2-3(58-59)2017
4
ORTA MƏKTƏBDƏ KİMYANIN TƏDRİSİ PROSESİNDƏ
ŞAGİRDLƏRİN TƏDQİQATÇILIQ FƏALİYYƏTİNİN İNKİŞAF
ETDİRİLMƏSİNİN XÜSUSİYYƏTLƏRİ
A.C. Quliyev, Ş.X. Səməndərova
Azərbaycan Dövlət Pedaqoji Universiteti
Hazırda Respublikamızın orta ümumtəhsil məktəblərində kimya təhsilinin
məzmunu və təşkilində əsaslı dəyişiklər baş verir. Belə ki, fənn proqramları və
dərsliklər Dövlət təhsil standartlarının tələbləri əsasında yenidən hazırlanır.
Məktəblərdə təlim prosesi təkmilləşir, şagirdlərdə fənnə dair bilik, bacarıq və
vərdişlərin inkişafına şərait yaradan müasir təlim metodları və vasitələrindən
istifadə olunur.
Orta məktəbdə şagirdlərin müstəqil fəaliyyətinin təşkili formalarından biri,
kimya təlimini həyatla əlaqələndirən tədris-tədqiqat işidir.
Şagirdlərin
tədqiqatçılıq fəaliyyəti yalnız onnların yaradıcılıq fəaliyyətinin inkişafına deyil,
həmçinin tədris məsələlərini həll etməyə və ən əsası kollektivdə mövqe-lərinin
möhkəmlənməsinə kömək edir. Şagirdlərin tədqiqatçılıq fəaliyyəti bir fənn
daxilində və ya fənnlərarası inteqrasiyada aparıla bilər. Fənlərarası inteqrasiyada
müxtəlif tədris fənlərinə məsələn, biologiya, fizika, coğrafiya və s.)
aid olan
biliklərdən istifadə olunur.
Şagirdlərin tədqiqatçılıq fəaliyyətinin əsasında problemli təlim dayanır.
Problemli təlim müstəqil və yaradıcı təfəkkürün inkişaf etdirilməsi metodudur.
Kimya tədrisində şagirdlərin tədqiqatçılıq fəaliyyətinə cəlb olunması, yalnız
onların zəruri nəzəri bilik, praktik bacarıq və vərdişlərə malik olduqları hallarda
həyata keçirilə bilər. Kimya tədrisində şagirdlərdə tədqiqatçılıq fəaliyyətinə dair
vərdişlərin formalaşmasının həyata keçirilməsi kimya müəllimlərinin elmi və
pedaqoji hazırlığından aslıdır. Şagirdlərin dərsdə və dərsdənkənar tədbirlərdə
dərketmə fəallıqlarının yüksəldilməsi ilə onların
mürəkkəb olmayan şəraitdə
tədqiqat aparmaq, müəyyən müddəa irəli sürmək və təcrübədə yoxlamaq
bacarığını inkişaf etdirmək olar. Kimya tədrisində şagirdlərin tədqiqatçılıq
fəaliyyəti aşağıdakı mər-hələlərlə həyata keçirilir:
1.Hadisələrin müşahidə olunması
2.Metodoloji və dünyagörüşü səviyyəsində analiz
3.Fərziyyə və ya müddəanın müəyyən olunması
4.Metodikanın hazırlanması
5.Eksperimentin qiymətləndirilməsi
Kimya təhsilində tədqiqatçılıq fəaliyyəti şagirdlərin həqiqəti dərk
etmələrinin real yoludur. Tədqiqatçılıq təfəkkürünün inkişafı,
yeni bilik almaq
Kimya məktəbdə
5
prosesində şagirdlərin şəxsi mövqelərinin inkişafına səbəb olur. Şagirdlərin
tədqiqatçılıq fəaliyyəti təlim-tərbiyə prosesinin təşkili formasıdır. Qeyd etmək
lazımdır ki, şagirdlərin tədris-tədqiqat fəaliyyəti elmi-tədqiqatdan əsaslı şəkildə
fərqlənir. Elmi-tədqiqatda yeni bilik sahəsi aşkar olunur.
Tədris-tədqiqat
fəaliyyətində isə şagird həqiqəti dərk edir. Şagirdin tədqiqatçılıq fəaliyyətinə
aşağıdakılar aiddir:
1.Problem qoymaq bacarığı
2.Fərziyə hazırlamaq bacarığı
3.Müşahidə etmək bacarığı
4.Eksperiment aparmaq bacarığı
5.Öz ideyasını əsaslandırmaq və müdafiə etmək bacarığı
Dərs şagirdlərin tədris-tədqiqat işinin əsas təşkilat formasıdır. Müəllim
dərsdə təlimin tədqiqat metoduna əsaslanan pedaqoji texnologiyalardan istifadə
edir. Təlimin tədqiqat metodu ikili məqsəd daşıyır: Yeni biliyə nail olmaq,
şagirdlərdə müəyyən bacarıq və vərdişləri formalaşdırmaq.
Kimya elmi müxtəlif tədqiqatlar aparmaq üçün geniş imkanlara malikdir.
Məktəbdə şagirdlərin kimya fənninin tədrisi prosesində tədqiqat aparmaları dərs
müddətində və ya uzun müddətli ola bilər. Bundan əlavə, dərsdənkənar vaxtlarda
da tədqiqat aparılır.
Məktəbdə şagirdlərin kimya tədrisi prosesində tədqiqat aparmaları aşağdakı
mərhələ üzrə həyata keçirilir:
1. Dərsdə problem şəraitinin yaradılması
2.
Problemin həllini axtarmaq
3. Eksperiment yolu ilə alınan nəticələri analiz etmək
4. Nəticə çıxarmaq və ümumləşdirmə aparmaq
Orta məktəbdə kimya təhsilində şagirdlərdə tədqiqatçılıq fəaliyyətinin əsası
ilk kimya dərslərində qoyulur. Belə ki, VII sinifin şagirdləri kimya dərslərində
tədqiqat aparmağa dair sadə biliklər, bacarıq və vərdişlər qazanırlar. VIII sinifdə
yaradıcı xarakterli tədqiqat işləri aparırlar. IX sinifdə tədqiqat işlərinin forması
mürəkkəbləşir. X-XI siniflərdə şagirdlərdə tədqiqat metodları və nəticələrin
təhlilinə dair bilik toplanır. Şagirdlər onları maraqlandıran
mövzu üzrə tədqiqat
aparmağa meyilli olurlar.
Şagirdlərin tədqiqatçılıq fəaliyyəti təlim-tərbiyə prosesinin təşkili
formasıdır. Kimya dərslərində şagirdlərin tədqiqatçılıq fəaliyyəti təlimin
dərketmə, tərbiyə və inkişafetdirici kimi vəzifələrinin həyata keçirilməsinə
xidmət edir.
Şagirdlərin dərketmə fəaliyyətinə kimyanın əsaslarını mənimsəmək. tərbiyə
vəzifəsinə şagirdləri əməyə alışdırmaq, inkişafetdirici vəzifəsinə ümumi bilik,
bacarıq və vərdişləri təkmilləşdirmək aiddir. Kimya
təhsilində şagirdlərin
tədqiqatçılıq fəaliyyətinin onlar üçün əhəmiyyəti aşağıdakılardır: