Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.

səhifə1/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
növüYazı
  1   2   3   4   5   6   7   8   9   ...   26


Azərbaycan Tarixi Cavablar 

 

 



1.Azərbaycan tarixi üzrə mənbələr və tarixşünaslıq 

 

Azərbaycan  tarixi  müxtəlif  mənbələr,  yəni  qaynaqlar  əsasında  öyrənilir  ki, 



bunlar  da  arxeoloji  və  yazılı  abidələrdir.  Yazıyaqədərki  tarix  birmənalı  olaraq 

arxeoloji abidələrin tədqiqi sayəsində öyrənilir. Yazı yarandıqdan sonrakı tarix isə 

arxeoloji tədqiqatlarla üst-üstə düşürsə, bu daha mükəmməl, dəqiq tarix olur. 

Arxeoloji qazıntılar mədəni təbəqələrdən, qəbir abidələrindən, qədim yaşayış 

məskənlərindən  aşkar  edilmiş  müxtəlif  əmək  alətlərindən,  silahlardan,  məişət 

əş

yalarından, tikintilərin memarlıq xüsusiyyətlərini öyrənməkdən və s. ibarətdir. 



 

Yazılı  abidələr  əsasən  sinifli  cəmiyyətdə  meydana  çıxmışdır.  Lakin  sinifli 

cəmiyyət formalaşana qədər də müxtəlif şəkli yazılar – piktroqrafik (piktos “şəkil”, 

qrafo “yazı” deməkdir) yazılar olmuşdur. Sonralar  kiçayarasında (Mesopotamiya) 

mixi yazı növü meydana çıxmışdır. 

 

Azərbaycan  tarixinin  qədim  dövrü  Mesopotamiya  ərazisində  e.ə.III-I 



minilliklərdə  bir  birini  əvəz  edən  qədim  Şumer,  Akkad,  Assuriya  və  Van  gölü 

ə

trafında  mövcud  olmuş  Urartu  mixi  yazıları  vasitəsilə  öyrənilir.  Söz  yox  ki,  o 



dövrdə  Azərbaycan  ərazisində  də  müxtəlif  yazı  növləri  olmuşdur.  Çünki, 

mənbələrdə  o  yazıları  oxuyan  və onlara  cavab  yazan  “mirzələrdən”  söhbət  açılır. 

Bu  yazılarda  ərazimizdə  mövcud  olmuş  Aratta,  Kutium,  Lullubum  və  Manna 

dövləti haqqında məlumatlar vardır. 

E.ə.V-eramızın III əsrlərinə aid Antik mənbələrdə ölkəmizə aid məlumatlar 

saxlanmaqdadır. Qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində, yunan, Roma 

tarixçi  və  coğrafiyaşünaslarındanStrabon,  Ptolomey,  Plini,  Arrian  və  digərlərinin 

ə

sərlərində Azərbaycan haqqında yazılı məlumatlara rast gəlinir. 



Eramızın  IV-X  əsrlərinə  aid  Bizans  qaynaqlarında  da  maraqlı  məlumatlara 

rast gəlinir. Alban tarixçisi Musa Kalankətlinin “Alban tarixi” əsəri bu baxımdan 

daha diqqətəlayiqdir. 

VII  əsrdən  sonra  tariximiz  ərəb  mənbələrində  işıqlandırılmışdır.  Təbəri, 

Müqəddəsi,  bn  Xordadbeh,  bn  əl-Əsir  və  başqalarının  əsərlərində  Azərbaycan 

haqqında geniş məlumatlar vardır. 

Azərbaycan  tarixi  haqqında  kapitalizm,  imperializm,  sovetlər  birliyi 

zamanında  da  onlarla  əsərlər  yazılmışdır.  Azərbaycan  müstəqillik  qazandıqdan 

sonra tariximizə maraq bir qədər də artmış, tariximiz qərəzli öyrənmələrdən xilas 

olmuş, keçmişimizə dair obyektiv, sanballı əsərlər yazılmışdır. 



 

2.Ən qədim daş dövrünün (paleolit) xarakterik əlamətlərini 

göstərin 

btidai  icma  quruluşunun  ilkin  pilləsi  olan  Paleolit  dövrü  üç  mərhələyə 

bölünür: Alt Paleolit, Orta Paleolit və Üst Paleolit.  

Alt  Paleolit  ilk  insan  tipinin  yaranmasından  başlayaraq  100  min  il  bundan 

ə

vvələ  qədər  davam  etmişdir.  Azərbaycan  ərazisində  alt  paleolit  mərhələsi 




Qarabağda Quruçay vadisində yerləşən Azıx mağarası əsasında öyrənilmişdir. 

Quruçay  dərəsində  ilk  vaxtlar  açıq  düşərgələrdə  yaşayan  qədim  insanlar 

iqlim  şəraitinin  dəyişməsi  ilə  bağlı  yaxınlıqdakı  Azıx  mağarasına  köçmüşlər. 

Alimlər  müəyyən  etmişlər  ki,  qədim  insanlar  Azıx  mağarasına  1-1,2  milyon  il 

ə

vvəl  köçmüşlər.  Bu  qədim  insanların  yaratdığı  mədəniyyət  «Quruçay» 



mədəniyyəti adlanır.  

Mağaranın  ən  qədim  dövrə  aid  təbəqələrində  ibtidai  insanların  istədikləri 

kobud daş alətlər tapılmışdır. Bu alətlər adi çay daşlarından hazırlanmışdır.  btidai 

insanlar  bu  alətlərdən  ovladıqları  heyvanları  kəsmək,  doğramaq  işlərində  istifadə 

etmişlər. 

Min  illər  keçdikcə  ibtidai  insanlar  fiziki  və  əqli  cəhətdən  xeyli  inkişaf 

etmişlər. Əmək alətləri təkmilləşdirilmişdir.  lk vaxtlar insanlar çox işlərə yarayan 

kobud  əl  çapacaqları,  sonralar  isə  ərsin-qaşov,  sıyırğac  və  s.  daş  alətlər 

hazırlamışlar.  Belə  müxtəlif  növ  alətlər  Azıx  mağarasının  alt  təbəqələrindən 

tapılmışdır.Mağaradan  əmək  alətləri  ilə  yanaşı,  nəsli  kəsilmiş  müxtəlif  vəhşi 

heyvanların  sümükləri  də  tapılmışdır.  Bu  sümüklərə  əsasən,  qədim  insanların 

ovladığı  vəhşi  heyvanların  növləri  müəyyənləşdirilmişdir.  Ov  ilk  vaxtlar  sadə 

üsullarla  edilirdi.  btidai  insanlar,  əsasən,  xırda  heyvanları  və  iri  heyvanların 

balalarını  ovlayırdılar.  Onlar,  ovçuluqla  yanaşı,  yeməli  yabanı  bitkiləri  və 

giləmeyvələri də yığırdılar.  nsanlar təbiətin hazır məhsullarını mənimsəyirdilər. 

btidai  insanlar  kiçik  qruplar,  dəstələr  halında  yaşayırdılar.  Belə  kiçik 

kollektivlər  ibtidai  insan  «sürüsü»  və  ya  ulu  icma  adlanır.  Ulu  icma  kortəbii 

şə

kildə, təbiət hadisələri qarşısında aciz qalmamaq məcburiyyətindən yaranmışdır. 



Belə kollektivlər daimi deyildi. Onlar tez-tez dağılır, sonra yeniləri yaranırdı. Ulu 

icma  ibtidai  icma  quruluşunun  ilk  pilləsində  meydana  gəlmiş  və  qədilə  icması 

formalaşanadək davam etmişdi.  

Azıx mağarasında aşkar olunmuş ən qədim ocaq qalığının 700 min ilə yaxın 

yaşı  var.Oddan  istifadə  qədim  insanların  oddan  istifadə  etməsi  onların  həyatında 

çox mühüm hadisə olmuşdur.  lk vaxtlar ildırım çaxması və ya üzvi maddələrin öz-

özünə  yanması  nəticəsində  əmələ  gəlmiş  təbii  oddan  istifadə  edilmişdir.  Sonralar 

insanlar  quru  ağac  parçalarını,  çaxmaqdaşını  bir-birinə  vurmaqla  od  əldə  etməyi 

öyrənmişlər.  Od,  ocaq  insanların  həyatında  böyük  rol  oynamışdır.  Ocaqdan 

isinmək,  yemək  hazırlamaq  və  vəhşi  heyvanlardan  qorunmaq  üçün  istifadə 

olunurdu. 

Azıx  mağarasında  1968-ci  ildə  ibtidai  insanın  alt  çənə  sümüyünün  qalığı 

tapılmışdır.  Bu,  dünyada  ən  qədim  belə  tapıntılardan  biri  –  dördüncüsüdür. 

Antropoloqlar həmin ibtidai insanı Azıxantrop, yəni «Azıx adamı» adlandırmışdır. 

Azıxantroplar  350-400  min  il  bundan  əvvəl  yaşamışlar.  Azıx  çənə  sümüyü 

Azərbaycanın qədim insanının formalaşdığı ərazilərdən biri olduğunu sübut edir. 

Azıx mağarasında tikili qalığının tapılması qədim insanların tədricən tikinti 

vərdişlərinə  də  yiyələnməsini  göstərir.  Zaman  keçdikcə  Azıx  adamları  tədricən 

ə

traf mühiti dərk etmiş, ibtidai dini təsəvvürlər yaranmış və onlar sadə incəsənətlə 



məşğul olmuşlar. Azıx mağarasında tapılmış ayı kəllələrindən bəzilərinin üzərində 

müəyyən  işarələr  cızılmışdır.  Bu,  sadə  dini  ayinlərin  və  totemlərin  (heyvanların 

inam) yaranması ilə bağlıdır.  





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   26


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə