Afaq Yusifli İshaqlı
32
Muğanlı obasının mülkədarıdır. Dramaturq onun
simasında XIX əsrin 40-cı illərində yaşayan Azərbaycan
mülkədarlarını ümumiləşdirmişdir." (2.163).
Hatəmxan ağa ağıllı, fərasətli bir kişidir, onun
yaxşı təsərrüfatı, çoxlu mal-qarası, ilxısı var. O,
təsərrüfatını bacarıqla idarə edir. Eyni zamanda yaxşı ailə
başçısıdır, qonaqpərvərdir. Müasirliyə, təhsilə meylli
adamdır. Qardaşı oğlunu oxutmuşdur. Bu keyfiyyətlərinə
baxmayaraq, Hatəmxan ağa hələ köhnə ata-baba
qaydaları ilə yaşayır. Onun dünyəvi elmlər, qabaqcıl
mədəniyyət haqqında təsəvvürləri məhduddur. Hatəmxan
ağa fransızların azərbaycanlılardan fərqli xüsusiyyətlərini
öz düşüncə tərzinə görə aşağıdakı kimi izah edir: "Bizdə
hər adət və xasiyyət var isə, əksi Paris əhlindədir.
Məsələn, biz əlimizə həna qoyarıq, firənglər qoymazlar,
biz başımızı qırxarıq, onlar başlarına tük qoyarlar, biz
papaqlı oturarıq, onlar başıaçıq oturarlar, biz başmaq,
onlar çəkmə geyərlər, biz aşkara peşkəş alarıq, onlar gizli
alarlar, biz hər zada inanarıq, onlar heç zada
inanmazlar…" (2.109).
Şahbaz surətinin simasında Axundzadə yeni həyat,
yeni adətlər barədə düşünən, Qərb mədəniyyəti ilə tanış
olan yenifikirli Azərbaycan gənclərinin xüsusiyyətlərini
canlandırmışdır. Şahbaz bəy əmisi Hatəmxanın sayəsində
yeni açılan mədrəsələrdə təhsil almış, müxtəlif dilləri öy-
rənmişdir. Lakin Şahbaz bəy başa düşür ki, aldığı təhsil
yeni cəmiyyətdə mövqe tutmaq üçün kifayət deyildir.
Müsyö Jordanla tanış olduqdan sonra Şahbaz bəy
"qamışlıq" adlandırdığı sakit və süst mühitdən
uzaqlaşmaq
istəyir.
Lakin
Fransadakı
inqilab,
nişanlısının fikrincə isə Məstəli şahın cadusu onu Parisə
getməyə qoymur. Ümumiyyətlə, Şahbaz bəy surəti
Azərbaycan dramaturgiyası tarixində avamlar mühitinə
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
33
qarşı çıxaraq, qabaqcıl dünya mədəniyyəti ilə maraqlanan
gənclərin ilk nümayəndələrindən biri kimi tanınır.
Müsyö Jordan nəbatat alimidir, ilk səhnələrdə
Şəhrəbanu xanım onu çör-çöp döşürən adlandırır, o,
Şərəfnisə xanıma çiçək dəstələri göndərir, onu parisli
paltarları ilə tanış edir. Şahbaz bəyi Fransa kralına
təqdim edərək onun mənsəb qazanmasını istəyir. O,
Fransadan Qarabağa bu yerlərin bitki aləmini öyrənmək
üçün gəlmişdir. Müsyö Jordan dağları, çölləri gəzərək
bitkiləri toplayıb, onların quruluşunu, morfologiyasını
araşdırır, tibbi-müalicəvi əhəmiyyətini aşkar edir. Təd-
qiqat nəticəsində müəyyənləşdirir ki, bir çox başqa alim-
lərin yalnız Alp dağlarında, Amerika və Afrikada yetiş-
diyini güman etdikləri dərman bitkilərinin çoxu
Azərbaycanda
bitir.
Dramaturq
müsyö
Jordanı
Qarabağın otları, çiçəkləri haqqında danışdırmaqla öz
vətəninin gözəllikləri barəsində məlumat verir. Fransız
aliminin sözlərindən aydın olur ki, Azərbaycan torpağı
çox gözəldir: onun çölləri, yaylaqları nadir bitkilərlə
zəngindir. İstifadəsiz qalan bu bitkiləri toplayıb öyrən-
mək, xalqa mənfəət gətirmək lazımdır. Nəbatat alimi
olan müsyö Jordan çox vətənpərvərdir, Parisdə inqilab,
çevriliş xəbərini eşidib, hədsiz dərəcədə həyəcanlanır,
dərhal özünü ölkəsinə, doğma xalqına yetirmək istəyir ki,
onlara dəstək ola bilsin.
M.F.Axundzadənin istər müsyö Jordan obrazını
yaradarkən, istərsə də II məclisdə onun elmi danışığını
təsvir edərkən real tarixi faktlara, dövrünün elmi
biliklərinə əsaslanmışdır. Ümumiyyətlə, müsyö Jordanın
real tarixi şəxsiyyət olduğu dəqiq bir faktdır. "Aleksis
Jordan 1814-1879-cu illərdə yaşamış, görkəmli botanik-
alim olmuşdur. M.F.Axundov burada öz qəhrəmanının
dili ilə Aleksis Jordanın nəbatat elmi sahəsindəki
Afaq Yusifli İshaqlı
34
fəaliyyətini dürüst qiymətləndirmiş, obyektiv qiymətini
vermişdir. Həqiqətən, keçən əsrin ortalarında A.Jordanın
əsərlərində bu təbiətşünas alimlərlə mübahisələr verilmiş
və bitkilərin növü haqqında yeni bir nəzəriyyə irəli
sürülmüşdür. Onun bu nəzəriyyəsi yalnız Fransada deyil,
bütün Avropa ölkələrində bir müddət populyar.
"Jordanizm" adı ilə məşhur olan bu nəzəriyyə sonralar
materialist təbiətşünaslar tərəfindən idealist bir baxış kimi
ciddi tənqid olunmuşdur. M.F.Axundov tərəfindən
fransız nəbatat aliminin elmi fəaliyyətinin dəqiq qiymət-
ləndirilməsi göstərir ki, o, bu illərdə böyük səylə
təbiətşünaslıq elmlərini öyrənirmiş." (3.252-253).
Lakin o da qeyd olunmalıdır ki, M.F.Azundzadə
real prototip əsasında Qərbi Avropa alimlərinin tipik
obrazını yaratmışdır.
Komediyadakı qadın surətləri gülüş hədəfi olsalar
da, yazıçının onlara güclü rəğbəti vardır. Yazıçı bu
surətlərin avamlığını tənqid etsə də, onların mənəvi
keyfiyyətlərini, daxili saflıqlarını təqdir edir.
Şərəfnisə xanım təmiz ürəkli, sadəlövh bir qızdır.
O, Şahbaz bəyi təmiz bir məhəbbətlə sevdiyi üçün
möhkəm qısqanır. Nişanlısını Parisə buraxmaq istəmir ki,
orada oğlanlarla qızlar bir məclisdə oturub danışır-
gülürlər. O, Şahbaz bəyin arzu və istəklərini görə bilmir,
Şahbazın Parisə getmək arzusunu öz düşüncə tərzinə
uyğun mənalandırır: guya Şahbaz bəy Parisə "firəng
qızlarının havasına yellənib uçur". (2.162).
Şəhrəbanu xanım sadə, açıqürəkli, qonaqpərvər,
avam bir qadındır. Onun da təbiətinə təmizlik, saflıq
xasdır. Lakin o da Şahbaz bəyin Qarabağdan kənara
çıxmasına razı ola bilmir. Lakin Şəhrəbanu xanım bu
xəbəri eşidəndə qızı kimi ağlayıb-sıtqamır, dərhal Şahbazı
tənbeh edir, Hatəmxan ağadan Şahbaza Parisə getməyi
Dostları ilə paylaş: |