Afaq Yusifli İshaqlı



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə5/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   2   3   4   5   6   7   8   9   ...   15

Afaq Yusifli İshaqlı 

 

 

16 



–  Hacı  Qara  həqiqətən  çox  böyük  ziyan 

içərisindədir,  əgər  belə  olmasa  idi,  işini-gücünü  atıb, 

böyük  təhlükələrlə  üzləşərək  “firəng  çiti”  gətirmək  üçün 

Təbrizə getməzdi. 

Rusiyanın  XIX  əsrdə  Qafqazda  və  Orta  Asiyada 

apardığı  işğalçılıq  siyasətinin  əsas  səbəblərindən  biri 

“Azərbaycan  tarixi”  kitabında  göstərildiyi  kimi  özünün 

keyfiyyətsiz,  Avropada  satılmayan  malları  üçün  istehlak 

bazarı tapmaq idi. (7.569) 

I  məclisdə  Heydər  bəyin  qeyd  etdiyi  kimi  “rus”, 

yəni 

müstəmləkə 



üsuli-idarəsinin 

qoluzorlu 

nümayəndələri  xarici  malların  satışını  qadağan  edib,  bu 

malları  gətirənlər  cəzalandırılır,  buna  baxmayaraq, 

“naçalnikin  xanımı”  firəng  çiti,  yəni  xarici  parçadan 

paltar  geyinir!  Ümumiyyətlə,  bütün  əsər  boyu 

M.F.Axundzadə  rusların  yeritdiyi  “bizə  olar,  ancaq  sizə 

olmaz!”  siyasətinin  ayrı-ayrı  tərəflərini  açıqlayır.  Məsə-

lən,  azərbaycanlılara  qaçaqmalçı  damğası  vurulur,  onlar 

təqib  olunur,  lakin  naçalnik  Əylisdən  olan  ermənilərin 

quldurlar  tərəfindən  soyulmasından  bərk  narahatdır, 

onları soyanları tapmaq üçün xüsusi canfəşanlıq göstərir. 

Bəs əylisli ermənilər ipəyi haradan gətirirdilər, əlbəttə ki, 

Təbrizdən! Yenə də “onlara olar, sizə olmaz!” siyasəti! 

Başqa  bir  misal!  Naçalnik  möhkəm  əmindir  ki, 

həmin əylisli erməniləri tatarlar soyub, hətta Heydər bəy 

böhtandan  qurtulub  əsl  quldurlar  tutulanda,  onları 

görmədən  belə,  naçalnik  “yəqin  ki,  genə  tatarlardır” 

söyləyir.  Başqa  bir  yerdə  Heydər  bəylə  söhbətində 

naçalnik  belə  bir  söz  söyləyir:  ”  Tatar  tayfası  tamam 

yalançı olar”. 

Tamamilə aydındır ki, M.F.Axundzadə naçalnikin 

Azərbaycan xalqına təhqiramiz münasibətini real həyatda 

dəfələrlə müşahidə etmiş, sonralar öz əsərində mənfi tipin 




M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 

17 



dili  ilə  onun  daxili  aləmini  açmaq  üsulundan  istifadə 

edərək  bu  replikaları  əsərinə  daxil  etmişdir.  Axundzadə 

çar 

məmurlarının 



bürokratizmini, 

idarələrdəki 

süründürməçiliyi, yerli əhaliyə qarşı ədalətsizliyini kəskin 

satira  atəşinə  tutmuşdur.  Qaçaq  mal  keçirmək  haqqında 

bəylərlə söhbət apararkən Hacı Qara çar bürokratik üsul-

idarəsi,  yerli  çar  məmurları  haqqında  belə  bir  mülahizə 

söyləyir: ”Rus adı gələndə bağrım yarılır. Onların qılınc-

tüfəngi  məni  o  qədər  qorxutmur  ki,  silisti,  apar-gətiri 

canıma vəlvələ salır”. N.Məmmədov da qeyd edir ki, “rus 

dedikdə  çar  məmurları,  ümumən  çar  mütləqiyyət  üsul-

idarəsi nəzərdə tutulur” (3.13) 

Əsərin  müxtəlif  yerlərində,  ayrı-ayrı  surətlərin 

dilindən çar məmurlarının özbaşınalığı, süründürməçiliyi, 

günahsız adamlara qara yaxmaq kimi mənfi keyfiyyətləri 

ifşa edilir; Hacı Qara tutulanda ilk sözləri bu olur: 

–  Evin  yıxılsın,  mənim  evini  yıxan!  Qan  qusasan, 

məni qana çalxayan! Mən hara, divan hara! Mən silistdən 

qaçırdım,  yenə  silistə  düşdüm!  Çibindən  birəyədək 

başlayacaqlar  soruşmağa.  Di  gəl  boş-boş  suallara  cavab 

ver. Gözlə ki, axırı olacaq! 

Kərəməli  hələ  I  məclisdə  Təbrizə  getməkdən 

imtina  edir,  çünki  Salyana  biletsiz  getdiyi  üçün  murov 

onu  o  qədər  döydürüb  ki,  ağrısı  hələ  də  yadından 

çıxmayıb. 

F.Qasımzadə naçalnik surətinin ikiüzlü xarakterini 

belə açıqlayır: ”O, bəylərə münasibətində alicənab, aşağı 

təbəqənin nümayəndələrinə olan münasibətində isə kobud 

və  sərtdir.  Naçalnik  qaçaq  mal  alverinə  gedən    bəyləri 

azad  etdiyi  halda,  günahsız  nökər  Kərəməlinin  üstünə 

qəzəblənib  “doğrusunu  de,  yoxsa  dərini  soyaram!”  deyə 

onu döymək istəyir. 



Afaq Yusifli İshaqlı 

 

 

18 



Naçalnik 

bəylərə 


güzəştə 

getməklə 

çar 

hökumətinin “ali silk” yəni bəy, xan, ağa və s. haqqında 



yürütdüyü  “inayət”  və  “mərhəmət”  siyasətini  həyata 

keçirir.  Ümumiyyətlə,  naçalnik  surətinin  təsvirində 

M.F.Axundzadənin qəzəbli, fəqət gizli satira gülüşü özünü 

hiss etdirir”.(1.303) 

M.F.Axundzadənin  bəylik  hüququna  münasibəti 

bu  əsərdə  diqqətdən  kənarda  qalmayıb.  Ohan  yüzbaşı 

özünün  bəylik  sənədlərini  naçalnikə  və  Heydər  bəyə 

göstərmək istəyəndə Heydər bəy bu şəhadətnamələrin heç 

nəyə  yaramadığını,  əsl  bəyliyin  qəhrəmanlıq  və  rəşadətlə 

ölçüldüyünü  qeyd  edir.  Qəribədir  ki,  əsl  bəy  olan, 

Cavanşirlər  nəslinə  mənsub  Heydər  bəy  Arazın  o 

tayındakı  dədə-baba  torpaqlarına  getdiyi  üçün,  Təbrizdə 

alver  etdiyi  üçün  izahat  verməlidir.  Naçalniklərin  əlinin 

altında  işləyib  “bəylik”  hüququ  alan  erməni  ohanlar  isə 

Arazla iki yerə bölünmüş Azərbaycanı azərbaycanlılardan 

qorumalıdırlar.  M.F.Axundzadə  məlum  bir  faktı  elə 

təqdim  edir  ki,  əlavə  sözə,  təhlilə  ehtiyac  yoxdur.  Vətən 

bölünüb,  əhali  dərbədərdir,  ermənilər  hökm-fərmadır, 

sonrasını isə artıq bilirik, bax bu, realizmdir! 

Əsərdə öz xalqına ikili münasibətdən narahat olan 

yazıçının  heç  bir  dialoqu  ümumi  fikir  axarından  kənara 

çıxmır.  Əslində  mənfi  tip  olan  Hacı  Qara  da,  dramatik 

planda  işlənmiş  Heydər  bəy  surəti  də  əsərin  bir  qədər 

pərdələnmiş ideyasına xidmət edir. 

Heydər  bəy  surətinin  təhlilinə  başlamazdan  öncə 

şagirdlərə belə bir sualla müraciət etmək olar: 

– Heydər bəy mənfi, yoxsa müsbət surətdir? Gəlin 

əvvəlcə onun müsbət keyfiyyətləri haqqında danışaq: 

–  Heydər  bəy  qorxmaz  və  igid  adamdır:  əvvəlcə 

ciddi  şəkildə  yolun  çətinliklərindən  bəhs  edən  və  yol 

yoldaşlarını  bu  çətinliklərdən  qoruyacağına  söz  verən 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə