Adilxan bayramov səMƏd vurğUN



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/85
tarix14.04.2018
ölçüsü5,01 Kb.
#38235
1   ...   34   35   36   37   38   39   40   41   ...   85

 
 
140
Şairin 1942-ci ilin avqust ayında Tbilisi şəhərində Zaqafqaziya xalqlarının 
antifaşist mitinqindəki çıxışı bu baxımdan böyük maraq doğurur. S.Vurğunun bu 
çıxışı onu alovlu vətənpərvər, ardıcıl beynəlmiləlçi və antifaşist kimi təqdim edir. O, 
əvvəlcə ölkənin təhlükə qarşısında durduğunu göstərir və faşistlərin məqsədini 
açıqlayır. Ölkənin bir sıra rayonlarını müvəqqəti işğal edən düşmən indi Qafqaza 
soxulmağa can atır. Düşmən qanlı  əlini neft Bakısına, Azərbaycanın bərəkətli 
tarlalarına uzadır.  Şair bildirir ki, düşmən kinli və  vəhşidir, ayaq basdığı yerlərdə 
qarşısına çıxan hər şeyi yandırır, məhv edir. Düşmən şəhərlərimizin və kəndlərimizin 
küçələrini dar ağacları ilə doldurmaq, torpaqlarımızı, arvadlarımızı, uşaqlarımızı 
qanına boyamaq istəyir. Faşistlər milli dövlətləri, elmi və mədəni sərvətləri dağıdır, 
ana dilində danışmağı, milli adət-ənənələri qadağan edir, bəşəriyyətin böyük zəkaları 
tərəfindən yaradılmış əsərləri, qiymətli abidələri yandırır və dağıdırlar. 
Buna görə də şair Azərbaycan xalqının nəyi müdafiə etdiyini nəzərlərə çatdırır. 
O göstərir ki, Azərbaycan xalqı öz azadlığını, abad etdiyi şəhər və kəndləri, öz əlilə 
tikdiyi fabrik və zavodları, neftini, pambığını  və taxılını müdafiə edir. Azərbaycan 
xalqı  qəhrəman babalarımızın xatirəsini, onların müqəddəs məqbərələrini, qız-
gəlinlərin şərəf və namusunu qoruyur. Şair həmvətənlərinə xatırladır ki, xalqımız öz 
azadlığı və istiqlaliyyəti uğrunda min illər boyu yorulmadan mübarizə etmiş, Babək 
və Koroğlu kimi oğullar yetişdirmişdir. Azərbaycan torpağında, dastanlarda deyilən 
qalaları  və qüllələri olan keçilməz dağlar arasında xalqımızın ölməz sərkərdələri – 
Cavanşir, Babək və Qaçaq Nəbi mərdliklə vuruşaraq düşmənlərimizi  əzmişlər. 
S.Vurğun deyir ki, Azərbaycan xalqı bu gün öz şərəfli  əcdadının qəhrəman 
ənənələrini davam etdirərək ən yaxşı oğullarını cəbhəyə göndərir. Vətən müharibəsi 
qəhrəmanları Hüseynbala Əliyev, Kamal Qasımov, Bəxtiyar Kərimov, Məzahir 
Abbasov, Midhət  Ələkbərov və başqaları haqqında nəğmələr qoşulur, dastanlar 
yaradılır. Şair  


 
 
141
əmindir ki, öz şanlı tarixinin böyük ənənələrini davam etdirən Azərbaycan xalqı öz 
torpağına, «böyük şer dühası Nizami Gəncəvinin yatdığı torpağa», «bütün Şərqdə 
şöhrət qazanmış qədim şer və musiqi beşiyi olan ana yurduna» faşist ayağı dəyməsinə 
imkan verməyəcəkdir. 
Bu çıxışda diqqəti cəlb edən  əsas cəhətlərdən biri də Zaqafqaziya xalqlarının 
birliyi məsələsidir.  Şair bu xalqların qədim  əlaqələrinə  işarə edərək deyirdi ki, 
Zaqafqaziya xalqları bu gün daha bir düşmənlə – faşizmlə üz-üzə durmuşlar. «Biz 
dəfələrlə düşmən qoşunlarını  qırıb dağıtmış, onları Kür və Arazın coşqun sularında 
qərq etmişik. Bizim ata-babalarımız Qafqaz torpaqlarını  ərəblərin, monqolların və 
başqa işğalçıların hücumundan qəhrəmanlıqla qorumuşlar. Bu gün xalqlarımızın şərəf 
və istiqlaliyyətini yenə  də müdafiə etmək zamanı  gəlmişdir. Biz bu gün ümumi 
düşmənimiz olan faşizmlə üz-üzə durmuşuq».(135, 200). 
Şair Qafqaz xalqlarını düşmənə qarşı mübarizəyə  səsləyirdi: «Qoy keçilməz 
Qafqaz dağlarının dibi görünməyən dərələri nemes işğalçıları üçün məzarıstan olsun. 
Mən düşmənə nifrət bəsləməyə çağırıram! Mən düşməndən amansız intiqam almağa 
çağırıram! Qoy bu gün qəlbimizdə düşmənə qarşı coşan  ədavət alovu düşməni 
yandırıb kül etsin. Əlinə ölüm bayrağı alıb torpağımızı, yurdumuzu viran etməyə 
gələn canilərə ölüm! Qana-qanla, ölümə-ölümlə cavab verməliyik!».(135, 200). 
S.Vurğunun bu çıxışı Qafqazın mətbuat orqanlarında «Bizim andımız» 
sərlövhəsi ilə çap olunmuşdu və burada yaşayan xalqların ümumi andı kimi səslə-
nirdi: «Biz bu gün öz doğma anamız olan Vətənimizin qarşısında and içirik ki, onun 
azad və  şən  şəhərləri və tarlaları üzərində  həmişə  işıqlı  səhər günəşi və  Cənub 
gecəsinin kəhkəşanları parlayacaqdır, yurdumuzda həmişə bahar olacaqdır. Biz bu 
gün öz qəhrəman babalarımızın xatirəsinə and içirik ki, onların müqəddəs 
məqbərələrini qoruyacağıq və bədnam olunmasına yol verməyəcəyik. Biz duz-çörə-
yimizə and içirik ki, öz xalqımızın şərəfini və azad əməyini qorumaq  


 
 
142
uğrunda son nəfəsimizə  qədər vuruşacağıq. Bizi doğan və  bəsləyən anaların halal 
südünə and içirik ki, uşaqlarımızı, vüqarlı Qafqazın qadın və  qızlarının təmiz 
namusunu faşist zabitləri və saldatlarından köksümüzlə qoruyacağıq».(135, 200-201). 
Bu and ölkənin ağır günlərində Qafqaz xalqlarının özünəməxsus cəhətlərini 
ifadə edirdi, onları düşmənə qarşı mübarizədə birliyə səsləyirdi. Xalq şairi Bəxtiyar 
Vahabzadə bu barədə yazır: «Bu sözləri yalnız Vətən və xalq namusu ilə yaşayan 
vətəndaş şair deyə bilərdi. Bu andların mənasına varaq. Şair elə şeylərə and içir ki, 
onlar Qafqaz xalqları üçün hər  şeydən üstündür. Şair babaların müqəddəs 
məqbərələrinə, duz-çörəyə, ana südünə and içir. Məsələnin ikinci tərəfi daha 
maraqlıdır. Nələri qorumaq üçün müqəddəs şeylərə and içir: azadlığı, halal zəhməti, 
babaların məqbərələrini, qadın və qızların namusunu. Şair Qafqaz xalqlarının adət və 
ənənələrini, psixologiyasını, ruhunu, xüsusiyyətlərini dərindən bildiyinə görə, bu 
xalqlar üçün müqəddəs olan şeylərin qorunması naminə, müqəddəs  şeylərə and 
içir».(170, 140-141). 
Müharibə illərində elm və  mədəniyyət xadimləri döyüşçülərlə yaxın  əlaqə 
saxlayırdılar. Xalqın tanınmış nümayəndələrinin döyüşçülərlə görüşləri ruh 
yüksəkliyinə səbəb olur, qələbəyə inam, düşmənə nifrət və intiqam hissləri aşılayırdı. 
Leninqrad  şəhərinin faşistlər tərəfindən alınması barədə  şayiələr yayılan zaman 
Nikolay Tixonovun radio ilə  çıxışını  eşidən bir partizan demişdir: «Əgər Tixonov 
radio ilə  çıxış edirsə, deməli, o, Leninqradda, öz vəzifəsi başındadır. O, 
Leninqraddadırsa, deməli, şəhər möhkəm dayanmışdır».(216, 194). 
S.Vurğunun döyüşçülərlə görüşləri, müxtəlif çıxışları, o cümlədən radio ilə 
çıxışları da əsgər və zabitlərə bu cür təsir bağışlayırdı. Bunu həmin illərdə  şairə 
göndərilmiş yüzlərlə əsgər məktubu da sübut edir. 
O vaxtlar cəbhə  qəzetində  işləyən, sonralar tanınmış  ədəbiyyatşünas, Azərbay-
can Respublikası EA-nın müxbir üzvü mərhum Abbas Zamanov şairə göndərdiyi 
məktubunda yazırdı:  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə