163
bağlayır, onun aldığı tərbiyənin təsiri ilə əlaqələndirir. Qəhrəmanı dahi Nizaminin
vətəni böyütmüşdür. Xaçbulaq, Qoşqar kimi dağların əzəməti, Kəpəzin, Göy gölün
təmiz havası, «kəhriz başındakı çinar kölgəsi», çoban səsi, ellərin nəğmələri onun
qismətinə düşmüşdür. O, qoç Koroğlunu aşıqların söylədiyi dastanlardan tanımış,
Qırat, Misri qılınc İsrafilə doğmalaşmışdır.
Şair öz şerinə belə bir əhvalat daxil etmişdir: Kənddə şiş buynuzlu bir buğa
adamları incidirmiş. Bir dəfə İsrafil onunla üz-üzə gəlmiş və bu əməlindən əl
çəkməsini tələb etmişdir. Bu zaman buğa onu vurmaq istərkən İsrafil hirslənmiş və
buğanın buynuzunu dartıb çıxartmışdır…
Əlbəttə, bu, şairin özünün də qeyd etdiyi kimi, bir əfsanədir. Lakin S.Vurğun
bununla İsrafili yetirən Azərbaycan xalqının qəhrəman keçmişini xatırlatmış, Dədə
Qorqud ərənlərini yada salmışdır.
S.Vurğun Taqanroq və Rostovun azad edilməsi münasibətilə yuxarıda qeyd
etdiyimiz təbrikində yazırdı: «Bir neçə gün bundan qabaq mən «Krasnaya Zvezda»
qəzetində oxudum ki, Azərbaycanın şanlı oğlu N alayının bayraqdarı Əcdərov azad
olmuş Oryol şəhəri üzərində birinci olaraq bayraq sancmışdır. O, qumbara ilə onlarla
faşist qəsbkarını məhv etmişdir. Mənim əməl qardaşlarım, azərbaycanlılar, sizə eşq
olsun!»(135, 268).
Şairin bu fərəhi həmin təbrikdən bir gün sonra şerə çevrildi. «Azad olmuş Oryol
şəhərinə ilk dəfə bayraq sancmış vətən oğlu Hüseyn Əcdərova» ithaf olunan
«Bayraqdar» şerinin qəhrəmanı öz beynəlmiləl borcuna sadiq qalan ləyaqətli
Azərbaycan oğludur. O öz geniş qəlbinə və saf niyyətinə görə dildən-dilə düşəcək,
eldən-elə gəzəcəkdir:
Sən bir eşqin, məhəbbətin
Çiçək açmış baharısan!
Sən ağsaçlı bir millətin
Şöhrətisən, vüqarısan!..
164
Qoy var olsun o mərd əlin!
O saf eşqin, saf əməlin
Düşəcəkdir dildən-dilə,
Gəzəcəkdir eldən-elə! (132, 146-147)
S.Vurğunun Belorusiya meşələrində başqa xalqların nümayəndələri ilə çiyin-
çiyinə vuruşan «Partizan Babaş» şerinin qəhrəmanı da qeyrətli və yenilməz
Azərbaycan döyüşçülərindəndir. Onun da qəlbində «Koroğlunun qanı vardır», silahı
isə Misri qılıncdır. O, ana yurdun qız-gəlininin xoşbəxt yaşaması naminə vuruşur.
Partizanın Azərbaycan torpağına «Ayağa qalx!» müraciəti ana yurdu fərəhləndirir,
şair qəlbini isə dağa döndərir...
Yuxarıda qeyd etdiyimiz kimi, müharibə illərində S.Vurğun arxa cəbhədə də
səmərəli fəaliyyət göstərmişdir. Onun burada müşahidə etdiyi bir sıra hadisələr
müəyyən əsərlərin mövzusu olmuşdur. «Sovqat», «Uşaq bağçası», «Daşsalahlı
yoldaşlara», «Qızxanımın hünəri», «Göz aydınlığı», «Təzə il sovqatı» şerlərində
arxada hünər göstərən adamların əməyi, cəbhəyə yardım, uşaqlara qayğı, çəbhədəki
uğurlardan doğan sevinc və s. tərənnüm olunur.
«Sovqat» nişanlı qızın dilindən yazılmışdır. Öz sevgilisinə qışqabağı bir corab,
bir əlcək, bir isti köynək, bir də yun başlıq göndərən qızın tapşırığı budur:
Vətən məhəbbəti olan könüldə
Mənim də eşqimi yaşadarsan sən. (132, 101)
«Qızxanımın hünəri» şerinin qəhrəmanı əri cəbhəyə getdikdən sonra ailəsini
saxlayan, yeri gəldikcə öz imkanı daxilində orduya kömək edən hünərli və sədaqətli
kənc Azərbaycan qadınıdır. Tank dəstəsinin təşkili üçün 2000 manat pul verən bu
gənc qadının hərəkəti şairi fərəhləndirir. S.Vurğun onun şəninə qoşduğu şerin
əvvəlində yazır: «O gəncdir. Həyat yoldaşı mühari-
165
bəyə gedəndən bəri Qızxanım ailə saxlayır. Lakin o yenə də hünərli və səxavətlidir.
Mən Qızxanımdakı bu səxavəti kənd gənclərimizin çoxunda gördüm. Belə bir
qənaətə gəldim ki, bizim yeni gənclik öz kökündən ayrılmamışdır. Gənclərimiz öz
ata-babalarından qalan ən gözəl və xeyirxah adətləri öz qəlblərində yaşadırlar. Onlar
bilirlər ki, hünər və səxavət Azərbaycan kəndlisinin ən nəcib xüsusiyyətlərindəndir.
Öz nəcib ruhunu, insanpərvər adətlərini öz gəncliyində miras kimi yaşadan bir xalq
bəxtiyardır. Onun daha böyük gələcəyi var». (132, 127)
Şerin əsasını da məhz bu hisslər təşkil edir:
Onun qəlbi saf yaranmış əzəldən,
Ağ alnına yazılmışdır etibar.
Hər diləyi, hər müşkülü düzəldən
Mələk ruhlu bir müqəddəs eşqi var. (132, 128)
Məlumdur ki, ölkənin müdafiəsində keçmiş SSRİ-nin bütün xalqları iştirak
edirdilər. Bununla birlikdə müharibə əsasən Rusiya, Ukrayna və Belorusiya
torpaqlarında getdiyindən əsas ağırlıq da bu respublikalarda yaşayan xalqların üzərinə
düşmüşdü. Buna görə də bədii əsərlərdə «rus», «Rusiya» sözlərinin tez-tez
işlədilməsi təbii bir hal hesab olunmalıdır. «Rus» sözü «Sovet» sözünün sinonimi
olmuşdu.(217, 272). Bu əsərlərin adında da öz əksini tapırdı: «Rus döyüşçüləri»
(A.Tolstoy), «Rus xalqı» (K.Simonov), «Biz ruslarıq» (V.Vişnevski), «Rusiyaya eşq
olsun» (L.Leonov), «Rusiya» (A.Prokofyev) və s.
S.Vurğunun əsərlərində də bu xalqların müharibə dövrü həyatı və mübarizəsi,
Azərbaycan xalqı ilə dostluq münasibətləri öz poetik əksini tapmışdır.
Müharibənin ilk aylarında Rusiyanın iki böyük şəhəri – Moskva və Leninqrad
təhlükə qarşısında idi. Belə bir vaxtda şair «Ədəbiyyat qəzeti»nin 31 avqust 1941-ci il
tarixli sayında dərin inam hissi ilə faşist bandalarının Leninqrad şəhərini görə bilmə-
166
yəcəklərini bəyan etdi.(135,190). 1941-ci ilin oktyabr ayında Moskvanın ağır
anlarında Bakı zəhmətkeşləri moskvalılara məktub göndərmişdilər. Məktubda
göstərilirdi ki, Moskvanı qoruyanlar sırasında azərbaycanlılar da vardır. Onlar öz
borclarını şərəflə yerinə yetirəcəklər. Bakılılar yazırdılar: «Doğma Moskva! Sən bu
gün təhlükədəsən. Lakin sən tək deyilsən. Bütün qüdrətli Vətən səninlədir. Bakılılar
da səninlədir, bütün Azərbaycan xalqı səninlədir. Bu gərgin günlərdə bizim
dostluğumuz daha da sarsılmazdır. Bu dostluq qələbəmizin əsasıdır. Nə qədər ki, bu
dostluq yaşayır, bizim üçün heç bir düşmən qorxulu deyil. Moskvanın qəhrəman
müdafiəçiləri! Biz sizinləyik!..»(135, 190-191).
Məktub «Bakinski raboçi» qəzetinin 26 oktyabr 1941-ci il tarixli sayında dərc
edilmişdir. «Kommunist» qəzetinin eyni tarixli sayında isə S.Vurğunun «Moskva»
şeri çap olunmuşdur.
∗
Bu şeri həmin məktubun poetik ifadəsi adlandırmaq olar.
Şair «Moskva» şerini şəhərin müdafiəsinə həsr etmişdir. Şəhərin qəlbində
döyüntülər var. Bundan şair də narahatdır. Lakin bu hal anidir və nikbinlik notları ön
plana keçir. Moskvanın başında min acı külək əssə də, onun ürəyi dayanmayacaq,
düşmən bu şəhərə yaxın düşə bilməyəcəkdir. Tarixin sınaqlarından çıxmış bir qanun
var:
Zülmət oynasa da bir an göylərdə,
Tutulmaz günəşin üzünə pərdə.
Kəmənd də atılmaz axar sulara,
Həqiqət çəkilməz boğazdan dara. (132, 102)
Şair Moskvanı doğma hesab edir. Moskva Puşkinin şeri ilə ucalmışdır. Bu gün
faşizm əsarətindən qurtarmaq istəyən insanların nəzəri Moskvaya dikilmişdir.
∗
Шер «Бакински рабочи» гязетинин 30 октйабр 1941-жи ил тарихли сайында шаир Абрам Плавникин тяржцмясиндя рус
дилиндя дя дярж едилмишдир.
Dostları ilə paylaş: |