Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə16/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   12   13   14   15   16   17   18   19   ...   26

Ə

rzincan və Diyarbəkiri tutdu.  Diyarbəkiri geri qaytarmaq üçün Şah  smayıl Xətai 

Qara xanın başçılıq etdiyi qüvvələri şəhərin mühasirəsinə göndərdi.   1516-cı ildə 

tərəflər  arasında  həlledici  Qoçhisar  döyüşü  oldu.  Şimalda  Xarput  və  Bitlisdən 

Rakkiyə  qədər,    cənubda  isə  Mosul  Osmanlıların  əlinə  keçdi.      Lakin  buna 

baxmayaraq  I  Sultan  Səlimin  vaxtında  Azərbaycanı  işğal  etmək  cəhdləri  baş 

tutmadı.  Ümumilikdə  isə  Səfəvi-Osmanlı  münasibətləri  hələ  də  gərgin  olaraq 

qalırdı.    

 

 

31.XVI-cı əsrin 30-50-ci illərində  Səfəvi-Osmanlı müharibələri.  



Amasya sülhü 

 

I Süleyman Qanuninin  (1520-1566) vaxtında Osmanlı ali təbəqəsi öz nüfuz 

dairələrini şərq istiqamətində genişləndirmək  cəhdlərindən əl çəkmirdilər. 1534-cü 

ildə Sultan I Süleyman 100 minlik qoçunla Azərbaycan sərhədlərini keçdi. Cənubi 

Azərbaycanin  xeyli  hissəsi  işğal  olundu.  Sentyabrın  27-də  Təbriz  tutuldu.  Qışı 

Bağdadda  keçirən  I  Süleyman  1535-ci  ildə  ikinci  dəfə  Təbrizə  yürüş  etdi.  Hələ 

buna qədər Şah Təhmasib Təbrizin əhalisini  raqa və  rana köçürdü Düşmən əlinə 

keçməmək  üçün  ot-ələfə  od  vuruldu,  mal-qara  məhv  edildi,  şah  özü  isə 

Sultaniyyəyə  çəkildi.  Bundan  dərhal  sonra  türklər  Təbrizə  daxil  oldular.  Şah 

danışıq aparmaq üçün iki dəfə cəhd etdi. Lakin rədd cavabı aldı. Ötəri toqquşmalar 

türklər  üçün  uğurlu  olmadı.  Aclıq  və  səfalətdən  onlar  geri  çəkilmək 

məcburiyyətində  qaldılar.  Beləliklə,  brahim  paşa  buranı  tərk  etdi.  Van  və  Ərciş 

ə

razisi şah tərəfindən tutuldu.   



1548-ci  ildə  Sultan  I  Süleymanın  qoşunu  yenə  də  Azərbaycana  yürüş  etdi. 

Həmin  ildə  Təbrizi  tutdu.  Bu  zaman  Azərbaycanda  Qızılbaş  tayfaları  əmirlərinin 

arasında  çəkişmələr  qüvvətlənmiş,  Şirvanda  isə  Burhan  Mirzənin  başçılığı  ilə 

qiyam  qalxmışdı.  Belə  bir  şəraitdə  I  Təhmasib  öz  paytaxtını  şərqə,  Türkiyə 

sərhədlərindən  uzaqlara,  Qəzvinə  köçürdü.  Sultan  qoşununun  Azərbaycanda 

hərəkətini çətinləşdirmək üçün I Təhmasibin əmrilə Türkiyə sərhədlərindən tutmuş 

Təbrizə  qədər  bütün  yerlər  xarabazara  çevrilmişdi.  Burada  türklərin  əlinə  keçə 

biləcək “ bir dənə də olsun dən, bir çəngə belə ot ” qalmamışdı. Əhali kəhrizləri 

doldurur,  ərzağı  gizlədirdi.  Osmanlılar  böyük  tələfat  verərək,  4  gündən  sonra 

Təbrizi,  sonra  isə  Azərbaycanın  digər  şəhərlərini  tərk  edilər.  Kürdüstandan  Vana 

çəkildilər. Osmanlı qoşununu Əlqas Mirzə və Ülamə bəy müşayiət edirdilər. Əlqas 

Mirzənin  qoşunu  Həmədan  tərəfdə  darmadağın  edildi,  özü  isə  əsir  alınaraq 

ömürlük  Qəhqəhə qalasındakı  zindana salındı  və  1549-cu  ildə öldürüldü. 1552-ci 

ildə  I  Təhmasib  müdafiədən  fəal  mübarizəyə  keçdi.  Həmin  ildə  Ərzrum  hakimi 

sgəndər paşa Xoya daxil oldu. Çuxur-Səddən keçərək şəhər bazarını yandırıb geri 

qayıtdı.  O  qızılbaşlara  məktub  yazaraq  özünü  Şirvan  və  Gürcüstan  hakimi  kimi 

təqdim  etdi.  1552-ci  ilin  yayında  I  Təhmasibin  əmrilə  səfərbərlik  elan  edildi  və 

dörd  istiqamətdə  osmanlıların  üzərinə  yürüşə  başlandı.  Şah  Təhmasib  bu  hərbi 

ə

məliyyatda şəxsən özü iştirak etdi. Qızılbaşlar Xilatda 30 min baş qoyun, 10 min 



baş  mal-qara,  3  min  at  ələ  keçirdilər.  Xilat  qalası  yerlə  yeksan  edildi.  Van 

ə

razisində  evlər  dağıdıldı,  əkinlər  tapdandı.  Muş  yandırıldı.  Şah  Təhmasib  oğlu 




smayıl  Mirzəni  sgəndər  paşaya  qarşı  göndərdi.  Döyüşdə  2576  türk  əsgəri 

öldürüldü.  Daha  sonra  Barqiri  qalası  tutuldu  .  1553-cü  ilin  aprel-mayında  I 

Təhmasib Naxçıvana qayıtdı və danışıq aparmaq üçün Əmir Şəmsəddin Dilicanini 

sultanın  yanına  göndərdi,  lakin  sultandan  rədd  cavab  aldı.  1554-cü  ilin  yazında 

Sultan  I  Süleyman    dördüncü  dəfə  Azərbaycana  hücum  etdi.  O.  Naxçıvanı  işğal 

edərək  şəhərə  od  vurdu.  I  Təhmasib  öz  taktikasına  sadiq  qalaraq  türklərin  real 

qüvvəsilə toqquşmadan çəkindi və sultan ordusunun yolu üzərində olan hər şeyin 

məhv  edilməsi  əmiri  verdi.  Beləliklə  ərzağa  ehtiyacı  olan  sultan  Naxçıvanı  tərk 

edib  Ərzruma  çəkildi.  Azərbaycanı  işğal  etmək  cəhdinin  boşa  çıxdığını  görən 

Sultan Süleyman Səfəvilərlə danışığa başlamağı lazım bildi. Naxçıvandan qayıdan 

kimi,  baş  vəziri  Məhəmməd  paşaya  göstəriş  verdi.  Məhəmməd  paşa  qızılbaş 

ə

mirlərinə məktub göndərib Sinan bəyin əsirlikdən azad edilməsini və danışıq üçün 



öz  nümayəndələrini  göndərməyi  xahiş  etdi.  Sınan  bəy  azad  edildi  və  qacar 

tayfasından  olan  Şahqulu  bəylə  sultanın  yanına  göndərildi.  Şahqulu  geri 

döndükdən sonra Səfəvi səfiri, eşikağası Fərruxzad Amasyaya göndərildi. 1555-ci 

il  mayın  29-da  Amasyada    Səfəvi-Osmanlı  müharibələrinin  birinci  mərhələsini 

başa  çatdıran  sülh  müqaviləsi  imzalandı.  Bu  sülhə  görə,  Qərbi  Gürcüstan  –

meretiya, Menqreliya  və Quriya, Qərbi Ermənistan Türkiyənin, Gürcüstanın şərq 

vilayətləri-  Meshi,  Kartli,  Kaxetiya  və  indiki  Ermənistan  Səfəvilərin  ixtiyarına 

keçdi.  Lakin  bu  sülh  uzun  sürmədi.  XVI  əsrin  70-ci  illərindən  etibarən  Osmanlı 

işğalının yeni dövrü başladı. 

 

 



32.Səfəvilər dövləti I Şah Abbasın hakimiyyət dövründə 

 

1587-ci  ildə  Mürşüdqulu  xan,  xüsusilə  ustaclı  və  şamlu  tayfalarından  olan 

qızılbaşların  Xorasan  qrupu  Qəzvində  on  altı  yaşlı  Abbası  şah  elan  etdilər.  Bu 

vaxta qədər Qaracadağ, Ərdəbil, Xalxal, Talış istisna olmaqla Azərbaycanın bütün 

vilayətləri  osmanlı  türklərinin  əlində  idi.  Qızılbaş  dövləti  inkişaf  etmiş  iqtisadi 

bölgələrində,  yüksək  mədəniyyətindən,  güclü  hərbi  potensialından  məhrum 

edilmişdi.  Qızılbaşların  Azərbaycan  Səfəvi  dövləti  tənəzzülə  uğrayırdı.  1587-ci 

ildə  özbəklərlə  müharibənin  qızğın  vaxtında  I  Abbas  atasının  şəhərdə 

olmamasından istifadə edərək qızılbaş və fars əyanlarının köməyilə Qəzvini tutdu. 

O, qızılbaş bürokratiyasını özünə sadiq dayaq elədi.  

Ş

ah  Abbas  hər  şeydən  əvvəl  orduya  xüsusi  əhəmiyyət  verirdi.  taətsiz 



feodallara  qarşı  mübarizə  aparmaq,  xalq  hərəkatını  boğmaq  və  yürüşlər  üçün 

qüdrətli  nizami  orduya  ehtiyac  vardı.  Ona  görə  də  Şah  Abbas  hakimiyyətə 

gələndən  sonra  (1587-1629)  Səfəvilərin  itirilmiş  ərazisini  geri  qaytarmaq  və 

sarsılmış qüdrətini bərpa etmək üçün hərbi və inzibati islahat keçirdi. Nizami ordu 

yaradıldı. Eyni zamanda iranlılardan ibarət olan şiə ruhani və məmurlarının dövlət 

işlərində iştirakını gücləndirdi.  ri torpaq sahiblərinin sıxışdırılması, edam edilmiş 

feodallann  torpaqlarının  ələ  keçirilməsi  hesabına  şah  öz  şəxsi  torpaqlarını  xeyli 

genişləndirdi.  Bu  mübarizədə  xeyli  feodal  hakim  və  əmirlər  məhv  edildi.  Şah 

Abbas hakimiyyətə qarşı çıxan təkəli tayfasına amansız divan tutdu. Onun əmrilə 

bir sıra tayfalar məhv edildi. Yeni şah dövlətin maliyyə vəziyyətini yaxşılaşdırmaq 




Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə