Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə8/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   4   5   6   7   8   9   10   11   ...   15

Afaq Yusifli İshaqlı 

 

 

26 



1. Üçüncü məclisin başlanğıcında Şərəfnisə, Şəhrə-

banu və Xanpəri nə barədə söhbət edirlər? 

2.  Xanpəri  onların  dərdinə  əlac  etmək  üçün  qabi-

liyyəti olan Məstəli şahı necə tərifləyir? 

3. Şahbaz bəylə Şərəfnisə nə barədə söhbət edirlər? 

Şahbaz bəy Şərəfnisənin sadəlövh etirazlarına necə cavab 

verir? 

4.  Hökumət  qulluğunda  yüksəlməyin  yolları 



haqqında Şahbaz bəy nələr söyləyir? 

5. IV məclis harada və nə zaman baş verir? 

6.  Şəhrəbanu  xanım  Məstəli  şaha  çətinliyinin  sə-

bəblərini  izah  etdikdə  "məşhur  cadukün"  ona  nə  cavab 

verir? 

7.  Məstəli  şah  öz  məharətindən  danışarkən  hansı 



hadisələri xatırlayıb, özünü tərifləyir? 

8.  Şəhrəbanu  Məstəli  şahın  Parisi  dağıtmaq 

planına nə üçün razılaşa bilmir? 

9.  Şərəfnisə  müsyö  Jordanı  necə  xilas  edib 

cadugərin xətasından qurtarır? 

10. Qulaməli ilə Məstəli şah nə barədə fars dilində 

söhbət edirlər? 

11.  Şəhrəbanu  Parisin  dağılması  ilə  əlaqədar  necə 

həyəcan keçirir? 

12. Məstəli şah öz cadusunu necə yerinə yetirir və 

Şəhrəbanu xanımdan qızılları necə alır? 

13. Müsyö Jordanın gəlişi hansı təsiri bağışlayır? 

14. Jordanın hansı sözləri qadınları qorxudur? 

15.  Məclis  və  əsər  Xanpərinin  hansı  replikası  ilə 

bitir? 

2-ci  dərsdə  müəllim  şagirdlərin  verilmiş  suallara 



hazırladığı  cavabları  yoxlayır,  əsərin  məzmununun  tam 

şəkildə  mənimsədildiyini  müəyyənləşdirdikdən  sonra 

dərsin  məqsədini  izah  edir:  "Komediyanın  konflikti  və 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

27 



onun  həlli  problemi.  Əsərin  ideyasına  xidmət  edən, 

bununla yanaşı əlavə kimi görünən epizodların təhlili." 

Məqsədin yerinə yetirilməsi üçün əsərdəki konflikti 

şərtləndirən  xətləri  müəyyənləşdirmək,  əsərin  mətni 

əsasında  onları  açıqlamaq  lazımdır.  Şagird  fəallığını 

təmin  etmək  üçün  müəllim  problemi  təklif  etməli,  onun 

həlli  yollarını  şagirdlərin  ixtiyarına  buraxmalıdır, 

ümumiyyətlə,  mətn  üzərində  yaradıcı  iş  apararkən 

müəllim  yalnız  istiqamətləndirməli,  təlim  prosesinin 

interaktivliyini 

yönəltməlidir. 

Dərsdə 


aşağıdakı 

bağlılıqlara diqqət yetirmək məqsədəuyğundur: 

–  Əsərdə  böyük  və  kiçik  nəslin  münasibətləri: 

Şərəfnisənin  anası  ilə,  Şahbaz  bəyin  Şəhrəbanu  və 

Hatəmxan  ağa  ilə  münasibətləri.  Bu  münasibətlərdə 

kiçiklərin  böyüklərə  qarşı  hörmətcil,  bir  qədər  qapalı, 

eyhamlı  münasibətləri  aşkara  çıxır.  Şərəfnisə  anasına 

birbaşa deyə bilmir ki, nişanlısı üçün ağlayır, anası onun 

eyhamlı  danışığından  başa  düşür  ki,  Şahbaz  harayasa 

gedir.  Digər  bir  epizodda  anası  Şərəfnisənin  Şahbazı 

qısqandığını  deyəndə  Şərəfnisə  tələsik  səhnəni  tərk  edir. 

Şahbaz  bəy  "əmidostu"  adlandırdığı  Şəhrəbanu  xanımın 

qışqırıqlarına cavab vermir,  onu sakitləşdirməyə və başa 

salmağa  çalışır.  Əmisi  ilə  söhbətlərində  də  Şahbaz  incə 

diplomat  kimi  hərəkət  edir,  gah  onun  əsilzadəlik 

damarına  toxunaraq  Tanrıverdi  bəydən  əskik  olmaq 

istəmədiyini  vurğulayır,  gah  da  yumşaqlıqla  onu  dilə 

tutur ki, Parisə buraxılmasına icazə versin. 

– Qadının ailədə mövqeyi: əsərin bütün gedişindən 

belə məlum olur ki, qadın bu elat ailəsində nəinki hüquq-

suzdur, bəlkə də ən böyük hüquqa malikdir. Sadəcə, onlar 

da,  Şahbaz  bəyin  təbirincə  desək,  "qamışlıqda"  qalıb 

elmdən,  maarifdən  uzaq  olduqları  üçün  mövhumatçı, 

xırdaçıl olmuşlar. Şəhrəbanu evin əsas adamı, əslində bu 




Afaq Yusifli İshaqlı 

 

 

28 



böyük ailəni və mülkü idarə edəndir. O, istədiyi vaxt ailə 

şurası çağıra bilir, ətrafındakıları öz iradəsinə tabe etməyi 

bacarır,  evin  maliyyə  işlərini  idarə  edir,  onun  necə 

asanlıqla  böyük  bir  məbləği,  "yüz  qızılı",  Məstəli  şaha 

verdiyini  xatırlayaq.  Şəhrəbanu  xanımın  əmri  ilə  əri 

Hatəmxan ağa və Şahbaz bəy ilxıları yoxlamağa gedir, o, 

istədiyi vaxt iki yüz toğlu satacaq qədər hökmə malikdir. 

–  Müsyö  Jordana  münasibət:  bu  münasibət  müx-

təlifdir. Müsyö Jordan sırf müəllif ideyasına xidmət edən, 

bir  qədər  statik  obraz  olsa  da,  əsərdəki  surətlərin  müsyö 

Jordana  müxtəlif  münasibəti  bu  obrazın  qavranılmasını 

daha əlvanlaşdırır. Hatəmxan ağa müsyö Jordanın bütöv 

Qarabağda məhz onun evini seçərək qonaq olmasını çox 

yüksək  qiymətləndirir,  uzun  qış  gecələrində  onun 

danışdığı əhvalatlardan nəticə çıxarır və Paris və parislilər 

haqqında  gülməli  olsa  da,  çox  yığcam  və  yerinə  düşən 

qənaətlər  çıxarır.  Arvadı  Şəhrəbanu  xanım  da  hər 

addımbaşı  onu  "çör-çöp"  döşürən  adlandırsa  da,  müsyö 

Jordana  bir  qonaq  kimi  çox  böyük  hörmət  edir,  öz 

mühitinin  ən  yüksək  hörmət  və  qulluğunu  göstərir. 

Şəhrəbanu  xanımın  müsyö  Jordan  haqqında  qənaəti 

belədir:  "…  yazıqdır,  yaxşı  adamdır,  hələ  bircə  bu  işdə 

təqsirlidir  ki,  Şahbazı  yoldan  çıxarıb  Parisə  getməyi 

beyninə salıbdır." 

Şərəfnisə  xanımın  müsyö  Jordana  münasibəti 

tamamilə fərqlidir, nişanlısını Parisə aparmaq  istəməsinə 

baxmayaraq,  Şərəfnisə  Məstəli  şaha  deyir:  "Mən  özümü 

öldürrəm,  qoymaram  müsyö  Jordanın  boynu  vurulsun!" 

Şərəfnisə  Jordanın  ona  çiçək  dəstəsi  göndərməsini  belə 

qiymətləndirir,  işi-peşəsi  yun  daramaq,  bir  də  xəyallara 

dalmaq olan bu qızın qəlbində incə duyğular, romantika 

istəyi yaşayır. 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə