M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
43
Ş: Əsərin məzmunu İran tarixçisi İsgəndər bəy
Münşinin "Tarixi-aləm-arayi-Abbasi" kitabından götürül-
müşdür.
M: Povestin ideyası necə müəyyənləşir?
Ş: Povestin ideyası Şərq istibdad üsul-idarəsinin
ictimai eybəcərliklərini açıb göstərmək idi.
M: Əsər münəccimləri ifşa xətti ilə Axundzadənin
hansı əsəri ilə səsləşir?
Ş: Münəccimliyi, fırıldaqçılığı, yalançı cadugərliyi
ifşa xətti ilə bu povesti "Hekayəti-Molla İbrahimxəlil
kimyagər" və "Müsyö Jordan və dərviş Məstəli şah" ko-
mediyaları ilə müqayisə etmək olar.
M: Şahlıq rejimi və saray məmurlarının tənqidi ba-
xımından bu əsər Axundzadənin hansı komediyasına
yaxındır?
Ş: Bu baxımdan əsər "Sərgüzəşt-vəziri-xani-
Lənkəran" əsəri ilə müqayisə oluna bilər.
M: Axundzadənin hansı əsərinin mövzusu Cənubi
Azərbaycanla bağlıdır.
Ş: "Mürafiə vəkillərinin hekayəti" komediyasının
mövzusu Cənubi Azərbaycan həyatından götürülmüşdür.
II qrup
M: Əsər şərti olaraq neçə hissəyə bölünür və həmin
hissələr bir-birindən necə fərqlənir?
Ş: Əsər şərti olaraq iki hissəyə bölünür, birinci
hissə dramatik, ikinci hissə isə təsviri xarakter daşıyır.
M: Povestin əsas tənqid hədəfi kimdir?
Afaq Yusifli İshaqlı
44
Ş: Povestin əsas tənqidi hədəfi I Şah Abbasdır.
M: Tarixi şəxsiyyət olmuş Şah Abbas haqqında nə
bilirsiniz?
Ş: Şah Abbas Səfəvi hökmdarlarından Məhəmməd
Xudabəndənin oğludur, tarixdə Şah Abbasi-Kəbir adı ilə
tanınmışdır.
M: Şah Abbas obrazının səciyyəvi xüsusiyyətləri
hansılardır?
Ş: O, nadan, qabiliyyətsiz, rəhmsiz, qəddar bir
hökmdardır.
M: Biz Şah Abbasın nadanlığını onun hansı
hərəkətlərində görürük?
Ş: O öz ətrafına yaltaq, ikiüzlü adamları toplamış,
ölkənin idarə işlərini bacarıqsız şəxslərə tapşırmışdır.
M: Yazıçı Şah Abbasın nadanlığı və eybəcərliyini
necə açır?
Ş: Yazıçı Şah Abbasın nadanlığı və eybəcərliyini
açmaq üçün onun saray xadimlərini təqdim edir.
M: Mirzə Möhsün nə ilə fəxr edir və onun maliyyə
siyasəti nəyin göstəricisidir?
Ş: O, xəzinəni doldurmaq üçün vəzifələri pulla
satdığını və əyanlardan peşkəş aldığını söyləyir. Bununla
da ölkədə rüşvətxorluq və soyğunçuluğun artmasına
rəvac verir.
M: Mirzə Yəhyanın yeritdiyi ikiüzlü siyasət nədən
ibarətdir?
Ş: Mirzə Yəhya xəzinəni məmurların və ordunun
maaşları hesabına doldurmaq istəyir və buna nail olur.
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
45
III qrup
M: Mirzə Yəhyanın çıxışı bizə Axundzadənin
hansı qəhrəmanının danışığını xatırladır?
Ş: "Hekayəti-müsyö Jordan və dərviş Məstəli şah"
komediyasında Məstəli şah "öz" cinlərinin Həsən ağanın
sərbazına bənzəmədiyini söyləyir.
M: Doğrudur, gəlin həmin hissəni bir daha
oxuyaq. Məstəli şah deyir: "… mən Tehranda bir yol öz
gözüm ilə gördüm ki, Hacı Mirzə Ağası topxana
meydanında Mirvarid topuna baxırdı. Birdən yeddi yüz
sərbaz onun dövrəsinə çevrəyib başladı məvacib istəməyə.
Haman saat Hacı Mirzə Ağası əyilib, ayağından
başmağının tayını çıxarıb, əlinə alıb beş min yaman ilə
alıcı quş kimi, cumuldu onların üstünə. Sərbazlar kəklik
sürüsü kimi onun qabağından dağılıb qaçdılar. Xan
yanında duranlara dedi: "… Yaxşı ki, mən hələ onların
üstünə qılınc ilə cumulmadım. Mənim rüstəmanə
şücaətimin vahiməsindən ki, birdən olara həmlə elədim,
onlar belə hürküb dağıldılar." Sərkərdənin cürətində çox
sirr var idi". Bu sözlər əslində komediyanın ideyasına
xidmət edir, sanki bu komediyanı yazarkən böyük yazıçı
Şərq
dövlət
sistemi
haqqında
düşünürmüş
və
düşüncələrinin əks-sədası olan bu sətirlər burada özünə
yer tapmışdır.
M: Ümumiyyətlə, bu vəzir obrazları satirik planda
işlənib, lakin sizcə satiranın ən şiddətli epizodu hansıdır?
Ş: Sərdar Zaman xanın çıxışı satiranın əsərdə ən
şiddətli yeridir. Bu öldürücü satira ilə müəllif vəzirə gülür.
Özünün sarsaq hökm və sərəncamları ilə ölkəni xarabalığa
Afaq Yusifli İshaqlı
46
döndərən, kəndliləri aclığa və səfalətə salan belə axmaq
vəziri ifşa edir.
IV qrup
M: Axund Səməd surətini necə səciyyələndirmək
olar?
Ş: Axund Səməd riyakar, Allah və peyğəmbər
adından istifadə edib min cür fitnələr törədən, despotun
zülmünə bəraət qazandıran, haqq verən ruhanilərin
ümumiləşdirilmiş, tipik obrazıdır. Mollabaşı paxıl, kinli
və intiqamçı adamdır.
M: Axund Səmədin kinli və intiqamçı xarakteri
onun hansı hərəkətində açılır?
Ş: Keçmişdən bəri münəccimbaşı ilə ədavət aparan
Axund Səməd yaranmış vəziyyətdən istifadə edərək ona
zərbə vurmaq, intiqam almaq istəyir. Onun bəlanın özü
haqqında məlumat verdiyinə görə əlacı haqqında da bilgi
verməsini istəyir. Əks təqdirdə xəyanətdə günahlandırıb
başının vurulmasını tələb edir. Axund Səməd eyni qərəzlə
Yusif Sərracdan da intiqam almaq istəyir. Əsərin
sonunda isə vəzifəsinin Molla Ramazana verildiyini
eşidib həbsxanada hikkəsindən ürəyi partlayıb ölür.
M: Münəccim surətləri vasitəsilə Axundzadə hansı
həqiqətləri açmaq istəmişdir?
Ş: Povestdə təsvir olunan münəccimbaşı Mirzə
Sədrəddin və onun müəllimi Mövlana Cəmaləddin də
yazıçının tənqid hədəfləridir. Onların hər ikisi
mənsəbpərəst və qorxaq adamlardır. Şahın yanında
nüfuzlarını artırmaq üçün ona yaltaqlanır, qulluq
göstərməyə çalışırlar. Məsələn, Mirzə Sədrəddin bəla
xəbərini tez-tələsik Şah Abbasa çatdırır, bununla da
Dostları ilə paylaş: |