M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
39
o cümlədən İran tarixçisi İsgəndər bəy Münşinin Şah
Abbas dövrünün təsvirini verən "Tarixi-aləmarayi-
Abbasi" əsərini mütaliə etdiyini göstərməkdədir.
Əsərin mövzusunun və ideyasının mahiyyəti ilə
qısaca tanışlıq başa çatdıqdan sonra əsərin I hissəsinin
oxusu təşkil edilir. Müəllimin göstərişi ilə şagirdlər
müvafiq mətni oxuyurlar. Lazım gələrsə, obrazları
bölüşdürüb əsərin I hissəsini səhnələşdirmək olar. Müəllif
təsvirlərini müəllimin özü, yaxud aparıcı təyin edilmiş
şagird, ayrı-ayrı surətlərin danışığını isə ifadəli oxu
qabiliyyətləri olan şagirdlər canlandıra bilərlər. Hər bir
xarakterik hissədən sonra mətnin məzmununu tezis
şəklində sxematik formada əks etdirmək olar. (Sxem 2).
Bu sxemdən Şah Abbas və vəzirlərinin surətlərini
səciyyələndirərkən istifadə etmək olar. I hissənin oxusu
başa çatdıqdan sonra hissənin planı tutula bilər:
– Şah Abbasla Səlmi xanımın söhbəti;
– Mirzə Sədrəddinin gəlişi;
– Vəzirlərin şahın hüzuruna çağırılması;
– Mirzə Möhsünün şaha müraciətlə söylədikləri;
– Zaman xanın çıxışı;
– Mirzə Yəhyanın öz əməlləri haqqında məlumatı;
– Mollabaşı Axund Səmədin "öz fəaliyyəti"
haqqında danışması və sonda Mirzə Sədrəddini
günahlandırması;
– Mövlana Cəmaləddinin gəlişi ilə Mirzə
Sədrəddinin cəzadan qurtarması;
– Mövlana Cəmaləddinin təklifi ilə qətli vacib
insanın seçilməsi və Axund Səmədin təklifi ilə həmin
şəxsin Yusif Sərrac olması.
Beləliklə, dərsin sonunda I hissənin məzmunu
yekunlaşdırılır və şagirdlərə evdə ikinci hissəni oxuyaraq
məzmununu öyrənmək tapşırılır.
Afaq Yusifli İshaqlı
40
II dərsdə müəllim ikinci hissənin məzmununu yox-
layarkən aşağıdakı suallardan istifadə edərək həm
məzmunun mənimsənilmə səviyyəsini müəyyənləşdirir,
paralel olaraq Yusif Sərrac surətinin təhlili zamanı lazım
olacaq sxemlərin hazırlanmasını aparır. (Sxem 3 və 4).
1. Yusif Sərracın ailəsi və vətəni haqqında nə
bilirsiniz?
2. Yusif Sərrac harada təhsil almışdı və nə üçün
ruhani olmaq istəməmişdi?
3. Yusif sərraclıq sənətini harada öyrənmişdi?
4. Yusif Sərrac nə üçün paytaxtda yaşayırdı?
5. Şah Abbas taxtdan əl çəkməsini necə elan edir?
6. Hansı qadınlar Şah Abbasdan boşanırlar və
onların sonrakı taleyi necə müəyyənləşir?
7. Boşanma və yenidən kəbini kəsilməsini hansı
molla yerinə yetirir?
8. Yusif Sərracın dükanı harada idi?
9. Əyanlar gələndə Yusif Sərrac nə işlə məşğul idi
və nədən şikayətlənirdi?
10. Şah olduğunu Yusifə kim söyləyir və Yusifin
reaksiyası necə olur?
11. Yusif Sərracı kim inandırır və onun şah elan
edilməsi mərasimi necə keçirilir?
12. Axundzadə əsərin məzmunu daxilində İran
şeirinə öz münasibətini necə bildirir?
13. Yusif şah xidmətçilərlə necə tanış olur?
14. Baş verən hadisənin kökündən Yusif Sərracı
kim agah edir?
15. Yusif Sərrac nə üçün şahlıqdan imtina etmir?
16. Onun şahlıqda ilk əmri nədən ibarət olur?
17. Otaqları və xəzinəni gəzən Yusif ailəsinə necə
hədiyyələr göndərir?
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
41
18. Yusif şah hakimiyyətinin ilk günündə vəzifələri
kimlərə verir?
19. Yusif Sərrac vilayət hakimlərinə necə əmrlər
göndərir?
20. Yusif şahın islahatları nədən ibarət idi?
21. Yusif şah rüşvəti ləğv etmək üçün hansı
tədbirlər görür?
22. Axund Səməd niyə həlak olur?
23. Yusif şah Qəzvin şəhərində hansı abadlıq işləri
aparmağı əmr edir?
24. Yusif şah hansı ölkənin elçilərini qəbul edir?
25. Bir həftəlik hakimiyyətdən sonra xalq Yusif
şah haqqında hansı fikirdədir?
26. Kimlər Yusif şahı hakimiyyətdən salmaq üçün
fəaliyyətə başlayırlar? Onların məqsədi nədən ibarət idi?
27. Üsyançıların dəstəsi saraya daxil olana kimi
hansı hadisələr baş verir?
28. Yusif Sərracın taleyi necə olur?
29. Həbsdən azad edilən Mövlana Cəmaləddin
nəyi məsləhət görür?
30. Axundzadə ulduzların aldadılmasını əsərin
sonunda necə izah edir?
31. I Şah Abbas haqqında müəllif nəyi qeyd edir?
Məzmunun mənimsənilməsini yoxladıqdan sonra
müəllim şagirdlərə hər bir surətin xarakterik cəhətlərini
seçərək ədəbiyyat dəftərlərinə qeyd etməyi tapşırır. Bunu
ev tapşırığı kimi yerinə yetirən şagirdlərə tövsiyə olunur
ki, sinifdə məzmun üzərində iş zamanı tutulmuş
sxemlərdən istifadə etsinlər. (Sxem 3 və 4).
III dərsdə əsər təhlil edilir. Müəllim dərsin
məqsədini düzgün müəyyənləşdirməli və təhlili bu
məqsədlər
əsasında
qurmalıdır.
Təhsilləndiricilik
baxımından dərs ədəbiyyat tariximizə povest janrının ilk
Afaq Yusifli İshaqlı
42
nümunəsi kimi daxil olmuş "Aldanmış kəvakib" əsərinin
əsas müsbət qəhrəmanı Yusif Sərracın Axundzadənin
demokratik ruhlu hökmdar idealı kimi təqdim olunması,
ədibin xalq hakimiyyəti arzusu ilə yaşaması şagirdlər
üçün tam aydınlaşdırılmalıdır.
Dərsin tərbiyələndirici məqsədi Yusif Sərracın
düşüncələrinin xalqa və vətənə bağlılığı, islahatçılıq
fəaliyyətinin demokratik prinsiplər əsasında qurulmasının
aydınlaşdırılmasıdır.
Dərsin inkişafetdirici məqsədi maarifçi islahat
planlarının ölkənin iqtisadiyyatında əsaslı dəyişikliklər
olmadan
baş
tutmasının
mümkünsüzlüyünə
inandırmaqdır.
Təhlili müasir dərsin tələbinə uyğun olaraq
qruplar üzrə aparmaq məqsədəuyğundur, çünki bu zaman
sual vərəqlərində yazılmış suallarla şagirdlər əvvəlcədən
tanış olur, daha dolğun cavablar hazırlayırlar ki, bu da
dərsin səmərəliliyini artırır. Hər bir qrupun üzvləri "öz"
suallarına cavab vermək imkanına malikdirlər, lakin
cavab dəqiq olmadıqda digər qrupun üzvləri kömək edə
bilərlər.
I qrup
M: Əsərin tam adı necədir?
Ş: Əsərin adı "Aldanmış kəvakib" və ya "Hekayəti-
Yusif şah"dır.
M: Bu əsər ilə Axundzadə Azərbaycan ədəbiyyatı
tarixinə hansı yeniliyi gətirmişdir?
Ş: Bu əsər ilə ədib yeni tipli bədii nəsrin, povest
janrının əsasını qoymuşdur.
M: Əsərin məzmunu haradan götürülmüşdür?
Dostları ilə paylaş: |