Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə59/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   55   56   57   58   59   60   61   62   ...   85

 
 
211
boyu məşğul etmiş,  şair bu istiqamətdə  də  əməli fəaliyyət göstərmişdir. O, teatr, 
musiqi, təsviri sənət, memarlıq və  sənətin digər növləri barədə maraqlı fikirlər 
söyləmiş, ayrı-ayrı sənət xadimlərinin fəaliyyətini işıqlandırmışdır. 
S.Vurğunun musiqi ilə  təması  hələ kiçik yaşlarında başlamışdır. Uşaqlıq 
illərində atasının sazda çaldığı yanıqlı el mahnılarını, aşıq havalarını  eşitmişdir. 
Mehdixan Vəkilov yazmışdır: «Atam yaxşı saz çalırdı, Səməd də saz çalmağı lap 
kiçik yaşlarından ondan öyrənmişdir. O, sazı sinəsinə basıb dilləndirəndə elə bilirdin 
ki, hardasa quşların xoş  nəğmələri eşidilir. Atam onu dinləyərkən deyərdi: 
«Baxarsınız, bu qara baladan bir oğul olsun ki, bütün Qazaxda barmaqla 
göstərsinlər». (131, 24) 
Şairin musiqiyə meyli Qazax müəllimlər seminariyasında oxuduğu illərdə daha 
da artmış, xeyli cilalanmışdır. Onun gözəl  şerlər oxuması ilə yanaşı  məlahətli səsi, 
incə hiss və ehtirasla skripka çalması, seminariya səhnəsində  Məcnun rolunu 
«Məcnun kimi» oynaması hamının diqqətini cəlb etmişdi. 
Sənətkarın musiqiyə  məhəbbəti, poeziyaya məhəbbəti ilə ekiz doğulmuş, bu 
məhəbbət isə bütün ömrü boyu davam etmiş, şairi poeziyamızla birlikdə musiqimizin 
də alovlu təbliğatçılarından birinə çevirmişdir. Görkəmli bəstəkarımız  Əfrasiyab 
Bədəlbəyli hələ  şairin sağlığında yazmışdır: «Səməd Vurğun saz çalmaqda xalq 
aşıqlarının bir çoxundan geri qalmaz, kefi gələndə hərdən tarını sinəsi üstə alıb, sarı 
simi mizrab ilə səslədər, gah da pəsdən zümzümə edər. O, Azərbaycan muğamatını 
bir professional musiqiçi qədər mükəmməl bilir. O, kamil eşitmə qabiliyyətinə malik 
olduğu uçün və  həm də musiqiyə aid öz incə zövqü ilə  hər bir musiqi əsərinin 
dəyərini çox düzgün təyin edir». (33) 
Aşıq sənətinə xüsusi məhəbbət bəsləyən şair həm də bu sənətin inkişafına qayğı 
göstərmiş, onu təbliğ etmişdir. Azərbaycanın xalq şairi Hüseyn Arif öz xatirələrində 
belə yazmışdır: «Bir dəfə  aşıqlar gecəsi idi. Səməd Vurğunla yanaşı oturmuşdum. 
Aşıq Hüseyn Cavan «Qaraçı» havasında oxudu. Bu hava Səməd Vurğunun  


 
 
212
xoşuna gəldi. O, – heyf, bu sazı, sözü hələ lazımınca duyanlar çox azdır, - dedi». (97, 
198) 
S.Vurğunun 1943-cü il yanvar ayının 18-də Azərbaycan radiosunun musiqi 
verilişləri redaksiyasının fəaliyyətinə həsr olunmuş Ümumbakı konfransında çıxışı da 
bu baxımdan əhəmiyyətlidir. Şair konfransda əsasən muğam ifaçılığı və aşıq musiqisi 
məsələləri barədə danışmışdır. O, ayrı-ayrı ifaçıların sənətkarlığını  təhlil etmiş, 
onların uğurlu və qüsurlu cəhətlərini obyektivcəsinə göstərmişdir. S.Vurğun 
muğamata nisbətən aşıq sənətinə radioda az yer verildiyini bildirmiş, bu sahədə 
radionun fəaliyyətini tənqid etmişdir.  Şair bir vətəndaş kimi tələb etmişdir ki, aşıq 
sənəti və aşıq musiqisi radio dalğalarında ləyaqətlə təmsil olunsun. (19) 
S.Vurğunun professional Azərbaycan musiqisinin banisi, dahi bəstəkar Üzeyir 
Hacıbəyovla yaradıcılıq və dostluq əlaqələri mədəniyyət tariximizə maraqlı səhifələr 
yazmışdır. 
1937-ci ildə mədəniyyət tariximizdə şanlı hadisə baş vermişdir. Ü.Hacıbəyovun 
yaratdığı «Koroğlu» operası böyük uğurla tamaşaya qoyulmuşdur. Bu zaman 
S.Vurğun öz sevincini belə ifadə etmişdir: «Koroğlu» operası məni çox fərəhləndirir. 
Bu opera xalqımızın qəhrəmanlıq eposunu bizim nəslə  bədii  şəkildə  təqdim edir». 
(135, 74) 
Aradan beş il keçdikdən sonra, 1942-ci ilin sentyabr ayında  şair muğamat və 
xalq mahnılarının ifasına həsr olunmuş müşavirədəki çıxışında bu hadisəni bir daha 
qeyd etmiş, operanın ilk tamaşası zamanı keçirdiyi hiss və  həyəcan haqqında 
danışmışdır.  Şair demişdir: «1943-cü ildə  mən «Şah Sənəm» operasından yarımçıq 
çıxdım. Axıra qədər baxa bilmədim. Hərçəndi orada müəllif bəzi muğam 
hissələrindən istifadə etmişdir...  İkinci təsadüf: Mən «Koroğlu»nun prosmotrunda 
şəxsən ağladım. Tamaşada bir yer vardı: Qırat gedən zaman çalınan musiqi adamı 
ağladır. Lakin mənim ağlamağım bədbinlik ifadəsi deyil. Mən öz-özümə dedim ki
buradakı musiqi həqiqi musiqidir». (147) 
Əlbəttə, şairin sevincinin səbəbi Üzeyir bəyin parlaq musiqisi  


 
 
213
və bir də xalq qəhrəmanlığından doğan qanuni iftixar hissi idi. Bu baxımdan onun 
1943-cü ildə Bakıda, M.Füzuli adına Ziyalılar evində keçirilən Ü.Hacıbəyovun 
yaradıcılıq gecəsindəki çıxışı da diqqəti cəlb edir. Şair öz çıxışında bəstəkarı musiqi 
tariximizə yenilik və oricinallıq gətirən, xalq yaradıcılığının  ən yaxşı 
xüsusiyyətlərindən əsərlərində bacarıqla istifadə edən, onları özünün zəngin fantaziya 
süzgəcindən keçirərək daha da gözəlləşdirən bir sənətkar kimi qiymətləndirmişdir. 
Şairin fikrincə, Ü.Hacıbəyov musiqiyə  fəlsəfi nöqteyi-nəzərdən yanaşır və onu 
sənətin ən yüksək zirvəsinə çatdırır. «Koroğlu» operasını bunun parlaq sübutu hesab 
edən S.Vurğun demişdir ki, bu opera hər  şeydən  əvvəl, fəlsəfi bir əsərdir. «Biz bu 
nadir operanın musiqisini dinlərkən özümüzü sanki sehrli bir aləmdə hiss edir, adi 
sözlərlə ifadə edilə bilməyəcək böyük bir zövq duyuruq».

 (50).     
  1945-ci ilin sentyabr ayında Ü.Hacıbəyovun anadan olmasının 60, yaradıcılıq 
fəaliyyətinin 40 illiyi münasibətilə keçirilmiş  yığıncaqda S.Vurğunun çıxışı 
unudulmaz təsir bağışlamışdır. Bu belə  də olmalı idi. Axı,  şair sevincli və  kədərli 
dəqiqələrində  həmişə bir yerdə olduğu, həyat yollarında yanaşı addımladığı, 
yaradıcılığına böyük məhəbbət bəslədiyi ürək dostu haqqında danışırdı. S.Vurğun 
«Azərbaycan xalqının doğma oğlu», «tam 40 il gecəli-gündüzlü, yorulmaq bilmədən, 
ilhamla yaşayan və yaradan… qəhrəman xalqımızın mənəvi varlığını, onun müqədəs 
amal və arzularını, sevinc və iztirablarını, həyat və mübarizə eşqini böyük bir məharət 
və məhəbbətlə tərənnüm etmiş» Ü.Hacıbəyov haqqında ən xoş sözlər söyləmiş, ona 
həsr etdiyi şerini oxumuşdur.  
  Şairin həmin çıxışı əsasında yazdığı «Böyük bəstəkar», habelə «İnsan qəlbinin 
tərənnümçüsü» adlı  məqalələri Ü.Hacıbəyovun yaradıcılığına həsr edilmiş  dəyərli 
tədqiqat işləridir.  
 S.Vurğun öz müəllifinə əbədi şöhrət gətirmiş «Leyli və Məcnun»  
                                           

 С.Вурьунун чыхышынын хцласяси «Ядябиййат гязетиндя» дярж олунмушдур. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə