149
karlıq vəzifəsi kimi tarixi bir vəzifəni yerinə yetirməklə var qüvvə ilə yardım etməyə
çağırmışdır.(46).
S.Vurğun Yazıçılar İttifaqının müxtəlif müşavirə və yığıncaqlarında ümumən
Azərbaycan ədəbiyyatının inkişafı ilə bağlı bir sıra məsələlər barədə də danışmış,
mülahizələrini söyləmişdir.
∗
Azərbaycan Yazıçılar İttifaqı rəyasət heyətinin 1942-ci il oktyabrın 22-də olmuş
iclasında şair müasir ədəbiyyatın qarşısında duran vəzifələr baxımından təşkilatın
mətbu orqanlarında dövrün tələblərinə uyğun publisistik və tənqidi məqalələrin dərci,
ali məktəblərdə müasir ədəbiyyatın tədrisi və klassik ədəbi irsin düzgün tədqiq
edilməsinin əhəmiyyəti məsələlərindən danışmışdır. O demişdir: «…Ədəbiyyatımıza
gələn gənc yazıçıların əsas nöqsanlarından biri ondan ibarətdir ki, çox zaman bu yeni
yazan gənclər gözəl istedada malik olduqları halda, ümumi ədəbi, elmi bilik cəhətdən
səviyyələri aşağı olur. Bunun nəticəsində onların yazdıqları şer və hekayələr fikri
cəhətdən yoxsul və bədii cəhətdən zəif çıxır».(51). Buna görə də S.Vurğun gənclərin
ədəbi təhsil məsələsini lazımi yüksəkliyə qaldırmaq, ali məktəblərdə müasir
ədəbiyyatın tədrisini yaxşılaşdırmaq üçün ciddi qayğı göstərməyi yazıçı, tənqidçi və
ədəbiyyatşünaslardan tələb edirdi. Şair bu işdə «Ədəbiyyat qəzeti»nin, «İnqilab və
mədəniyyət» curnalının oynaya biləcəyi əhəmiyyətli rolu da qeyd edirdi.
S.Vurğun milli mədəniyyətimizi dərindən əxz etməyi yalnız gənc ədəbi qüvvələr
qarşısında deyil, yaşlı nəslin qarşısında da bir vəzifə kimi qoyurdu. Yazıçılar
İttifaqında 1943-cü il iyunun 30-da keçirilmiş müşavirədə o bu barədə maraqlı
mülahizələr söyləmişdir. Şair müşavirəyə yekun vuraraq, mübahisələrə səbəb olmuş
bir sıra məsələlərdən, o cümlədən yazıçılarımızın qərb ədəbiyyatından öyrənməsi
məsələsindən danışmış, buna öz münasibətini bildirmişdir. O, qeyd etmişdir ki, qərb
ədəbiyyatını, onun
∗
С.Вурьунун бу гисмдян олан чыхышларынын бюйцк яксяриййяти дярж олунмамыш, йалныз стенограмларда, ижлас
протоколларында вя гязет мялуматларында галмышдыр. Биз бу мянбялярдян йери эялдикжя истифадя етмяйя чалышмышыг.
150
görkəmli nümayəndələrini dərindən öyrənmək bizim borcumuzdur. Şair, eyni
zamanda belə demişdir: «Lakin yazıçılarımız gərək öz xalqımızın ruhunu, qocaman
və zəngin tarixini, gözəl ənənələrini dərindən bilsinlər, ona arxalansınlar, onunla
birlikdə yaşayıb-yaratsınlar».(49).
S.Vurğunun müharibə illərində vaxt tapıb qələm dostlarının yaradıcılığı ilə
maraqlanması, onlara qayğı göstərməsi də xüsusi qeyd olunmalıdır. Onun
Ü.Hacıbəyovun yaradıcılıq gecəsində, Mir Cəlalın, Ə.Məmmədxanlının və
İ.Əfəndiyevin yaradıcılıq hesabatlarında çıxışları şairin mədəniyyətimizin sabahına
qayğısının ifadəsidir.
1944-cü il fevralın 29-da Azərbaycan Yazıçılar İttifaqının idarə heyəti yazıçı Mir
Cəlalın yaradıcılıq hesabatını dinləmişdir. S.Vurğun bu yığıncağı giriş sözü ilə açaraq
göstərmişdir ki, Vətən müharibəsi günlərində yazıçıların yaradıcılıq hesabatını
dinləmək, ədəbi məhsullarla yaxından tanış olmaq, təhlil-tənqid yolu ilə müzakirə
etmək, müəlliflərə düzgün istiqamət vermək Yazıçılar İttifaqının əsas
vəzifələrindəndir. Şair demişdir: «Müharibə dövründə bizim bir sıra gözəl şer, hekayə
və faydalı səhnə əsərlərimiz yaranmışdır. Lakin cəsarətlə qeyd etmək olar ki,
ədəbiyyatımızda müharibənin böyük dastanı hələ də yaranmamışdır. Biz bu dastanı
yaratmalıyıq».(52).
S.Vurğun müşavirənin sonunda Mir Cəlalın hesabatına yekun vuraraq ona yeni
dəyərli əsərlər – Vətən müharibəsi dastanı yaratmaq işində yaradıcılıq uğurları arzu
etmişdir.
Bu ənənənin davamı olaraq 1944-cü il martın 13-də yazıçı İlyas Əfəndayevin
yaradıcılıq hesabatı dinlənilmişdir. S.Vurğun yığıncağı giriş sözü ilə açaraq Yazıçılar
İttifaqının son illərdə yetişən ayrı-ayrı gənc müəlliflərin yaradıcılığı ilə az məşğul
olduğunu etiraf etmiş və bunu işin zəif cəhətlərindən biri kimi qaymətləndirmişdir.
Şair qeyd etmişdir ki, bundan sonra gəncliyimizin yaradıcılıq hesabatlarını tez-tez
dinləməliyik. O, yazıçının yaradıcılıq məziyyətlərindən danışaraq demişdir: «İlyas
Əfəndiyevin
151
hekayələrindən xoş bir səs gəlir. İlyasın yaradıcılıq addımlarından bir şeriyyət səsi
eşidilir. Bu da şübhə yoxdur ki, nəsrimizin şerimiz səviyyəsinə qalxmasına, inkişaf
etməsinə kömək edən yeni və qiymətli addım sayılmalıdır». (53)
Şair müharibə şəraitində başqa qayğılarla yanaşı ədəbiyyatımızın qayğılarını da
unutmurdu. O, belə hesab edirdi ki, İ.Əfəndiyevin yaradıcılıq hesabatını dinləyərkən
öz hekayələrində nə dərəcədə müvəffəq olduğu və yaradıcılığında gözə çarpan
nöqsanlar qeyd edilməli, gənc nasirin inkişafına kömək göstərilməlidir.
Bu baxımdan şairin yazıçı Ənvər Məmmədxanlının yaradıcılıq hesabatında
söylədikləri də diqqəti cəlb edir. S.Vurğun burada xüsusi olaraq qeyd etmişdir ki,
Ə.Məmmədxanlının yaradıcılığı barədə çox az danışılmışdır. «Bu gün Ənvərin
hesabatını dinlərkən, onun yaradıcılığına xüsusi qayğı ilə yanaşmalı və kömək
etməliyik. Ənvər özünün gözəl hekayələri, kino-ssenariləri və bədii tərcümələri ilə
ədəbiyyatımızın inkişafına çalışan yoldaşlardandır».(54).
Şair onu özünəməxsus yaradıcılıq yolu olan və oricinal yol seçən bir nasir kimi
qaymətləndirir, dünya ədəbiyyatı klassiklərindən öyrənməsini təqdir edirdi. S.Vurğun
onun nisbətən az yazmasını yaxşı yazmaq istəyi ilə izah edirdi. Şairin fikrincə, hər bir
yazıçıdan çox yazmaq deyil, müntəzəm surətdə işləmək və yaxşı əsərlər yaratmaq
tələb olunmalıdır. O, Ə.Məmmədxanlının yaradıcılığına da bu baxımdan yanaşır,
yazıçının qarşısında yeni və yüksək tələblər qoyur, xalqımızın istəklərinə cavab
verəcək böyük və bitkin əsərlər yazacağına inamını bildirir.
S.Vurğunun müharibə dövrü fəaliyyətinin araşdırılması göstərir ki, o həmin
illərdə həm şair, həm ictimai xadim, həm də vətəndaş kimi öz vəzifəsinin öhdəsindən
ləyaqətlə gəlmişdir. O bu dövrdə müxtəlif mükafatlara, bir neçə hərbi hissənin, o
cümlədən 223-cü Qırmızı Bayraqlı Belqrad diviziyasının fəxri əsgəri adına layiq
görülmüşdür.(200, 10). Rus yazıçısı, müharibə illərində «İzvestiya» qəzetinin hərbi
müxbiri olmuş Arkadi Perventsev çox haqlı olaraq belə yazmışdır: «Müharibə
illərində Səməd Vur-
Dostları ilə paylaş: |