Afad qurbanov maket sayt indd



Yüklə 24,91 Mb.
Pdf görüntüsü
səhifə60/63
tarix14.07.2018
ölçüsü24,91 Mb.
#55504
1   ...   55   56   57   58   59   60   61   62   63

Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
222
adı  ilə  bağlıdır. Afad  Qur ban ov Almatı, Ankara,  Biş kek, 
Daşkənd,  Moskva,  Tbilisi  və  s.  şəhərlərdəki  ən  tanın mış 
türkoloqları  həmin  konfranslara  dəvət  etməklə  bir  tərəf-
dən  konfransların  əhatə  dairəsini  genişlən dir miş,  di gər 
tərəfdən onu ümumtürk səciyyəli bir elmi məclisə çe virə 
bilmişdir.
A.Qurbanovun əsərləri Almaniya, Rusiya, İran, Tür ki-
yə, Qazaxıstan, Türkmənistan, Özbəkistan və s. öl kə lərdə 
yayılıb. Görkəmli dilçi son 40 ildə dünyanın bir sıra bö yük 
şəhərlərində dilçiliyə, xüsusilə türkologiyaya aid keçirilən 
konfransların əksəriyyətində aktual və orijinal məruzələr-
lə çıxış edib.
Görkəmli  alim Azərbaycan  elmindəki  rolu  və  nüfu-
zu  sayəsində  1981–1983-cü  illərdə  APİ-də  filologiya  və 
pe daqogika  elmləri  üzrə  müdafiə  şu rasının  sədri  olmuş-
dur. Əlavə edək ki, o, 1975-ci ildən bu vax ta qədər Azər-
bay canda dilçilik ixtisası üzrə bütün mü dafiə şuralarının 
üzvü olub, gənc dilçi kadrların yetiş mə sində öz köməyini 
əsir gəməyib.
Bu günlərdə 70 yaşı tamam olan professor Afad Qur-
ba nov  indi  də  dilçilik,  pedaqogika  və  metodikaya  dair 
müx  təlif prob lemlər üzərində araşdırmalarını davam et di-
rir, N.Tusi adı na ADPU-da magistrant, aspirant və disser-
tant lara  rəhbərlik  edir.  Dilçilik  üzrə  ixtisaslaşdırılmış 
mü  da fiə  şuralarında  iştirak  edir,  dilçilik  konfranslarının 
tə şəb büsçüsü  və  təşkilatçısı  olmaq  fun ksiyasını  özündə 
sax layır.  Gənclik  eşqi  ilə  yazıb-yaradan  gör kəmli  alimə 
uğurlar diləyirik.
1999


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
223
AZƏRBAYCAN
ONOMASTİKASI MƏKTƏBİ
Azərbaycanşünaslıqda onomastik tədqiqatların geniş 
şə  kil də aparılması türkologiyanın uğurlarındandır. Çünki 
ono  mas tik vahidlərin hər biri xüsusi sosial işarədir. Onları 
öyrən mək,  tədqiq  etməklə  xalqın  tarixi,  dili  və  çoxsahəli 
hə yatının  bir  sıra  mühüm  məsələlərini  aşkara  çıxarmaq, 
di lin  lüğət  tərki bi nin  bütövlükdə  xarakteristikasını  ver-
mək, dil tarixi, dialek tolo giya və üslubiyyata dair mühüm 
qanu na uyğunluqları  aş kara  çıxarmaq,  tarix,  etnoqrafi-
ya, so si olo giya, coğrafıya və baş qa elmlərin bəzi mühüm 
prob lem lərinin  açılmasına  kömək  et mək  mümkündür. 
Bundan  baş qa,  onomastik  vahidlərdən  düz gün  istifadə 
etmək ümu mi mədəniyyətin ayrılmaz tərkib hissəsi kimi 
böyük əhə miyyət kəsb edir.
Professor Afad Qurbanov dilçiliyin bir çox sahələrini 
əha tə edən çoxcəhətli elmi yaradıcılığa malikdir. XX yüzil-
liyin  II  yarısı  Azərbaycan  dilçiliyinin  inkişafında  xü susi 
dövr  hesab  edilə  bilər.  Bu  dövrdə  Azərbaycan  dili  ono-
malogiyasının müs tə qil bir nəzəri dilçilik şöbəsi kimi for-
malaşması  bilavasitə  pro fes sor Afad  Qurbanovun  fə aliy-
yəti  ilə  bağlıdır.  Bundan  əvvəl  də  onomastik  vahidlərin 
tədqiqi dilçilərin diqqətini cəlb etmiş dir. Lakin bu, yəni xü-
susi adlar qrupunun linqvistik cəhətdən hərtərəfli təd qiqinə 
meyil təsadüfi xarakter daşıyırdı. Əsrimizin 80-ci illərində 
professor A.Qurbanovun yorulmaz tədqiqatçılıq qabiliyyə-
ti nəticəsində bu əlçatmaz zirvə fəth olundu. A.Qur  banov 
“Azərbaycan  onomastikası”,  “Azərbaycan  ono ma lo gi yası 
məsələləri”,  “Poetik  onomastika”,  “Azər bay  can  dilinin 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
224
ono malogiyası”, “Onomalogiyaya dair el mi-metodik gös-
tə rişlər” və s. kitablarını nəşr etdirdi.
Alimin bu sahə ilə bağlı ən böyük uğuru 1988-ci ildə 
çap  etdirdiyi  “Azərbaycan  dilinin  onomalogiyası”  adlı 
mo noq rafi ya dır. Bu əsər Azərbaycan dilçiliyində və ümu-
miyyətlə, tür koloji dilçilikdə ilk dəfə olaraq xüsusi adların 
hərtərəfli  linq vistik  təhlilinə  həsr  olunmuşdur.  Professor 
A.Qurbanov bu əsə rində fundamental onomastik təlimin 
nəzəri əsaslarını yarat mış dır. Belə ki, Azərbaycan dilində 
və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını 
müəyyənləşdirməyə  nail  olmuşdur.  “Azərbaycan  dilinin 
ono malogiyası”  monoqrafiyası  1989-cu  ildə  Azərbaycan 
Dövlət mükafatına layiq görülmüşdür.
Professor  A.Qurbanovun  onomastika  sahəsindəki  fə-
a liy  yəti  respublikamızda  həmişə  qiymətləndirilmişdir.  Bu-
rada təkcə onu qeyd edirik ki, akademik M.Şirəliyev “Azər-
baycanda onomastika mək təbi və onun gələcəyi” adlı məqalə-
sində professor A.Qur banovun bu sahə dəki fəa liyyətini yük-
sək qiymətlən di rib.
1989-cu  ildə  İstanbulda  nəşr  edilmiş  “Türk  dünyası 
araş dırmaları” adlı sanballı elmi məcmuənin bir neçə sə hi-
fəsi bu əsərin təhlilinə həsr olunmuşdur. Rəyçi Xəlil Açıq-
göz yazır: “Möhtərəm professor Afad Qurbanov illərdən 
bəri  gözlə diyi miz  türk  onomastikasının  nəzəri  və  əməli 
problemlərini  böyük  bir  diqqətlə  işləmişdir.  Ona  nə  qə-
dər  tə şəkkür  etsək,  azdır.  Kitabın  qısa  zamanda  Türkiyə 
türk cə sinə nəşrini təmənna edi rik. Əsər ölkəmizdə də nəşr 
edi lər sə, türk onomastik araşdır ma ları daha aydın işıqlan-
dı rılar”.  Həmin  kitab  haqqında  Alma niyanın  Münxen 
şəhə rin də  yaşayan  azərbaycanlı  ziyalı  Yasin Aslanın  rəyi 
də diqqəti cəlb edir: “Bir azərbaycanlı olaraq Sizin xalqa və 


Т Ü R K O L O G İ YA M I Z I N   A F A D   Q U R B A N O V U
225
el minə göstərdiyiniz xidmətlər üçün Sizi təbrik edir, mü-
vəffəqiyyətlərinizin  davam  etməsini  arzu  edirəm.  Vətən 
Si zin kimi övladları ilə fəxr etməlidir”.
Professor  A.Qurbanovun  yaratdığı  “Onomas ti ka 
Mək  təbi”nin  geniş  perspektivləri  vardır.  Onun  yüksək 
təşkilat çı lığı  və  şəxsi  təşəbbüsü  ilə  1986-cı  ildən  başla ya-
raq  Azər bay can  onomastikasına  həsr  olunmuş  yeddi  el-
mi-nəzəri  konfrans  keçirilmişdir.  “Türk  dünyası  dərgisi” 
(1987) adlı jurnalda Yasin Aslan “Azərbaycan onomas ti kası 
və  dəyişdirilmiş  adlar  məqa lə si”ni  dərc  etdirib.  Bura da 
A.Qurbanovun  təşəbbüskarlığı,  elə cə  də  rəhbərlik  et diyi 
Azərbaycan dilçiliyi kafedrası nəz dində fəaliyyət gös tə rən 
“Onomastika  Elmi  Mərkəzi”nin  fəaliyyəti  geniş  şəkildə 
şərh olunmuşdur.
Afad Qurbanovun “Onomastika Məktəbinin yaradı cı-
sı” ki mi tanınmasında, təbii ki, onomalogiyaya həsr etdiyi 
əsərləri xüsusi rol oynamışdır. Müəllifin onomalogiya mə-
sə lələrinə dair 100-dən artıq məqaləsi və bir neçə sanballı 
mo noqrafıyası çap olunmuşdur. Afad müəllimin bu sahə 
ilə bağlı ilk əsəri 1961-ci ildə “Sovet Gürcüstanı” qəze ti nin 
24-cü sayında dərc etdirdiyi “Ad nədir və uşağa necə ad 
qoymalı?” məqaləsidir.
Yorulmaz və bacarıqlı alimin rəhbərliyi ilə Ono mas-
tika  Cəmiyyəti  yaradılmışdır.  O,  həmin  cəmiyyətin  səd-
ridir. Rəh bərlik etdiyi Azərbaycan dilçiliyi kafedrası nəz-
din dəki “Ono mas tik problemlər laboratoriyası”nın əmək-
daş ları Afad Qur ba novun redaktorluğu ilə XX əsrin 20-ci 
illərindən  1997-ci  ilin  sonuna  qədərki  dövrlə  bağlı  mate-
rial  ları, daha dəqiq desək, onomastikaya dair qəzet və jur-
nal  məqalələrini,  namizədlik  və  doktorluq  işlərini  topla-
mış, həm də bu işin nəticəsi kimi “Azər baycan onomalo gi-


Yüklə 24,91 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə