Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə9/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   5   6   7   8   9   10   11   12   ...   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

29 



Şahbaz  bəyin  müsyö  Jordana  tamamilə  başqa 

gözlə  baxmasının  səbəbləri  elə  özü  tərəfindən  açıqlanır. 

Əgər  əmisi  ilə  söhbətində  sadəcə  olaraq  dil  öyrənmək 

üçün Parisə getmək istədiyini söyləyən Şahbaz bəy əslində 

yalnız  bunu  düşünmür.  Şərəfnisə  ilə  söhbətində  məlum 

olur  ki,  Tiflisdə,  ya  qeyri  yerdə  qulluğa  düzəlmək  üçün 

arxa,  kömək  lazımdır.  Parisə  gedəndə  Jordan  vasitəsilə 

kral  sarayında  qəbul  olunmaq  şərəfi  gələcəkdə  rus 

hökumət idarələrində onun üzünə bağlı qapıları aça bilər. 

Şahbaz  bəy,  hətta  Şərəfnisə  bilirlər  ki,  "Bu  gördüyünüz 

xoşbəxtlər tamam özgə yol ilə bəxtə yetişiblər." (3.53) 

– Paris haqqında: nə qədər qəribə olsa da, bu şəhər 

komediyada  əhəmiyyətli  yer  tutur.  Müsyö  Jordan  və 

onun  vasitəsilə  Şahbaz  bəy  bu  şəhəri  elm,  mədəniyyət 

mərkəzi kimi qəbul edirlər. Şahbaz bəy bu şəhərə getmək 

vasitəsilə  mənsəb  qazanmaq  istəyir.  Hatəmxən  ağa  bu 

şəhər haqqında çox bəsit təsəvvürə malikdir, lakin orada 

da həyatın müxtəlif rənglərdə və şəkillərdə, eyni zamanda 

çox  maraqlı  olduğunu  dərk  edir.  Şəhrəbanu  xanım  bu 

şəhərdə yaşayanların halına acısa da, qızının xoşbəxtliyini 

öz  aləmində  müdafiə  etmək  üçün  bu  şəhərin  alt-üst 

edilməsinə razı olur, bunu həmin şəhərdə yaşayan yaman 

adamların cəzalandırılması kimi qiymətləndirir. Müəllifin 

Məstəli  şahın  dili  ilə  dediyi  "bu  şəhərdən  heç  vaxt  bəla 

əskik olmaz" sözləri ilə Parisin inqilablar, yeni ideyalar və 

siyasi hərəkatlar şəhəri olduğuna işarə edilmişdir. 

–  Cadugərliyə  münasibət:  Şəhrəbanu  xanım  çətinə 

düşən  kimi  caduya  müraciət  edir.  Xanpərinin  vasitəsi  ilə 

məşhur  Məstəli  şahı  tapdırır.  Bu  zaman  Şərəfnisənin 

reaksiyası  maraqlıdır.  Gənc  qız  nişanlısının  qabağını  ala 

biləcək  bir  qüvvənin  tapıldığına  sevinir  və  deyir:  "Yox 

olsun  o  ölkə  ki,  onda  cadu,  pitik  olmaya."  (3.51)  Məstəli 

şah  çağırılanda  Şəhrəbanu  xanım  kişilərdən  çəkinir  və 



Afaq Yusifli İshaqlı 

 

 

30 



Şahbaz bəyin Məstəli şahı görərsə, öldürəcəyindən qorxur. 

Təsadüf  yalanı  həqiqətə,  fırıldaqçını  sehrbaza  çevirəndə 

Şəhrəbanu  xanım  deyir:  "…  kişilər  həmişə  bizə  deyirlər: 

caduya, pitiyə inanmayın! Necə inanmamaq olar ki, adam 

gözü ilə belə işlər görür?" (3.64.) 

–  Zahirən  əsərin  ümumi  süjeti  ilə  bağlı  olmayan, 

lakin  ümumilikdə  həm  bu  əsərin  ideyasına,  həm  də 

Axundzadənin yaradıcılıq qayəsinə xidmət edən epizodlar 

və  replikalar  da  çox  maraqlıdır.  Məstəli  şah  Şəhrəbanu 

xanımla  təzə  tanış  olanda  özünü  təqdim  etmək,  xanımı 

inandırmaq 

üçün 


həyatında 

guya 


baş 

vermiş 


əhvalatlardan,  uğurlu  cadularından  danışır.  Guya 

Şərurda və Naxçıvanda bir vaxt baş vermiş təbii fəlakəti 

Məstəli  şah  törətmişdir  və  bununla  da  onu  sərhəddən 

keçirmək  istəməyən  qaçaqmalçıların  vətənini  cəzalan-

dırmışdır. Bir tərəfdən müəllif təsadüflərin, baş verən ha-

disələrin onların əlinin, cadusunun işi olduğuna adamları 

inandıran  cadugərlərin  əməllərinə  işarə  edir,  bu  əsərin 

sonluğunu  hazırlayır.  Digər  tərəfdən  Arazı  keçərək 

qaçaqmalçılıq  edən  və  gələcəkdə  onun  əsərinin 

qəhrəmanlarına  çevriləcək  adamların  da  tək  olmadığını 

təsdiqləyir. Başqa bir əhvalatın nəqli də maraq doğurur. 

Vəzir Mirzə Ağasının öz maaşını istəyən İran sərbazlarını, 

biabırçı bir üsulla, başmaq tayı ilə qovması təsvir olunur. 

Əslində  bu  əsərlə  əlaqəsi  olmayan  bu  epizod  şagirdlərin 

diqqətinə  çatdırılır.  Müəllim  qeyd  etməlidir  ki,  gələcək 

dərslərində "Aldanmış kəvakib" povestinin təhlili zamanı 

bu epizoddan istifadə olunacaqdır. 

Beləliklə,  süjet  xətti  Şahbaz  bəyin  Parisə  gedib-

gedə  bilməməsi  üzərində  qurulan  komediyada  müəllifin 

ayrı-ayrı 

ictimai-siyasi 

hadisələrə 

münasibəti 

də 


aydınlaşır. 


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

31 



3-cü dərs komediyanın əsas surətlərinin səciyyələn-

dilirməsinə  həsr  olunmuşdur.  Təhlil  zamanı  məzmun 

üzərində  aparılmış  işdən  istifadə  edərək  hər  bir  surətin 

səciyyəvi xüsusiyyətlərini müəyyənləşdirmək və bu əsasda 

təhlil aparmaq məqsədəuyğundur. 

Şahbaz  bəy  –  təhsillidir,  türk,  fars,  ərəb,  rus 

dillərini  bilir,  elmləri  öyrənmək,  fransızca  danışmaq, 

dünyanı gəzmək istəyir. 

Hatəmxan ağa – xeyirxah və həlimtəbiətli insandır, 

qonaqpərvərdir, ailəsini, qardaşı oğlunu sevir. Lakin dün-

yagörüşü bəsitdir. 

Şəhrəbanu  xanım  –  özünə  məxsus  olanları  nəyin 

bahasına  olursa-olsun  qorumağa  hazırdır,  övladlarını 

sevir,  qonaqpərvərdir.  Bütövlükdə  insanlara,  məsələn 

tanımadığı parislilərə belə pislik arzulamır. 

Müsyö Jordan – əsl elm adamıdır, lakin mənsəb və 

şöhrət pilləsi ilə yüksəlməyin yollarını bilir, bu yolları sə-

mimiyyətinə  görə  sevdiyi  Şahbaz  bəyə  də  öyrətmək 

istəyir.  Beynəlmiləlçidir,  başqa  millətlərə,  onların  adət-

ənənəsinə hörmət edir, vətənpərvərdir, Fransadan fəlakət 

xəbərini alan kimi getməyə hazırlaşır. 

Şərəfnisə xanım – sadəlövh və səmimidir. Üzüaçıq 

Paris qızlarına nifrət etsə də, ona çiçək dəstələri göndərib 

hörmət  edən  müsyö  Jordanı  həyatı  bahasına  belə 

qorumağa hazırdır. 

Dərviş  Məstəli  şah  –  komediyanın  əsas  gülüş 

obyektidir,  özü cadugər  olmadığını  çox  yaxşı  bilir,  insan 

psixologiyasına,  xüsusən  yaşadığı  mühitin  qadınlarının 

dünyagörüşünə  yaxşı  bələd  olduğundan  onları  öz  təsiri 

altına sala bilir. 

Beləliklə, əsas surətlərin səciyyəsini aşağıdakı kimi 

yekunlaşdırmaq  olar.  "Əsərdə  Hatəmxan  ağa  müsbət 

surətdir.  O,  əsərdə  hadisələrin  cərəyan  etdiyi  Təklə-



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə