Orta məKTƏBDƏ Kİmyanin təDRİSİ prosesiNDƏ ŞAGİrdləRİn təDQİqatçiliq fəALİYYƏTİNİN İNKİŞaf etdiRİLMƏSİNİn xüsusiYYƏTLƏRİ



Yüklə 244,29 Kb.
Pdf görüntüsü
səhifə2/5
tarix21.05.2022
ölçüsü244,29 Kb.
#87504
1   2   3   4   5
01 Quliyev

2-3(58-59)2017 

- kimyəvi proseslərin daha zəruri tərəfləri ayırd edilir və öyrənilir
- hadisələr haqqında daha etibarlı məlumatlar alınır; 
- qazanılan yeni biliklərin möhkəmlənməsini təmin edir, və onları praktikaya 
tətbiq etməyə şərait yaradır; 
- kimya istehsalının əsasları ilə tanış olmağa kömək edir. 
Orta məktəbdə şagirdlərin kimyadan tədqiqatçılıq bacarığının formalaş-
masında əsas vəzifə laboratoriya işlərinin üzərinə düşür. Kimya tədrisində 
müxtəlif tədqiqat metodları mövcuddur. Bunlardan bəzilərini nəzərdən keçirək: 
1. Müşahidə metodu. Bu metod şagirdlərin kimyəvi hadisələr və prosesləri 
dərketmə fəaliyyətlərinin fəal metodudur. Burada tədqiqatın nəticələri hiss 
orqanlarının işinə əsaslanır. Müşahidənin effektli olması üçün aşağıdakı tələblərə 
əməl olunmalıdır. 
- müşahidə müəyyən məsələni həll etmək üçün aparılmalıdır. 
- müəllimin hazırladığı plana uyğun olmalıdır 
2. Modelləşdirmə metodu. Bu metoda görə öyrənilən prosesin və ya 
obyektin modeli qurulur. Məsələn, ataomun qurluşu öyrənilərkən elektron 
buludunun modelindən istifadə olunur. 
Müasir dövrdə kimya təhsilinin əsas vəzifəsi şagirdlərə Dövlət təhsil 
standartlarının tələblərinə uyğun biliklərinöyrədilməsi, həmçinin onlarda 
tədqiqatçılıq axtarışı üçün zəruri olan bacarıq və vərdişlərin aşılanmasıdır. 
Tədqiqatçılıq fəaliyyəti məktəb kimya kursunun hər bir mövzusunun 
öyrədilməsində onun məzmununun açılmasına şərait yaratmaq məqsədilə aparıla 
bilər. Şagirdlərin tədqi-qatçılıq fəaliyyəti həlli məlum olmayan məsələləri həll 
etmək yaradıcılığıdır. Buraya problemin qoyuluşu, problemə aid olan 
nəzəriyyənin öyrənilməsi, tədqiqat metodunun seçilməsi və onun praktik həyata 
keçirmək, analiz və ümumləşdirmə aparmaq, nəticə çıxarmaq aiddir. 
Şagirdlərin tədqiqatçılıq fəaliyyəti praktik(eksperiment), riyazi hesablama 
və ya nəzəri ola bilər. Praktik tədqiqatçılıq fəaliyyəti şagirdlərin kimyadan 
laboratoriya və praktik işləri aparmaları prosesində həyata keçirilir. Şagirdlərin 
praktik fəaliyyətinə aşağıdakılar aiddir: 
- təqdim olunan metodika ilə praktik tədqiqatın aparılması üçün tələb olunan 
reaktivlərin, avadanlıqlar və cihazların seçilməsi, problemin nəticələrinin işlənib 
hazırlanması; 
- tədqiqat obyektinin hazırlanması; 
- tədqiqat üçün zəruri olan cədvəl və modellərin hazırlanması. 
Nəzəri tədqiqatçılıq fəaliyəti şagirdlərin problemi görmək, mövzunu analiz 
etməklə kimyanın nəzəri məsələlərini öyrənmək, referat hazırlamağı 
bacarmalarıdır. Hesablama tədqiqat fəaliyyəti kimya məsələlərini və fənlərarası 
məzmunda çətinləşdirilmiş məsələləri həll etmək prosesində həyata keçirilir. 


Kimya məktəbdə 
7
Kimya dərslərində şagirdlərin mövzular üzrə tədqiqatçılıq fəaliyyətinin təşkili üç 
mərhələdən ibarət olur: 
1. Motivasiya mərhələsi. Bu mərhələdə şagirdlər mövzunun öyrənilməsinin 
əsas məqsədini, onun kimya təhsilində rolunu, nəzəri və praktik əhəmiyyətini 
anlayırlar. 
2. Dərketmə mərhələsi. Burada şagirdlər mövzunun məzmununa daxil olan 
bilikləri mənimsəyirlər. Bu prosesdə şagirdlərin tədqiqatçılıq fəaliyyətindən 
istifadə olunur. 
3. Refleks-qiymətləndirmə mərhələsi. Bu mərhələdə şagirdlərin refleks 
fəaliyyəti (özünü analiz) inkişaf edir. 
Kimya dərslərində şagirdlərin tədqiqatçılıq fəaliyyətinin inkişaf 
etdirilməsində kimya eksperimenti xüsusi əhəmiyyət kəsb edir. Kimya 
eksperimenti hər bir şagirdin özünü tədqiqatçı rolunda hiss etməyə imkan verir. 
Yalnız eksperiment vastəsilə müstəqil bilik qazanmaqla onun həqiqiliyinə inam 
yaranır. 
VII sinifin kimya dərslərində şagirdlərdə laboratoriya təcrübələrini aparmaq 
üçün zəruri bacarıq və vərdişlər formalaşır. Onlar müşahidə aparmağı, nəticə 
çıxarmağı, şifahi və ya yazılı formada laboratoriya təcrübələri və praktik işlərin 
nəticələrini təsvir etməyi öyrənirlər. 
VIII siniflərdə şagirdlər laboratoriya və praktik işləri aparmaq üçün zəruri 
bacarığa malik olurlar. Təcrübənin nəticələrini hesabatda kifayət qədər tamlıqla 
tərtib etməyi öyrənirlər. 
IX-XI siniflərdə şagirdlər kimya eksperimentinin aparılmasında daha çox 
müstəqil olurlar. 
Kimya tədrisində şagirdlərin yaradıcı tədqiqatçılıq fəaliyyətinin inkişaf 
etdirilməsində layihə meto-dundan geniş istifadə olunur. Tədris prosesində layihə-
metodunun həyata keçirilməsi müəllimin mövqeyində dəyişiklik yaradır. Belə ki, 
müəllim hazır biliyin daşıyıcısı deyil şagirdlərin dərketmə fəaliyyətinin təşkilatçısı 
kimi iştirak edir. Belə halda müəllim sinifdə şagirdlərin müstəqil fəaliyyətinin 
başqa formalarına, xüsusilə də yaradıcı xarakterli tədqiqatçılıq fəaliyyətinə 
üstünlük verir. Layihə üzərində iş aşağıdakı mərhələlərdən ibarət olur: 
1. Hazırlıq mərhələsi. İşin məzmununa əsaslanan bu mərhələdə mövzu və 
layihənin məqsədi müəy-yən olunur. Şagirdlər lahiyəni müəllimlə müzakirə edir 
və qısa xülasə hazırlayırlar. 
2. Planlaşdırma mərhələsi Buraya məlumat mənbələrinin təyini; məlumatın 
toplanması və analizi; nəticələrin təqdim olunması üsulu (hesabat forması); 
nəticələrin qiymətləndirilməsi meyarının müəyyən olunması; vəzifələrin komanda 
üzvləri arasında paylanması; işin icra vaxtının dəqiq göstərilməsi fiddir. 



Yüklə 244,29 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə