Microsoft Word Az?r Tarixi Cavablar az doc



Yüklə 0,64 Mb.
Pdf görüntüsü
səhifə19/26
tarix08.03.2018
ölçüsü0,64 Mb.
#31002
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   ...   26

ə

yləşdirən Nadir xan 1736-cı ildə III Abbasın müəmmalı ölümündən sonra özünü 

ş

ah elan etmək qərarına gəldi. 



1736-ci  ilin  martında  Əfşarlar  sülaləsindən  olan  Nadir  (Muğanda,  Cavad 

kəndi  yaxınlığında)  Suqovuşanda  özünü  şah  elan  etdi.  Nadirin  şah  olmasına 

tərəfdar  olmayan  bir  sira  Azərbaycan  feodalları,  o  cümlədən,  Ziyadoğlu  adı  ilə 

məşhur  olan  Gəncə  xanları,  habelə  32-lər,  Kəbirli,  Cavanşir  tayfalarının  başçıları 

ailələri ilə birlikdə Xorasana sürgün edildilər. Qazax və Borçalı Kartli hakimliyinə, 

Qarabağın  erməni  məlikləri  (Vərədə,  Çiləbörd,  Gülüstan,  Dizaq,  Xaçın)  Gəncə 

bəylərbəyliyinə  tabe  edildi.  Nadir  keçmiş  inzibati  bölgələri  –  Şirvan,  Çuxursəd, 

Qarabağ və Təbriz bəylərbəyliklərini ləğv edərək, əslində Azərbaycan adı altında 

vahid  inzibati  bölgü  yaratdı.  Bölgünün  mərkəzi  Təbriz,  hakimi  qardaşı  brahim 

oldu.   


 

Nadir şah hakimiyyətinin ilk vaxtlarında vergiləri nizama saldı. Artıq vergiler 

ayrı-ayrı adamlar tərəfindən mənimsənilmir, birbaşa xəzinəyə gedirdi. Vergilər çox 

ağır idi. Xalq  bu vergiləri ödəyə bilmirdi. Nadir şahın bu siyasəti əhalini tamamilə 

var-yoxdan  çıxarırdı.  Vergiləri  verə  bilməyənlərə  Nadir  şahin  əmri  ilə  dəhşətli 

isğəncələr verirdilər. Bu cür işgəncələrdən təngə gələn əhali və mövqeyi sarsılmış 

iri feodallar Nadir şaha qarşı çıxışlara başladı. 

 

  



 

 

 



Nadir şaha qarşı    ən böyük üsyan  1738-ci  ildə  Carda baş  verdi.  Bu  üsyanda 

brahim  xan  öldürüldü.  Üsyanın  qalib  gəlməsinə  səbəb  Nadir  şahın  Hindistana 

səfərə  çıxması  idi.  Lakin  Nadir  şah  geri  dönəndən  sonra  üsyanı  yatırdı  və 

iştirakçılarına  divan  tutdu.  1743-cü  ilin  əvvəllərində  Şirvanda  ran  zülmünə  qarşı 

yeni hərəkat geniş vüsət aldı. Belə bir tarixi şəraitdə özlərini Səfəvi xələfləri kimi 

təqdim  edən  yalançı  sahzadələr  I,  II,  III  Sam  Mirzələr  meydana  çıxdılar.  I  və  II 

Sam  Mirzələr  Şirvanda  fəaliyyət  göstərirdilər.  I  Sam  Mirzə  50  minlik  qoşunla 

Surxay  xanın  müşayiəti  ilə  Yeni  Şamaxıya  girdilər.    I  Sam  Mirzə  Nadir  sahın 

qoyduğu  bütün  vergiləri  ləğv  etdiyinə  görə  xalq  onu  dəstəkləyirdi.  Lakin  Nadir 

sahin oğlu Nəsrullah Mirzə böyük bir qoşunla I Sam Mirzənin qoşununu məğlub 

etdi və I Sam Mirzə öldürüldü. Lakin xalqın üsyanları, çıxışları zəifləmədi.                                  

1743-cü  ilin  son  rübündə  azadlıq  hərəkatına  II  Sam  Mirzə  başçılıq  edirdi.  

Ş

amaxı  əhalisi    vergi  yığanları  və  digər  məmurları  şəhərdən  qovaraq  II  Sam 



Mirzəni bura dəvət etdilər. Nəsrullah Mirzənin basçılıq etdiyi ordu  üç dəfə məğlub 

olsa da, nəhayət, top atəşi ilə Ağsu qalasını ala bildilər. II Sam Mirzə Gürcüstana 

qaçsa  da,  Kaxetiya  çarı  Teymuraz  tərəfindən  tutularaq  Bərdəyə,  Nəsrullah 

Mirzənin  yanına  göndərildi.  Gözü  çıxardılan  II  Sam  Mirzə  Qarsa  göndərilərkən  

yolda öldü. 

Şə

kidə də Nadir şaha qarşı Hacı Çələbi üsyana qalxdı. O, Nadir şahın başının 



Osmanlı  dövləti    ilə  qarışıq  olmasından  istifade  edərək  Şəki  xanlığını  yaratdı  və 

Nadir  şahin  onun  üstünə  gələcəyindən  ehtiyat  edərək  əhalini  Gələrsən-görərsən 

qalasına yığdı. Hacı Çələbi nə qədər mübarizə aparsa da, Nadir şah onun üsyanını 

da yatiırdı və Hacı Çələbini özünə tabe etdi. Nadir şaha qarşı baş vermiş III Sam 

Mirzənin üsyanı da yatırıldı. Bu dövrün bütün üsyanlarının məğlub olma səbəbləri 

eynidir. Heç birində birlik yox idi, vahid mərkəzdən idarə edilmirdi, kortəbiiliyi ilə 

seçilirdi.  Bununla  belə  həmin  üsyanların  böyük  tarixi  əhəmiyyəti  vardı. 

Azərbaycan,  Dağıstan,  Gürcüstan,  indiki  Ermənistan  və  əsarətə  alınmış  digər 




ölkələrdə  xalq  azadlıq  hərəkatının  genişlənməsi  üçün  əlverişli  şərait  yaranırdı. 

Aramsız  ara  müharibələri  nəticəsində  gərgin  iqtisadi  vəziyyət,  sinfi  mübarizə 

nəticə  etibarilə  Nadir  şahin  dövlətinin  süqutuna  səbəb  oldu.  Nadir  şahin  özü  isə 

1747-ci il iyunun 20-də sui-qəsd nəticəsində öldürüldü. 



 

 

 



 

36.Azərbaycanın müstəqil feodal dövlətləri - Xanlıqların yaranması 

XVII əsrin sonu- XVIII əsrin əvvəllərindən başlayaraq Səfəvilər dövlətinin 

zəifləməsi,  mərkəzi  hakimiyyətin  əyalətlərə  təsirinin  azalması  mərkəzdən  qaçma 

qüvvələrinin artmasına səbəb oldu. Bir çox yerlərdə - Qubada, Şirvanda, Muğanda 

ş

ah  hakimiyyəti  tanınmırdı.  Beləliklə  parçalanma  prosesi  gedirdi.  Lakin  Nadir 



ş

ahın  hakimiyyətə  gəlməsi  ilə  bu  proses  bir  qədər  səngimiş  oldu.  Bununla  belə 

Nadirin  hakimiyyəti  dövründə  də  yerli  feodalların  mərkəzdən  ayrılma  meylləri 

qalmaqda idi.  

Azərbaycan ərazisində ilk müstəqil xanlıqların yaranması XVIII əsrin 40-cı 

illərinə  aiddir.  Xanlıqların  yaranması  prosesi  ran  əleyhinə  qalxmış  mübarizə 

nəticəsində başlamış, Nadir şahın ölümündən sonra isə sürətlənmişdi. Yeni şəraitdə 

Mərkəzləşmiş  feodal  dövləti  əvəzinə  feodal  pərakəndəliyinin  yaranması  natural 

təsərrüfatın  üstün  yer  tutması,  əlaqələrin  zəifliyi,  mərkəzdən  qaçma  qüvvələri  və 

vahid rəhbərliyin, güclü mərkəzin olmaması ilə bağlı idi. 

     

 Şəki  xanlığı  1743-cü  ildə  Hacı  Çələbi  tərəfindən  yaradılmışdı.  Əvvəlcə 



Ə

rəş,  Qəbələ  sultanlıqlarına  sahib  olan  Hacı  Çələbi  sonradan  Şəki  ərazisini 

genişləndirməyə  başladı.  Çələbinin  Təbriz  və  Qarabağ  üzərinə  yürüşləri  uğursuz 

olsa da,  gürcü  çarları  ilə  (Kartli  və  Kaxetiya)  apardığı  mübarizədə qalib  gəldi və 

hətta  Qazax,  Borçalı  mahallarını  ələ  keçirdi.1755-ci  ildə  onun  ölümündən  sonra 

hakimiyyətə Ağakişi xan, sonra Məhəmməd xan, sonra isə Hüseyn xan gəldi.1779 

– cu ildə Hüseyn xanın ölümündən sonra bir müddət Şəkini  Məhəmmədhəsən xan 

idarə etsədə, 1795 – ci ildən etibarən Şəkidə hakimiyyət Səlim xana verildi. 

   

Ş

imali  Azərbaycanda  yaranmış  güclü  xanlıqlar  içərisində  Qarabağ  xanlığı 



xüsusi yer tutur. Xanlığın əsası 1748–ci ildə Pənahəli xan tərəfindən qoyulmuşdur. 

Qarabağ xanlığının təsir dairəasinə Naxçıvan, Qaradağ, Ərdəbil, Gəncə xanlıqları 

zaman  –  zaman  aid  olmuşdur.  1763–cü  ildə  Pənahəli  xanın  ran  səfərindən  geri 

qayıtmaması  brahimxəlil xanın hakimiyyətə keçməsinə şərait yaratmışdı. O, 1805- 

ci ilə qədər Qarabağ xanlığına rəhbərlik etmişdir. 

    


Azərbaycanı  vahid  bayraq  altında  birləşdirmək  istəyən  xanlıqlardan  biri  də 

Quba xanlığıdır. Əsası Hüseynəli xan tərəfindən qoyulmasına baxmayaraq xanlıq 

Fətəli  xanın(1758-1789)  dövründə  özünün  yüksəliş  mərhələsinə  qədəm 

qoymuşdur.  Fətəli  xan  xanlıq  daxilində  islahatlar  keçirərək  iqtisadi  və  siyasi 

sabitliyi  bərpa  etdikdən  sonra  dövlətin  ərazisini  genişləndirməyə  başlamışdır. 

Ə

vvəlcə Salyan, sonra Dərbəndi, ardınca Bakını Qubaya birləşdirmişdir. 1768 – ci 



ildə  Şamaxı,  Cavad  xanlıqlarını,1785  –  ci  ildə  Şəki  xanlığını  öz  təsir  dairəsinə 

salaraq bütün şimal – şərqi Azərbaycanın Quba xanlığı ətrafında birləşməsinə nail 

olmuşdur.  Lakin,  onun  ölümündən  sonra  tutduğu  ərazilər  yenidən  müstəqillik 



Yüklə 0,64 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə