Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə10/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   7   8   9   10   11   12   13   14   15

Afaq Yusifli İshaqlı 

 

 

32 



Muğanlı  obasının  mülkədarıdır.  Dramaturq  onun 

simasında  XIX  əsrin  40-cı  illərində  yaşayan  Azərbaycan 

mülkədarlarını ümumiləşdirmişdir." (2.163). 

Hatəmxan  ağa  ağıllı,  fərasətli  bir  kişidir,  onun 

yaxşı  təsərrüfatı,  çoxlu  mal-qarası,  ilxısı  var.  O, 

təsərrüfatını bacarıqla idarə edir. Eyni zamanda yaxşı ailə 

başçısıdır,  qonaqpərvərdir.  Müasirliyə,  təhsilə  meylli 

adamdır. Qardaşı oğlunu oxutmuşdur. Bu keyfiyyətlərinə 

baxmayaraq,  Hatəmxan  ağa  hələ  köhnə  ata-baba 

qaydaları  ilə  yaşayır.  Onun  dünyəvi  elmlər,  qabaqcıl 

mədəniyyət haqqında təsəvvürləri məhduddur. Hatəmxan 

ağa fransızların azərbaycanlılardan fərqli xüsusiyyətlərini 

öz  düşüncə  tərzinə  görə  aşağıdakı  kimi  izah  edir:  "Bizdə 

hər  adət  və  xasiyyət  var  isə,  əksi  Paris  əhlindədir. 

Məsələn,  biz  əlimizə  həna  qoyarıq,  firənglər  qoymazlar, 

biz  başımızı  qırxarıq,  onlar  başlarına  tük  qoyarlar,  biz 

papaqlı  oturarıq,  onlar  başıaçıq  oturarlar,  biz  başmaq, 

onlar çəkmə geyərlər, biz aşkara peşkəş alarıq, onlar gizli 

alarlar,  biz  hər  zada  inanarıq,  onlar  heç  zada 

inanmazlar…" (2.109). 

Şahbaz surətinin simasında Axundzadə yeni həyat, 

yeni  adətlər  barədə  düşünən,  Qərb  mədəniyyəti  ilə  tanış 

olan  yenifikirli  Azərbaycan  gənclərinin  xüsusiyyətlərini 

canlandırmışdır. Şahbaz bəy əmisi Hatəmxanın sayəsində 

yeni  açılan  mədrəsələrdə  təhsil  almış,  müxtəlif  dilləri  öy-

rənmişdir.  Lakin  Şahbaz  bəy  başa  düşür  ki,  aldığı  təhsil 

yeni  cəmiyyətdə  mövqe  tutmaq  üçün  kifayət  deyildir. 

Müsyö  Jordanla  tanış  olduqdan  sonra  Şahbaz  bəy 

"qamışlıq"  adlandırdığı  sakit  və  süst  mühitdən 

uzaqlaşmaq 

istəyir. 

Lakin 


Fransadakı 

inqilab, 

nişanlısının  fikrincə  isə  Məstəli  şahın  cadusu  onu  Parisə 

getməyə  qoymur.  Ümumiyyətlə,  Şahbaz  bəy  surəti 

Azərbaycan  dramaturgiyası  tarixində  avamlar  mühitinə 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

33 



qarşı çıxaraq, qabaqcıl dünya mədəniyyəti ilə maraqlanan 

gənclərin ilk nümayəndələrindən biri kimi tanınır. 

Müsyö  Jordan  nəbatat  alimidir,  ilk  səhnələrdə 

Şəhrəbanu  xanım  onu  çör-çöp  döşürən  adlandırır,  o, 

Şərəfnisə  xanıma  çiçək  dəstələri  göndərir,  onu  parisli 

paltarları  ilə  tanış  edir.  Şahbaz  bəyi  Fransa  kralına 

təqdim  edərək  onun  mənsəb  qazanmasını  istəyir.  O, 

Fransadan Qarabağa bu yerlərin bitki aləmini öyrənmək 

üçün  gəlmişdir.  Müsyö  Jordan  dağları,  çölləri  gəzərək 

bitkiləri  toplayıb,  onların  quruluşunu,  morfologiyasını 

araşdırır,  tibbi-müalicəvi  əhəmiyyətini  aşkar  edir.  Təd-

qiqat nəticəsində müəyyənləşdirir ki, bir çox başqa alim-

lərin  yalnız  Alp  dağlarında,  Amerika  və  Afrikada  yetiş-

diyini  güman  etdikləri  dərman  bitkilərinin  çoxu 

Azərbaycanda 

bitir. 


Dramaturq 

müsyö 


Jordanı 

Qarabağın  otları,  çiçəkləri  haqqında  danışdırmaqla  öz 

vətəninin  gözəllikləri  barəsində  məlumat  verir.  Fransız 

aliminin  sözlərindən  aydın  olur  ki,  Azərbaycan  torpağı 

çox  gözəldir:  onun  çölləri,  yaylaqları  nadir  bitkilərlə 

zəngindir.  İstifadəsiz  qalan  bu  bitkiləri  toplayıb  öyrən-

mək,  xalqa  mənfəət  gətirmək  lazımdır.  Nəbatat  alimi 

olan  müsyö  Jordan  çox  vətənpərvərdir,  Parisdə  inqilab, 

çevriliş  xəbərini  eşidib,  hədsiz  dərəcədə  həyəcanlanır, 

dərhal özünü ölkəsinə, doğma xalqına yetirmək istəyir ki, 

onlara dəstək ola bilsin. 

M.F.Axundzadənin  istər  müsyö  Jordan  obrazını 

yaradarkən,  istərsə  də  II  məclisdə  onun  elmi  danışığını 

təsvir  edərkən  real  tarixi  faktlara,  dövrünün  elmi 

biliklərinə  əsaslanmışdır.  Ümumiyyətlə,  müsyö  Jordanın 

real  tarixi  şəxsiyyət  olduğu  dəqiq  bir  faktdır.  "Aleksis 

Jordan  1814-1879-cu  illərdə  yaşamış,  görkəmli  botanik-

alim  olmuşdur.  M.F.Axundov  burada  öz  qəhrəmanının 

dili  ilə  Aleksis  Jordanın  nəbatat  elmi  sahəsindəki 



Afaq Yusifli İshaqlı 

 

 

34 



fəaliyyətini  dürüst  qiymətləndirmiş,  obyektiv  qiymətini 

vermişdir. Həqiqətən, keçən əsrin ortalarında A.Jordanın 

əsərlərində  bu  təbiətşünas  alimlərlə  mübahisələr  verilmiş 

və  bitkilərin  növü  haqqında  yeni  bir  nəzəriyyə  irəli 

sürülmüşdür. Onun bu nəzəriyyəsi yalnız Fransada deyil, 

bütün  Avropa  ölkələrində  bir  müddət  populyar. 

"Jordanizm"  adı  ilə  məşhur  olan  bu  nəzəriyyə  sonralar 

materialist təbiətşünaslar tərəfindən idealist bir baxış kimi 

ciddi  tənqid  olunmuşdur.  M.F.Axundov  tərəfindən 

fransız  nəbatat  aliminin  elmi  fəaliyyətinin  dəqiq  qiymət-

ləndirilməsi  göstərir  ki,  o,  bu  illərdə  böyük  səylə 

təbiətşünaslıq elmlərini öyrənirmiş." (3.252-253). 

Lakin  o  da  qeyd  olunmalıdır  ki,  M.F.Azundzadə 

real  prototip  əsasında  Qərbi  Avropa  alimlərinin  tipik 

obrazını yaratmışdır. 

Komediyadakı qadın surətləri gülüş hədəfi olsalar 

da,  yazıçının  onlara  güclü  rəğbəti  vardır.  Yazıçı  bu 

surətlərin  avamlığını  tənqid  etsə  də,  onların  mənəvi 

keyfiyyətlərini, daxili saflıqlarını təqdir edir. 

Şərəfnisə  xanım  təmiz  ürəkli,  sadəlövh  bir  qızdır. 

O,  Şahbaz  bəyi  təmiz  bir  məhəbbətlə  sevdiyi  üçün 

möhkəm qısqanır. Nişanlısını Parisə buraxmaq istəmir ki, 

orada  oğlanlarla  qızlar  bir  məclisdə  oturub  danışır-

gülürlər. O,  Şahbaz bəyin arzu və istəklərini  görə bilmir, 

Şahbazın  Parisə  getmək  arzusunu  öz  düşüncə  tərzinə 

uyğun  mənalandırır:  guya  Şahbaz  bəy  Parisə  "firəng 

qızlarının havasına yellənib uçur". (2.162). 

Şəhrəbanu  xanım  sadə,  açıqürəkli,  qonaqpərvər, 

avam  bir  qadındır.  Onun  da  təbiətinə  təmizlik,  saflıq 

xasdır.  Lakin  o  da  Şahbaz  bəyin  Qarabağdan  kənara 

çıxmasına  razı  ola  bilmir.  Lakin  Şəhrəbanu  xanım  bu 

xəbəri eşidəndə qızı kimi ağlayıb-sıtqamır, dərhal Şahbazı 

tənbeh  edir,  Hatəmxan  ağadan  Şahbaza  Parisə  getməyi 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə