146
da, Azərbaycan Respublikasını qoruyur. Şair döyüşçülərə müraciət edərək deyirdi:
«Siz öz analarınızın, arvad-uşaqlarınızın həyatını və namusunu faşist quldurlarından
və vəhşilərindən qoruyursunuz. Siz bizim qədim milli mədəniyyət abidələrimizi
qoruyursunuz. Siz dünya ədəbiyyatı tarixində bədii fikrin dahi ustadlarından birinin –
Nizaminin məqbərəsini qoruyursunuz. Siz insan gözəlliyinin misilsiz nəğməkarı
Vaqifin nəğmələrini qoruyursunuz».(155). S.Vurğun yalnız bir döyüşdə 73 faşist
quldurunu məhv edən Böyük Vətən müharibəsi qəhrəmanı İsrafil Məmmədovun, bir
döyüşdə 7 faşist təyyarəsini vurub salan, 17 yerindən yaralansa da, öz təyyarəsini
xilas edən 22 yaşlı Hüseynbala Əliyevin igidliyindən ürək dolusu danışır.
Bu çıxışda şairin öz döyüşçü həmyerlilərinə tövsiyələri, el ağsaqqalının müdrik
məsləhətlərini xatırladır. O deyir: «Ehtiyat igidin yaraşığıdır». Qəhrəman
babalarımızın bu müdrik kəlamını heç vaxt unutmayın. Qələbənin ən az qurbanlarla
başa gəlməsinə çalışın, döyüşdə bir-birinizi qoruyun, çünki sizin hər birinizin həyatı
sonrakı mübarizələr üçün, minlərlə faşist quldurunun məhv edilməsi üçün lazımdır.
Döyüşdə cəld və ehtiyatlı olun, vuruşlara isti ürək və ağılla gedin».(155).
S.Vurğun bu çıxışında da faşizmin əsil simasını açır, onun mürtəce və işğalçı
mahiyyəti barədə məlumat verir. Şair göstərir ki, düşmən amansız, rəhmsiz və
hiyləgərdir. O, Avropanın qul etdiyi xalqlarından ələ keçirdiyi hərbi texnika ilə
öyünsə də, bizim qarşımızda öz qəhrəmanlığı ilə lovğalana bilməz. Biz yalnız
silahımızı deyil, yenilməz iradəmizi də düşmənə qarşı qoymuşuq. S.Vurğun deyir ki,
oğru və quldurun sifəti tez dəyişən və dönük olur. Faşistlərin hərəkəti bunu bir daha
sübut etdi. Onlar əllərini qaldıraraq əsir düşür, yalvarır, aman diləyirlər. Şairin tələbi
isə qəti və aydındır: «Yox! Bu cür vəhşiliklər edən, yurdumuza bu qədər fəlakət
gətirən, həyatımıza qəsd etmək istəyənlərin yaşamağa haqqı yoxdur».(155).
Faşizmə qarşı aparılan müharibədə xalqımızın mütləq qələ-
147
bə çalacağını elan edən, yüksək vətənpərvərlik duyğuları aşılayan, faşizmin
mahiyyətini, faşistlərin məqsədini açıqlayan bu çıxış erməni təcavüzkarlarına qarşı
mübarizə apardığımız indiki dövrdə də əhəmiyyətlidir.
S.Vurğunun müharibə illərində əməli fəaliyyəti onun həm də görkəmli bir
antifaşist kimi tanınmasına səbəb olmuşdur. Heç də təsadüfi deyildir ki, görkəmli
filosof və ədəbiyyatşünas Heydər Hüseynov həmin vaxt S.Vurğun haqqında yazdığı
məqaləyə belə ad seçmişdi: «Antifaşist şair».
Şairin 1942-ci ilin noyabr ayında Moskva şəhərində ədəbiyyat və incəsənət
xadimlərinin antifaşist mitinqindəki çıxışı da böyük maraq doğurur.
∗
İttifaqlar evinin
Sütunlu solonunda keçirilmiş həmin mitinqdə görkəmli ədəbiyyat və incəsənət
xadimlərindən A.Tolstoy, İ.Moskvin, M.Xrapçenko, D.Şostakoviç, A.Gerasimov,
A.Aleksandrovskaya, İ.Sudakov və başqaları çıxış etmişlər. S.Vurğun öz çıxışında
ölkənin mədəniyyət sərvətlərinin faşist quldurları tərəfindən oğurlanmasına qarşı
kəskin etirazını, qəzəb və nifrətini ifadə etmişdir. Bu sərvətlərin «xüsusi təyinatlı
batalyon»dan olan faşistlərin oğurlamasını şair məhz faşizmin təbiəti ilə bağlayır.
S.Vurğunun fikrincə, mədəniyyət, xalqları «yeni alman ağalığı sinfi»nə tabe etmək,
vicdan və namus anlayışlarının inkarı, bəşəriyyəti orta əsrlərə qaytarmaq cəhdləri
kimi faşist anlayışları ilə bir araya sığmır.
Şair «Azərbaycan xalqının yazıçısı və övladı» kimi rus, Ukrayna və Belorus
xalqlarına məxsus mədəniyyət sərvətlərinin faşistlər tərəfindən oğurlanmasına qəti
etiraz edir. O deyir ki, Azərbaycan xalqı alman «sənətşünaslarının və şairlərinin»
hoqqalarını yaxşı bilir. Hələ ötən əsrdə belə alman şairlərindən biri –
∗
Шаирин « Литература и искусство» гязетиндя (30 нойабр 1942-жи ил) « Бессмертна культура Кавказа» ады иля дярж
олунан щямин чыхышы тядгигатчыларын диггятини жялб етмямиш, дилимизя чеврилмямишди. Биз щямин чыхыша раст эялдикдян
сонра юн сюзля бирликдя дярж етдирмишик.
148
Bodenşdet Azərbaycan şairi M.Ş.Vazehin şerlərini öz adına çıxmaqla şan-şöhrət
sahibi olmuşdur. S.Vurğun bu sıxışında da qələbəyə böyük inamını ifadə etmişdir:
«Faşistlərin ayaqları nə Moskvaya, nə Leninqrada, nə də Azərbaycan torpağına
dəyəcəkdir. Azərbaycan torpağında dahi Nizaminin sərdabəsi var, mənim xalqımın
romantik ruhunun simvolu olan möhtəşəm Qız qalası bu torpaqdadır».(209).
S.Vurğun müharibə dövründə həm də Azərbaycan Yazıçılar İttifaqı idarə
heyətinin sədri kimi respublikada ədəbi prosesə başçılıq edir, gənc ədəbi qüvvələrə
qayğı göstərir, mədəniyyətimizin inkişafı ilə bağlı müxtəlif tədbirlərin
hazırlanmasında və keçirilməsində əməyini əsirgəmirdi.
Müharibənin ən ağır günlərində, 1942-ci ilin may ayında məhz onun təşəbbüsü
ilə Bakıda Ziyalılar evinin təşkili respublikanın mədəni həyatında əlamətdar hadisə
olmuşdur. Şair ziyalılar evinin açılışında çıxış edərək müasir mərhələdə ziyalıların
qarşısında duran vəzifələrdən danışmışdır. Adəti üzrə öz çıxışına şerlə başlayan
S.Vurğun bu dəfə «Səhər-səhər» şerini oxumuşdur:
Qara bulud sallamasın ətəyini sərhəd boyu,
Mən dünəndən doldurmuşam patronumun darağını.
Sabahkı hərb meydanında bir əsgərəm, bu bəllidir,
Hər bir sözüm saldıracaq min faşistin yarağını.
S.Vurğun faşizmin yırtıcı mahiyyətindən danışaraq demişdir ki, faşizm bütün
bəşəriyyətin düşmənidir. Alman-faşist quldur dəstələrinin darmadağın etmək,
mədəniyyəti müdafiə etmək deməkdir, milyonlarla adamı qırılmaqdan və
dilənçilikdən qurtarmaq deməkdir. Şair xüsusi olaraq qeyd etmişdir ki, xalqımız və
onun ziyalıları öz vətənini, şərəfini və azadlığını köksü ilə müdafiə edir.
S.Vurğun çıxışının sonunda bütün ziyalıları orduya yardımı daha da
qüvvətləndirməyə, onun üzərinə düşən xilas-
Dostları ilə paylaş: |