M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
35
qadağan etməsini tələb edir. Ərinin "xamır ağız"
olduğunu görəndə Məstəli şahın köməyinə əl atır və
qəribə də olsa, istəyinə nail olur.
Komediyada
qadınların
gülüş
doğuran
xüsusiyyətləri onların Şahbaz bəyi səfərdən saxlamaq
üçün göstərdikləri fəaliyyətlərində üzə çıxır. Həm
Şərəfnisə, həm də Şəhrəbanu avamlıqları ucbatından
Məstəli şahın yalan cadularına ürəkdən inanır, onun
Qarabağda oturub Parisi dağıdacağına ümid bəsləyirlər.
Pyesin gülüş doğuran mahiyyəti də bundadır: qadınlar öz
qələbələrinin
arxasındakı
məğlubiyyətlərini
görə
bilmirlər, aldanışlarını dərk etmirlər.
Məstəli şah hiyləgər, fırıldaqçı, camaatın, xüsusən
qadınların avamlığından istifadə edib meydan sulayan
tüfeyli
dərvişlərin
ümumiləşdirilmiş
surətidir.
Ümumiyyətlə,
bütün yaradıcılığı boyu fırıldaqçı
kimyagər, cadugər, münəccim, vəkil obrazları yaradan
M.F.Azundzadə bu obrazların daxili aləmini əsasən elə
onların öz dili ilə açır. Yazıçı Məstəli şahın da həqiqi
simasını onun öz köməkçisi Qulaməli ilə söhbətində açır.
Qadınları aldatmağı bacaran, kişilərdən qorxan Məstəli
şah Qulaməli ilə farsca apardığı söhbətində öz daxili
simasını tamamilə açmış olur. Dramaturq onu bu şəkildə
təqdim etməklə o zaman Azərbaycanda çox yayılmış
yalançı, fırıldaqçı, hiyləgər dərvişləri ifşa edir.
Ümumiyyətlə, komediya dramaturji cəhətdən mü-
kəmməl olduğu kimi, surətləri də mürəkkəb, canlı veril-
mişdir. Bu surətlərdə zidd səciyyələr vəhdət halındadır.
Əhvalatlar daimi hərəkətdə, fasiləsiz fikir mübadilələrilə
inkişaf edir. Buna görə surətləri səciyyələndirərkən sadəcə
olaraq mətnə əsaslanmaq, nəticələri çıxarmağı surətlərin
replikası əsasında olduğunu şagirdlərə öyrətmək çox
vacibdir.
Afaq Yusifli İshaqlı
36
***
M.F.Axundzadə irsinin orta məktəbdə tədrisi
37
III HİSSƏ
İ.Münşinin əsərlərini oxuyarkən başqa tarixi
hadisələrlə yanaşı Şah Abbasın və onun saray əyanlarının
cəhalətini, fanatizmini, habelə ruhanilərin hiyləgərliyini
və fitnəkarlığını göstərən kiçik, lakin çox maraqlı hadisə
M.F.Axundzadənin
diqqətini
cəlb
etmişdir.
Münəccimlərin və ruhanilərin məsləhəti ilə taxtdan əl
çəkib üç günlüyə Yusif Sərracı şah elan edən Şah Abbasın
başına gələn hadisə əsərin ilk rüşeymini təşkil edir.
Axundzadə özü də mövzunun real bir həyat hadisəsi
olduğunu əsərinin bir yerində qeyd edir: "Olur ki,
xanəndələr bu güzarişin vüquunda şübhə edib, onu kizbə
həml edələr; bu surətdə mən olardan təvəqqə edərəm ki,
"Tarixi-aləmarayi"də Şah Abbasın cülusunun yeddinci
ilində sadir olan vəqayəyə mülahizə etsinlər." (8.246).
"Tarixi-aləm-ara"dakı hadisədən yaradıcı bir
sənətkar kimi sərbəst istifadə etdiyini, həmin hadisənin
onun üçün ancaq bir çıxış nöqtəsi olduğunu Axundov özü
belə aydınlaşdırır:
"Came-cəm" əsərinin mütərcimi şahzadə Fərhad
Mirzə Məkkə ziyarətinə gedərkən Tiflisə gəldiyi zaman
mənə dedi:
– Mirzə Fətəli, "Tarixi-aləm-ara"da Yusif Sərracın
nağılı o qədər müfəssəl deyildir ki, sən yazmışsan, nə üçün
o əhvalatı bu qədər artırıb uzatmışsan?
Dedim: – Şahzadə, mən məgər tarix yazmışam ki,
hər nə ki, olmuş onu yazım? Mən bir kiçik məsələni əldə
bəhanə edib öz fikrimdə onu genişləndirmişəm. O
zamanın nazirlərinin və dövlət başçılarının ağılsızlığını
Afaq Yusifli İshaqlı
38
ifşa etmişəm ki, gələcək nəsillər üçün ibrət olsun. Qoy
onlar bir daha axmaq münəccimlərin sözlərinə və
xəbərlərinə inanmasınlar və özlərini o cür hərəkətlərlə
xarici millətlərin məsxərəsinə hədəf etməsinlər. Bu kimi
əsərlərə roman deyilir." (5.193-194).
M.F.Axundzadə irsi ilə az-çox tanış olanlar üçün
bu əsərin ideya-bədii dəyəri çox yaxşı məlumdur. Ənənəvi
olaraq orta ümumtəhsil məktəbinin üçüncü pilləsində, yəni
10-cu sinifdə "Aldanmış kəvakib və ya hekayəti-Yusif şah"
povestinin tədrisinə xeyli vaxt ayrılır. 2004-cü ildə tövsiyə
olunmuş və hal-hazırda orta ümumtəhsil məktəblərində
tədris olunan proqramda povestin tədrisinə 3 saat vaxt
ayrılmışdır. Həmin saatların aşağıdakı kimi bölünməsi
tövsiyə olunur:
1. "Aldanmış kəvakib" povestinin mövzusu və
məzmunu – 1 saat.
2. Povestin məzmunu üzərində iş – 1 saat.
3. "Aldanmış kəvakib" əsərinin təhlili: əsas
surətlər. Şah Abbas, Yusif Sərrac, saray xadimləri.
Ədəbiyyat nəzəriyyəsi: povest – 1 saat.
I
dərsdə
"Aldanmış
kəvakib"
povestinin
Azərbaycan ədəbiyyatı tarixində yeni tipli bədii nəsrin
olduğu fikri açıqlanır, povestin ideyasının Şərq istibdad
üsuli-idarəsinin ictimai eybəcərliklərini göstərdiyi faktlar
və mənbələr əsasında açıqlanır.
Şagirdlərə
çatdırılmalıdır
ki,
ədibin
şəxsi
kitabxanasında tarixə aid kitabların çox olmasından, bu
kitabların səhifələrində etdiyi qeydlərdən, Yaxın Şərq
xalqlarının tarixinə dair yazmış olduğu məqalələrindən
onun mövzu ilə bağlı ciddi araşdırma apardığını görmək
mümkündür. Əldə olan faktlar və sənədlər Axundzadənin
İran tarixilə, xüsusilə Şah Abbasın dövrü ilə
maraqlandığını, bu dövrə aid bir çox əsərlər oxuduğunu,
Dostları ilə paylaş: |