Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə10/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   6   7   8   9   10   11   12   13   ...   26

ölümündən  sonra  oğlanları  və  qardaşı  Vəhsudan  arasında  hakimyyət  uğurunda  

mübarizə  nəticəsində  mərkəzi  dövlət  zəiflədi  və  parçalandı.  Mərzubanın  oğlu 

brahimin hakimiyyəti (961-981-ci illər) dövründə Məzyədilər, Dərbənd və Gəncə 

vilayəti Salarilər dövlətinin tarkibindən çıxdı. Şəddadilər dövlətinin yaranması ilə 

Arranın bir hissəsi və Ərməniyə də onların əlindən çıxdı. Belə bir şəraitdə Əhər və 

Təbriz  hakimi  Rəvvadilər  nəslindən  olan  Əbülheyca  981-ci  ildə    Salari 

brahimiməğlub  edib  əsir  aldı və  dövlətin  paytaxtı  Ərdəbili  tutmaqla  hakimiyyəti 

öz əlinə keçirdi. 

 

 

19.Şəddadilər və Rəvvadilər dövləti 



 

X  əsrin  II  yarısında  Azərbaycanda  yaranan  müstəqil  feodal  dövlətlərdən  biri  də 

Şə

ddadilər  dövləti  idi.  Paytaxtı  Gəncə  səhəri  idi.  Ərazisinə  əsasən



 

  Kür  və  Araz  çayları 

arasındakı torpaqlar daxil idi. Dəbil şəhəri, Ərməniyyənin xeyli hissəsi Şaddadilər dövlətinə tabe 

idi:  


Şə

ki  və  Kxetiya  çarlığının  bəzi  əraziləri  müəyyən  dövrlərdə  bu  dövlətdən  asılı 

olmuşdur. 

Şə

ddadilər  dövləti  Salarilərin  ərazisində  meydana  gəlmişdi.  Bu  dövlətin  əsasını 



Məhəmməd ibn Şəddad qoymuşdu. O, Şəddadilərin zəiflədiyi dövrdə Dəbili ələkecirib müstəqil 

ə

mirlik yaratsa da burada möhkəmlənə bilmədi. Onun ölümündən sonra oğlanları Fəzl və Ləşkəri 



Gəncəyə  gələrək  971-ci  ildə  Salarilərin  Gəncədəki  naibini  qovub  hakimiyyəti  ələ  keçirdilər. 

Salari  hökmdarı  brahim  ibn  Mərzuban  Şəddadilər  dövlətini  tanımağa  məcbur  oldu.  Beləliklə, 

971-ci ildə Şəddadilər dövləti yarandı. Ləşkərinin dövründə Bərdə, Şəmkir, Ərməniyyənin xeyli 

hissəsi, Fəzlin dövründə isə Beyləqan Şəddadilər dövlətinə birləşdirildi. 

Fəzlin  uğurlu  daxili  və  xarici  siyasət  yeritmiş,  ticarət  və  hərbi  məqsədlə  Araz  cayı 

üzərində  körpü  saldırmış,  öz  adına  pul  kəsdirmişdir.  Əbüləşvər  Şavur  hakimiyyəti  illərində 

(1050-1067)  iqtisadi,  ictimai  həyatda,  orduda  islahatlar  kecirmiş,  Gürcüstan  və  Şirvanşahlarla 

müharibələri davam etdirmiş, alan tayfalarından və Səlcuq türklərindən qorunmaq ücün tədbirlər 

görmüşdür. Onun tapşırığı ilə Dəmirçi  brahim 1063-cü ildə Gəncənin dəmir qapılarını düzəltdi. 

Ş

avur hakimiyyətinin sonunda Səlçuqlardan asılılığı qəbul etmişdir. 



III  Fəzlin  (1074-1088)  Səlcuqlara  tabe  olmaq  istəmədikdə  Səlcuq  Sultanı  1088-ci  ildə 

Gəncəni  ələ  kecirib,  III  Fəzlini  hakimiyyətdən  saldı.  Beləliklə  1088-ci  ildə  Şəddadilər  dövləti 

ləğv edildi. Bu dövlət monarxiya tipli dovlət idi, onun başçısı əmir titulu daşıyırdı. 

X  əsrin  ortalarında  və  ikinci  yarısında  Əhər  (Qaradağ)  hakimi  Əbülheyca  Rəvvadi 

Salarilər dövlətinin tərkibində ona xərac verən feodallardan idi. 981-ci ildə Salari  brahimə tabe 

olmayıb  onunla  mübarizə  apararaq  hakimiyyəti  ələ  kecirmiş  və  Rəvvadilər  dövlətinin  əsasını 

qoymuşdur. Dövlətin paytaxtı Ərdəbildən Təbrizə köcürüldü. Dövlətin ərazisi əsasən indiki  ran 

Azərbaycanının ərazisini əhatə edirdi. Rəvvadilər 987-ci ildə Ərmənyyəni özünə tabe etdi. Xoy 

və Urmu feodalları da onun hakimiyyəti altına kecdi. Əbu Mənsur Vəhsudanın dövründə(1020-

1059)  mərkəzi  hakimiyyət  daha  da  möhkəmləndi.  1042-ci  ildə  Təbrizdə  güclü  zəlzələ  şəhəri 

dağıtdı. 

1054-cü ildə Səlcuq hakimi Toğrul bəy Təbrizə gəldi, Vəhsudan Səlcuqların vassallığını 

qəbul etdi. 

Səlcuq Sultanı Alp Arslanın dövründə(1063-1072) Rəvvadilərin daxili müstəqilliyi ləğv 

edildi və 1065-ci ildə Təbrizə Səlcuq əmiri təyin edildi. Bununla da Rəvvadilər döləti süqut etdi. 

Rəvvadilər və Saddadilər dövləti Səlcuq hücumları nəticəsində ləğv edildilər. 



 

 

 


20.Azərbaycan  Səlcuqilər imperiyasının tərkibində 

 

 Azərbaycanın  ərazisində  XI  əsrin  ortalarında  eyni  vaxtda  üc  müstəqil  dövlətin  - 

Ş

irvanşahlar, Şəddadilər və Rəvvadilər dövlətinin olması ölkənin iqtisadi inkişafını ləngitməklə 



yanaşı,  onun  müdafiə  qüvvəsini  də  zəiflədirdi.  Belə  bir  vaxtda  Orta  Asiya,  ran,  raq,  Suriya, 

Misir, Kicik Asiya, Ön Qafqaz xalqları ilə birlikdə Azərbaycan da Səlcuqların hakimiyyəti altına 

kecdi. 

XI  əsrin  əvvəllərində  oğuzların  bir  hissəsi  Xorasan  tərəfdən  yaxın  Şərq  ölkələrinə,  digər 



hissəsi  Xəzərin  şimalından  keçərək  Avropaya  və  Balkan  yarımadasına  yayıldı.  Səlcuqlar  IX 

ə

srdə  Xəzər  dənizi  ilə  Aral  gölü  arasındakı  ərazıdə  yaşayırdılar.  Qəznəvilər  dövlətinin  başçısı 



Sultan  I  Mahmud  (988-1030)  Səlcuq  tayfalarını  1009-cu  ildə  Xorasan  əyalətində  yerləşdirdi. 

Səlcuqlar 1038-ci ildə Nişapuru  ələ kecirdi və Toğrul bəy özünü Sultan elan edəcək Səlcuqlar 

imperiyasının (1038-1157) əsasını qoydu. 

Sultan Toğrul bəy (1038-1063) XI əsrin 50-ci illərinin ortalarında Azərbaycana daxil oldu. 

Rəvvadi  hakimi  Vəhsudan  və  Şəddadi  hakimi  Şavur  müqavimət  göstərmədən  tabe  oldular. 

Toğrul 1055-ci ildə xilafətin paytaxtı Bağdadı tutdu və siyasi hakimiyyəti ələ kecirdi.  

Sultan Alp Arslan (1063-1072) Naxçıvanı ələ kecirdi, 1067-ci ildə Arrana səfər etdi. 1069-

cu  ilin  yayında  Gəncəyə  gəldi.  Şaddadi  hakimi  Fəzl  qala  qapılarının  və  xəzınənin  açarını  ona 

təqdim  etdi.  Şirvanşah  Fəriburz  da  Gəncəyə  gələrək  ona  itaət  etdi.  Alp  Arslan  1070-ci  ildə 

Gəncədən  Şəkiyə,  oradan  Gürcüstana  yürüş  etdi.  Şirvanşahlar  bu  dəfə  də  daxili  müstəqilliyi 

saxlaya bildi. 

1071-ci  ildə  Malazgird  şəhəri  yaxınlığında  Səlcuqlar  Bizans  imperiyasının  ordusunu 

darmadağın  etdi  və  Kicik  Asiyanın  xeyli  hissəsini  ələ  kecirdi.  Alp  Arslanın  Azərbaycandan 

uzaqda  olmasından  istifadə  edən  Şəddadi  hakimi  III  Fəzlun  Səlcuqlara  xərac  vermədi. 

Məlikşahın  dövründə  (1072-1092)  Səlcuqlar  imperiyası  daha  da  qüdrətləndi.  O,  1088-ci  ildə 

Azərbaycana  qoşun  göndərib  Gəncəni  ələ  kecirdi  və  Şəddadilərin  sonuncu  hakimi  Fəzlunu 

hakimiyyətdən  saldı,  oğlu  Məhəmmədi  Gəncəyə  hakim  təyin  etdi.  Şirvanşah  Gəncəyə  gələrək 

xərac verməyə məcbur oldu. Məlikşahın ölümündən sonra hakimiyyət uğrunda oğlanları arasında 

mübarizə başlandı. Börgüyarığın və Məhəmmədin dövründə dövlətin ərazisi iki  yerə parçaladı. 

Sultan  Səncərin  dövründə  də  (1118-1157)  dövlət  tənəzzül  etdi  və  bir  necə  yerə  bölündü. 

Azərbaycan   raq Sultanlığına daxil oldu. 

Səlcuqilər  dövləti  türkdilli  xalqların  hərbi-siyasi,  sosial-iqtisadi  və  mədəni  inkişafında 

ə

həmiyyətli rol oynadı. 



 

 

 



                           21.XIII əsrin əvvəllərində Azərbaycanda siyasi vəziyyə

 

Monqol  yürüşləri  ərəfəsində  Azərbaycanda  vahid  mərkəzləşmiş  dövlət  yox  idi.  Ölkədə 

Atabəylər  dövləti(1136-1225),  Şirvanşahlar  dövləti  (861-1538)  mövcud  idi,  Marağada  isə 

Rəvvadilər  nəslindən  olan  Ağsunqurilər  sülaləsi(1108-1227)  hökmranlıq  edirdi.  XII  əsrin 

sonunda  Atabəylər  dövləti  əvvəlki  qüdrətini  itirmişdi.  Atabəylər  dövlətində  hakimiyyət 

uğrundakı  çəkşmələr  ölkəni  zəiflətmişdi.  Qızıl  Arslanın  xələfi  olan  Atabəy  Əbubəkrin  (1191-

1210) əlində təkcə Azərbaycan ərazisi(Şirvan və Marağa istisna olmaqla) qalmışdı.  raq-Səlcuq 

sultanlığının  qalan  hissəsi  isə  hakimiyyət  uğrunda  mübarizə  aparan  feodalların  və  Atabəy 

sülaləsinin  başqa  varislərinin  arasında  bölüşdürülmüşdü.  Əbübəkrin  əlində  qalan  əraziləri  də 

almaq üçün Marağa hakimi  ilə Ərbil hakimi birləşərək onun üzərinə hücum etmişdi, bir tərəfdən 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə