Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə13/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   ...   7   8   9   10   11   12   13   14   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

43 



Ş:  Əsərin  məzmunu  İran  tarixçisi  İsgəndər  bəy 

Münşinin "Tarixi-aləm-arayi-Abbasi" kitabından götürül-

müşdür. 

 

M: Povestin ideyası necə müəyyənləşir? 



Ş:  Povestin  ideyası  Şərq  istibdad  üsul-idarəsinin 

ictimai eybəcərliklərini açıb göstərmək idi. 

 

M: Əsər münəccimləri ifşa xətti ilə Axundzadənin 



hansı əsəri ilə səsləşir? 

Ş:  Münəccimliyi,  fırıldaqçılığı,  yalançı  cadugərliyi 

ifşa  xətti  ilə  bu  povesti  "Hekayəti-Molla  İbrahimxəlil 

kimyagər"  və  "Müsyö  Jordan  və  dərviş  Məstəli  şah"  ko-

mediyaları ilə müqayisə etmək olar. 

 

M: Şahlıq rejimi və saray məmurlarının tənqidi ba-



xımından  bu  əsər  Axundzadənin  hansı  komediyasına 

yaxındır? 

Ş:  Bu  baxımdan  əsər  "Sərgüzəşt-vəziri-xani-

Lənkəran" əsəri ilə müqayisə oluna bilər. 

 

M: Axundzadənin hansı əsərinin mövzusu Cənubi 



Azərbaycanla bağlıdır. 

Ş:  "Mürafiə  vəkillərinin  hekayəti"  komediyasının 

mövzusu Cənubi Azərbaycan həyatından götürülmüşdür. 

 

II qrup 

 

M: Əsər şərti olaraq neçə hissəyə bölünür və həmin 



hissələr bir-birindən necə fərqlənir? 

Ş:  Əsər  şərti  olaraq  iki  hissəyə  bölünür,  birinci 

hissə dramatik, ikinci hissə isə təsviri xarakter daşıyır. 

 

M: Povestin əsas tənqid hədəfi kimdir? 




Afaq Yusifli İshaqlı 

 

 

44 



Ş: Povestin əsas tənqidi hədəfi I Şah Abbasdır. 

 

M: Tarixi şəxsiyyət olmuş Şah Abbas haqqında nə 



bilirsiniz? 

Ş: Şah Abbas Səfəvi hökmdarlarından Məhəmməd 

Xudabəndənin oğludur, tarixdə Şah Abbasi-Kəbir adı ilə 

tanınmışdır. 

 

M:  Şah  Abbas  obrazının  səciyyəvi  xüsusiyyətləri 



hansılardır?  

Ş:  O,  nadan,  qabiliyyətsiz,  rəhmsiz,  qəddar  bir 

hökmdardır. 

 

M:  Biz  Şah  Abbasın  nadanlığını  onun  hansı 



hərəkətlərində görürük? 

Ş: O öz ətrafına yaltaq, ikiüzlü adamları toplamış, 

ölkənin idarə işlərini bacarıqsız şəxslərə tapşırmışdır. 

 

M: Yazıçı Şah Abbasın nadanlığı və eybəcərliyini 



necə açır? 

Ş:  Yazıçı  Şah  Abbasın  nadanlığı  və  eybəcərliyini 

açmaq üçün onun saray xadimlərini təqdim edir. 

 

M: Mirzə Möhsün nə ilə fəxr edir və onun maliyyə 



siyasəti nəyin göstəricisidir? 

Ş:  O,  xəzinəni  doldurmaq  üçün  vəzifələri  pulla 

satdığını və əyanlardan peşkəş aldığını söyləyir. Bununla 

da  ölkədə  rüşvətxorluq  və  soyğunçuluğun  artmasına 

rəvac verir. 

 

M: Mirzə Yəhyanın yeritdiyi ikiüzlü siyasət nədən 



ibarətdir? 

Ş:  Mirzə  Yəhya  xəzinəni  məmurların  və  ordunun 

maaşları hesabına doldurmaq istəyir və buna nail olur. 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

45 



 

III qrup 

 

M:  Mirzə  Yəhyanın  çıxışı  bizə  Axundzadənin 



hansı qəhrəmanının danışığını xatırladır? 

Ş: "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah" 

komediyasında Məstəli şah "öz"  cinlərinin Həsən ağanın 

sərbazına bənzəmədiyini söyləyir. 

 

M:  Doğrudur,  gəlin  həmin  hissəni  bir  daha 



oxuyaq.  Məstəli  şah  deyir:  "…  mən  Tehranda  bir  yol  öz 

gözüm  ilə  gördüm  ki,  Hacı  Mirzə  Ağası  topxana 

meydanında  Mirvarid  topuna  baxırdı.  Birdən  yeddi  yüz 

sərbaz onun dövrəsinə çevrəyib başladı məvacib istəməyə. 

Haman  saat  Hacı  Mirzə  Ağası  əyilib,  ayağından 

başmağının  tayını  çıxarıb,  əlinə  alıb  beş  min  yaman  ilə 

alıcı  quş  kimi,  cumuldu  onların  üstünə.  Sərbazlar  kəklik 

sürüsü  kimi  onun  qabağından  dağılıb  qaçdılar.  Xan 

yanında  duranlara  dedi:  "…  Yaxşı  ki,  mən  hələ  onların 

üstünə  qılınc  ilə  cumulmadım.  Mənim  rüstəmanə 

şücaətimin  vahiməsindən  ki,  birdən  olara  həmlə  elədim, 

onlar  belə  hürküb  dağıldılar."  Sərkərdənin  cürətində  çox 

sirr  var  idi".  Bu  sözlər  əslində  komediyanın  ideyasına 

xidmət edir, sanki bu komediyanı yazarkən böyük yazıçı 

Şərq 

dövlət 


sistemi 

haqqında 

düşünürmüş 

və 


düşüncələrinin  əks-sədası  olan  bu  sətirlər  burada  özünə 

yer tapmışdır. 

 

M: Ümumiyyətlə, bu vəzir obrazları satirik planda 



işlənib, lakin sizcə satiranın ən şiddətli epizodu hansıdır?  

Ş:  Sərdar  Zaman  xanın  çıxışı  satiranın  əsərdə  ən 

şiddətli yeridir. Bu öldürücü satira ilə müəllif vəzirə gülür. 

Özünün sarsaq hökm və sərəncamları ilə ölkəni xarabalığa 




Afaq Yusifli İshaqlı 

 

 

46 



döndərən,  kəndliləri  aclığa  və  səfalətə  salan  belə  axmaq 

vəziri ifşa edir. 

 

IV qrup 

 

M:  Axund  Səməd  surətini  necə  səciyyələndirmək 



olar?  

Ş:  Axund  Səməd  riyakar,  Allah  və  peyğəmbər 

adından  istifadə  edib  min  cür  fitnələr  törədən,  despotun 

zülmünə  bəraət  qazandıran,  haqq  verən  ruhanilərin 

ümumiləşdirilmiş,  tipik  obrazıdır.  Mollabaşı  paxıl,  kinli 

və intiqamçı adamdır. 

 

M:  Axund  Səmədin  kinli  və  intiqamçı  xarakteri 



onun hansı hərəkətində açılır? 

Ş: Keçmişdən bəri münəccimbaşı ilə ədavət aparan 

Axund  Səməd  yaranmış  vəziyyətdən  istifadə  edərək  ona 

zərbə  vurmaq,  intiqam  almaq  istəyir.  Onun  bəlanın  özü 

haqqında məlumat verdiyinə görə əlacı haqqında da bilgi 

verməsini  istəyir.  Əks  təqdirdə  xəyanətdə  günahlandırıb 

başının vurulmasını tələb edir. Axund Səməd eyni qərəzlə 

Yusif  Sərracdan  da  intiqam  almaq  istəyir.  Əsərin 

sonunda  isə  vəzifəsinin  Molla  Ramazana  verildiyini 

eşidib həbsxanada hikkəsindən ürəyi partlayıb ölür. 

 

M: Münəccim surətləri vasitəsilə Axundzadə hansı 



həqiqətləri açmaq istəmişdir? 

Ş:  Povestdə  təsvir  olunan  münəccimbaşı  Mirzə 

Sədrəddin  və  onun  müəllimi  Mövlana  Cəmaləddin  də 

yazıçının  tənqid  hədəfləridir.  Onların  hər  ikisi 

mənsəbpərəst  və  qorxaq  adamlardır.  Şahın  yanında 

nüfuzlarını  artırmaq  üçün  ona  yaltaqlanır,  qulluq 

göstərməyə  çalışırlar.  Məsələn,  Mirzə  Sədrəddin  bəla 

xəbərini  tez-tələsik  Şah  Abbasa  çatdırır,  bununla  da 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə