Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə8/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   4   5   6   7   8   9   10   11   ...   26

verilsə də, onu nə satmaq, nə almaq, nə də xüsusi mülkiyyətə keçirmək olmazdı. 

carəyə verilmiş vəqf torpağı üç il əkilməyib istifadəsiz qalsa torpaq həmin adamın 

ə

lindən geri alınırdı. Torpaq mülkiyyəti formalarından biri də icma torpaqları idi. 



Kəndlərdə əhaliyə məxsus əkin yerləri, biçənəklər, otlaqlar, meşələr, qəbistanlıqlar 

və s. icma torpaqlarına daxil idi. 

 

 

 



 

 

 



 

Ə

rəblər  başqa  məsələlərdə  olduğu  kimi,  Sasanilərin  vergi  qaydasını  bəzi 



dəyişikliklər  etməklə  qüvvədə  saxladılar.  Əməvilər  sülaləsinə  qədər  birinci  dörd 

xəlifəinin  dövründə  vergilər  xeyli  yüngül  idi.  Həmdə  Sasanilərdən  fərqli  olaraq 

vergini tək-tək şəxslərdən deyil, bütün ölkədən alırdılar. Azərbaycanda əhalinin bir 

qismi  xristian  olduğundan  xəlifənin  xəzinəsinə  iki  adda  vergi:  xərac  və  cizyə 

verilirdi.  Müsəlmanlar  cizyə  vergisindən  azad  idilər.  Xristianları  itaətdə 

saxlamaqda xilafətə kömək  etdiklərinə  görə  keşişlər və kilsə vergidən  azad  edilir 

və  dövlət  tərəfindən  himayə  olunurdu.  Dördüncü  xəlifə  Əli  ibn  Əbu  Talib 

vergilərin tonlanmasına dair ədalətli göstəriş verərək, əsas diqqəti xəracı yığmağa 

deyil,  torpağı  səmərəli  şəkildə  əkib-becərməyə  yönəldirdi.  Əməvilər  sülaləsindən 

xəlifə  Hişamın  dövründə  vergilərin  alınması  qaydasında  dəyişiklik  edildi.  Onun 

göstərişi  ilə  725-ci  ildə  Azərbaycanda  əhali,  mal-qara,  torpaq  siyahıya  alındı, 

vaxtilə  ləğv  edilmiş  bəzi  vergilər  bərpa  edildi.  Bir  sıra  yeni  -    sənət  məmulatı, 

kəbin  kağızı  və  s.  adda  vergilər  tətbiq  olundu.  Hətta  rahiblərdən  cizyə  vergisi 

alındı,  onun  məbləği  artırıldı.  Abbasilərin  dövründə  (750-1258)  vergi  qaydasında 

yeni  dəyişiklik  edildi.  Torpağın  əkiib-əkilməməsindən  asılı  olmayaraq  vergi 

alınmağa  başlandı.  Xəlifə  Mehdi  vergiləri  bir  qədər  yüngülləşdirdi.  Verginin 

miqdarı  suvarma  texnikasından  asılı  olaraq  məhsulun  dörddə  birindən  yarısına 

qədər  müəyyən  edildi.  Qəddarlığı ilə bütün  xəlifələrdən seçilən  Harun-ər-Rəşidin 

dövründə (786-809) vergilər yenidən artırıldı. Azərbaycanın cənub hissəindən ildə 

4 milyon dirhəm, Muğandan 300 min dirhəm vergi alınırdı. Zimmilər (xristianlar) 

daha  çox  vergi  verirdilər.    Vergilər  təkcə  xəracdan  və  cizyədən  ibarət  deyildi. 

nsanın  mənfəətləndiyi  bütün  sahələrdən,  müharibə  zamanı  əldə  edilən  hərbi 

qənimətlərdən,  əsirlərdən,  daşına  bilən  əmlakdan  xüms  (beşdə  bir)  deyilən  vergi 

alınırdı. Bundan başqa, mal-qaradan, əkin və meyvədən, qızıl və gümüşdən zəkat 

(sədəqə)  vergisi  alınırdı.  Zəkat  ruhanilərin,  yetimlərin,  şikəstlərin  və  əlacsızların 

ehtiyacına sərf olunurdu.  

 

 

17..Azərbaycanda Ərəb xilafətinə qarşı milli azadlıq mübarizəsi. Xürrəmilə



hərəkatı 

Xilafətin  soyğunçu  vergi  siyasəti  və  məmurların  özbaşınalığı,  dəhşətli 

istismar  və  hüquqsuzluq,  yerli  feodalların  mülklərinin  və  imtiyazlarının 

məhdudlaşdırılması,  güclü  ərəbləşdirmə  siyasəti  və  başqa  səbəblər  əhalinin 

vəziyyətini ağırlaşdırmaqla yanaşı, ümumxalq qəzəbini coşdurdu. 

 

 



 

748-ci  ildə  Beyləqanda  başlanmış  üsyan  tezliklə  digər  vilayətləri,xüsusilə 

Bərdəni və Ərdəbili əhatə etdi. Beyləqandakı üsyana yerli hökmdar Var ibn Səfvan 

başçılıq edirdi.  Üsyançılar ərəblərin burada olan hərbi dəstələrini qılıncdan keçirib 

ə

miri əsir aldılar və bütün məhbusları azad etdilər. Bu qələbədən sonra onlar Bərdə 



üsyançılarının  köməyinə  getdilər.  Bərdədəki  ərəb  əmiri  Asim  ibn  Yezidin 


qoşunlarını məğlub edib, özünü də öldürdülər. Əsarətə alınmış xalqların təzyiqi  və 

ə

rəb  cəmiyyəti  daxilində  mübarizənin  kəskinlənməsi    nəticəsində  Əməvilər 



sülaləsinin 89 illik hakimyyətinə 750-ci ildə son qoyuldu. Hakimiyyətə Abbasilər 

keçdi.  


 

 

 



 

 

 



 

 

 



 

Azərbaycanda  azadlıq  mübarizəsinin  parlaq  səhifələrindən  biri  ərəb 

Xilafətinə  qarşı  60  ildən  artıq  davam  etmiş  xürrəmilər  hərəkatıdır.  Onların  şüarı 

torpağı  və  digər    istehsal  vasitələrini  xalqın  ixtiyarına  verməkdən,  kəndliləri  və 

sənətkarları  feodalların  və  digər  hakim  təbəqənin  asılılığından  azad  etməkdən 

ibarət idi. Azərbaycanın istiqlaliyyətini bərpa etmək, onu yadellilərin tapdağından 

qurtarmaq  xürrəmilərin  əsas  idealı  idi.  Xürrəmilər  hərəkatı  erkən  orta  əsrlər 

dövründə  Şərqdə  islam  dini,  feodal  zülmü  və  ən  başlıcası  ərəb  əsarətinə  qarşı 

çevrilmiş  güclü  xalq  hərəkatı  idi.  Məzdəkilərin  və  xürrəmilərin  atəşpərəst  olması 

haqqında  orta  əsr  müəlliflərinin  əksəriyyətinin  fikri  yekdildir.  Ona  görə  də 

akademik Z.Bünyadov “xürrəm” sözünü pəhləvi dilində “xür”-od və “xvar”-Günəş 

anlamında mənalandırmışdır. Xürrəmilərin ərəblərə qarşı azadlıq mübarizəsi 61 il 

davam etmişdir. Onun üçdə iki hissəsini Babəkə qədərki dövr təşkil edir ki, onun 

da xeyli hissəsinə Cavidan rəhbərlik etmişdi.816-cı ildə döyüşlərin birində Cavidan 

Ə

bu  mranı  öldürdü  və  bundan  üç  gün  sonra  aldığı  yaradan  özü  də  öldü.  Babək 



Cavidan mülkünün sahibi və xürrəmilər icmasının rəhbəri oldu. Babək bütün ömrü 

boyu  Xilafətə  qarşı  mübarizə  aparmış  və  Azərbaycanda  islamdan  əvvəl  mövcud 

olan  qayda-qanunları  ola  bilsin  ki,  bərpa  etməyə  çalışmışdı.    Xürrəmilər  Babəkə 

qədər  Xilafətə  qarşı  iki  dəfə  üsyan  etdilər  .  Birinci  üsyan  778-ci  ildə  baş  verdi. 

808-cı  ildə  xürrəmilərin  ərəblərə  qarşı  daha  güclü  bir  isyanı  başlandı.  sfahanda 

başlanan  bu  üsyan  bir  çox  əraziləri  bürüdü.  Xəlifənin  amansız  cəza  tədbirləri 

xürrəmilərin  azadlıq  uğrunda  mübarizə  əzmini  məhv  edə  bilmədi.  Babəkə  qədər 

xürrəmilər  Xilafət  üçün  ciddi  narahatlıq  yarada  bilmirdilər.  Babək  xürrəmilər 

icmasında  rəhbərliyi  ələ  aldıqdan  sonra  vəziyyət  tamamilə  dəyişdi.  Azadlıq 

ordusunun  əsas  hərəkətverici  qüvvəsini  kəndlilər  təşkil  etsə  də,  orada  şəhər 

yoxsulları,  sənətkarlar,  orta  və  xırda  feodallar,  əhalinin  müxtəlif  təbəqələrinə 

mənsub  adamlar  da  az  deyildi.  Azadlıq  mübarizəsi  bir  çox  əraziləri  bürüsə  də, 

bütün  mənbələr təsdiq  edir ki,  Babəkin və  xürrəmilərin vətəni  Azərbaycan idi və 

azadlıq mübarizəsi buradan başlanmışdı. 819-cu ilə qədər xəlifə xürrəmilərə qarşı 

nizami  ordu  göndərmədi.  Üsyançılara  qarşı  Azərbaycandakı  hərbi  hissələrin 

qüvvələrindən istifadə etdi. Xəlifə Məmun 819-cu ildə sərkərdə Yəhya ibn Müazın 

başçılığı ilə Babəkə qarşı ilk nizamı ordu göndərdi. Xürrəmilər bu ordunu əzdilər. 

Bu  qələbədən  sonra  on  il  müddətində  üsyançılar  Xilafətin  bir  neçə  nizami 

ordusunu  məhv  etdilər  və  sərkərdələrini  əsir  aldılar.  829-cu  il  iyunun  3-də 

Həşdadsər dağında  xürrəmilərlə həlledici döyüş başladı. Döyüşdə iştirak edən 150 

minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Qanlı vuruşma zamanı sərkərdə 

Məhəmməd  ibn  Hümeyd  öldürüldü.Xürrəmilər  830-cu  ildə  qələbə  çalaraq  böyük 

strateji  əhəmiyyəti  olan  Həmədanı  tutdular.  Bu  üsyançıların  nizami  ərəb  orduları 

üzərində  beşinci  parlaq  qələbəsi  idi.  IX  əsrin  30-cu  illərin  əvvəlləri  azadlıq 

müharibəsinin ən müvəffəqiyyətli dövrü idi. Üsyançılar xilafəti lərzəyə salmışdılar. 

Bizansla müharibə, Suriya və Misirdəki üsyanlar xürrəmilərin azadlıq müharibəsi 

ilə bir vaxta düşdüyündən Xilafəti çaşdırmışdı. 833-cü il dekabrın 25-də Həmədan 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə