Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə35/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   31   32   33   34   35   36   37   38   ...   85

 
 
129
rı, ziyalılar, sənət adamları, sıravi oxucular isə qəzəblənmişlər. Şairin müasirlərindən 
Mehdi Hüseyn, Osman Sarıvəlli, Süleyman Rəhimov, Əli Vəliyev, Zeynal Xəlil ayrı-
ayrı  yığıncaqlarda obyektivlik göstərmiş, «Aygün»ü və onun müəllifini müdafiə 
etmişlər. Lakin həmin vaxtlar şairi müdafiə edən məqalənin dərcinə imkan 
verilməmişdir.  Şair də  qərəzli məqaləni təkzib edən «M.Quluzadənin «ədəbi 
səyahəti» adlı cavab məqaləsi yazaraq onu dərc etdirməyə çalışmış, sonra isə güzəştə 
gedərək bu fikrindən dönmüşdür.  
 Öz 
yaradıcılığını, şəxsiyyət və ləyaqətini qərəzli hücumlardan qoruyan S.Vurğun 
respublika rəhbəri ilə görüşmək, yazdığı cavabı ona oxumaq istəyir. Şair ərizəsində 
belə yazır: «…Quluzadənin məqaləsi MK-nın bir sıra işçilərinin icazəsi ilə çap 
olunduğuna görə, mənim də cavab məqaləmin partiyanın MK-sının,  şəxsən Sizin 
razılığınızla çap olunmasını düzgün hesab edirəm. Elə buna görə  də  mən Sizinlə 
görüşüb məqaləni Sizə oxumaq istədim, lakin mənə cavab verdilər ki, Siz çox 
məşğulsunuz və  məni qəbul etməyə imkanınız yoxdur».(152) Şair xahiş edir ki, 
mübahisənin birdəfəlik araşdırılması üçün ona müəyyən vaxt ayırsın, yaxud nüfuzlu 
partiya komissiyası yaradılması barədə göstəriş versin.(152). Bu müraciətinə cavab 
almayan şair teleqram göndərməli olur: «MK, Bağırov yoldaşa. Əziz yoldaş Bağırov, 
məni qəbul etməyi və dinləməyi bir daha Sizdən xahiş edirəm. Çətin 
vəziyyətdəyəm…»(158).          
Bütün bunlar cavabsız qalır və bu, şairin həyatı üçün yaxınlaşmaqda olan təhlü-
kədən xəbər verir. Odur ki, S.Vurğun «Hürmüz və Əhrimən», «İnsan» əsərlərində, bir 
sıra şerlərində olduğu kimi, bu dəfə də məcburi (!) güzəştə getməli olur.  
Zeynal Xəlilin xatirələrindən: «Axşam üstü idi. Mehdi Hüseynlə Səmədgilə get-
dik. Osman Sarıvəlli də burada idi. Səməd fikirliydi. Tez-tez iri stəkanda tünd çay içir 
və bir-birinin dalınca papiros çəkirdi. Mehdi yarızarafat, yarıciddi soruşdu:  
- Səməd, nə qərara gəldin?  


 
 
130
Biz hamımız onun üzünə baxdıq. Səməd çox rəsmi bir dillə dedi:  
- Qərarım birdir: qaçmaq.  
- Sən nə danışırsan? Necə  yəni qaçmaq? Hara qaçacaqsan? – deyib ondan 
soruşduq.  
 - Niyə  təəccüb edirsiniz? – deyə o, zarafatına  əlavə etdi: – Balam, Koroğlu 
nəsli deyilik? Niyə lazım olanda Koroğlu qaçıb aradan çıxa bilsin, mən yox…  
Biz dərhal Səmədin nə demək istədiyini anladıq. O, mübarizə aparmaqla yanaşı, 
tədbir görüb siyasət işlətməyi  də bacarırdı. 
Səməd yazı stoluna tərəf getdi. Bir vərəqə götürüb oxudu. Bu onun M.C.Bağı-
rova vuracağı teleqramın mətni idi. Teleqramda göstərilirdi ki, o, məqalədəki səhvləri 
etiraf edir və yaxın zamanlar yeni əsərləri ilə öz qüsurlarını yuyacaqdır…  
- Bax, bu da mənim qaçmağım…»(178).  
Azərbaycan Yazıçılar  İttifaqının plenumu haqqında mətbuatda verilmiş  rəsmi 
məlumatda oxuyuruq: «…Səməd Vurğun çıxışının axırında mətbuat səhifələrində 
«Aygün» poeması haqqındakı  tənqidlərin düzgün olduğunu etiraf etmişdir. Yazıçı 
Mehdi Hüseyn «Aygün» poemasını  əsassız surətdə  tərifləməkdə  səhv etdiyini 
plenumda etiraf etmiş,  şair Zeynal Xəlil bu il aprel ayında yazıçıların ümumi 
yığıncağındakı  çıxışında «Aygün» poemasının tənqidçilərinə qarşı etdiyi nalayiq 
hücumunu pisləmişdir».(56). 
Beləliklə  də bir müddət «Aygün» poemasının üstündən qara xətt çəkildi, onun 
mövcudluğu sanki unuduldu... 
M.Quluzadənin göstərilən məqaləsi elmi təhlildən daha çox ittiham xarakteri 
daşıyırdı. Məqalədə əsərin əsas ideyası və müəllif qayəsi təhrif edilmiş, şair müasir 
həyatla ayaqlaşa bilməməkdə, yaşadığı  cəmiyyətə böhtan atmaqda təqsirlən-
dirilmişdir. Bununla birlikdə məqalə müəllifi şairin  şəxsiyyətini təhqir etməkdən də 
çəkinməmişdir. 
«Aygün» poemasında hər hansı bir yaxşı cəhət görməyən məqalə müəllifi ayrı-
ayrı obrazlarda «gördüyü nöqsanları» müəlli- 


 
 
131
fin özünün nöqsanları kimi təqdim etmişdir. «Aygünün ailə  və  məhəbbət haqqında 
fikir və hisslərini köhnə, məhdud və bir çox halda bayağı» hesab edən məqalə 
müəllifi yazır: «Bir sıra gözəl mənəvi keyfiyyətlərinə baxmayaraq, ictimai bir tip, 
xarakter bir obraz olmaq etibarilə Aygün də sovet oxucularını  təmin edə bilməz. 
Çünki o, sovet adamlarına xas olan mübarizlik, prinsipiallıq, ardıcıllıq 
keyfiyyətlərinə, köhnəliklə barışmazlıq sifətlərinə malik deyildir. Aygün öz ərinin 
mürtəce görüşləri ilə mübarizə aparmaq üçün keç bir ciddi təşəbbüs göstərmir».(107). 
M.Quluzadə bunun səbəbini «müəllifin öz görüşlərində, qadına qarşı köhnə 
münasibət bəsləməsində, ailəni möhkəmləndirmək ideyasını yanlış başa düşməsində» 
görür. 
Tənqidçi əsərdə Əmirxanın yaxşılığa doğru dəyişməsi prosesini inandırıcı hesab 
etmir. O yazır: «... Əmirxanın dəyişməsi  əsərdə mücərrəd və süni yolla gedir; bu 
dəyişikliyin  şəraiti və  səbəbi oxucuya məlum olmur. Əmirxan  əvvəldən axıra kimi 
kollektivdən, partiya və ictimai təşkilatların təsir və nüfuz dairəsindən kənarda, tək-
tənha yaşayır».(107). M.Quluzadə özünün «Şair nə üçün Əmirxanın həyatını 
kollektivdən kənarda təsvir edir?» sualına belə cavab verir: «... ona görə ki, şair 
Əmirxanın mürtəce görüşlərinə liberal münasibət bəsləyir,  Əmirxana rəğbətlə 
yanaşır».(107). 1952-ci ildə «mürtəce görüşlərə liberal münasibət bəsləmək» 
ittihamının arxasında nələr durduğu bu gün daha aydındır. 
Tənqidçi belə bir nəticəyə  gəlir ki, Səməd Vurğun «Aygün» poemasında 
bolşevik partiyalılığı prinsipindən, sosializm realizmindən geri çəkilmiş, sovet 
varlığını, sovet adamlarının simasını  təhrif edən müvəffəqiyyətsiz, bədii cəhətdən 
sönük, zəif  əsər yaratmışdır. M.Quluzadənin fikrincə, «Aygün» partiyanın sovet 
ədəbiyyatı qarşısında qoyduğu tələblərə cavab vermir. Tənqidçi özünün «Bu nədən 
irəli gəlir?» sualına yenə də ittiham xarakterli cavab verir: «Bu, ondan irəli gəlir ki, 
Səməd Vurğun müasir həyatı, gənclərimizin yaradıcılıq  əməyini, qabaqcıl sovet 
gənclərinin yeni mənəvi keyfiyyətlərini yaxşı öyrənməmiş, həyatı  bədii 
ümumiləşdirmə əsa- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə