Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə12/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   7   8   9   10   11   12   13   14   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

39 



o  cümlədən  İran  tarixçisi  İsgəndər  bəy  Münşinin  Şah 

Abbas  dövrünün  təsvirini  verən  "Tarixi-aləmarayi-

Abbasi" əsərini mütaliə etdiyini göstərməkdədir. 

Əsərin  mövzusunun  və  ideyasının  mahiyyəti  ilə 

qısaca  tanışlıq  başa  çatdıqdan  sonra  əsərin  I  hissəsinin 

oxusu  təşkil  edilir.  Müəllimin  göstərişi  ilə  şagirdlər 

müvafiq  mətni  oxuyurlar.  Lazım  gələrsə,  obrazları 

bölüşdürüb əsərin I hissəsini səhnələşdirmək olar. Müəllif 

təsvirlərini  müəllimin  özü,  yaxud  aparıcı  təyin  edilmiş 

şagird,  ayrı-ayrı  surətlərin  danışığını  isə  ifadəli  oxu 

qabiliyyətləri  olan  şagirdlər  canlandıra  bilərlər.  Hər  bir 

xarakterik  hissədən  sonra  mətnin  məzmununu  tezis 

şəklində  sxematik  formada  əks  etdirmək  olar.  (Sxem  2). 

Bu  sxemdən  Şah  Abbas  və  vəzirlərinin  surətlərini 

səciyyələndirərkən  istifadə  etmək  olar.  I  hissənin  oxusu 

başa çatdıqdan sonra hissənin planı tutula bilər: 

– Şah Abbasla Səlmi xanımın söhbəti; 

– Mirzə Sədrəddinin gəlişi; 

– Vəzirlərin şahın hüzuruna çağırılması; 

– Mirzə Möhsünün şaha müraciətlə söylədikləri; 

– Zaman xanın çıxışı; 

– Mirzə Yəhyanın öz əməlləri haqqında məlumatı; 

–  Mollabaşı  Axund  Səmədin  "öz  fəaliyyəti" 

haqqında  danışması  və  sonda  Mirzə  Sədrəddini 

günahlandırması; 

–  Mövlana  Cəmaləddinin  gəlişi  ilə  Mirzə 

Sədrəddinin cəzadan qurtarması; 

–  Mövlana  Cəmaləddinin  təklifi  ilə  qətli  vacib 

insanın  seçilməsi  və  Axund  Səmədin  təklifi  ilə  həmin 

şəxsin Yusif Sərrac olması. 

 Beləliklə,  dərsin  sonunda  I  hissənin  məzmunu 

yekunlaşdırılır və şagirdlərə evdə ikinci hissəni oxuyaraq 

məzmununu öyrənmək tapşırılır. 



Afaq Yusifli İshaqlı 

 

 

40 



II dərsdə müəllim ikinci hissənin məzmununu yox-

layarkən  aşağıdakı  suallardan  istifadə  edərək  həm 

məzmunun  mənimsənilmə  səviyyəsini  müəyyənləşdirir, 

paralel olaraq Yusif Sərrac surətinin təhlili zamanı lazım 

olacaq sxemlərin hazırlanmasını aparır. (Sxem 3 və 4). 

1.  Yusif  Sərracın  ailəsi  və  vətəni  haqqında  nə 

bilirsiniz? 

2.  Yusif  Sərrac  harada  təhsil  almışdı  və  nə  üçün 

ruhani olmaq istəməmişdi? 

3. Yusif sərraclıq sənətini harada öyrənmişdi? 

4. Yusif Sərrac nə üçün paytaxtda yaşayırdı? 

5. Şah Abbas taxtdan əl çəkməsini necə elan edir? 

6.  Hansı  qadınlar  Şah  Abbasdan  boşanırlar  və 

onların sonrakı taleyi necə müəyyənləşir? 

7.  Boşanma  və  yenidən  kəbini  kəsilməsini  hansı 

molla yerinə yetirir? 

8. Yusif Sərracın dükanı harada idi? 

9. Əyanlar gələndə Yusif Sərrac nə işlə məşğul idi 

və nədən şikayətlənirdi? 

10.  Şah  olduğunu  Yusifə  kim  söyləyir  və  Yusifin 

reaksiyası necə olur? 

11.  Yusif  Sərracı  kim  inandırır  və  onun  şah  elan 

edilməsi mərasimi necə keçirilir? 

12.  Axundzadə  əsərin  məzmunu  daxilində  İran 

şeirinə öz münasibətini necə bildirir? 

13. Yusif şah xidmətçilərlə necə tanış olur? 

14.  Baş  verən  hadisənin  kökündən  Yusif  Sərracı 

kim agah edir? 

15. Yusif Sərrac nə üçün şahlıqdan imtina etmir? 

16. Onun şahlıqda ilk əmri nədən ibarət olur? 

17.  Otaqları  və  xəzinəni  gəzən  Yusif  ailəsinə  necə 

hədiyyələr göndərir? 




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

41 



18. Yusif şah hakimiyyətinin ilk günündə vəzifələri 

kimlərə verir? 

19.  Yusif  Sərrac  vilayət  hakimlərinə  necə  əmrlər 

göndərir? 

20. Yusif şahın islahatları nədən ibarət idi? 

21.  Yusif  şah  rüşvəti  ləğv  etmək  üçün  hansı 

tədbirlər görür? 

22. Axund Səməd niyə həlak olur? 

23. Yusif şah Qəzvin şəhərində hansı abadlıq işləri 

aparmağı əmr edir? 

24. Yusif şah hansı ölkənin elçilərini qəbul edir? 

25.  Bir  həftəlik  hakimiyyətdən  sonra  xalq  Yusif 

şah haqqında hansı fikirdədir? 

26. Kimlər Yusif şahı hakimiyyətdən salmaq üçün 

fəaliyyətə başlayırlar? Onların məqsədi nədən ibarət idi? 

27.  Üsyançıların  dəstəsi  saraya  daxil  olana  kimi 

hansı hadisələr baş verir? 

28. Yusif Sərracın taleyi necə olur? 

29.  Həbsdən  azad  edilən  Mövlana  Cəmaləddin 

nəyi məsləhət görür? 

30.  Axundzadə  ulduzların  aldadılmasını  əsərin 

sonunda necə izah edir? 

31. I Şah Abbas haqqında müəllif nəyi qeyd edir? 

Məzmunun  mənimsənilməsini  yoxladıqdan  sonra 

müəllim  şagirdlərə  hər  bir  surətin  xarakterik  cəhətlərini 

seçərək ədəbiyyat dəftərlərinə qeyd etməyi tapşırır. Bunu 

ev  tapşırığı  kimi  yerinə  yetirən  şagirdlərə  tövsiyə  olunur 

ki,  sinifdə  məzmun  üzərində  iş  zamanı  tutulmuş 

sxemlərdən istifadə etsinlər. (Sxem 3 və 4). 

III  dərsdə  əsər  təhlil  edilir.  Müəllim  dərsin 

məqsədini  düzgün  müəyyənləşdirməli  və  təhlili  bu 

məqsədlər 

əsasında 

qurmalıdır. 

Təhsilləndiricilik 

baxımından  dərs ədəbiyyat tariximizə povest janrının ilk 




Afaq Yusifli İshaqlı 

 

 

42 



nümunəsi  kimi  daxil  olmuş  "Aldanmış  kəvakib"  əsərinin 

əsas  müsbət  qəhrəmanı  Yusif  Sərracın  Axundzadənin 

demokratik ruhlu hökmdar idealı kimi təqdim olunması, 

ədibin  xalq  hakimiyyəti  arzusu  ilə  yaşaması  şagirdlər 

üçün tam aydınlaşdırılmalıdır. 

Dərsin  tərbiyələndirici  məqsədi  Yusif  Sərracın 

düşüncələrinin  xalqa  və  vətənə  bağlılığı,  islahatçılıq 

fəaliyyətinin demokratik prinsiplər əsasında qurulmasının 

aydınlaşdırılmasıdır. 

Dərsin  inkişafetdirici  məqsədi  maarifçi  islahat 

planlarının  ölkənin  iqtisadiyyatında  əsaslı  dəyişikliklər 

olmadan 


baş 

tutmasının 

mümkünsüzlüyünə 

inandırmaqdır. 

Təhlili  müasir  dərsin  tələbinə  uyğun  olaraq 

qruplar üzrə aparmaq məqsədəuyğundur, çünki bu zaman 

sual  vərəqlərində  yazılmış  suallarla  şagirdlər  əvvəlcədən 

tanış  olur,  daha  dolğun  cavablar  hazırlayırlar  ki,  bu  da 

dərsin  səmərəliliyini  artırır.  Hər  bir  qrupun  üzvləri  "öz" 

suallarına  cavab  vermək  imkanına  malikdirlər,  lakin 

cavab  dəqiq  olmadıqda  digər  qrupun  üzvləri  kömək  edə 

bilərlər. 

 

I qrup 

M: Əsərin tam adı necədir? 

Ş: Əsərin adı "Aldanmış kəvakib" və ya "Hekayəti-

Yusif şah"dır. 

 

M: Bu əsər ilə Axundzadə Azərbaycan  ədəbiyyatı 



tarixinə hansı yeniliyi gətirmişdir? 

Ş:  Bu  əsər  ilə  ədib  yeni  tipli  bədii  nəsrin,  povest 

janrının əsasını qoymuşdur. 

 

M: Əsərin məzmunu haradan götürülmüşdür? 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə