Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə7/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   2   3   4   5   6   7   8   9   10   ...   15

Afaq Yusifli İshaqlı 

 

 

22 



Sona  xanım  Heydər  bəyə  getdikdən  sonra,  onun 

ixtiyarını əlinə alır, onun "yaman" işlər dalınca getməsinə 

mane  olur.  Heydər  bəy  qaçaq  mal  alveri  üstündə 

tutulduğu zaman Sona xanım naçalniklə: "Mən dilimdən 

kağız  verirəm  ki,  bundan  sonra  Heydər  bəyi  heç  bir 

yaman  işə  qoymayam",  –  deyə  onun  düşünülməmiş 

hərəkətlərinin qabağını almağa qəti söz verir. İnanırıq ki, 

dəbdəbəli  həyat  arzusu  olmayan,  hadisələrə  real 

yanaşmağı  bacaran  Sona  xanım  Heydər  bəyin  mənəvi 

təkamülündə xüsusi rol oynayacaq. 

Tükəz  surəti  ilə  biz  birinci  və  sonuncu  məclisdə 

qarşılaşırıq. Əvvəlcə Tükəz bir ifşaçı kimi hərəkət edir, o, 

ərinin ailəyə vicdansız münasibətindən o qədər incimiş və 

təngə  gəlmişdir  ki,  onun  ölümünü  belə  arzulayır.  Lakin 

bu,  arzudan  çox  Hacı  Qaranı  qorxutmaq  üsulu  kimi 

qəbul edilir. Çünki Hacı Qaranın bəylərlə qaçaqmalçılığa 

getməyini  başa  düşən  Tükəz  dərhal  heyfsilənməyə,  onun 

dərdini  çəkməyə  başlayır.  Heydər  bəylə  gedən,  lakin 

vaxtında geri dönməyən Hacı Qara üçün həyəcan təbilini 

yenə də Tükəz çalır. Naçalnikin qabağında cavab verməli 

olan Hacı Qaranı yenə də Tükəz xilas edir, naçalnik onu 

zaminə  verir.  Beləliklə,  ərinə  ölüm  arzulayan  Tükəz 

əslində  onun  əziyyət  çəkməsinə  belə  razı  deyil. 

Ümumiyyətlə, hər iki qadın surəti müsbət planda işlənmiş 

və  əsərin  ideyasının  tam  şəkildə  açılmasına  xidmət 

etmişdir. 

 

*** 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

23 



 

 

 

II HİSSƏ 

 

 

"Ümumtəhsil  məktəblərinin  5-11-ci  sinifləri  üçün 



ədəbiyyatdan  proqram  materiallarının  planlaşdırılması" 

adlı  metodik  tövsiyədə  göstərilmişdir  ki,  proqramın  "A" 

variantına  əsasən  M.F.Axundazə  irsinin  tədrisinə  10-cu 

sinifdə 8 saat vaxt ayrılmışdır. Ayrılmış saatlardan 3 saat 

"Hekayəti–müsyö  Jordan  həkimi–nəbatat  və  dərviş 

Məstəli  şah  caduküni–məşhur"  komediyasının  tədrisinə 

verilmişdir.  Verilmiş  saatların  aşağıdakı  kimi  bölünməsi 

tövsiyə olunur: 

1. "Hekayəti–müsyö Jordan və dərviş Məstəli şah" 

komediyasının məzmunu üzərində iş: 1 saat. 

2.  Komediyanın  konflikti  və  onun  həlli  problemi: 

1 saat. 


3.  Əsərin  təhlili:  müsyö  Jordan,  Hatəmxan  ağa, 

ailəsi, kişi və qadın surətləri. Şahbaz bəy və onun həyata 

baxışı. 

I  dərsdə  əsərin  oxusuna  başlamazdan  əvvəl  əsər 

haqqında tanışlıq xarakteri daşıyan məlumat verilməlidir. 

Bu  zaman  şagirdlərin  yaş  səviyyəsini  nəzərə  alaraq 

müəyyən  mənbələrdən  istifadə  etmək  olar.  "Azərbaycan 

ədəbiyyatı  tarixi"  dərsliyində  oxuyuruq:  "Komediyalar 

tarixində  orijinal  mövzusu  ilə  seçilən  bu  əsərində 

Axundzadə  XIX  əsrin  ortalarında  Azərbaycan  cəmiyyəti 

üçün tipik olan iki meyli üz-üzə gətirmiş, ictimai konflikt 

kimi  əsərin  mərkəzinə  qoymuşdur.  Həmin  meyllərdən 

birincisi, ata-baba qayda-qanunları ilə yaşamaq, mövcud 

vəziyyətə  qane  olmaq,  mübarizəsiz,  durğun,  süst  həyat 

sürməkdir. 

Həyatın 


bu 

şəkli 


feodal-patriarxal 


Afaq Yusifli İshaqlı 

 

 

24 



münasibətlərin tələbi idi ki, dramaturq onu obrazlı olaraq 

qamışlıq adlandırır. 

Meyllərdən  ikincisi,  görüb-götürmək,  mərifət  əldə 

etmək,  başqa  millətlərin  həyatını  öyrənmək,  onların 

mədəni  tərəqqisi  ilə  tanış  olmaqdır.  Həyatın  bu  şəkli 

ümumi  inkişaf  və  tərəqqi  yolunun,  bəşəriyyətin  yaratmış 

olduğu  mədəni  irslə  tanışlıq  və  ona  yiyələnmək  yolunun 

tələbi idi; feodal qapalılığından qurtarmaq meyli idi…" 

Müəllifin  dramaturji  məharəti  ondan  ibarətdir  ki, 

o,  mahiyyət  etibarilə  bədii  əsər  üçün  nisbətən  mücərrəd 

olan  baş  mübarizə  xəttini  qısqanclıq  və  başqa  həyat-ailə 

münasibətlərilə  reallaşdırmışdır.  Başqa  sözlə,  ölkə  üçün 

ümumi  xarakter  daşıyan  mübarizəni  fərdiləşdirmiş,  fərdi 

xasiyyət daşıyan mübarizəni isə ümumiləşdirmişdir. 

"Müsyö 

Jordan 


və 

dərviş 


Məstəli 

şah" 


komediyasının  I  məclisi  bütövlükdə  ekspozisiyanı  təşkil 

etdiyindən  əsərdə  baş  verən  hadisələr  və  surətlərlə 

tanışlığı  təmin  edən  ekspressiv  dialoqlarla  zəngin 

olduğundan rollar üzrə oxusu daha faydalıdır. Buna görə 

müəllim  ifadəli  oxu  qabiliyyətinə  malik  olan  şagirdlər 

arasında  rolları  bölüşdürür,  pyesin  I  və  II  məclislərini 

rollar üzrə oxudur. Sonra müəllimin tapşırığı ilə şagirdlər 

mətnin məzmununa aid plan tərtib edirlər: 

 

I məclisin planı: 

1. Əhvalatın baş vermə məkanı və zamanı. 

2.  Gülçöhrənin  ağlayan  Şərəfnisəni  sorğu-suala 

tutması. 

3. Şərəfnisənin bacısına sərt cavabı. 

4. Gülçöhrənin Şəhrəbanuya şikayət etməsi. 

5. Şəhrəbanunun Şərəfnisə ilə söhbəti. 

6.  Şəhrəbanunun  Şahbaz  bəyin  Parisə  getmək 

arzusundan xəbər tutması. 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

25 



7.  Şahbazın  çağırılması  və  Şəhrəbanunun  onunla 

ciddi söhbət etməsi. 

8. Şərəfnisənin Şahbaz bəyin Parisə getməsi səbəb-

lərindən  danışarkən  Şəhrəbanu  bu  səbəbləri  Hatəmxana 

demək səviyyəsində əhəmiyyətli saymır. 

9.  Şəhrəbanu  tək  qalanda  müsyö  Jordana  etdiyi 

yaxşılıqların boşa çıxmasından şikayətlənməsi. 

10.  Şəhrəbanunun  Hatəmxan  ağadan  Şahbazla 

ciddi söhbət etməyi tələb etməsi. 

 

II məclisin planı: 

1.  İkinci  məclisin  başlanğıcında  hadisənin  baş 

verdiyi məkanı təsvir edən geniş remarka. 

2.  Müsyö  Jordan  Şahbazı  aparmaq  istəməsinin 

səbəblərini açıqlayır. 

3. Şahbaz bəy əmisinə izahat verir. 

4.  Hatəmxan  ağa  Paris  və  parislilər  haqqında 

təsəvvürlərindən danışır. 

5.  Müsyö  Jordan  Qarabağ  vilayətinin  bitki  aləmi 

haqqında uzun-uzadı bir nitq söyləyir. 

6.  Müsyö  Jordan  Şahbaz  bəyin  Parisə  gedəcəyi 

təqdirdə alacağı bəxşişlərdən danışır. 

7. Hatəmxan ağa yumşalıb Şahbaza icazə verir. 

8.  Şəhrəbanu  xanım  çığıraraq  Şahbazı  getməyə 

qoymayacağını söyləyir. 

Beləliklə, müəllim həm məzmun üzərində iş aparır, 

həm  də  əsərin  gələcək  təhlilinə  zəmin  hazırlayır.  Belə 

əlaqəli  iş  nəticəsində  müəllim  pyesin  xəttini  təşkil  edən 

bütün  hadisə  və  epizodların  köhnə  qaydalarla  yeni 

meyllərin  mübarizəsi  fonunda  cərəyan  etdiyini  şagirdlərə 

aydınlaşdırır. 

Müəllim əsərin bütövlükdə məzmununu öyrənməyi 

və aşağıdakı suallara cavab hazırlamağı tapşırır: 




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə