Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   23   24   25   26   27   28   29   30   ...   85

 
 
98
deyə mehribanlıqla müraciət etdiyi bu gəncin nakam taleyinə acıyır. 
Cəlalı şairin «Xanlar» pyesində yaratdığı doktor Söhbətlə müqayisə etmək olar. 
Doktor Söhbət pyesin ən maraqlı surətlərindən biridir. O, həqiqət axtaran, insanların 
birlik və qardaşlığını arzulayan, qan tökülməsinə düşmən olan bir ziyalıdır. 
Söhbət də əsərdə şair kimi verilmişdir. Onun gələcək haqqında səmimi, təmiz və 
humanist arzuları da daha çox romantik sənətkarın diləkləri kimi səslənir və bu 
cəhətdən Cəlala xeyli yaxınlaşır. O, ürəkdən sevdiyi Mehribanla söhbətində belə 
deyir: 
İnsanlar öpüşüb qardaş olsalar, 
Dünyada nə matəm, nə məhbəs qalar. 
Xəyal da, ilham da o vaxt ucalar. (130, 165) 
 
Cəlalın da gələcək barədə arzuları işıqlıdır: 
 
Şübhəsiz bir zaman gələr, 
Tarixdən silinər mübarizələr. 
Bu qanlı cəbhələr, qanlı silahlar, 
Boğuq hıçqırtılar, dumanlı ahlar 
Bütün varlığıyla bir neçə dönər
Dünya başdan-başa təzə görünər. (133, 59-60). 
 
Müəllif Cəlalı sonralar da unutmamış,  əsərlərində xatırlamış, hətta «İnsan» 
pyesində yaratdığı şair obrazını Cəlal adlandırmışdır. 
Səməd Vurğunun  əsərdə böyük məhəbbətlə yaratdığı obrazlardan biri də 
Humaydır. Şair onu bu cür təqdim edir: 
 
Humay düşündürür, Humay ağladır... 
O nə Tatyanadır, nə Ofelyadır. 
Həyata gəldiyi o gündən bəri 
O küsgün baxışlı qara gözləri 


 
 
99
Nələr düşündürür... Onun həyatı. 
Sevgisi, taleyi, müqəddəratı 
Hər zaman andırır vərəmli bir qış. 
Bütün diləkləri gözündə qalmış. (133, 14) 
 
Bu kənd qızı çox kövrək bir ruhda böyümüş, gözünü açandan sazın və çoban 
neyinin səsini, bir də quşların nəğməsini eşitmişdir. Neyin səsini eşidəndə onun 
gözləri yaşarır. O, heç vaxt böyük şəhərlərin səs-küyünü görməmiş, mütaliə 
etməmişdir. Bütün bunların müqabilində o, saf Azərbaycanlı  qızı, sevgisinə sadiq 
insandır. 
Şair bu əyalət qızının həyatda hələ bərkimədiyini bir misra ilə ifadə etmişdir: 
 
Humay tək ayaqlı bir qərinədir. (133, 14) 
 
Humay öz kökünə, mənsub olduğu xalqın adət-ənənələrinə möhkəm tellərlə 
bağlıdır. O, Cəlalı böyük bir məhəbbətlə sevir, lakin atasının razılığı və xeyir-duası 
olmadan ailə qurmaq istəmir. Buna görə də Cəlalın qoşulub qaçmaq barədə təklifini 
qəbul etmir. 
Azərbaycanda müxtəlif səbəblər üzündən qızın qaçırılması halları olmuşdur. Bu 
səbəblərdən biri azad və qarşılıqlı  məhəbbətin valideynlər tərəfindən qəbul 
edilməməsi ilə bağlıdır. Tərəflərdən biri və ya hər ikisi bu işə razılıq vermədikdə 
oğlanla qız son vasitə kimi qaçmalı olmuşlar. El arasında bu, «qoşulubqaçma» 
adlanır. Humayla Cəlal da belə bir yol seçə bilərdilər. Cəlal da əvvəlcə belə bir fikrə 
düşür. Onun «Qoşulub qaçmaq! Başqa bir iqlimə doğru yol açmaq!» təklifinə 
Humayın cavabı öz kökünə bağlı Azərbaycanlı qızının həqiqi ürək sözləridir: 
 
-Yox, Cəlal, olmadı. Şahiddir hamı,  
Görürkən yuxuda qaçaq babamı  


 
 
100
Hönkürüb ağlaram əlimdə yaylıq...  
Bəlkə də bir günlük səfərə getmək,  
Eşq üçün babamı atıb, tərk etmək  
Ölümdən yamandır el-gün içində...  
Sən onu axtar,  
Hər nə sözün var  
Özüylə danış  
Nə yad, nə tanış  
Gülməsin ona... (133, 39) 
 
Göründüyü kimi, Humay övlad adını şərəflə daşıyır, «eşq üçün», öz nəfsi üçün 
atasını atmır, istəmir ki, atası el tənəsinə məruz qalsın, düşmən ona gülsün. Humay 
burada özünü Azərbaycanlı qızı kimi təsdiq edir. 
Tədqiqatçı G .Lomidze bir münasibətlə oxucuya cavab olaraq belə yazmışdır: 
«Mənə aydın deyildir ki, nəyə görə eyni zamanda həm insan, həm də millətin nü-
mayəndəsi sayılmaq olmaz?.. Cəmiləni (Ç.Aytmatovun «Cəmilə» povestinin qəh-
rəmanı – A.B.) öz çətin, özünəməxsus taleyi ilə, onun cəlb olunduğu konfliktli 
mübarizə xüsusiyyətləri ilə başqa bir diyara, deyək ki, Rusiyaya, Belorusiyaya, Lat-
viyaya, yaxud Moldaviyaya köçürün. Cəmilə obrazı solğunlaşacaq, öz mahiyyətini 
itirəcəkdir. Onun öz zəmini ilə bağlı iztirabları,  əzabları, axtarışları inandırıcı 
görünməyəcəkdir». (196, 110) 
Görkəmli tədqiqatçının bu sözlərini eyni ilə Humaya da aid etmək olar. Humayın 
hərəkətini yalnız onun özü, yəni Azərbaycanlı  qızı edə bilərdi. Bəlkə  də bu, başqa 
birisi üçün təəccüblə qarşılanardı... 
Atasının onu çox istədiyi üçün Cəlala verəcəyinə Humayda dərin bir inam vardı. 
Humayın faciəsi də elə bunda idi. Burada o, bir xarakter kimi Cəlalla birləşir. Cəlal 
kimi o da unudurdu ki, Gəray bəy heç vaxt qızını özünə düşmən hesab etdiyi adama 
verə bilməz. 


 
 
101
Gəray bəyi bir ata kimi ürəkdən sevən Humay Cəlalın qətlindən sonra sanki 
«qəddarlaşır», Bəxtiyara belə deyir: 
-Bəxtiyar! Babamın qanı halaldır... 
Mənim ağladığım yalnız Cəlaldır... (133, 69) 
Şairin qələmi ilə Humayın birdən-birə  dəyişərək hətta ata qatilinə çevrilə 
biləcəyi səhnəsi inandırıcı deyil. Atasının el içində başı  aşağı olmasını istəməyən 
Azərbayçanlı qızı bu sözləri deyə bilməzdi. Əsərin sonunda xəyalən də olsa, Gəray 
bəyə «qatilim olsan da atamsan mənim» deməsi də bu fikrimizi təsdiq edir. Lakin 
əsərin yazıldığı dövrdə, yəni Pavel Morozovların öz valideynlərini «sinfi düşmən» 
kimi «ifşa etdiyi» həmin illərdə Humayın dilindən məhz bu cür deyilməli idi. 
Humay da müəllifin sevimli obrazlarındandır. Şair bu obrazı sevə-sevə yaratmış, 
sonradan yazdığı bəzi əsərlərində yenidən onu xatırlamışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi, əsərdə mühüm yer tutan obrazlardan biri də 
Bəxtiyardır. O, gənc olsa da inqilabi işdə  bərkimişdir. Öz əqidəsində möhkəm və 
dönməzdir, inqilabi işə sədaqətlidir. «Olsun inqilaba qanımız halal!» şüarına sadiqdir. 
Bəxtiyar cəsur bir başçı, ehtiyatlı döyüşçü, xeyirxah insandır. Döyüşçü 
dostlarının tənlükəsizliyi üçün əlindən gələni edir. Məhz onun təşəbbüsü və başçılığı 
ilə gənclər iməclik təşkil edir, Qızyetər qarının «hisli daxmasını» uçurur, yerində ona 
yaraşıqlı bir ev tikirlər. 
Mirpaşa məscidə köpək bağlayanda Bəxtiyar onu tənbeh edir. Uzun əsrlər 
ərzində xalqın beynində özünə yer tutmuş hər hansı bir adətin aradan götürülməsinə 
çalışmağı yolverilməz sayır. 
O, milli kökə bağlı bir insandır, gözəl tar çalır... 
Bütün bunlarla yanaşı  Bəxtiyar «yalnız ideya adamıdır» (B.Vahabzadə). Buna 
görə  də onun həyat barədə öz qənaətləri var və bunlar Bəxtiyarın «yalnız ideya 
adamı» olması ilə şərtlənir. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə