Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə29/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   25   26   27   28   29   30   31   32   ...   85

 
 
106
qamlarda onu hər iki vəziyyətdə görə bilirik. 
Şübhəsiz ki, bir mülkədar kimi Gəray bəy firavan və xoşbəxt həyat keçirmiş bir 
bəy kimi böyük var-dövləti, öz ürəyincə ailəsi, dost-tanışı olmuşdur. Sovet hökuməti 
isə bütün varlılar kimi onu da bunlardan məhrum etmişdir. İndi Gəray bəy başqa bir 
adamdır. Öz yaxın adamları ilə dağlara çəkilən bəy yeni quruluşun barışmaz 
düşməninə çevrilmişdir: 
 
Kürün qumsal sahilində qaşlarını çataraq, 
Qamçısını döyür suya hiddətindən Gəray bəy... 
Üç aydır ki, ormanların arasında yataraq 
Əl üzmüşdür vətənindən, millətindən Gəray bəy. 
Qamçısını suya döyür hiddətindən Gəray bəy: 
– Nədən mənim qabağımdan artanları yeyənlər, 
Köhnə-köşkül paltarımı öz əyninə geyənlər 
İndi mənə ağ olsunlar?.. Xanimanım dağılır, 
Qızılyelin inəklərim yad əllərdə sağılır... (133, 12) 
 
Biz bu kiçik parçada indiki Gəray bəyi bütövlükdə görə bilirik. Gəray bəyə ən 
çox təsir edən budur ki, onu bu hala salanlar bir vaxtlar süfrəsindən artanları 
yeyənlər, köhnə paltarlarını geyənlərdir. Hiddətindən qamçısını suya döyən Gəray 
bəy zamanı tutub (axan su zamanın rəmzidir) saxlamaq, xoşbəxt günlərini qaytarmaq 
istəyir. 
Onun bu hiddətinin səbəbi də, səbəbkarı da məlumdur: 
 
Keçir xatırından cahü-cəlalı: 
Sürüsü, ilxısı, naxırı, malı... 
Getdi süfrəsinin başında duran, 
Yoxsulun varını yeyib quduran, 
«İgidlər məclisi», o toy, o mağar... 
İndi Gəray bəyin özgə halı var. 
O dövran, o büsat çıxmış əlindən, 


 
 
107
«Taleyin, qismətin gəlhagəlindən» 
O indi uzaq... (133, 59) 
 
Lakin bəyi qəzəbləndirən, yaxıb-yandıran var-dövlətinin talanmasından daha 
artıq namusunun tapdalanmasıdır: 
 
Hər şeydən qabaq onu yandıran 
Budur ki, bu dəm Çalpapaq Kərəm 
Minib Gəray bəyin ərəb atına... 
Oxucu, bəlkə sən özün bilirsən 
Ki, bizim yerlərdə bir papaq, bir at, 
Bir də hər kişinin aldığı arvad 
Namusdan sayılır... (133, 59) 
 
Gəray bəyin sərtliyi, barışmazlığı, heç kəsi bağışlaya bilməməsi məhz bunlardan 
irəli gəlir. 
Yeni quruluş onu ev-eşiyindən didərgin salmış, dağlarda, qalın meşələrdə dal-
dalanmağa məcbur etmişdir. O öz dəstəsi ilə «Qaçaqlar dağı»nda məskunlaşmışdır. 
Yeni yaradılan quruluşla heç cür barışa bilmir, var-güçü ilə bu quruluşa qarşı durur. 
«Gəray bəyin  əlacı  və imkanı olsa, bu yeni dünyanı boğazından tutub asar» (Cəlal 
Abdullayev). Elə buna görə  də qapısına elçiliyə  gələn Cəlalı bağışlaya bilmir, onu 
öldürür. 
Şair onun indiki vəziyyətdə belə təqdim edir: 
 
Toplayıb başına öz dəstəsini, 
Dinləyir suların hirsli səsini. 
O səsdən ürəyi qüvvətə gəlir; 
Hər gün dəstəsini yoxlayır bir-bir, 
Hər kimdə əyrilik, yalan taparsa, 
Hər kimə azça bir şübhəsi varsa, 
Bir güllə çaxaraq onun başına, 
Göstərir gücünü yar-yoldaşına... (133, 58) 


 
 
108
Gəray bəyin nifrəti o qədər güclüdür ki, o, suyun səsində də hirs və qəzəb eşidir, 
bundan qüvvət alır, özünü sonrakı mübarizələrə hazırlayır. 
Bütün bunlara əsaslanan tədqiqatçılar Gəray bəy obrazını olduğundan daha artıq 
tündləşdirmiş, onu zalım,  əzazil və  qəddar bir mülkədar kimi təqdim etmişlər. 
Professor Həbib Babayev onu «ağ quldur dəstəsinin başçısı» adlandırmış, (183) 
Bəxtiyar Vahabzadə isə Qacarla müqayisə etmişdir. (170, 68) 
Əlbəttə, Gəray bəyi quldur deyil. O, yeni quruluşun düşmənidir və buna görə 
qaçaq düşmüşdür. Şair özü də onun haqqında «quldur» deyil, «düşmən» və «qaçaq» 
sözlərini işlətmişdir. 
Gəray bəyin Qacarla müqayisəsi də yerinə düşmür. Qacar bütün bəşəriyyətə 
meydan oxuyan, özünün dediyi kimi, «vicdanı da, qəlbi də qan olan» bir despot, 
cəlladdır. O, insana məxsus hər hansı bir müsbət keyfiyyətə malik deyil. Gəray bəy 
isə bir sıra işıqlı, insani cəhətləri ilə seçilir. 
O, övladını sevən bir atadır. Cəlalı öldürdüyü üçün sonradan sarsıntılar keçirir, 
öz  əməlindən  əzab çəkir.  Əsərin sonunda Humayın xəyalı ilə söhbəti onun səmimi 
etirafıdır: 
Gəray bəy yalvarır: – Can bala, bir dur! 
Görünür taleyim, qismətim budur. 
Yaxın gəl, bir az da danışaq barı, 
Ovut sinəmdəki bu ağrıları... 
Yox, yox! Heç ovutma, yansın ciyərim, 
Biləkdən düşəydi kaş ki, əllərim. 
Cəlal yaşasaydı, yaşardın sən də. 
Gül kimi gülərdin çöldə, çəməndə. 
Öz atan olsam da, qatilin çıxdım, 
Mən səni yıxmadım, özümü yıxdım… (133, 86)  
Gəray bəy artıq yaşamaq istəmir. Ona görə yox ki, kimsəsiz və arxasız 
qalmışdır. Özünün dediyi kimi, o yenə bir qoşuna ca- 


 
 
109
vab verməyə qadirdir. Lakin Humaysız yaşamaq istəmir. İndi Gəray bəyin ən böyük 
dərdi,  ən böyük faciəsi məhz Humaysızlıqdır. Buna görə  də özünü onu mühasirəyə 
almış komsomolçulara deyil, qızı Humaya təslim edir. Çalpapaq Kərəmin «Gəray 
bəy! Gəray bəy! Tüfəngi at!», «Təslim ol!» tələblərinə soyuqqanlıqla belə cavab 
verir: 
 
- Sizə yox! Sizə yox! Mən öz canımı 
Ona tapşırıram... Ona... Qızıma... 
O sönüb saralan dan ulduzuma! 
İstəsə o töksün mənim qanımı! – 
Deyib qanlı Kürü o yara-yara 
Getdikcə qərq olur sərt dalğalara... (133, 86)  
 
Gəray bəy oxucunun yaddaşında öz əqidəsinə axıradək sadiq qalan bir insan 
kimi qalır. Özünü Kürün sularında qərq etməsi də onun məhz əqidəsinə sədaqətinin 
ifadəsidir. 
Səməd Vurğun Gəray bəyin simasında xarakterik mülkədar obrazı yaratmış  və 
bu, Azərbaycan  ədəbiyyatında dolğun və canlı mülkədar obrazlarının yaradılmasına 
təsir göstərmişdir. Bu baxımdan 1960 və 1970-ci illərdə yaradılmış Cahandar ağa 
(İsmayıl  Şıxlının «Dəli Kür» romanı) və  Kərbəlayı  İsmayıl (Fərman Kərimzadənin 
«Qarlı aşırım» romanı) bir sıra cəhətləri ilə onu xatırladırlar. 
Qeyd etdiyimiz kimi, Gəray bəyi  ən çox yandıran və  qəzəbləndirən düşməni 
Çalpapaq Kərəmin onun atına sahib olması idi. Ona görə ki, kişinin arvadı, atı  və 
papağı onun namusu sayılır. Düşmənləri Cahandar ağanın Qəmər adlı atını  təhqir 
edəndə (quyruğunu və yalını  kəsəndə) o bunu məhz özünün təhqir olunması kimi 
qəbul edir və bu zaman dərin sarsıntılar keçirir. «Dəli Kür»də oxuyuruq: «Cahandar 
ağa mıxçanı yerdən çıxartdı.  İrəşməni yığdı  və atın yanına gəldi. Onun belini 
sığalladı. Tüklərində gilələnib muncuq kimi yumrulanan damlaları sildi. Nədən- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə