Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə43/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   39   40   41   42   43   44   45   46   ...   85

 
 
156
«Tarla nəğməsi»ndə ifadə olunan fikir də məhz bundan ibarətdir: 
 
Üfüqlər qızarıb güləndə səhər,  
Bülbül öpə-öpə oyatsın gülü.  
Çirməyib qolunu qızlar, gəlinlər,  
Yığsın qucağına sarı sünbülü.  
Torpağa düşməsin havayı bir dən,  
Çörək bol olarsa, basılmaz Vətən!  (132, 75). 
 
Şairin əsas məqsədinin poetik ifadəsi olan son iki misra bu gün də aktualdır və 
adətən taxıl biçini dövründə şüar kimi zəmi və xırmanlarda nümayiş etdirilir. 
S.Vurğunun bu illərdə  qələmə aldığı  şerlərdə milli və ümumbəşəri duyğular 
birləşərək vəhdət  şəklində meydana çıxır. Bu baxımdan  şairin müharibənin ağır 
günlərində faşistlər tərəfindən zəbt olunmuş Rusiya, Ukrayna və Belorusiya 
torpaqları  uğrunda vuruşan həmyerlilərimizin  şərəfinə qoşduğu  şerlər xüsusi qeyd 
edilməlidir. Bütöv bir silsilə təşkil edən bu şerlərdə ümumi ruh hakimdir. Bu, Vətən 
torpağının azadlığı  uğrunda hər çətinliyə sinə  gərən, lazım gələrsə, bu yolda öz 
canından keçməyə hazır olan azərbaycanlıların qəhrəmanlığıdır. Bu qəhrəmanlıq 
şairin qəlbini qürur və  fərəh hissi ilə doldurmuşdur. Məhz buna görə  də o, üzünü 
mərd döyüşçülərə tutaraq deyirdi: 
 
Sənə halal olsun, ey qəhrəmanım,  
Babəklər yurdunun duzu, çörəyi. 
 
1943-cü ilin aprel ayında mətbuatda «Azərbaycan xalqının azərbaycanlı 
döyüşçülərə  məktubu» dərc edilmişdir.(93). Məktubu imzalayanlar arasında 
S.Vurğun da vardı. 
Şairin şəxsi arxivində həmin məktubun ayrı-ayrı parçaları, onun özünün yazdığı 
və ya redaktə etdiyi hissələri mühafizə olunur. «Məktub»un bir sıra yerləri  şairin 
«Koroğlu nəsillərinə bizim  


 
 
157
salamımız» adlı  çıxışı ilə  səsləşir. Bunlar onu göstərir ki, «məktub»un  əsas 
müəlliflərindən biri S.Vurğun olmuşdur. 
Mənsub olduğu xalqın adına layiq qəhrəmanlıqlar göstərmək, mərdliklə 
vuruşmaq, vəfalı və sədaqətli olmaq – məktubun əsas qayəsi, Azərbaycan xalqının öz 
oğullarına tapşırıqlarıdır. «Məktub»da yazılır: «Vəfaya vəfa, yaxşılığa yaxşılıq 
lazımdır. Bizdən namusumuz tələb edir ki, torpağımız qəsbkarların zülmündən azad 
olmayınca bir nəfər də Azərbaycan oğlu öz qılıncını qınına qoymasın».(93). 
Müharibə illərində yazıçıların diqqəti Sovet İttifaqı xalqlarının həyat və 
mübarizəsinin təsvirinə istiqamətlənmişdi. Çünki müxtəlif millətlərdən olan 
döyüşçülər vahid Vətəni – onun çöllərini, nemətlərini, mənəvi sərvətlərini, xalqın 
namus və şərəfini qoruyurdular. 416-cı Azərbaycan diviziyası döyüşçülərinin iştirakı 
ilə Taqanroq şəhəri və Rostov vilayəti azad edildikdən sonra şair öz hisslərini «Trud» 
qəzetinin 12 iyun 1943-cü il tarixli sayında bu cür ifadə edirdi: «Sevincimin həddi-
hüdudu yoxdur. Qələbə olduqca böyükdür. «Qələbə!» Bu söz necə  də möhtəşəm 
səslənir. Qələbə qələbə ardınca – hər gün bu sözləri eşitmək necə xoş və fərəhlidir! 
Mənim sevinc və xoşbəxtliyim bir də ona görə artır ki, Taqanroq şəhərini və bütün 
Rostov vilayətini azad edənlərin içərisində 416-cı Azərbaycan atıcı diviziyası da 
vardır... Öz doğma xalqının böyük qəhrəmanlıq rəşadəti göstərdiyi bir dövrdə 
yaşayan  şair bəxtiyardır. Mən Azərbaycan torpağını,  şanlı  dədə-babalarımızın 
torpağını sevirəm. Azərbaycan xalqanın çoxəsrlik tarixi salnaməsinə öz qanı ilə yeni 
səhifələr yazan xalqımızın oğullarının adı ilə fəxr edirəm».(135, 268). 
Şair bu dövrdə yazdığı  şerlərində  də  Vətənin müdafiəçilərinin igidliyindən 
fərəhlənir, bu qəhrəmanlığı alqışlayır, onları  «Şairin salamı»  şeri ilə bu cür 
salamlayırdı: 
 
Könlüm quşu dağlar aşıb qonar sizin cərgənizə,– 
Ana yurdun salamını şerlə söyləyər sizə.  


 
 
158
Qoruduqca yağılardan Uzaq Şərqin ellərini,  
Hər nərəniz sevindirir Azərbaycan çöllərini.  
Bizdən uzaq düşəndə də sizinlədir ürəyimiz.  
Halal olsun igidlərə bizim halal çörəyimiz. (132, 117) 
 
Bu, qarşısına qoyulmuş  vəzifəni sədaqətlə yerinə yetirən Azərbaycan 
döyüşçülərinin xoş sorağından doğan bir sevinc, şairin səmimi hissləri idi. Bu hisslər 
o qədər güclü verilir ki, müəllifin yaratdığı döyüşçü surətlərində biz şairin özünü 
görməyə bilmirik. Professor Cəlal Abdullayev bu barədə yazır: «Doğrudan da şairin 
bu dövrdə yaratdığı döyüşçü surətləri ilə özü arasında bir yaxınlıq, doğmalıq vardır, 
onun təsvir etdiyi qəhrəmanların qanı sanki şairin öz damarlarından axır». (3, 75). 
Bu isə S.Vurğunun Vətənə böyük və sonsuz məhəbbəti ilə bağlıdır. Bu məhəbbət 
odlu misralara çevrilir, insanlara qüvvət verir, qələbəyə inam hissini gücləndirirdi. 
Şair bu adamların qüvvə  və  qələbəyə inamını, mənəvi təmizliyini tərənnüm edirdi. 
Onun qəhrəmanları doğma diyarın şərəf və namusunu hər şeydən uca tutur, bu yolda 
öz canlarından belə keçməkdən çəkinmirdilər. 
Belə  qəhrəmanlardan birinin daxili aləmi  şairin «Mənə belə söyləyirlər...» 
şerində ustalıqla açılmışdır.  Şerdə göstərilir ki, cəbhədə  ağır yaralanmış  əsgər son 
nəfəsində öz doğma yurdunu anır, S.Vurğunun «Azərbaycan»  şerindən bir parça 
söyləyir: 
 
Görüb tanış olmadığım,  
Qayğısına qalmadığım  
Şer dostu bir insandan  
Bir xatirə söylədilər:  
«Bizim elli bir qəhrəman– 
Bir yaraqlı qızıl əsgər  
Son nəfəsdə səni andı,  
Dəniz kimi dalğalandı...  
Dedi: Doktor! Aman, doktor!  
 
 


 
 
159
Sağlığıma güman yoxdur...  
Bıçağını saxla bir dəm,  
Bilirəm ki, öləcəyəm...  
Gözüm yolda, könlüm səsdə,  
Dinlə məni son nəfəsdə.  
Qoy Vurğunun sözlərindən  
Bir bənd deyim son dəfə mən:  
Sən də eşit bu nəğməni,  
Qoy dolaşsın o, aləmi:  
«El bilir ki, sən mənimsən…» (132, 138)  
 
Gənc  əsgərin bu cür ölümü onu əbədiyyətə qovuşdurur. Ömrünün sonlarında 
Vətəni yada salan, onun eşqini hər  şeydən uca tutan bu gəncin hərəkəti doğma 
Azərbaycana tükənməz məhəbbəti ilə bağlıdır. Şairi vəcdə gətirən də məhz bu idi. 
Bundan sonra S.Vurğun ilhamı daha da qanadlanır, qəhrəmanın bu hərəkəti onu 
daha dərindən düşündürür.  Şairlə  qəhrəman birləşir, sanki döyüşçü  şairin daxilinə 
hopur. Şair onun simasında ümumiləşmiş şəhid-döyüşçü obrazı yardır. Bu şəhidlərin 
hamısı eyni amal – «El bilir ki, sən mənimsən» amalı  uğrunda həlak olmuşlar. Bu 
şəhidlərin ruhu həmişə bizimlədir.  Şair onların ayaq izlərini dolaylarda, müqəddəs 
əməllərini cəbhədən qayıdan vətən oğullarının gözlərində hiss edir, öz oğlunu bağrına 
basanda onun gözlərində də bu igidləri görür. «Şair, Vətən uğrunda, azadlıq uğrunda 
şəhid olan yüzlərlə, minlərlə  Vətən oğullarının ölümünə  dərin məna verir. Sanki 
onlara demək istəyir ki, sizin axıdılan qanınız hədər getməmişdir və getməyəcəkdir. 
Müharibədən sonra açılacaq səhərlərimiz sizin qanınız hesabınadır. Ağaran dan 
yerindəki qızartılar sizin qanınızdan yaranacaqdır».(170, 162). 
 
Şer nikbinliyə çağıran bir sonluqla tamamlanır: 
Sən öldün ömrünün gənclik yaşında, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə