Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə11/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   7   8   9   10   11   12   13   14   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

35 



qadağan  etməsini  tələb  edir.  Ərinin  "xamır  ağız" 

olduğunu  görəndə  Məstəli  şahın  köməyinə  əl  atır  və 

qəribə də olsa, istəyinə nail olur. 

Komediyada 

qadınların 

gülüş 


doğuran 

xüsusiyyətləri  onların  Şahbaz  bəyi  səfərdən  saxlamaq 

üçün  göstərdikləri  fəaliyyətlərində  üzə  çıxır.  Həm 

Şərəfnisə,  həm  də  Şəhrəbanu  avamlıqları  ucbatından 

Məstəli  şahın  yalan  cadularına  ürəkdən  inanır,  onun 

Qarabağda  oturub  Parisi  dağıdacağına  ümid  bəsləyirlər. 

Pyesin gülüş doğuran mahiyyəti də bundadır: qadınlar öz 

qələbələrinin 

arxasındakı 

məğlubiyyətlərini 

görə 

bilmirlər, aldanışlarını dərk etmirlər. 



Məstəli şah hiyləgər, fırıldaqçı, camaatın, xüsusən 

qadınların  avamlığından  istifadə  edib  meydan  sulayan 

tüfeyli 

dərvişlərin 

ümumiləşdirilmiş 

surətidir. 

Ümumiyyətlə, 

bütün  yaradıcılığı  boyu  fırıldaqçı 

kimyagər,  cadugər,  münəccim,  vəkil  obrazları  yaradan 

M.F.Azundzadə  bu  obrazların  daxili  aləmini  əsasən  elə 

onların  öz  dili  ilə  açır.  Yazıçı  Məstəli  şahın  da  həqiqi 

simasını onun öz köməkçisi Qulaməli ilə söhbətində açır. 

Qadınları  aldatmağı  bacaran,  kişilərdən  qorxan  Məstəli 

şah  Qulaməli  ilə  farsca  apardığı  söhbətində  öz  daxili 

simasını tamamilə açmış olur. Dramaturq onu bu şəkildə 

təqdim  etməklə  o  zaman  Azərbaycanda  çox  yayılmış 

yalançı, fırıldaqçı, hiyləgər dərvişləri ifşa edir. 

Ümumiyyətlə,  komediya  dramaturji  cəhətdən  mü-

kəmməl  olduğu  kimi,  surətləri  də  mürəkkəb,  canlı  veril-

mişdir.  Bu  surətlərdə  zidd  səciyyələr  vəhdət  halındadır. 

Əhvalatlar  daimi  hərəkətdə,  fasiləsiz  fikir  mübadilələrilə 

inkişaf edir. Buna görə surətləri səciyyələndirərkən sadəcə 

olaraq  mətnə  əsaslanmaq,  nəticələri  çıxarmağı  surətlərin 

replikası  əsasında  olduğunu  şagirdlərə  öyrətmək  çox 

vacibdir. 

 



Afaq Yusifli İshaqlı 

 

 

36 



*** 


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

37 



 

 

III HİSSƏ 



 

 

İ.Münşinin  əsərlərini  oxuyarkən  başqa  tarixi 



hadisələrlə yanaşı Şah Abbasın və onun saray əyanlarının 

cəhalətini,  fanatizmini,  habelə  ruhanilərin  hiyləgərliyini 

və fitnəkarlığını göstərən kiçik, lakin çox maraqlı hadisə 

M.F.Axundzadənin 

diqqətini 

cəlb 


etmişdir. 

Münəccimlərin  və  ruhanilərin  məsləhəti  ilə  taxtdan  əl 

çəkib üç günlüyə Yusif Sərracı şah elan edən Şah Abbasın 

başına  gələn  hadisə  əsərin  ilk  rüşeymini  təşkil  edir. 

Axundzadə  özü  də  mövzunun  real  bir  həyat  hadisəsi 

olduğunu  əsərinin  bir  yerində  qeyd  edir:  "Olur  ki, 

xanəndələr bu güzarişin vüquunda şübhə edib, onu kizbə 

həml edələr;  bu surətdə mən  olardan təvəqqə  edərəm ki, 

"Tarixi-aləmarayi"də  Şah  Abbasın  cülusunun  yeddinci 

ilində sadir olan vəqayəyə mülahizə etsinlər." (8.246). 

"Tarixi-aləm-ara"dakı  hadisədən  yaradıcı  bir 

sənətkar  kimi  sərbəst  istifadə  etdiyini,  həmin  hadisənin 

onun üçün ancaq bir çıxış nöqtəsi olduğunu Axundov özü 

belə aydınlaşdırır: 

"Came-cəm"  əsərinin  mütərcimi  şahzadə  Fərhad 

Mirzə  Məkkə  ziyarətinə  gedərkən  Tiflisə  gəldiyi  zaman 

mənə dedi: 

– Mirzə Fətəli, "Tarixi-aləm-ara"da Yusif Sərracın 

nağılı o qədər müfəssəl deyildir ki, sən yazmışsan, nə üçün 

o əhvalatı bu qədər artırıb uzatmışsan? 

Dedim: – Şahzadə, mən məgər tarix yazmışam ki, 

hər nə ki, olmuş onu yazım? Mən bir kiçik məsələni əldə 

bəhanə  edib  öz  fikrimdə  onu  genişləndirmişəm.  O 

zamanın  nazirlərinin  və  dövlət  başçılarının  ağılsızlığını 




Afaq Yusifli İshaqlı 

 

 

38 



ifşa  etmişəm  ki,  gələcək  nəsillər  üçün  ibrət  olsun.  Qoy 

onlar  bir  daha  axmaq  münəccimlərin  sözlərinə  və 

xəbərlərinə  inanmasınlar  və  özlərini  o  cür  hərəkətlərlə 

xarici  millətlərin  məsxərəsinə  hədəf  etməsinlər.  Bu  kimi 

əsərlərə roman deyilir." (5.193-194). 

M.F.Axundzadə  irsi  ilə  az-çox  tanış  olanlar  üçün 

bu əsərin ideya-bədii dəyəri çox yaxşı məlumdur. Ənənəvi 

olaraq orta ümumtəhsil məktəbinin üçüncü pilləsində, yəni 

10-cu sinifdə "Aldanmış kəvakib və ya hekayəti-Yusif şah" 

povestinin  tədrisinə  xeyli  vaxt  ayrılır.  2004-cü  ildə  tövsiyə 

olunmuş  və  hal-hazırda  orta  ümumtəhsil  məktəblərində 

tədris  olunan  proqramda  povestin  tədrisinə  3  saat  vaxt 

ayrılmışdır.  Həmin  saatların  aşağıdakı  kimi  bölünməsi 

tövsiyə olunur: 

1.  "Aldanmış  kəvakib"  povestinin  mövzusu  və 

məzmunu – 1 saat. 

2. Povestin məzmunu üzərində iş – 1 saat. 

3.  "Aldanmış  kəvakib"  əsərinin  təhlili:  əsas 

surətlər.  Şah  Abbas,  Yusif  Sərrac,  saray  xadimləri. 

Ədəbiyyat nəzəriyyəsi: povest – 1 saat. 

dərsdə 


"Aldanmış 

kəvakib" 

povestinin 

Azərbaycan  ədəbiyyatı  tarixində  yeni  tipli  bədii  nəsrin 

olduğu  fikri  açıqlanır,  povestin  ideyasının  Şərq  istibdad 

üsuli-idarəsinin  ictimai  eybəcərliklərini  göstərdiyi  faktlar 

və mənbələr əsasında açıqlanır. 

Şagirdlərə 

çatdırılmalıdır 

ki, 


ədibin 

şəxsi 


kitabxanasında  tarixə  aid  kitabların  çox  olmasından,  bu 

kitabların  səhifələrində  etdiyi  qeydlərdən,  Yaxın  Şərq 

xalqlarının  tarixinə  dair  yazmış  olduğu  məqalələrindən 

onun mövzu ilə bağlı ciddi araşdırma apardığını görmək 

mümkündür. Əldə olan faktlar və sənədlər Axundzadənin 

İran  tarixilə,  xüsusilə  Şah  Abbasın  dövrü  ilə 

maraqlandığını, bu dövrə aid bir çox əsərlər oxuduğunu, 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə