Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   32   33   34   35   36   37   38   39   ...   85

 
 
132
sında  əks etdirməyə, yeni insanları, yeni ictimai münasibətləri öyrənməyə 
çalışmamış, öz şüurundakı köhnə anlayış  və  təsəvvürlərə  əsaslanaraq uydurma 
obrazlar yaratmışdır».(107) 
Qeyd etdiyimiz kimi, Səməd Vurğun «Quluzadənin müəllifin ünvanına uydur-
duğu bir sıra böhtanlara, ucuz və əsassız ittihamlara cavab» olaraq «M.Quluzadənin 
«ədəbi səyahəti» adlı məqalə yazmışdır. Şair bu yazıda «Aygün» poeması və müəllif 
barədə deyilmiş  tənqidi fikir və mülahizələrin  əsassızlığını özünəməxsus dərin 
məntiqlə sübuta yetirmiş, tənqidçinin uydurduğu böhtan və ittihamları rədd etmişdir. 
Burada tənqidçinin hər bir iradına əsaslandırılmış cavab verilmişdir. 
Səməd Vurğun M.Quluzadənin  şairə  təbii istedaddan daha çox yüksək mədə-
niyyət və dolğun məzmun gərək olması barədə  tənqidçi Belinskinin fikirlərini 
«Səməd Vurğunun dərindən dərk etməməsi» hökmü ilə çox haqlı olaraq razılaşmır və 
«əsərləri zaman qarşısında imtahan vermiş, müxtəlif dillərə  tərcümə olunmuş bir 
şairin «mədəniyyətsiz» adlandırılmasını  ədalətsizlik hesab edir. O yazır: «Quluzadə 
bu sözləri yazdığı zaman «Vaqif», «Xanlar», «Fərhad və Şirin» pyeslərini, «Bəsti», 
«Ölüm kürsüsü», «Komsomol poeması» poemalarını, nəhayət müəllifin bütün 
yaradıcılığını bir küll halında öz gözlərinin önünə gətirdimi?».(148). Şair onu da qeyd 
edir ki, oricinal və qabaqcıl fikirlər deməkdən məhrum, öz mənəvi aləmi yoxsul olan, 
bir para «tənqidçilər» yerli-yersiz, vaxtlı-vaxtsız böyük nəzəriyyəçilərdən sitatlar 
gətirməklə özlərini «mədəni» bir insan kimi qələmə vermək istəyirlər. Şairə görə, bu 
adamlar Belinskinin də, Dobrolyubovun da, Axundovun da mədəniyyətini, hər 
şeydən  əvvəl, yaradıcı bir mədəniyyət olduğunu unudurlar. Məhz buna görə  də 
Səməd Vurğun  şairin mədəniyyətinin onun yaradıcılığından ayırmağın, təcrid 
etməyin özünü «mədəniyyətsizlik», «savadsızlıq» kimi qiymətləndirmişdir. 
M.Quluzadə Aygünün öz ailəsini dağıtmamaq, öz eşqini yaşatmaq məqsədilə əri 
Əmirxana bir sıra güzəştlər etməsini onun  


 
 
133
zəifliyi saymış və bunu şairin özünün «qadına qarşı köhnə münasibət bəsləməsi» ilə 
izah etmişdir.  Əlbəttə, Səməd Vurğun tənqidçinin bu iddiasını da heç cür qəbul 
etməmiş və Aygünün keçdiyi mürəkkəb, həm nəşəli, həm iztirablı, getdikcə yüksələn 
inkişaf yolunu, nəticə etibarilə onun görkəmli bir bəstəkar olmasını nəzərə çatdıraraq 
yazmışdır: «Axı, biz Aygünü mətbəxə, yalnız evdar bir qadın olmağa çağırmadıq, 
ona geniş bir ictimai meydan verdik, o, həyatımızla bir nəfəs alan mübariz və 
istedadlı bir bəstəkar oldu...».(148). 
Şair öz qəhrəmanının yüksəlişinin ifadəsi kimi bu misraları göstərir: 
 
Gəlin sənət ilə yaşadı yalnız,  
Ona sirdaş oldu hər bir əsəri.  
Dinib danışdığı qələmlə kağız.  
Aygünün dağınıq düşüncələri–  
Yığışıb bir yerə bir dastan oldu,  
Sevindi qəlbində xoşbəxt bir aləm...  
O, həyat aşiqi bir insan oldu –  
Nə hicran yurd saldı qəlbində, nə qəm.  
Sonsuz bir eşq ilə sevdi varlığı,  
Sevdi təbiəti, axar suları,  
Sevdi hər zəfəri, bəxtiyarlığı,  
Yüksək əməlləri, saf arzuları. 
 
Məlum olduğu kimi, M.Quluzadənin əsas iradlarından biri də Əmirxan obrazı ilə 
bağlı idi. Tənqidçi belə bir sual verir: «Bəs nə üçün Əmirxanın bu nöqsanlarını orta 
və ali məktəb düzəldə bilməmişdir?»(148). 
Səməd Vurğunun fikrincə, M.Quluzadə bu sualı ilə  həyatda  Əmirxanların 
mövcudluğunu inkar edir; guya ki, sovet məktəbində oxuyanların hamısı bütün 
nöqsan və qüsurlardan azad imiş!.. 
Şair insan tərbiyəsinin çox mühüm və eyni zamanda çox mürəkkəb bir iş 
olduğunu nəzərə alaraq onun yalnız məktəbin,  


 
 
134
ayrı-ayrı kollektiv və  təşkilatların üzərinə atılmasını  məqbul saymır, bu işin daha 
geniş miqyasda aparılmasını, «ədəbiyyat və  sənətin həyata göstərəcəyi aktiv və 
tərbiyəvi» təsirdən faydalanmağı tövsiyə edir. O yazır: «Əgər bizim inkişafımıza 
əngəl törədən hadisələrin, köhnəliyin və  fənalığın ləğv olunması Quluzadənin 
düşündüyü kimi çox asan və sadəcə bir ştamp ilə başa gəlsəydi, həyatda ciddi bir 
mübarizəyə ehtiyac qalardımı?»(148). 
Səməd Vurğun «Aygün» poemasını yazmaqda öz məqsədini belə izah edir: 
«Əgər bizim ailələrimizdə və cəmiyyətimizdə ideal uğrunda mübarizə ilə idealsızlığın 
toqquşmasını, xalq və vətən səadəti uğrunda yaşayıb yaratmaq meylləri ilə dünyaya 
laqeyd baxmağın, insan ömrünün mənasını kefdə, əyləncədə görməyin mübarizəsini
saf və müqəddəs bir məhəbbətlə qısqanclığın, xudpəsəndliyin çarpışmasını, nəticədə 
birincilərin zəfər çalmasını, ikincilərin isə  həyatımız tərəfindən rədd edilməsini 
tərənnüm edən bir əsərdir». (148). 
Əlbəttə, sifarişlə yazılmış məqalənin müəllifi şairin qayəsini dərk edə bilməmiş, 
yaxud dərk etmək istəməmiş, poemanın «işıqlı  məqsədləri üzərinə qara ləkələr» 
salaraq «ikiillik şair zəhmətinin məhsulu olan bir əsər haqda ürək açan» iki kəlmə 
belə  işlətməmişdir. Səməd Vurğun isə bu qərəzli məqaləyə  və onun müəllifinə 
özünəməxsus təmkin və ləyaqətlə cavab vermişdir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
135
 
III FƏSİL 
 
 
SƏMƏD VURĞUNUN YARADICILIĞINDA 
MÜHARİBƏ VƏ İNSAN 
 
 
Müharibə və şerdə tragik kolliziyalar. 
Müharibənin fəlsəfi dərki və «İnsan» pyesi 
 
 
1941-ci il iyun ayının 22-də alman-faşist qoşunları Sovet İttifaqı üzərinə hücum 
etdilər. Elə həmin gün hökumət alman işğalçılarının hücumunu xalqa bildirdi. Xalq 
Vətənin müdafiəsinə qalxdı. Böyük Vətən müharibəsi başlandı. 
Etiraf etmək lazımdır ki, bu gün həmin müharibəyə heç də hamının münasibəti 
birmənalı deyil. İndi müharibənin başlanması, gedişi, hətta səbəbləri və mahiyyəti barədə 
müxtəlif, bir-birini inkar edən fikirlər söylənilir. Bəzən ayrı-ayrı müəlliflərin «Böyük 
Vətən müharibəsi» əvəzinə «rus-alman müharibəsi» ifadəsi işlətdiyinin şahidi oluruq. 
Yaşadığımız demokratiya şəraitində bu, təbiidir. Lakin bu da bir həqiqətdir ki, o 
zaman «sovet xalqı» adlanan və müxtəlif millətləri təmsil edən böyük bir xalqın 
həyatında bu müharibə ən ciddi sınaqlardan olmuşdur. 
O vaxtlar Sovet İttifaqı özünün bütün uğurları  və  səhvləri ilə birlikdə dinc 
quruculuqla məşğul idi. Bu dövrdə yer üzündə dünyanı  hədələyən iki müharibə ocağı 
əmələ gəlmişdi. Bunlar bədnam irqçilik nəzəriyyəsini həyata keçirərək dünya xalqlarını 
qul etməyi öz qarşılarına məqsəd qoymuş faşist Almaniyası və militarist Yaponiyası idi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə