152
ğun bir çox vətənpərvərlik ruhlu şerlər yazmışdır. Onun ilham pərisinin əlində o vaxt
nə saz var idi, nə ney. Vurğunun düşmənə nifrətlə, dosta məhəbbətlə dolu olan, əsgər
ürəyinin tellərini titrədən şerləri bizə haqq verir ki, onu Böyük Vətən müharibəsinin
qəhrəmanlarından biri adlandıraq».(124)
Əlbəttə, S.Vurğunun müharibə illərində bədii yaradıcılıq sahəsində məhsuldar
fəaliyyəti xüsusi qeyd olunmalıdır. Müharibənin təkcə ilk həftəsində dövrü mətbuada
şairin 6 şeri dərç edilmişdir. Professor Nəcəf Quliyev müharibə dövrü poeziyamızı
tədqiq edərkən müqayisələr aparmış və yazmışdır ki, müharibənin ilk günlərinə
məxsus dövrü mətbuatı nəzərdən keçirərkən o zaman sənətkarların göstərdiyi
operativliyə, vətəndaş hünərinə heyran qalmamaq olmur:
«Pravda» qəzeti, 23 iyun 1941-ci il. Aleksey Surkovun «Qələbəyə and içirik!»,
Nikolay Aseyevin «Qələbə bizim olacaqdır!» şerləri.
«Kommunist» qəzeti, 23 iyun 1941-ci il. Səməd Vurğunun «Vətənin keşiyində»
şeri.
«İzvestiya» qəzeti, 24 iyun 1941-ci il. Vasili Lebedev-Kumaçın «Müqəddəs
müharibə» şeri.
«Kommunist» qəzeti, 24 iyun 1941-ci il. S.Vurğunun «Ananın öyüdü» şeri.
«Pravda» qəzeti, 25 iyun 1941-ci il. Aleksey Surkovun «Cəsurların mahnısı»
şeri.
«Kommunist» qəzeti, 25 iyun 1941-ci il. Səməd Vurğunun «Şəfqət baçısı» şeri.
«Krasnaya Zvezda» qəzeti, 26 iyun 1941-ci il. İlya Erenburqun «Hitlerçi
vəhşilər» publisistik məqaləsi.
«Kommunist» qəzeti. 26 iyun 1941-ci il. Səməd Vurğunun «Qızıl şahinlər»
şeri.
«Pravda» qəzeti, 27 iyun 1941-ci il. Aleksey Tolstoyun «Biz nəyi müdafiə
edirik» publisistik məqaləsi.
«Kommunist» qəzeti. 28 iyun 1941-ci il. Səməd Vurğunun
153
«Qoca qəhrəmanın çıxışı» şeri…(105, 6-7).
Şairin bu şerlərində günün tələblərinə uyğun olaraq səfərbərlik, düşmənə qarşı
mübarizəyə çağırış ruhu əsas yer tuturdu. Bu baxımdan müharibənin ikinci günü –
iyunun 23-də qələmə alınmış «Ananın öyüdü» şeri səciyyəvidir.
Bu şerdə ümumiləşdirilmiş Ana obrazı yaradılmışdır. Bu Ana Vətənin,
Azərbaycanın rəmzidir. Şer bütövlükdə Ananın cəbhəyə yola saldığı oğluna
nəsihətlərindən ibarətdir. Lakin Ananın dediklərini sadəcə bir nəsihət kimi qəbul
etmək olmaz. Bu, Vətənin dar günündə öz torpağını müdafiə edəcək övladın
qarşısında duran vəzifədir.
Şerin əvvəlində ölkədə ümumi səfərbərliyi ifadə edən lövhə yaradılmışdır:
Geyib əsgər paltarını, silahlandı qəhrəman,
Onun polad sinəsinə sığışmadı ürəyi.
Dayan! - deyib, yaxın gəldi, öpdü onun alnından
Yay gününün xoş səhəri, bir də dağlar küləyi. (132, 68).
Məlumdur ki, uzaq səfərə çıxan şəxs özünün ən yaxın adamları, ilk növbədə
anası ilə vidalaşır. Onun xeyir-duasını qəbul edir. Burada da belədir.
Şerdə Ana öz Vətəninə sonsuz məhəbbəti, düşmənə nifrəti, humanizmi və
dəyanəti ilə yadda qalır. Onun oğluna tövsiyələri bütün anaların öz oğullarına
tapşırığı kimi səslənir, oğullara yüksək bəşəri duyğular təlqin edir:
Biz sənsiz də dolanarıq, uğur olsun yoluna
Qılıncını çalan zaman qüvvət gəlsin qoluna!
Sən düşmənin qabağında igid tərpən vüqarla
Tüfəngini təmiz saxla, atını da tumarla!
Öz yerində olsun gərək igidin yar-yarağı,
Hər gün yeni bir zəfərlə gəlsin onun sorağı... (132, 68).
154
Ana öz oğlunu vüqarla yola salır, dalınca su səpir...
Bu parçadan da göründüyü kimi, Ana oğluna döyüşçü üçün vacib olan şeyləri
tapşırır: düşmənin qarşısında əyilmə, tüfəngini və atını yaxşı saxla və s.
Ananın bu tapşırıqları canlı xalq dilində verildiyindən daha çox yadda qalır və
təsirli olur. «Tüfəngini təmiz saxla, atını da tumarla!», «Öz yerində olsun gərək igidin
yar-yarağı» kimi misralar bu baxımdan uğurludur. Respublikanın xalq artisti Vera
Şirye danışırdı ki, müharibə illərində bu şer onun ifasında Azərbaycan və rus
dillərində döyüşçülər tərəfindən maraqla qarşılanır və onları həyəcanlandırırdı.
∗
Onu
da qeyd etmək lazımdır ki, müharibənin ikinçi günü S.Vurğunun çatdırdığı bu
məsələlər (ananın döyüşçüyə tapşırıqları) sonradan bütün müharibə dövründə
ədəbiyyatın ümumi mövzularından olmuş, «komandiri qoru», «silahını qoru»
çağırışları bütün millətlərdən olan söz ustalarının müraciət etdiyi mövzuya
çevrilmişdir.
Çağırış şairin müharibənin ilk günlərində – iyunun 26-da qələmə aldığı «Qoca
qəhrəmanın çıxışı» şerinin də əsas qayəsidir. Vətəndaş müharibəsində qolunu itirmiş
bu cəsur insan Vətənin müdafiəsindədir. Yaşı ötsə də «lazım gəlsə bu uğurda öz
canını verməyə» hazırdır. Onun tapşırıqları da aydındır və günün çağırışı kimi
səslənir:
Hər bir igid hazırlasın tüfəngini, yarağını,
Mən dünəndən doldurmuşam patronumun darağını. (132, 73).
Şer mərdliyin və igidliyin alqışlanması ilə bitir. Şairin fikrincə, bu dünyada «igid
olmaq», «mərd yaşamaq» əsas həyat idealına çevrilməlidir.
S.Vurğun «Şəfqət bacısı» şerində «ana yurdun qız-gəlinlərinə» müraciət
etmişdir. Şer birbaşa səfərbərliyə çağırışla başlayır:
∗
В.Ширйенин хатиряляринин лент йазысы С.Вурьунун ев-музейиндядир.
155
Gəl, ana yurdumun qızı, gəlini,
İndi hünər vaxtı, qeyrət dəmidir. (132, 70).
«Aslanın erkəyi-dişisi olmaz» aforizmi ədəbiyyatımızda müsbət bir ənənə kimi
yaşamışdır. Böyük Vətən müharibəsinin ədəbiyyatın qarşısında qoyduğu vəzifələrdən
bir də qəhrəman qadın obrazlarının yaradılması idi. S.Vurğunun «Şəfqət bacısı» şeri
bu tələbə cavab verən əsərlərdəndir. Ümumi çağırış ruhu daşıyan bu şer məzmun
cəhətdən, öz yeniliyi etibarı ilə diqqəti cəlb edir. Şer dövrün Həcərini döyüşlərə
çağırır.
Fikirləşəndə ki, belə bir gərəkli mövzuda şeri S.Vurğun müharibənin ilk
günlərində, iyunun 24-də qələmə alıb, onun uzaqgörənliyinə bir daha heyran olmaya
bilmirsən.
Şair Azərbaycan qadınına onun qəhrəman keçmişini xatırladır. Azərbaycan
qadını dahilərə süd vermişdir. Bu dahilər sırasında yurdun qəhrəman övladları da az
olmamışdır. Bu gün qadınlarımız da öz sözlərini deməlidirlər. «Düşmənin gülləsi
dəysə sinəmdən, Mehriban əlinlə yaramı bağla» misraları sənətkarlıqla deyildiyi
kimi, həm də müharibədə qadının konkret vəzifəsini əks etdirir.
«Aslanın erkəyi-dişisi olmaz» xalq məsəli, «hər sözün-söhbətin can
məlhəmidir», «Gəl, indi cəbhədə yoldaş olaq biz», «Tutum üzəngini, qalx at üstünə
Sən Qaçaq Nəbinin Həcəri kimi» misraları vasitəsilə şair ana və bacılarımızda
vətənpərvərlik duyğularını artırırdı. Qeyd etmək lazımdır ki, Üzeyir Hacıbəyovun
bəstəsində «Şəfqət bacısı» şeri müharibə dövrünün ilk və uğurlu mahnılarından biri
kimi də səngərləri, qazmaları, qospitalları dolaşmış, oğul və qızlarımızı mərdliyə,
hünərə, qələbəyə səsləmişdir.
Şairin «Tarla nəğməsi» şeri xüsusən müharibə illərinə çox vacib olan bir
məsələyə həsr olunmuşdur. Məlumdur ki, müharibənin başlanması təxminən taxıl
biçini ilə eyni vaxta düşmüşdü. Qarşıda duran ən vacib məsələlərdən biri də taxılı
vaxtında və itgisiz yığıb anbarlara daşımaq, ordunu çörəklə təmin etmək idi.
Dostları ilə paylaş: |