160
Adın səadətlə yazıldı sirdaş.
İndi heykəlinin mərmər daşında
Sənin son sözlərin yazılmış, qardaş:
«El bilir ki, sən mənimsən,
Yurdum, yuvam, məskənimsən.
Anam, doğma vətənimsən,
Ayrılarmı könül candan?
Azərbaycan! Azərbaycan!» (132, 141)
Şair bu mövzu ilə səsləşən «Adsız qəhrəman» şerində faşistlər tərəfindən işğal
olunmuş şəhər və kəndlərin azad edilməsində iştirak edən azərbaycanlı döyüşçülərin
hiss və düşüncələrini ön plana çəkmişdir.
Hərbi xəstəxanada şən əhval-ruhiyyə vardır. Burada Azərbaycandan gəlmiş
artistlər çıxış edirlər. Tarın, kamançanın səsi, «Qarabağ şikəstəsi», şerlər, rəqslər
yaralıların ağrısını unutdurmuş, onlarda sabaha böyük ümid yaratmışdır. Yaralı
döyüşçülərdə belə bir fərəhli inam əmələ gəlmişdir: «Gözlə məni, zaman gələr
görüşərik...»
Şair birdən bu ovqatın əksi olan lövhə yaradır: Küncdə qoyulmuş çarpayıdakı
yaralı son dəqiqələrini yaşayır. Bu konsertdə ifadə olunan «ana yurdun xoş nəfəsi»
belə ona yaddır. O, şairi də eşitmir, öz adını, son sözünü deyə bilmir. Bəli, bu nakam
da minlərlə adsız ölən Azərbaycan döyüşçülərindən biridir. Şair üzünü bu şəhidlərə
tutur, onlara bütün xalqımız adından müraciət edir:
Siz ey, Odlar ölkəsinin adsız ölən ərənləri!
İnsan oğlu bu aləmə göz açdığı gündən bəri
Azadlığın məşəlinə qurban olmuş pərvanə tək...
Lakin ellər baş endirir qəhrəmanlar güzarına!
Adsız ölən igidlərin o pərişan məzarına
Çiçək səpir qucaq-qucaq, gül dağıdır ətək-ətək,
161
Siz ey, Vətən torpağının vaxtsız ölən övladları!
Ey ağ saçlı bir millətin baş şöhrəti, dünya varı!
Alqış deyir tarix sizə!
Bu şerim də yollar açsın,
Günəş kimi şəfəq saçsın
O müqəddəs qəbrinizə! (132, 148)
S.Vurğunun bu silsilədən olan şerlərindən bir neçəsi konkret olaraq ayrı-ayrı
Azərbaycan döyüşçülərinə həsr edilmişdir. Siyasi rəhbər Kamal Qasımov, təyyarəçi
Məzahir Abbasov, ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov,
partizan Babaş Dadaşov və faşistlərdən təmizlənmiş Oryol şəhərinə ilk dəfə bayraq
sancan döyüşçü Hüseyn Əcdərova həsr edilmiş «Qəhrəmanın hünəri», «İgid şahin»,
«Azərbaycan balası», «Partizan Babaş» və «Bayraqdar» şerlərində vətən övladlarının
hünəri poetik misralara çevrilir, onların zəfərləri sadalanır. Bu qəhrəmanlar, şairin
təsvirində milli xüsusiyyətləri ilə birlikdə öz ümumbəşəri duyğuları ilə də yadda
qalırlar.
1941-ci il dekabrın 3-də Novqorod vilayətinin Pustınka kəndində 10 saat davam
edən gərgin döyüşdə azərbaycanlı İsrafil Məmmədov böyük qəhrəmanlıq göstərərk
70 faşisti, o cümlədən 3 zabiti məhv etdi.(181, 7). SSRİ Ali Soveti Rəyasət Heyətinin
11 dekabr 1941-ci il tarixli fərmanı ilə ona Sovet İttifaqı Qəhrəmanı adı verildi. Bu
hadisədən bir az sonra Gəncədə, habelə qəhrəmanın doğulduğu Şəmkirdə təntənəli
mitinqlər, 1942-ci ilin mayında isə İsrafil Məmmədovun özü ilə görüş keçirilmişdir.
Bu tədbirlərlə S.Vurğun fəal iştirak etmişdir.
∗
Şair 1941-ci ilin dekabrında Gəncədə ümumşəhər mitinqində qısa və yadda
qalan bir nitq söyləmişdir. O, ürək dolusu, milli qürur və iftixar hissi ilə «bizim İsrafil
Məhərrəm oğlu» deyə müraciət etdiyi qəhrəmanın hünərinin Azərbaycan xalqı üçün
∗
Бу барядя Р.Таьыйевин «Хатирялярдя йашайанлар» вя Я.Исайевин «Исрафил Мяммядов» китабларында ятрафлы мялумат
верилмишдир.
162
unudulmaz bir bayram olduğunu xüsusi qeyd etmişdir. Şair bu qəhrəmanlığı
qanunauyğun bir hal hesab etmiş və bunu İsrafili yetirən milli zəmin, aldığı tərbiyə
ilə əsaslandırmışdır: «Böyük Nizaminin vətənində yetişmiş İsrafil Qoşqar və Kəpəz
dağlarının əzəməti ilə böyümüş, Xaçbulaq yaylaqlarının durna gözlü bulaqlarından su
içmişdir. O, azadlıq və səadətin böyük nemətini öz babası olan Nizami Gəncəvinin
şer incilərindən almışdır. O, qəhrəmanlıq və cəsarəti yenə öz babası olan Koroğlunun
Misri qılıncından öyrənmişdir».(161).
Antifaşist şair onu da qeyd edirdi ki, insanlığa ölüm gətirən faşizm başqa
xalqların mədəniyyətini məhv etdiyi kimi, Azərbaycan xalqının da minillik mədəni
tarixini məhv etmək istəyir. Lakin vətənpərvər şair möhkəm əmindir ki, Nizami kimi
dahi bir şairin sərdabəsini öz köksündə yaşadan ana Vətənimizi faşist cəllladlarının
yanğınlarına verməyəcəyik!
1942-ci ildə «Kommunist» qəzeti və Azərbaycan Yazıçılar İttifaqı ilk
Azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov haqqında xüsusi kitabça
nəşr etmişlər. (161). Burada qəhrəman haqqında məqalə və şerlər, məktublar
toplanmışdır.
Kitabça S.Vurğunun «Xalqımızın iftixarı» məqaləsi ilə açılır. Şairin Gəncədəki
çıxışının ruhu bu məqalənin də əsasını təşkil edir. Məqalə həm də müəllifin «Ananın
öyüdü» şeri ilə səsləşir. Şairin fikrincə, İsrafil Ana öyüdlərinə – Vətənin öyüdlərinə
sadiq qalmışdır. Çünki qəhrəmanın anası Gülsüm xala şairə belə deyib: «Mən İsrafili
yola salan zaman, dedim ki, oğul, düşmənə heç vaxt arxanı çevirmə!..».(161, 87).
S.Vurğun yazır: «Faşizm taunundan bəşəriyyəti xilas etmək bu gün üçün azadlıq və
səadət uğrunda ən böyük yaxşılıq, ən böyük bir humanizmdir. İsrafil bu şərəfli işdə
doğrudan da dastanlara düşəcək, nəğmələrdə səslənəcək bir hünər göstərdi».(161, 8).
Şair burada qəhrəmana həsr etdiyi «Azərbaycan balası» şerindən parçalar
vermişdir ki, bu da məqaləni daha təsirli etmişdir.
S.Vurğun bu şerində də İsrafilin qəhrəmanlığını ulu kökə
Dostları ilə paylaş: |