Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə59/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   55   56   57   58   59   60   61   62   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
219
və me to dikaya dair 60-dan çox kitab, 500-ə qədər məqalə 
çap et dirmişdir.
Aspirantlıqdan  Azərbaycan  Elmlər  Akademiyasının 
müx  bir üzvlüyünə qədər şərəfli bir tədqiqatçı yolu keçən 
A.Qur ba nov 1962-ci ildə prof. Ə.Dəmirçizadənin rəhbər li-
yi ilə “S.Vur ğu  nun “Vaqif” pyesinin dili və üslubu” möv-
zu sunda namizəd lik, 1968-ci ildə isə “Müasir Azərbaycan 
ədə bi dili” mövzu sun da doktorluq dissertasiyası müdafiə 
etmişdir.
Azərbaycan  dilçiliyində  fonetika  Ə.Dəmirçizadə  və 
A.Axun do vun,  leksikologiya  S.Cəfərovun,  dialektologiya 
M.Şi   rə liyevin,  morfologiya  M.Hüseynzadənin,  sintaksis 
Ə.Ab dul layevin, dil tarixi H.Mirzəzadə, Ə.Dəmirçizadə və 
T.Hacıyevin, morfonologiya F.Cəlilovun, onomalogiya isə 
A.Qurbanovun adı ilə bağlıdır. Onun onomalogiyaya dair 
100-ə qədər məqaləsi, “Azərbaycan onomastikası” (1986), 
“Azər baycan  onomalo gi ya sı  məsələləri”  (1986),  “Poetik 
ono mastika”  (1988),  “Azərbay can  dilinin  onomalogiyası” 
(1988) kimi sanballı monoq ra fı ya ları çap olunmuşdur. Bu 
əsərlərdə  onomastik  vahidlərin  tədqiqi  tarixi,  onomastik 
mənbələr,  onomalogiyanın  elmi-nəzəri  məsə lələri  kom-
pleks  və  sistemli  şəkildə  tədqiq  edilmişdir.  Azərbay can 
dil çiliyi  tarixində  ilk  dəfə  olaraq  antroponimlərin  inki-
şafı  dövr  lərini  müəyyənləşdirən,  hər  bir  dövrün  səciy-
yəvi  cə hət  lə rini  konkret  dil  faktları  ilə  əsaslandıran  da 
 A.Qur ba n ovdur.
Professor A.Qurbanovun Dövlət mükafatına layiq gö-
rül  müş “Azərbaycan dilinin onomalogiyası” kitabının elmi 
dəyəri barədə Xəlil Açıqgöz maraqlı bir şərh verir: “Möh-
tərəm professor Afad Qur banov illərdən bəri gözlədiyimiz 
türk onomastikasının nəzəri və əməli problemlərini böyük 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
220
bir diqqətlə işləmişdir. Ona nə qədər təşəkkür etsək, azdır. 
Kitabın qısa zamanda Türkiyə türkcəsinə nəşrini təmənna 
edirik.  Əsər  ölkəmizdə  də  nəşr  edilərsə,  türk  onomastik 
araş dırmaları daha aydın işıqlandırılar”. Akademik M.Şi-
rə liyevin “Azərbaycan onomastika məktəbi və onun gələ-
cəyi”  adlı  məqaləsi  də  həmin  kitabın  təhlilinə  həsr  edil-
miş dir.  Akademik  M.Şirəliyevin  məqaləsində  göstərilir: 
“A.Qur    ba novun “Azərbaycan dilinin onomalogiyası” adlı 
əsəri  təkcə  bi zim  dilçiliyimiz  üçün  deyil,  dünya  türkolo-
ji dilçiliyi üçün də çox qiymətlidir. Mən tam məsuliyyətlə 
deyə bilərəm ki, Afad Qur banov bu əsəri ilə Azərbaycan 
onomastika məktəbinin əsasını qoymuşdur”. Azərbaycan 
dilçiliyində  öz  orijinal  təd qi qatları  ilə  ad-san  qazanmış 
on larla  alim,  o  cümlədən  bu  sətir lə rin  müəllifi  də  məhz 
A.Qur banovun “Onomastika Məktəbi”nin yetirmələridir.
Professor A.Qurbanov eyni vaxtda müxtəlif prob lem-
lər üzərində işləməyi bacaran tədqiqatçıdır. Təkcə onu xa-
tır latmaq kifayətdir ki, müəllifin 1993-cü ildə fərqli prob-
lem lərə həsr edilmiş “Ümumi dilçilik” – II cild, “Türkoloji 
dil çilik”, “Azər bay  canlı adları: Uşağa necə ad seçməli?” ki-
mi fun da men tal əsər ləri işıq üzü görmüşdür.
Elmi yaradıcılığa “Şagirdlərin yazılı və şifahi nitqlə-
rin  dəki yerli şivə və qalıqlarına qarşı mübarizə” (1956) ad lı 
mə qalə ilə başlayan yorulmaz tədqiqatçı Azərbaycanda və 
bütün  türk  dünyasında  “Dilçiliyin  sistemi”  (1976),  “Dil-
çiliyin tarixi” (1976), “Müasir Azərbaycan ədəbi dili” (1967, 
1985), “Bədii mə tnin linqvistik təhlili” (1986), “Azər baycan 
onomastikası” (1986), “Azərbaycan dilinin ono malogiyası” 
(1988),  “Ümumi  dilçilik”  I–II  cildlər  (1989–1993),  “Dün-
yanın  dil  ailələri”  (1994)  və  s.  kimi  san ballı  əsərləri  ilə 
 məşhurdur.


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
221
Azərbaycan ədəbi dilinin fonetika, qrafika, leksikolo- 
giya, semasiologiya, frazeologiya və digər sahələri A.Qur-
ba  no vun  1967-ci  ildə  çap  etdirdiyi  “Müasir  Azərbaycan 
ədə bi  dili”  ki ta bında  sistemli  şəkildə,  sinxronik  prizma-
dan təd qiq edil miş dir. Əsər barədə rus türkoloqu, akade-
mik A.N.Ko nonovun  fikri  maraqlıdır:  “A.M.Qurbanovun 
kita bı yalnız Azərbaycan dili materiallarını deyil, həm də 
baş qa türk dillərinin materiallarını əhatə edən mövzuları 
 işıq landırır”.
A.Qurbanov ümumi dilçilik problemlərinə xüsusi diq-
qət  yetirən  alimlərdəndir. Onun  əsərlərində dünya  dillə-
rin dəki uni versallıq, ümumbəşəri dil və vahid yazı siste-
minin inkişaf et dirilməsi, terminologiyanın zənginləş diril-
məsi kimi prob lem lər barədə maraqlı təhlillər verilmişdir.
S.Vurğunun dram əsərlərinin dil baxımından təhlili, 
ümu  mi  türkologiyada  türkoloji  dilçiliyin  yeri  və  funksi-
ya sı, müasir türk dillərinin qruplaşdırılması və onun Al-
tay dil ləri sistemində yeri, onomalogiyaya dair terminlər 
lüğə tinin hazırlanması, apel yativlərlə onomastik vahidlə-
rin  sər hə dinin  müəyyənləş diril mə si,  onomastik  vahidlə-
rin  kom po  nentlərinə  görə  qruplaşdırıl ma sı,  onlarca  ono-
mastik  va hi  din  etimologiya sı nın  dəqiqləşdi ril mə si  kimi 
problem lər  ilk  dəfə  A.Qurbanovun  yaradıcılığında  elmi 
həllini tap mışdır.
A.Qurbanov Azərbaycan dilçiliyi tarixində elmi kon-
frans la rın təşəbbüsçüsü və təşkilatçısı kimi şöhrətlən miş-
dir. Təsa düfi deyildir ki, Azərbaycan onomastikası prob-
lem  lərinə həsr edilmiş altı respublika konfransı, “Azər bay-
can  nitq  mədəniy yə ti  problemləri”  (1987),  “Azərbaycan 
ter minolo giyası problem lə ri” (1988), “Ortaq türk dili prob-
lem ləri” (1999) və s. kon frans lar məhz Afad Qurbanovun 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə