığı «Azərbaycan sovet ədəbiyyatı  və Nizami» adlı 
məqaləsində özünün dediyi kimi, Nizamini yüksək milli şüuru olan bir şair və insan 
kimi xarakterizə etmiş, bununla yanaşı onun başqa bir xüsusiyyətini – digər xalqlara 
humanist münasibətini də xüsusi vurğulamışdır. Nizaminin və onun bir çox 
müasirlərinin məcburən fars dilində yazıb-yaratmalarını ürək ağrısı ilə faciə 
adlandırmışdır. Şair bununla yanaşı xüsusi olaraq onu da qeyd etmişdir ki, bu müdhiş 
faciə Nizaminin varlığından  əsas xüsusiyyəti – onun böyük azərbaycanlı  qəlbini 
qopara bilməmişdir. 
Məlumdur ki, Nizami «Leyli və Məcnun» poemasını hökmdar Axsitanın tələbi 
ilə fars dilində yazmışdır. Nizami bu tapşırığa məcburən əməl etsə də, öz etirazını da 
bildirmişdir. 
S.Vurğun bu misralara istinadən belə bir fikir söyləyir ki, «Leyli və  Məcnun» 
poemasını Nizami əvvəlcə Azərbaycan dilində yazmışdır. Şair bununla yanaşı həmin 
misraların başqa cəhətinə  də xüsusi diqqət yetirir: «Nizaminin böyük milli qürur 
hissini aydın göstərən onlarca belə misal gətirmək olardı; milli qürur hissi olmadan, 
sənətkarın yaşadığı dövrdən asılı olmayaraq, heç bir yaradıcılığı ağıla gətirmək belə 
mümkün deyildi...» (136, 29) 
1954-cü ilin yanvarında S.Vurğunun yaxın dostlarından biri, görkəmli rus 
yazıçısı Aleksandr Fadeyev öz dostuna belə yazmışdı: «Əziz Səməd...Mən bu gün 
«Pravda»da Mingəçevirin birinci növbəsinin işə salınmasına həsr olunmuş məqaləni 
oxudum. Mingəçevirdə işlər yenicə başladığı zaman orada olduğumuzu xatırladım... 
Azərbaycanın rəngarəng, məlahətli təbiətini xatırladım...bir dost kimi dünyada hər 
şeydən danışdığımızı, Axundovun kiçik evi önündə, eyni ilə Belinskinin Çembarıdakı 
evi kimi,  


 
 
207
qalın tədqiqat əsərindən daha mənalı olan kiçik evinin önündə şəkil çəkdirdiyimizi də 
xatırladım... » (97, 5) 
Əlbəttə, böyük Azərbaycan mütəfəkkiri M.F.Axundovun «qalın tədqiqat 
əsərindən daha mənalı olan kiçik evinin» ziyarət edilməsi təsadüfi deyildi. Bu, 
S.Vurğunun böyük sələflərinə  məhəbbətini ifadə edirdi və  şair bu məhəbbəti öz 
müasirlərinə də aşılayırdı. 
Həmin səfərin başqa bir iştirakçısı, şairin dostu Nikolay Tixonovun xatirələrində 
oxuyuruq: «Biz Nuxada (Şəkidə – A.B.) özümüzü çox yaxşı hiss edirik. S.Vurğun 
dedi: 
- Qardaşlar, unutmayın ki, Mirzə  Fətəli Axundov bu şəhərdə anadan 
olmuşdur. 
Fadeyev dedi: 
- Hə, yeri gəlmişkən deyim ki, Axundovu yaxından tanıyan Bestucevlə 
Lermontovu yaxşı tanıdığımız kimi, indi artıq, allaha şükür, Axundova da 
yaxşı    bələd  olmuşuq.  Ancaq, dostum Səməd, nə üçün indiyədək Azərbaycan 
ədəbiyyatında Axundov haqqında roman yazılmamışdır? Bilirsən bu qeyri-adi 
azərbaycanlının həyatından necə yazmaq olar? 
Səməd Vurğun cavab verdi ki, belə bir böyük dövrü əhatə etmək üçün 
diqqətəlayiq tarixçi olmaq lazımdır, dövrün lövhələrini yenidən canlandırmadan tez-
tələsik yazmaq olmaz». (114, 64) 
Şair belə bir roman yazmasa da, M.F.Axundov barədə fikir və mülahizələrini 
başqa vasitələrdə bildirmişdir. O öz məqalə  və  çıxışlarında, ayrı-ayrı qeydlərində 
M.F.Axundovu «yeni və realist Azərbaycan ədəbiyyatının banisi», «xalqlar tarixində 
nadir yetişən fövqəladə bir istedad, başdan-ayağa hünər və  mənəvi qəhrəmanlıq 
timsalı olan sarsılmaz bir iradə, böyük ideyalar uğrunda tarixin qara qüvvələri olan 
ömrü boyu çarpışan qəhrəman bir şəxsiyyət» kimi qiymətləndirmiş, onun ədəbi və 
ictimai fəaliyyətini işıqlandırmışdır. 
S.Vurğunun Azərbaycan Yazıçılar İttifaqının M.F.Axundovun anadan olmasının 
125 illiyinə həsr edilmiş təntənəli plenu 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə