Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə14/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   7   8   9   10   11   12   13   14   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

47 



əslində  özünü  bəlaya  salmış  olur.  Sonralar  ondan  belə 

hərəkətinin  səbəbini  soruşduqda  Mirzə  Sədrəddin  izahat 

verir  ki,  başqa  münəccimlərin  daha  tez  xəbər 

çatdıracağından  çəkinib  belə  hərəkət  etdiyini  söyləyir. 

Axı, Mirzə Sədrəddin yox, bir başqası bəla xəbərini şaha 

gətirsə  idi,  o  zaman  münəccimi  sui-qəsdçi  kimi 

cəzalandırardılar  və  onda  Mirzə  Sədrəddini  heç  nə  xilas 

edə  bilməzdi.  Mirzə  Sədrəddinin  qorxusunun  əsası  var 

idimi. Əlbəttə! Dəvətsiz saraya gələn və xəbərin artıq şaha 

çatdığını  görən  Mövlana  Cəmaləddin  bəladan  çıxış 

yolunu  göstərməklə  həm  öz  nüfuzunu  artırır,  həm  də 

Mirzə  Sədrəddini  xilas  edir.  Deməli,  Mirzə  Sədrəddinin 

qorxuları  əbəs  deyilmiş,  Mövlana  Cəmaləddinlər  şaha 

yaltaqlanmaq üçün bəla xəbərini çatdırmağa tələsirdilər. 

 

M:  Ümumiyyətlə,  Axundzadə  saray  xadimlərini 



təsvir etməklə hansı məqsədi təqib edirdi? 

Ş: Onlar ümumi halda Şah Abbasın səciyyələnmə-

sinə, nadan hökmdarın despot xarakterinin hərtərəfli açıl-

masına  xidmət  edirdilər.  Surətlərin  hər  biri  şah 

mütləqiyyətinin  xalqa  zidd  xarakterini  açmağa,  onun 

antihumanist mahiyyətini səciyyələndirməyə xidmət edir. 

 

Müəllim  qruplar üzrə  işi yekunlaşdırdıqdan sonra 



əsərin ikinci hissəsinin və həmin hissənin əsas qəhrəmanı 

Yusif Sərrac surətinin səciyyələndirilməsinə başlaya bilər. 

 

M:  Uşaqlar,  kim  deyər,  əsərin  II  hissəsinin 



qəhrəmanı kimdir? 

Ş:  Əsərin  və  II  hissənin  müsbət  qəhrəmanı  Yusif 

Sərracdır. 

 

M:  Mən  sizin  nəzərinizə  çatdırmaq  istəyirəm  ki, 



"Tarixi-aləm-arayi-Abbasi" əsərində qeyd olunduğu kimi 


Afaq Yusifli İshaqlı 

 

 

48 



Yusif  Sərrac  da  tarixi  şəxsiyyətdir.  Onun  haqqında 

Ağamalı Həsənov və Seyidağa Onullahinin "Yusif Sərrac 

kimdir?"  adlı  məqaləsi  vardır.  "Aldanmış  kəvakib" 

əsərinin  baş  müsbət  qəhrəmanı  Yusif  Sərrac  surətinin 

prototipi  isə  həmin  münəccimin  məsləhət  və  tədbiri  ilə  I 

Şah  Abbasın  yerinə  müvəqqəti  taxta  çıxarılan  və  sonra 

öldürülən  süni  padşah  Yusifi-tərkeşduzdur.  Bu  şəxs 

nöqtəvilik təriqətinin fəal üzvlərindən biri idi. "Nöqtəvilər 

hər şeyin yaranmasını torpaqda görərək onu nöqtə hesab 

edirdilər. Nöqtəvilərin fikrincə, dünyada hər şey daimidir. 

Əgər  bir  şey  məhv  olursa,  o,  başqa  şəkildə  yenidən 

meydana  çıxır.  Buna  görə  də  onlar  ölümdən 

qorxmurdular  və  belə  düşünürdülər  ki,  öldükdən  sonra 

yenə diriləcəklər. 

Bu  isə  nöqtəvilərdə  mənəvi  hökmranlıqdan  real 

hökmranlığa  çatmaq  arzusunu  qüvvətləndirmişdi.  Buna 

görə  də  onlar  hökumət  əleyhinə  qiyam  edirdilər. 

Demokrat mahiyyət daşıyan bu təriqət getdikcə yayılaraq 

XVIII  yüzillikdə,  xüsusən  I  Şah  Abbasın  hakimiyyəti 

dövründə  geniş  meydan  almışdı.  Bu  dövrdə  nöqtəvilik 

təriqətinin  mürşidi  və  carçısı  dərviş  Xosrov  idi.  Yusifi-

tərkeşduz  və  onun  qardaşı  kiçik  Qələndər  dərviş 

Xosrovun mürid və naiblərindən idilər. 

Fanatik şiə hökmdarı olan I Şah Abbas nöqtəviləri 

təqib  edərək  başçılarını  öldürürdü.  Onun  şiddətli 

təqibatına məruz qalanlardan biri də Yusifi-tərkeşduz idi 

ki,  tutulub  zindana  salınmış  və  şahın  əmri  ilə 

öldürülmüşdü. Belə bir təriqətin alovlu carçısı olan Yusifi-

tərkeşduza Axundzadənin yüksək münasibət bəsləməsinin 

və  onu  öz  müsbət  qəhrəmanı  Yusif  Sərracın  prototipi 

kimi  götürməsinin  səbəbi  məhz  bununla  əlaqədardır. 

Axundzadəni  özünə  cəlb  edən  Yusifi-tərkeşduzun 




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

49 



dünyagörüşü, despotik şahlıq əleyhinə mübarizə aparması 

ilə əlaqədar idi." (1.325)  

Bununla 

bərabər 


qeyd 

etməliyik 

ki, 

M.F.Axundzadə  Yusifi-tərkeşduza  tarixi  bir  şəxsiyyət 



kimi  müraciət  edərkən,  onu  tarixdə  olduğu  kimi,  eynilə 

təkrar  etməmiş,  onun  təriqət  ideyalarına  toxunmamış, 

ancaq  özünün  dövlət  quruluşu  haqqında  maarifçi 

demokratik ideyalarını yaymaq üçün ondan istifadə etmiş 

və  Yusif  Sərracın  ölməz  bədii  surətini  yaratmışdır.  Biz 

əsərin məzmunu üzərində iş  apardıq, Şah Abbas surətini 

səciyyələndirdik.  Gəlin,  yenidən  məzmuna  qayıdaraq 

Yusif  Sərrac  obrazının  xüsusiyyətlərini  açaq.  Əvvəlcə, 

Şah  Abbasın  və  Yusif  Sərracın  ruhanilərə  münasibətini 

aydınlaşdıraq. 

Ş: Şah Abbas ruhaniləri dövlətin dayağına çevirib, 

Yusif  Sərrac  isə  ruhaniliyin  iç  üzünü  görərək  ruhani  ol-

maqdan imtina etmişdi. Sonralar şah olanda Yusif Sərrac 

ruhanilərin  xalqı  soymasının  qarşısını  alır,  məhkəməni 

ruhanilərdən  alaraq  mülki  şəxslərə  verir.  Yusif  Sərrac 

mömin  bəndədir,  namazının  vaxtını  keçirmir,  Axund 

Səmədi  işdən  çıxarıb  həbs  etdikdən  sonra  dostu  Molla 

Ramazanı onun yerinə təyin edir. Lakin ruhanilərin dini 

ehkamlardan 

istifadə 

edərək 

hakim 


dairələrin 

dəyirmanına su tökmələrini qəbul edə bilmir. 

 

M:  Hər  bir  insanın  ümdə  vəzifəsi  öz  övladına 



qayğısıdır.  Şah  Abbas  və  Yusif  Sərracın  övladlarına 

münasibətlərini necə müqayisə edərsiniz? 

Ş:  Şah  Abbas  övladlarına  qarşı  qəddar  və 

rəhmsizdir,  onların  gözlərini  çıxartdırır,  öldürür  və  s. 

Yusif  Sərrac  hakimiyyətə  sahib  olduğu  ilk  dəqiqələrində 

də övladlarını sevindirmək haqqında düşünür. Oğlanlarını 

öz yanında görmək istəyir. 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə