Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə61/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   55   56   57   58   59   60   61   62   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
226
yasına dair biblioqrafiya”nı nəşr etdirmişlər. Azərbaycan 
onomastika məktəbinin yaradıcısı Afad Qurbanov bu gün 
də  onomalogiyanın  elmi-nəzəri  və  tətbiqi  problemlərinə 
dair tədqiqatlarını davam etdirir. Bu yolda dünya şöhrətli 
ali mə uğurlar arzulayırıq.
1999


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
227
DİLÇİLİYİMİZİN
AKTUAL PROBLEMLƏRİ HAQQINDA
KONSEPTUAL ARAŞDIRMA
Azərbaycan  dilçiliyində  “Azərbaycan  ədəbi  və  da nı-
şıq dili” (1965), “Müasir Azərbaycan dili” (1967), “Ümu-
mi dil çilik”, I və II hissələr (1988, 1993), “Türkoloji dilçilik” 
(1993), “Dün yanın dil ailələri” (1994), “Müasir Azər bay can 
ədə bi dili”, I cild (2003) və sair kimi sanballı mono qra fiya 
və  dərslikləri,  500-ə  qədər  tezis  və  məqaləsi  ilə  tanı nan 
Azər baycan  MEA-nın  üzvü,  Əməkdar  elm  xadimi,  pro-
fes sor Afad  Qurbanov  yaradıcılıq  fəaliyyətini  bu  gün  də 
davam etdirməkdədir.
Müəllifin  yenicə  çap  olunmuş  “Azərbaycan  dilçiliyi 
prob lemləri” (I cild, Bakı, “Nurlan”, 2004) kitabı nəzəri və tət-
biqi dilçiliyin ən aktual məsələlərinə həsr edilib. Giriş, 5 böl-
mə, 20 fəsildən ibarət olan əsərdə Azərbaycan dilçili yi nin qar-
şısında duran problemlər dəqiqləşdirilib. Afad Qur banovun 
araşdır ma la rından məlum olur ki, “Azər bay can dilçiliyi ta-
rixi”, “Azər bay can dilçiliyinin inkişaf dövr ləri”, “Ulutürk dil 
problemləri”, fəlsəfi-linqvistik, psixo lo ji-linqvistik (psixolinq-
vistika), riyazi-linqvistik, coğ rafı-linq vistik, texniki-linqvistik, 
pedaqoji-lin qvistik  kimi  ümum dilçilik  təməlli  problemlər, 
“Azərbaycan dili nin fo nemlər sisteminin digər türk dillərinin 
səslər xəzi nə silə ta rixi-müqayisəli istiqamətdə araşdırılması”, 
“budaq mor fe mi nin əhatəli tədqiqi”, “Azər bay can yazısının 
tari xi”,  “tam  əhatəli  orfoqrafiya  qayda la rının  hazırlanması”, 
“Azər bay can  dili nin  böyük  leksik  lüğəti”nin  hazırlanması, 
“Azər baycan  di li nin  böyük  frazeoloji  lüğəti”nin  hazırlan-
ma  sı,  “Azərbaycan  dili nin  böyük  onomastik  lüğəti”nin  ya-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
228
ra dıl ması,  “Müasir  Azər bay can  dilinin  etimoloji  lüğəti”nin 
yaradılması və s. kimi məsələlər Azərbaycan dil çiliyində bir 
problem olaraq qalmaqdadır. Maraqlıdır ki, Afad Qur banov 
dilçiliyimizdəki  problemləri  müəy yənləşdir məklə  bə rabər, 
onların  həlli  yollarını  da  göstərir.  Müəllifin  təq dim  etdiyi 
konsepsiya  səciyyəli  nəzəri  müddəalara  istinad  edilməklə 
onlarca monoqrafiya, dərslik, məqalə və tezis ya   zıla bilər ki, 
bu da Azərbaycan dil çiliyinin inkişafına tə kan verə bilər.
Ümumi dilçilik, türkoloji dilçilik və Azərbaycan dil çili-
yinin inkişaf dövrləri ilə bağlı müxtəlif fikirlər vardır. A.Qur-
banov  mövcud  tədqiqatlara  əsaslanmaqla  ümumi  dil çilik, 
tür ko loji dilçilik və Azərbaycan dilçiliyinin inki şaf dövrləri-
ni dəqiq ləşdirir. Müəllif düzgün olaraq tür ko loji dilçilik və 
Azərbaycan dilçiliyi üçün eyni inkişaf dövr ləri müəyyənləş-
dirir. Hər iki dilçilikdə I dövr ta qədimdən X əs rin sonuna 
qədər, II dövr XI–XVIII əsrlər, III dövr XIX əsr (I mərhələ – 
1801–1850; II mər hələ – 1851–1900), IV dövr XX əsr – XXI əs-
rin əvvəlləri (I mər hələ – 1901–1930; II mərhələ – 1931–1970; 
III  mərhələ  –  1971–2000;  IV  mərhələ  –  2001-ci  ildən  indiyə 
qə dər) götü rül müş və hər bir tarixi mərhələnin ən səciyyəvi 
cəhətləri təd qiq edilmişdir.
Türkologiyada  türk  dillərinin  sayı  ilə  bağlı  fərqli  fi-
kir  lər vardır. XVIII–XX əsrlərdə türk dillərinin sayı 50-60, 
XX əsrin sonlarındakı araşdırmalarda isə 20, bəzən də 24 
göstərilmişdir. A.Qurbanov Altay dilləri ailəsi siste min də 
türk dillərinin sayının 23 olduğunu dəqiqləş dir mək lə bə-
rabər, tarixi inkişaf və linqvistik əlamətlər əsasında on ların 
5 əsas yarımqrupunu da (oğuz, qıpçaq, bulqar, qar luq, tuk-
yuy) müəyyənləşdirib.
A.Qurbanovun  araşdırmaları  göstərir  ki,  dilimizdə-
ki  terminlərin  bir  qismi  qeyri-dəqiqdir  və  fikir  dolaşıqlı-


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
229
ğı yaradır. Məhz buna görə də müəllif “dilin lüğət fondu” 
əvəzinə “dilin lüğət tərkibi”, “metodologiya və metodoloji 
əsas” əvəzinə “fəl səfi əsas” terminlərinin işlədilməsini məq -
bul  hesab  edir.  Bir  sı ra  terminlərin  isə  semantik  cəhət dən 
işlədilmə yerini dəqiqləş di rir. Məsələn, onomastika – xü susi 
adların cəmi, onomalogiya – xüsusi adlardan bəhs edən dil-
çilik şöbəsi, etnonimika – et no nim lərin cəmi, etno ni miya – 
etnonimlər barədə biliklər, antro po nimika – şəxs adları, so-
yadları, ləqəblər, təxəllüslərin cəmi, antropo ni mi ya – şəxslə 
bağlı adlar barədə biliklər, toponimika – topo nim lərin cəmi, 
toponimiya – topo nim lərə dair nəzəri bi lik lər və s.
Mətbuat səhifələrində bəzi qrammatik şəkilçilərin nor -
maya uyğun yazılmaması (“tutaq” əvəzinə “tutağın”, “ata-
nı” əvə zinə “atavu”, “pulu” əvəzinə “pulusu”), radio və te-
leviziya aparıcılarının nitqində “q” səsinin “ğ” kimi (qərar – 
ğərar, qüsur – ğüsur, qeyd – ğeyd və s.), “ə” səsinin “a” kimi 
(yəqin  –  ya qinki),  “q”  səsinin  “k”  kimi  qüsurlu  tə ləff üzü 
(diqqət – dik kət) müəllifin diqqətindən yayın ma mış və bu 
cür nöqsanların yolverilməz olduğu xüsusi vur ğulanmışdır.
Milli  etiket  funksiyasını  yerinə  yetirən  atributlardan 
bi ri kimi antroponimik vahidlərin tədqiqi Afaq Qur ba no-
vun yara dı cı lığında xüsusi yer tutur. Müəllif Azərbaycan 
antropo ni mi kasının  sistemi,  yaranması,  leksik-semantik 
qrupları,  mənşəyi,  qram matik  xüsusiyyətləri,  adseçmə 
və advermə ənənələri, de yi lişi və yazılışı, Gürcüstandakı 
azər baycanlı adları, gürcü dilinə ke çən türk mənşəli şəxs 
ad ları  (Doğmaz, Arslan)  və  s.  mə sə lələri  tarixi-linqvistik 
isti qamətdə təhlil edərək bu sahədəki problemləri aradan 
qal dırmağa çalışmışdır.
Çoxmillətli,  çoxirqli  və  çoxdinli  Qafqaz  regionunun 
irqi  tərkibi,  etnik  tərkibi,  makro  və  mikrotoponimikası, 


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə