Afaq Yusifli İshaqlı


M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi



Yüklə 0,77 Mb.
Pdf görüntüsü
səhifə2/15
tarix11.07.2018
ölçüsü0,77 Mb.
#54925
1   2   3   4   5   6   7   8   9   ...   15

M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 



tarixi faktlar: XIX əsrin əvvəllərində otuz illik bir zamanı 

əhatə  edən  işğal,  feodal  çəkişmələri  nəticəsində  gücdən 

düşmüş  Azərbaycan  torpaqlarının  bölgüsü,  zorla  tətbiq 

edilmiş  imperiya  qanunlarına  uyğunlaşan  Azərbaycan 

zadəganları,  tacirləri,  kəndliləri  və  gəncləri!  Ata-

babalarının  yaşadıqları  qayda-qanunlarla  həmin  gənclər 

istəsələr  də,  yaşaya  bilmirlər,  çünki  yeni  həyat  hər 

tərəfdən onları əhatə edir, qərarlar qəbul etməyə məcbur 

edir. Məsələn, Heydər bəy keçmiş günlərin həsrətindədir, 

lakin  yeni  qanunlarla  yaşamağa  məcburdur.  Şahbaz  bəy 

əksinə  köhnə  qanunlarla  yaşamaq  istəmir,    lakin  onun 

“üsyanı”  baş  tutmur,  cəhalət  qayalıqlarına  və  zamanın 

təsadüflərinə  çırpılaraq  məhv  olur.  Səkinə  xanımın, 

Teymur  ağanın  qələbəsi  bu  fonda  o  qədər  də  inandırıcı 

görünmür,  onlar  sanki  mübarizə  aparmadan  qalib  gəlir, 

arzularına  çatırlar.  Əlbəttə,  bu  zahirən  belə  görünür, 

M.F.Axundzadə  göstərmək  istəyir  ki,    təsadüflər  bəzən 

mane  olduğu  kimi,  bəzən  də  qalib  gəlməyə  kömək  edir. 

İnsanın mənəvi dünyasına yönəlmiş təsəvvüf ədəbiyyatına  

qarşı  çıxan    M.F.Axundzadə  Fəxrəddin  və  Fərhadın, 

Ömər  ağa  və  Əşrəf  bəyin,  Oqtay  və  Sevilin  sələflərini 

yaradarkən  müasirlərini  çətin  də  olsa,  yeni  mühitə 

uyğunlaşmağa,  mübarizə  aparmağa,  hüquqlarını  məhkə-

mələrdə,  naçalniklərin  divanxanalarında  müdafiə  etməyə 

səsləmişdir.  M.F.Axundzadə  heç  vaxt  birtərəfli  ideyaya 

malik əsərlər yaratmamış, istər Şərq cəhalətini, istərsə də 

“mədəni” Avropanı real boyalarla təsvir etmişdir. Şərq və 

Qərb mədəniyyətinin sintezinə can atan M.F.Axundzadə 

həyatın  bütöv  mənzərəsini  əsərlərində  əks  etdirməyə  nail 

olmuş,  əsərləri  ilə  yaşadığı  dövrün  canlı  salnaməsini 

yaratmışdır.  M.F.Axundzadənin  irsinin  orta  məktəbdə 

tədrisi  zamanı  bu  cəhətlər  nəzərə  alınmalı,  onun  əsərləri 

birtərəfli təhlil edilməməlidir. 



Afaq Yusifli İshaqlı 

 

 



Təhsil Nazirliyinin 17.07.2003-cü il tarixli 716 №-li 

əmri ilə təsdiq olunmuş “Ümumtəhsil məktəblərinin 5-11-

ci 

 

sinifləri 



üçün 

ədəbiyyat 

proqramı”nda 

M.F.Axundzadə irsinin tədrisinə ayrılmış vaxt və seçilmiş 

əsərlər  əsasən  əvvəlki  illərdən  fərqli  deyildir.    Bu  əsərlər 

orta  məktəbdə  ədəbiyyat  tarixi  tədrisində  ənənəvi  və  bir 

növ xrestomatik mövzulardır. 

8-ci  sinifdə  M.F.Axundzadənin  həyatı  və 

yaradıcılığı,  “Hacı  Qara”  əsərinin  oxusu,  məzmun 

üzərində iş və təhlilə proqramın “A” variantı üzrə 6 saat. 

“B”  variantı  üzrə  8  saat  vaxt  ayrılmışdır.  Qeyd  etmək 

lazımdır  ki,  hər  iki  variant  üzrə  2  saat  rabitəli  nitqin 

inkişafına  verilmişdir. 

10-cu sinifdə M.F.Axundzadə irsinin tədrisinə “A” 

variantı üzrə 8 saat, “B” variantı üzrə 13 saat vaxt ayrıl-

mışdır.  10-cu  sinifdə  M.F.Axundzadənin  həyatı  və 

yaradıcılığı,  lirikası,    “Hekayəti  müsyö  Jordan  və  dərviş 

Məstəli  şah  “  komediyası,  “Aldanmış  kəvakib”  povesti 

tədris  olunur.  Proqramın  “B”  variantı  üzrə  əlavə  olaraq 

“Sərgüzəşti-vəziri-xani-Lənkəran” 

komediyası 

tədris 


olunur.  

M.F.Axundzadə  Azərbaycan  ədəbiyyatında  əsrlər 

boyu formalaşmış epik və lirik ənənəni heç bir tərəddüdə 

yol  vermədən  sındırmış,  həqiqətən  xalqa  lazım  olan, 

əslində  xalqın  həyatının  real  inikası  olan  əsərlər 

yaratmışdır. Özü də təsadüfi deyildir ki, böyük dramaturq 

komediyaya 

daha 


artıq 

əhəmiyyət 

verirdi. 

M.F.Axundzadə  komediyalarını  farscaya  tərcümə  edən 

Mirzə Məhəmməd Qaracadağiyə göndərdiyi 1871-ci il 25 

mart  tarixli  məktubunda  yazırdı:  ”Tənqidin  moizədən 

üstünlüyünü  sübut  edən  ən  parlaq  misal  sizin 

qarşınızdadır.  Nə  üçün  uzağa  gedək?  Fərz  edək  ki,  bir 

vaiz  nəsihətçi  ata  məhəbbəti  şivəsində  bir  kitab  yazaraq 



M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi 

 

 



kimyanın  həyatda  mövcud  olmadığını  xalqa  anlatmaq 

istəmişdir. Digər tərəfdən isə başqa bir şəxs ortaya çıxmış 

ki,  “kimya  yoxdur  və  kimyanın  olduğuna  inanmaq 

olmaz”  sözlərini  dilinə  belə  gətirmir.  O,  ancaq  tənqid  və 

istehza  məqsədi  ilə  “Molla  İbrahimxəlil”    hekayətini 

yazaraq xalq arasında yaymışdır. İndi deyin görək bu iki 

növ  əsərdən  hansının  insanların  təbiətindəki  təsiri  üstün 

və  aşikardır?  Söz  yox  ki,  “Molla  İbrahimxəlil 

hekayəti”nin!  Çünki  bu  əsər  tənqid  və  istehza  üslubu  ilə 

yazılmışdır”. (5.147) 

8-ci sinifdə M.F.Axundzadə irsinin tədrisi zamanı 

diqqət məhz onun dramaturgiyasına yönəldilmişdir və bu 

mövzuya “A” proqramı üzrə 4 saat, “B” proqramı üzrə 6 

saat ayrılmışdır. “A” proqramında mövzunun tədrisi üzrə 

bölgü belə aparılmalıdır: (6.14) 

1-ci dərs:  

M.F.Axundzadənin həyatı və yaradıcılığı  – 1 saat. 



2-ci dərs: 

“Hacı Qara” əsərinin oxusu, məzmunun mənimsə-

dilməsi, mətn üzərində iş – 2 saat. 

3-cü dərs: 

Əsərin  təhlili.  Əsas  obrazların  səciyyələndirilməsi, 

Ədəbiyyat  nəzəriyyəsi:  dramatik  növ.  Komediya 

haqqında məlumat – 1 saat. 

Əvvəlki siniflərdə şagirdlər M.F.Axundzadənin irsi 

ilə  tanış  olmadığından  birinci  dərsdə  müəllim  giriş 

sözündə böyük dramaturqun həyatı ilə əlaqədar məlumat 

verməli  və  bu  məlumatların  əsas  mənbəyi  kimi  yazıçının 

özü  tərəfindən  qələmə  alınmış  və  ilk  dəfə  1887-ci  ildə 

“Kəşkül” qəzetinin 43, 44, 45-ci nömrələrində hissə-hissə 

çap olunmuş “Bioqrafiyayi, yəni sərgüzəşti-kolonel Mirzə 

Fətəli  Axundzadə”  adlı  tərcümeyi-halını  xüsusi  qeyd 

etməlidir.  M.F.Axundzadənin  həyatı  və  yaradıcılığı  ilə 



Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə