Afaq Yusifli İshaqlı
10
bağlı məlumatlar şagirdlərin yaş səviyyəsini nəzərə almaq
şərtilə aşağıdakı plan üzrə çatdırıla bilər:
M.F.Axundzadənin ailəsi haqqında
gələcək yazıçının uşaqlığı
M.F.Axundzadənin təhsil illəri və arzuları
M.F.Axundzadənin şeirləri
Komediyalarının
xronologiyası
və
qısa
məzmunu
“Aldanmış
kəvakib”
povesti
haqqında
məlumat.
2-ci dərsdə “Hacı Qara” komediyasının oxusunu
təşkil etməzdən öncə müəllim əsərin ümumi məzmunu
haqqında qısaca məlumat verməlidir.
1852-ci ildə M.F.Axundzadə “Sərgüzəşti-mərdi-
xəsis və ya Hacı Qara “ adı ilə məşhur olan komediyasını
yazaraq qaçaq mal alverçiləri ilə əlaqədar olan maraqlı
bir hadisədən istifadə etmişdir. F.Qasımzadə yazır: “Bir
rəvayətə görə, “Sərgüzəşti-mərdi-xəsis” komediyasının
mövzusunu və süjetini Axundzadəyə onun yaxın dostu
Qasım bəy Zakir vermişdir”(1.305)
Əsərin məzmunu ilə əlaqədar qısa söhbətdən sonra
əsərin oxusu təşkil edilir. Şagirdlər əvvəlcə əsərin iştirak-
çıları ilə tanış olurlar. Sonra 1-ci məclisdə Heydər bəyin
monoloqu, onun Sona ilə söhbəti hissəsi şagirdlərə
oxudulur. 1-ci məclisin oxusu bitdikdən sonra şagirdlərə
tövsiyə olunur ki, Heydər bəyin dilindən səslənən
aşağıdakı ifadələri dəftərlərinə qeyd etsinlər:
Naçalnik, sizə lazımdır ki, bizim kimi nəcib
kimsənələrə bir çörək yolu göstərəsiniz.
Rus firəng çitini qadağan edibdir; heç kəs qor-
xudan gedib gətirə bilmir.
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
11
Naçalnikin arvadı da deyirlər, ərindən xəlvət
həmişə firəng çiti alır, geyir.
Hacı Qara tacir kişidir, nəkarədir ki, Arazın o
tayına ayaq basa bilə? Kazaklar onu didərlər.
Bu qeydlərdən sonra, Heydər bəy surətinin
səciyyələndirilməsi
zamanı
istifadə
olunmalıdır,
ümumiyyətlə, müəllim çalışmalıdır ki, təhlil zamanı
şagirdlər hazır mətnlərdən istifadə etməsinlər, əsərin
məzmunu əsasında müstəqil nəticələr çıxartsınlar. 2-ci
məclisin oxusu zamanı Hacı Qaranın xarakterini
müəyyənləşdirmək məqsədilə şagirdlərin dəftərində və ya
yazı
lövhəsində
sxematik
qeydiyyat
aparılması
məqsədəuyğundur (Sxem I). Bu zaman hər bir xarakterik
hissənin oxusunu suallarla yekunlaşdırmaq olar:
Hacı Qara 2-ci məclisin əvvəlindəki monolo-
qunda nədən şikayətlənirdi?
Müəzzin Xudaverdi Hacı Qara ilə nə üstündə
mübahisə edir?
Nə zaman Hacı Qara Heydər bəy və dostları
Əsgər bəylə Səfər bəyi dükanından çıxartmaq
istəyir?
Hacı Qara nəyi eşidəndə Heydər bəyi dostları
ilə birgə geri qaytarır?
Hacı Qara Tükəz ilə nə üstündə mübahisə edir?
Hacı Qara qoçaqlıq və qorxaqlıq haqqında nə
danışır?
Kərəməli nədən şikayət edir?
Tükəzin 2-ci məclisin sonunda heyfsilənməsi nə
ilə əlaqədardır?
2-ci məclisin oxusu başa çatdıqdan sonra
şagirdlərin qurduğu sxem gələcək dərsdə Hacı Qara
surətinin səciyyəsi zamanı onun xarakterik cəhətlərini
müəyyənləşdirməyə, xəsisliyi ilə yanaşı digər milli
Afaq Yusifli İshaqlı
12
xüsusiyyətlərini də ortaya çıxarmağa kömək edəcəkdir.
Müəllim dərsi yekunlaşdırır və 1, 2 və 3-cü məclislərin
məzmununu öyrənməyi tapşırır.
3-cü dərsdə oxunan məclislərin məzmununun necə
mənimsədildiyini
yoxlamaq
məqsədilə
müəllimin
müxtəsər sual-cavab aparması məsləhət görülür. Bundan
sonra şagirdlərin biliyini yazılı şəkildə yoxlamaq, qruplar
və ya cütlər üzrə tapşırıqlar hazırlayaraq məzmunun
qavranılması və yadda saxlanılması istiqamətində işin
nəticələrini yekunlaşdırmaq olar.
Mətn üzərində iş davam etdirilir. Oxu zamanı
müəllim lazımi izahat verməli, oxunan mətnin necə
qavrandığına nəzarət etməlidir. Çalışmalıdır ki, mətn həm
oxunsun, həm də hər bir şəkildə söhbətin nədən getdiyi,
obrazların bir-birilə qarşılıqlı münasibəti və əsərdəki
mövqeyi haqqında şagirdlərdə aydın təsəvvür oyansın.
Oxu başa çatdıqdan sonra müəllim tapşırır ki, evdə əsərin
məzmununu tam şəkildə öyrənib aşağıdakı suallara cavab
hazırlasınlar, cavablarını təsdiqləmək üçün komediyadan
müvafiq
nümunələr
seçib
göstərsinlər.
Əsərin
məzmununun hərtərəfli qavranılmasına xidmət etmək
məqsədilə suallar düşündürücü olmalı, şagirdin fəallığını
təmin etməlidir. Suallar aşağıdakı kimi qurula bilər:
1. Heydər dostları ilə Araz çayını keçərkən hansı
taktikanı yeridir?
2. Bəylər suya düşmüş Hacı Qaranı necə xilas
edirlər?
3. Ohanla Sərkisin söhbətində nədən bəhs olunur?
Onların təsvirində Heydər bəy necə görünür?
4. Heydər bəy erməniləri necə qovur?
5. Hacı Qaranın ermənilər haqqında dediyi “Oların
sözünə necə inanmaq olar?” replikasını izah edin.
Dostları ilə paylaş: |