Afaq Yusifli İshaqlı
26
1. Üçüncü məclisin başlanğıcında Şərəfnisə, Şəhrə-
banu və Xanpəri nə barədə söhbət edirlər?
2. Xanpəri onların dərdinə əlac etmək üçün qabi-
liyyəti olan Məstəli şahı necə tərifləyir?
3. Şahbaz bəylə Şərəfnisə nə barədə söhbət edirlər?
Şahbaz bəy Şərəfnisənin sadəlövh etirazlarına necə cavab
verir?
4. Hökumət qulluğunda yüksəlməyin yolları
haqqında Şahbaz bəy nələr söyləyir?
5. IV məclis harada və nə zaman baş verir?
6. Şəhrəbanu xanım Məstəli şaha çətinliyinin sə-
bəblərini izah etdikdə "məşhur cadukün" ona nə cavab
verir?
7. Məstəli şah öz məharətindən danışarkən hansı
hadisələri xatırlayıb, özünü tərifləyir?
8. Şəhrəbanu Məstəli şahın Parisi dağıtmaq
planına nə üçün razılaşa bilmir?
9. Şərəfnisə müsyö Jordanı necə xilas edib
cadugərin xətasından qurtarır?
10. Qulaməli ilə Məstəli şah nə barədə fars dilində
söhbət edirlər?
11. Şəhrəbanu Parisin dağılması ilə əlaqədar necə
həyəcan keçirir?
12. Məstəli şah öz cadusunu necə yerinə yetirir və
Şəhrəbanu xanımdan qızılları necə alır?
13. Müsyö Jordanın gəlişi hansı təsiri bağışlayır?
14. Jordanın hansı sözləri qadınları qorxudur?
15. Məclis və əsər Xanpərinin hansı replikası ilə
bitir?
2-ci dərsdə müəllim şagirdlərin verilmiş suallara
hazırladığı cavabları yoxlayır, əsərin məzmununun tam
şəkildə mənimsədildiyini müəyyənləşdirdikdən sonra
dərsin məqsədini izah edir: "Komediyanın konflikti və
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
27
onun həlli problemi. Əsərin ideyasına xidmət edən,
bununla yanaşı əlavə kimi görünən epizodların təhlili."
Məqsədin yerinə yetirilməsi üçün əsərdəki konflikti
şərtləndirən xətləri müəyyənləşdirmək, əsərin mətni
əsasında onları açıqlamaq lazımdır. Şagird fəallığını
təmin etmək üçün müəllim problemi təklif etməli, onun
həlli yollarını şagirdlərin ixtiyarına buraxmalıdır,
ümumiyyətlə, mətn üzərində yaradıcı iş apararkən
müəllim yalnız istiqamətləndirməli, təlim prosesinin
interaktivliyini
yönəltməlidir.
Dərsdə
aşağıdakı
bağlılıqlara diqqət yetirmək məqsədəuyğundur:
– Əsərdə böyük və kiçik nəslin münasibətləri:
Şərəfnisənin anası ilə, Şahbaz bəyin Şəhrəbanu və
Hatəmxan ağa ilə münasibətləri. Bu münasibətlərdə
kiçiklərin böyüklərə qarşı hörmətcil, bir qədər qapalı,
eyhamlı münasibətləri aşkara çıxır. Şərəfnisə anasına
birbaşa deyə bilmir ki, nişanlısı üçün ağlayır, anası onun
eyhamlı danışığından başa düşür ki, Şahbaz harayasa
gedir. Digər bir epizodda anası Şərəfnisənin Şahbazı
qısqandığını deyəndə Şərəfnisə tələsik səhnəni tərk edir.
Şahbaz bəy "əmidostu" adlandırdığı Şəhrəbanu xanımın
qışqırıqlarına cavab vermir, onu sakitləşdirməyə və başa
salmağa çalışır. Əmisi ilə söhbətlərində də Şahbaz incə
diplomat kimi hərəkət edir, gah onun əsilzadəlik
damarına toxunaraq Tanrıverdi bəydən əskik olmaq
istəmədiyini vurğulayır, gah da yumşaqlıqla onu dilə
tutur ki, Parisə buraxılmasına icazə versin.
– Qadının ailədə mövqeyi: əsərin bütün gedişindən
belə məlum olur ki, qadın bu elat ailəsində nəinki hüquq-
suzdur, bəlkə də ən böyük hüquqa malikdir. Sadəcə, onlar
da, Şahbaz bəyin təbirincə desək, "qamışlıqda" qalıb
elmdən, maarifdən uzaq olduqları üçün mövhumatçı,
xırdaçıl olmuşlar. Şəhrəbanu evin əsas adamı, əslində bu
Afaq Yusifli İshaqlı
28
böyük ailəni və mülkü idarə edəndir. O, istədiyi vaxt ailə
şurası çağıra bilir, ətrafındakıları öz iradəsinə tabe etməyi
bacarır, evin maliyyə işlərini idarə edir, onun necə
asanlıqla böyük bir məbləği, "yüz qızılı", Məstəli şaha
verdiyini xatırlayaq. Şəhrəbanu xanımın əmri ilə əri
Hatəmxan ağa və Şahbaz bəy ilxıları yoxlamağa gedir, o,
istədiyi vaxt iki yüz toğlu satacaq qədər hökmə malikdir.
– Müsyö Jordana münasibət: bu münasibət müx-
təlifdir. Müsyö Jordan sırf müəllif ideyasına xidmət edən,
bir qədər statik obraz olsa da, əsərdəki surətlərin müsyö
Jordana müxtəlif münasibəti bu obrazın qavranılmasını
daha əlvanlaşdırır. Hatəmxan ağa müsyö Jordanın bütöv
Qarabağda məhz onun evini seçərək qonaq olmasını çox
yüksək qiymətləndirir, uzun qış gecələrində onun
danışdığı əhvalatlardan nəticə çıxarır və Paris və parislilər
haqqında gülməli olsa da, çox yığcam və yerinə düşən
qənaətlər çıxarır. Arvadı Şəhrəbanu xanım da hər
addımbaşı onu "çör-çöp" döşürən adlandırsa da, müsyö
Jordana bir qonaq kimi çox böyük hörmət edir, öz
mühitinin ən yüksək hörmət və qulluğunu göstərir.
Şəhrəbanu xanımın müsyö Jordan haqqında qənaəti
belədir: "… yazıqdır, yaxşı adamdır, hələ bircə bu işdə
təqsirlidir ki, Şahbazı yoldan çıxarıb Parisə getməyi
beyninə salıbdır."
Şərəfnisə xanımın müsyö Jordana münasibəti
tamamilə fərqlidir, nişanlısını Parisə aparmaq istəməsinə
baxmayaraq, Şərəfnisə Məstəli şaha deyir: "Mən özümü
öldürrəm, qoymaram müsyö Jordanın boynu vurulsun!"
Şərəfnisə Jordanın ona çiçək dəstəsi göndərməsini belə
qiymətləndirir, işi-peşəsi yun daramaq, bir də xəyallara
dalmaq olan bu qızın qəlbində incə duyğular, romantika
istəyi yaşayır.
Dostları ilə paylaş: |