Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə15/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   7   8   9   10   11   12   13   14   15

Afaq Yusifli İshaqlı 

 

 

50 



 

M:  Şah  Abbasın  və  Yusif  Sərracın  qadına 

münasibəti haqqında nə deyə bilərsiniz? 

Ş:  Şah  Abbasın  hərəmxanası  müxtəlif  yerlərdən 

gətirilmiş,  zorla  hərəmxanaya  salınmış  qadınlarla 

doludur.  Boşanma  epizodunda  biz,  zorla  Təbrizdən  və 

Tiflisdən  göndərilmiş  qızların  fürsət  düşən  kimi  öz 

vətənlərinə  qayıtmasının  və  təhlükələrə  baxmayaraq  şah 

sarayını  tərk  etməsinin  şahidi  oluruq.  Yusif  Sərrac  isə 

bütün əsər boyu daim yeganə ailəsini düşünür. 

 

M:  Nəhayət,  münəccimliyə  münasibətdə  Yusif 



Sərrac  və  Şah  Abbas  köklü  şəkildə  fərqlənirlər.  Şah 

Abbas 


tarixi 

mənbələrin 

də 

göstərdiyi 



kimi 

münəccimlərinin məsləhəti ilə oturub durur, Yusif Sərrac 

isə  münəccimlərin  dediklərini  əfsanə  hesab  edərək  şah 

olanda münəccimliyi bir peşə kimi ləğv edir. 

 

M:  Yusif  Sərrac  hakimiyyətə  gəldiyi  ilk  anlardan 



özünü  tədbirli  dövlət  başçısı  kimi  aparır,  o,  gələcəkdə 

özünə  qarşı  üsyan  qaldıra  biləcək  potensial  dövlət 

xadimlərini 

həbs 


edib 

Ərk 


qalasına 

saldırır. 

Hakimiyyətinin  ilk  günündən  Yusif  Sərrac  dövlət 

məmurları, baxıcıları qarşısında çıxış edərək nə deyir? 

Ş:  O,  vilayət  hakimlərinə  talançılıqdan,  nahaq 

cəzalardan, rüşvətxorluqdan əl çəkməyi əmr edir. 

M:  Beləliklə,  o,  mütləqiyyət  hökumətinin  talançı-

lığını, onun hakimlərinin rüşvətxorluğunu tənqid edir, ha-

kimiyyətin  ədalət  prinsipləri  əsasında  qurulması  məsələ-

sini irəli sürür. Yusif şahı nə düşündürür? 

Ş:  Yusif  şahı  hər  şeydən  əvvəl  rəiyyətin  zəruri 

problemləri  düşündürür.  İranın xarabazar və  susuz oldu-

ğundan  şikayətlənən  Yusif  şah  bərpa  və  təmir  işlərinə 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

51 



başlayaraq  ağılsız  vəzirlər  tərəfindən  dağıdılan  ölkəni 

bərpa etməyə başlayır. 

Yusif  Sərrac  əsl  dövlət  xadimi  və  Şah  Abbasdan 

fərqli  olaraq  ölkənin  vəziyyətindən  xəbərdardır.  Bunu 

onun  Qəzvin  şəhərində  apardığı  abadlıq  və  islahatlar 

göstərir. Gəlin bu islahatları xatırlayaq. 

Ş:  Qəzvin  küçələri  abadlaşdırılır,  şəhərə  su 

çəkilməsi  üçün  tədbirlər  görülür.  Yusif  şah  bahalıq  və 

qıtlıq  olduğu  üçün  şəhər  əhalisinə  buğda  paylanmasını 

təşkil edir. 

 

M: Yusif şahın islahatçılıq fəaliyyəti başdan-ayağa 



qədər  demokratik  prinsiplər  üzərində  qurulmuş,  bu 

islahatlarda  ölkənin  və  xalqın  mənafeyi  nəzərdə 

tutulmuşdur. Tədbirli dövlət başçısı kimi o nəzərdə tutur 

və başa düşür ki, xəzinəni rüşvət hesabına deyil, qaydaya 

salınmış,  inkişaf  etmiş  iqtisadiyyata  əsaslanan  vergi 

sistemi  əsasında  doldurmaq  mümkündür.  Ona  görə  də 

vergi sistemində əhəmiyyətli dəyişiklik aparılır. 

Yusif  şah  İranın  iqtisadiyyatında  dəyişiklik 

olmadan  bir  təsadüf  nəticəsində  hakimiyyət  başına 

gələrək  feodalizm  cəmiyyətində  özünün  geniş  maarifçi 

islahat  planlarını  həyata  keçirməyə  başlayır.  Lakin 

məqsəd  və  arzularına  çatmayaraq  məğlub  olur.  O,  yeni 

hökumət ilə şah Abbas tərəfdarları arasındakı vuruşmada 

itkin düşür.  Əsərdə ilk baxışda elə təsvir olunur ki, guya 

xalq 

Yusif 


şahı 

qəddar 


olmadığına, 

adam 


şaqqalatdırmağa  qabil  olmadığına  görə  taxtdan  salır. 

Lakin  diqqətlə  baxsaq,  görərik  ki,  onu  taxtdan  salan 

kimlərdir? 

Ş:  Onun  vəzifələrindən  kənar  etdiyi  Miraxur, 

əmiri-topxanə,  Qəzvin  bəylərbəyisi,  Bağır  xan  və  Fərəc 

xan. 



Afaq Yusifli İshaqlı 

 

 

52 



 

M:  Müəllif  başqa  bir  yerdə  qəhrəmanının  aqibəti 

haqqında  "Dər  nəqli  Yusif  Sərrac"  başlığı  altında  bu 

sətirləri yazmışdır: "Bu əhvalatdan 2-3 il keçmiş Kərbəla 

zəvvarı  müraciətlərində  nəql  edirdilər  ki,  Kərbəlada  bir 

nəfə  sərrac  sakin  olmuşdur.  Şəhərin  əhalisi  onun  gözəl 

rəftarından  çox  razıdır.  Bu  xəbərdən  bir  az  sonra  Yusif 

Sərracın  əyalı  cəmiən  Kərbəla  ziyarətinə  gedib  oradan 

qayıtmadı.  Məlum  oldu  ki,  Yusif  Sərrac  müridlərinin 

köməyilə  və  himayəsində  təhlükədən  nicat  tapıb  çoxlu 

cəvahiratla  və  paltarını  dəyişməklə  özünü  Kərbəlaya 

salıbdır." (1.332) 

Axundzadənin  bu  qeydindən  aydın  olur  ki,  o, 

"Aldanmış  kəvakib"  povestinin  ardını  davam  etdirmək 

fikrində olmuşdur. Müəllif işıqlı dünya uğrunda mübarizə 

aparan  qəhrəmanının  müvəffəqiyyətsizliyinə  acıyır  və 

onun həlakına bais olan qaranlıq mühitə nifrət edir. 

Povest böyük realist əsərlərə xas olan dərin müşa-

hidələr,  ümumiləşdirilmiş  və  tipikləşdirilmiş  həyat  hadi-

sələri,  təkraredilməz  insan  surət  və  xarakterləri  ilə 

zəngindir. 

"Aldanmış  kəvakib"də  dilin  bəzən  ağırlaşması, 

bəzən  sadələşməsi  surətlərin  fərdiləşdirilməsindən  irəli 

gəlir. Lakin əsərin dili köhnə nəsr dilinə nisbətən yeni və 

orijinaldır.  Köhnə  nəsrin  dilindən  fərqli  olaraq  burada 

cümlələr qısa və lakonikdir, sözə qənaət edilərək az sözlə 

geniş  məna  ifadə  olunur,  ideya  qabarıq  verildiyindən 

məna asan anlaşılır. 

Povestin  quruluşu  bitkindir.  Süjet  xəttini  təşkil 

edən  hadisələrdə  ən  xırda  təfərrüat  belə  ideyanın 

açılmasına xidmət edir. I hissə kiçik girişdən sonra "bəla" 

xəbəri  ilə  başlayır.  Ekspozisiya  Mirzə  Sədrəddinin  gəlişi 

ilə  verilir  və  sonra  şahın  çağırdığı  məclisdə  vəzirlərin 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

53 



"əlac"  aradığı  zaman  inkişaf  etdirilir.  Düyün  Mövlana 

Cəmaləddinin  gəlişindən  və  əlac  göstərməsindən  sonra 

açılmağa  başlayır.  Şah  Abbasın  taxtdan  əl  çəkməsi  və 

Yusif Sərracın şah elan edilməsi ilə başa çatır. 

II  hissə  mollabaşı  Axund  Səmədin  Yusif  Sərracı 

şahlığa  namizəd  verməsi  ilə  başlayır.  Onun  taxta 

çıxarılması və islahatçılıq fəaliyyətini təsvir edən hadisələr 

bu hissədə inkişaf etdirilir. II hissədə irticaçıların qiyamı, 

Yusif Sərracın itkin düşməsi və köhnə şahın qayıtması ilə 

hadisələr  başa  çatır.  Əsərin  sonunda  Axundzadə  təsvir 

olunan  zəmanənin  hadisələrinə  yekun  vuraraq  satirik 

istedadının qüdrəti ilə hadisələrə mənalı bir yekun vurur. 

Aldadılan kim idi? Ulduzlar, yoxsa iranlılar? Sualdan hər 

şey aydın olduğu üçün cavaba ehtiyac qalmır. 

M.F.Axundzadə bu əsərində onu düşündürən, son-

ralar  "Kəmalüd-dövlə"  məktublarında,  ədəbi-tənqidi 

məqalələrində  cavab  axtardığı  bir  çox  mətləblərə  də 

toxunmuşdur. Məsələn, Yusif Sərrac şah elan edildikdən 

sonra  xalq  onu  təbrik  edir,  mübarəkadlıq  sədaları,  top 

atəşləri ilə öz sevincini bildirir. Saray şairləri isə yeni şahı 

təbrik  edirlər.  Burada  müəllif  təhkiyəsi  vasitəsilə  həmin 

şeirin  məzmunu  və  bağışladığı  təsir  əks  etdirilir.  Bu 

təsvirdə  Axundzadə  klassik  qafiyəpərdazlığa  öz  mənfi 

münasibətini bildirmişdir: "Əgərçi Sədi və Hafizdən sonra 

İranda şeir qayətdə tənəzzülə düşür, şüəranın əşarı küllən 

biməzmun  və  məhz  puç  ləffazlıq  olmuşdu.  Amma  genə 

əlhəmdülillah  o  harda  bir  neçə  nəfər  sahibi-cövhər  şair 

peyda  oldu  ki,  bədahətən  cülusi-humayun  üçün  qəsaidi-

ğərra inşa edib, Yusif şahın təxtə çıxmağını tərif və özünü 

hikmətdə  –  Süleymana,  səxavətdə  –  Hatəmə,  şücaətdə  – 

Rüstəmə,  qüdrətdə  –  qəza  və  qədərə  təşbih  eləyib  nə-

zərdən keçirdilər və tarixi-cülusunu nüktəsən-cani Qəzvin 

belə tapdılar: 



Afaq Yusifli İshaqlı 

 

 

54 



 

Şahi-xuban nəbud Yusifi-ma, 

Leyk u şahi-mülki-İran-şod". (3.245) 

 

Burada 



Axundzadənin 

klassik 


şeirə 

münasibətindən  irəli  gələn  incə  bir  kinayə,  barışmazlıq 

mövqeyində  dayanan  yeni  təfəkkürlü  sənətkarın 

köhnəliyə, məddahlığa etirazı vardır. 

Zəngin  xarakterə  malik  surətlər  sistemi,  ardıcıl 

inkişaf  edən  epizodlar  silsiləsinə  malik  bu  povest 

Azərbaycan  ədəbiyyatında  əhəmiyyətli  bir  hadisə  olmuş, 

yeni  realist  ədəbiyyatın  yaranmasına  təkan  vermişdir. 

Forması,  ideyaları,  məkanı  və  mövzusu  heç  vaxt 

təkrarlanmasa  da,  tam  əminliklə  demək  olar  ki,  XIX 

yüzilliyin  sonu  və  XX  yüzilliyin  əvvəllərində  yaranan 

realist  bədii  nəsr  nümunələri  bu  əsərin  yaratdığı 

tendensiyaların əsasında formalaşmış və inkişaf etmişdir. 

 

*** 




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

55 



 

 

NƏTİCƏ 

 

M.F.Axundzadənin nəzərdən keçirilmiş əsərlərinin 



orta məktəbdə tədris olunması istər müəllimlər, istərsə də 

şagirdlər  üçün  heç  bir  çətinlik  törətmir.  Nəzərdən 

keçirilən  hər  üç  əsərin  tədrisi  üçün  təklif  olunan  tədris 

üsulları  hər  şeydən  öncə  şagirdlərin  yaradıcı  fəallığına 

əsaslanır.  Fəallığın  ən  yaradıcı  forması  tədqiqatçılıqdır. 

Qoyulan  vəzifəni,  verilən  tapşırığı  yerinə  yetirmək  üçün 

yollar araşdırıb tapmaq, onun öhdəsindən gəlmək, bəzən 

orijinal vasitələr müəyyənləşdirmək bacarığı tədqiqatçılıq 

üçün  səciyyəvidir.  Yaradıcı  fəallıq  şagirdin  bir  şəxsiyyət 

kimi  formalaşmasında  mühüm  rol  oynayır.  Şagirdin 

təlimdə  fəallıq  dərəcəsi  onun  gələcək  həyatındakı 

mövqeyini müəyyənləşdirir. 

Ədəbiyyat  dərslərində  tədqiqatçılıq  üsulundan 

daha  tez-tez  istifadə  etmək  imkanı  vardır.  Məsələn, 

klassik  ədəbiyyatın  ilkin  qaynaqlarından  başlayaraq 

bütövlükdə  XIX  əsr  və  XX  əsrin  əvvəllərindəki 

Azərbaycan  ədəbiyyatında  ruhanilik  tənqid  və  ifşa 

olunur. Müasir dünyada yaşayan, milli-dini dəyərlərimizə 

yiyələnən  şagirdlərdə  bu  bəzən  mənfi  reaksiya  yaradır, 

yəni  bu  yazıçı  dinimizi  pisləyir,  nə  üçün  mən  onun  əsər-

lərini öyrənirəm? Şagirdi istiqamətləndirərək başa salmaq 

lazımdır ki, burada dini ehkamların deyil, dini vasitə edə-

rək  özünü  təmin  etməyə  çalışanların  tənqidi  verilib.  Mə-

sələn, ateist kimi tanınmış M.F.Axundzadənin "Aldanmış 

kəvakib"  əsərinin  tədrisi  zamanı  şagirdləri  tədqiqatçılığa 

yönəltmək,  onları  problem  situasiya  qarşısında  qoymaq 

olar:  "Yusif  Sərrac  ruhaniliyə  nifrət  etdiyi  üçün  dindən 

döndərmişdi?"  Şagirdləri  əsərin  mətninə  yönəltmək 




Afaq Yusifli İshaqlı 

 

 

56 



şahlığa  keçdiyi  ilk  gündə  Yusif  şahın  namaz  qıldığı 

məqamda təsvirini oxutmaq faydalıdır. Nəticə çıxartmaq, 

Yusif  Sərracın  dinin  əsaslarına,  yoxsa  ruhanilərə  qarşı 

olduğunu  müəyyənləşdirməyi  isə  şagirdlərin  öhdəsinə 

buraxmaq lazımdır. 

İstər  nəzərdən  keçirilən  əsərlərində,  istərsə  də 

bütövlükdə 

dramaturji 

və 

lirik 


yaradıcılığında 

M.F.Axundzadənin  istifadə  etdiyi  mövzular,  buradakı 

ayrı-ayrı 

epizodlar 

bütöv 

bir 


fikir 

aləminin, 

dünyagörüşünün  təzahürləri  kimi  ortaya  çıxır,  bir-birini 

tamamlayır,  dolğunlaşdırır.  Məsələn,  Məstəli  şahın 

Şəhrəbanu  xanıma  danışdığı  epizodda  olduğu  kimi  Hacı 

Mirzə Ağası xanın maaşını istəyən İran sərbazlarını qov-

ması ilə, orduda qulluq edənlərin maaşlarını əlaltdan kə-

sən müstövfi Mirzə Yəhya arasında nə qədər oxşarlıq var-

dır,  onlar  bir-birini  tamamlayır,  bəlkə  də  Axundzadənin 

İran ordusunun məğlubiyyətlərinin səbəbini araşdırarkən 

gəldiyi  nəticələri  əks  etdirir.  Bu  faktlar  bir  daha  göstərir 

ki, orta məktəbdə tədris zamanı hər bir əsəri əlahiddə bir 

mövzu kimi deyil, əlaqəli şəkildə tədris etmək, fənlərarası 

əlaqəni, tarixi mənbələrə və elmi əsərlərə müraciət etməyi 

də unutmamaq lazımdır. 

 

 



*** 

 

 




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

57 



Sxem 1 

Hacı Qara 

Tükəz əvvəlcə  

Hacı Qaranın üzünə qarğış 

edərək ölməsini arzulayır 

ki, uşaqları doyunca çörək 

yesin. Bəylər Hacı Qaranı 

aparanda isə heyfsilənir ki, 

Hacı Qaranın başına işə 

gələcək. 

Qalada, yəni Şuşada 

aldığı 500 manatlıq çit 

satılmadığından 100 

manat zərərə 

düşdüyündən 

şikayətlənir. 

Hacı Qara 

qocaqlığından dəm 

vurub qorxaqları 

məzəmmət edir. 

Müəzzin  

Xudaverdiyə bir abbası 

vermir, halbuki 

müəzzin Hacı Qaranın 

atasının ruhuna Quran 

bağışlayıb. 

"Qazanc" sözünü 

eşidib bəyləri geri 

qaytarır və onlara 

"xüsusi" qulluq 

göstərir. 




Afaq Yusifli İshaqlı 

 

 

58 



Sxem 2 

Şah Abbas və 

vəzirləri 

Vəzir Mirzə Möhsün 

 

Maliyyə işlərinə rəhbərlik 



edir, xalqdan uzaq 

rüşvətxor vəzifə sahibidir. 



Sərdar Zamanxan 

 

Ölkəni "müdafiə" etmək 



üçün İran torpaqlarını, 

Azərbaycanı xaraba qoyur, 

Təbriz ətrafı kəndləri viran 

edir. 


Axund Səməd 

 

Fitnəkar ruhanilərin 



tipik obrazıdır, 

intiqamçı, paxıl və 

kinli adamdır. 

Mirzə Yəhya 

(müstovfi-xəzinədar) 

 

Dövlət xəzinəsini 



"doldurmaq" üçün 

ikiüzlü siyasət yeridir. 



Münəccimlər 

 

Mirzə Sədrəddin başqa münəccimlər-



dən geri qalmamaq üçün həyatını təh-

lükədə qoyub fəlakət xəbərini şaha 

çatdırır 

Nadan, 


qabiliyyətsiz, 

qəddar, 


rəhmsiz.

 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

59 



Sxem 3 

Yusif Sərrac 

        Şah Yusif 

 



Şah Abbasın dövlət 

xadimlərinin həbsi 

 

Nahaq cəzalar, səbəbsiz 



qətllər, burun-qulaq 

kəsmək qadağan olunur. 

 

Vilayət hakimlərinin 



talançılığı, rüşvət alması 

qadağan olunur. 

 

Vilayət hakimlərinə 



nəzarət etmək üçün xüsusi 

baxıcılar təyin edir.  



İlk əmrləri 

 



Xəracın məbləğinin 

müəyyənləşdirilməsi 

 

Yolların körpü və 



karvansaraların təmiri 

 



Şəfaxana və mədrəsələrin 

tikilməsi 

 

Təhsilsiz ruhanilərin 



rütbəsinin ləğvi 

 



Ruhanilərə maaş təyin 

edilməsi 

 

Məhkəmə işlərinin mülki 



şəxslərə tapşırılması 

 



Əhalinin siyahıya alınması 

 



Su çəkilməsi 

İslahatları 


Afaq Yusifli İshaqlı 

 

 

60 



Sxem 4 

Yusif Sərrac 

        Şah Yusif 

 



Xüsusi əmrlə rüşvətin 

qadağan edilməsi 

 

Tacir və xanzadələrin vergi 



verməsi haqqında qərar 

 



Şəhərdə 1/10, kənddə 1/20 

vergisinin tətbiqi 

 

Alınan və satılan mallardan 



beş şahı vergi tutulması 

Xüsusi  

əmrləri 

 



Küçələrin genişləndiril-

məsi, çirkab sularından 

təmizlənməsi 

 



Bahalıq olduğu üçün 

əhaliyə xəzinədən buğda 

paylanması 

 



Şəhərə su çəkmək üçün 

tədbirlərin görülməsi 



Qəzvinlə bağlı 

əmrlər 


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

61 



 

 

ƏDƏBİYYAT 

 

1.  F.Qasımzadə.  XIX  əsr  Azərbaycan  ədəbiyyatı 



tarixi. Bakı – 1974. 

2. Ədəbiyyat. X sinif üçün dərslik. Bakı – 2010. 

3. M.F.Axundov. Əsərləri. Bakı – 1982. 

4. S.Şükürov. XIX və XX əsr Azərbaycan ədəbiy-

yatına dair materiallar. Bakı – 2002. 

5. M.F.Axundov. Əsərləri. III cild. Bakı – 1962. 

6. Ümumtəhsil məktəblərinin 5-11-ci sinifləri üçün 

ədəbiyyatdan  proqram  materiallarının  planlaşdırılması. 

Bakı – 2004. 

7. Azərbaycan tarixi. Azərnəşr. Bakı – 1994. 

8.  Azərbaycan  ədəbiyyatı  tarixi.  II  cild.  Bakı  – 

1960. 


9.  Əhmədov  Ə.  Böyük  mütəfəkkir  M.F.Axundov. 

Bakı – 1958. 

10. Köçərli F. Azərbaycan ədəbiyyatı. Bakı – 1978. 

11.  Cəfərov  C.  M.F.Axundovun  dramaturgiyası. 

Bakı – 1953. 

12.  F.Qasımzadə.  M.F.Axundovun  həyat  və 

yaradıcılığı. Bakı – 1962. 

13. 


F.Qasımzadə. 

M.F.Axundovun 

dramaturgiyasının 

sənətkarlıq 

xüsusiyyətləri. 

"Azərbaycan" jurnalı, 1962, № 9. 

14. Rəfili M. M.F.Axundov. Bakı – 1957. 

 

 



 


Afaq Yusifli İshaqlı 

 

 

62 



 

 

 



MÜNDƏRİCAT 

 

GİRİŞ ..................................................................... 4 



I hissə 

"Hacı Qara" komediyasının tədrisi.......................... 6 



II hissə 

"Hekayəti-müsyo Jordan həkimi-nəbatat və  

dərviş Məstəli şah caduküni-məşhur" 

komediyasının tədrisi .............................................. 22 

 

III hissə 

"Aldanmış kəvakib" povestinin tədrisi .................... 34 

 

Nəticə...................................................................... 51 



Sxemlər ................................................................... 53 

Ədəbiyyat................................................................ 57 

 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

63 




Afaq Yusifli İshaqlı 

 

 

64 



 

Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə