Afse a fəLSƏFƏ


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1



Yüklə 5,05 Kb.
Pdf görüntüsü
səhifə37/74
tarix22.11.2017
ölçüsü5,05 Kb.
#11505
1   ...   33   34   35   36   37   38   39   40   ...   74

Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 112 -
strategiyanı dominantlığın göstəricisi kimi "lider" yaxud “vacib dövlət” ide-
yaları əvəzləyir. Bu ifadə ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayta aid-
dir və həmin ideya eks-prezident Bill Klinton tərəfindən də dəstəklənmişdir. 
Liderliyi qoruyub saxlamaq üçün proqnozlaşdırılan yüksəliş və rəsmi 
strategiyanın gözlənilmədən uğursuzluğa düçar olması belə bir inam forma-
laşdırmağa başladı ki, təkqütblü sistem olduqca təhlükəli və qeyri-stabil ma-
hiyyətə malikdir. Belə ki, tədqiqatçılar təkqütblü sistemi hərtərəfli müzakirə 
obyektinə çevirmiş və bu barədə onların ümumi rəyi də, əsasən monopolyar 
sistemin məhvə məhkum olması ilə əlaqədar olmuşdur.  
Neorealistlərə görə, təkqütblü sistem bütün strukturlar arasında stabil-
lik ehtimalı ən aşağı dərəcədə olanıdır. Çünki gücün hər hansı bir konsentra-
siyası digər dövlətləri təhlükə altında qoyur və onları qüvvələr balansını tə-
min etmək üçün tədbirlər görməyə vadar edir. Digər qrup alimlər isə ehtimal 
edirlər ki, gücün konsentrasiyası son nəticədə sülhə gətirir. Lakin onlar Ame-
rika Birləşmiş Ştatlarının üstünlükdən daha çox öz maraqlarını təmin etmək 
məqsədilə istifadə etməyəcəyinə də şübhə ilə yanaşırlar [25, s. 915-916]. 
Ç.Kupçan qeyd edir ki, Birləşmiş Ştatların üstünlüyü möhkəm deyildir 
və digər dövlətlərin aksiyaları  nəticəsində asanlıqla ortadan qaldırıla bilər 
[14, s. 46]. Analitiklərin əksəriyyəti vahid mərkəzdən idarə olunan dünyanı 
– yunipolyar sistemi, "illuziya" (“illusion”), yaxud "təkqütblü an" (“unipolar 
moment”), "uzun müddət davam etməyən" (“will not last long”), yaxud da 
"çoxqütblülüyə güzəştə gediləcək" (“giving way to multipolarity”) kimi xa-
rakterizə edirlər. Lakin beynəlxalq münasibətlər üzrə tanınmış  tədqiqatçı 
Ç.Krautammer yunipolyar sistemin perspektivinə daha çox inanır. O, “tək-
qütblü an” ifadəsini istifadə edərək iddia edir ki, təkqütblülük ən son insan 
nəslinə  qədər davam edəcək potensiala sahibdir. Q.Sneyderin fikrincə isə, 
“beynəlxalq system yenicə formalaşmaqda olan çoxqütblülük kimi təzahür 
etsə də, birqütblülük təsiri bağışlayır” [24, s. 18]. Lakin alimlərin bir çoxu 
beynəlxalq sistemin tamamilə  təkqütblü olmasına tərəddüdlə yanaşırlar. 
S.Hantinqtonun problemə yanaşması isə daha maraqlıdır. O, “Təkbaşına su-
pergüc” (“The Lonely Superpower”) adlı  məqaləsində beynəlxalq münasi-
bətlər sisteminin gələcəyini xarakterizə edərkən "vahid çoxqütblülük" (“uni-
multipolarity”) terminindən istifadə edir [11, s. 36].  


Siyasi elmlər 
 
 
- 113 -
Beynəlxalq münasibətlər üzrə mütəxəsisslər təkqütblülük haqqında fi-
kir yürüdərkən, əksəriyyət tərəfindən eyni dərəcədə qəbul edilə bilən yanaş-
maya getdikcə daha çox diqqət yetirirlər. Onların fikrincə, yunipolyar sistem 
daimi struktur kimi düşünülərkən, beynəlxalq sistemdə dəyişik elə bir səviy-
yəyə çatır ki, bu zaman başqa dövlətlər özünü hegemon hesab edən güc 
mərkəzini balanslaşdırmaq üçün konfliktlərə meyllənirlər. Professor S.Xəli-
lov qeyd edir ki, bir çox hallarda kiçik dövlətlər arasında münaqişə ocaqları-
nın, yarı sülh, yarı müharibə şəraitinin saxlanılması da böyük dövlətlərə öz 
geosiyasi planlarını  həyata keçirmək sahəsində manevrlər etmək üçün im-
kan yaradır [9, s. 334]. Elə bu səbəbdən, təkqütblülüyün qeyri-stabil olması 
ideyası Soyuq müharibədən sonra dünya siyasət arenasında hərtərəfli müza-
kirələrə yol açmışdır.  
 
Təkqütblü sistemin sabitliyi problemi 
1990-cı illərdən etibarən siyasi müzakirələrdə mərkəzi yer tutan prob-
lemlərdən biri də inkişaf etməkdə və dəyişməkdə olan beynəlxalq əməkdaş-
lığın modellərinin müəyyənləşdirilməsi, sıradan çıxmış qüvvələr balansının 
tənzimlənməsi oldu. Bu problemləri tədqiq edən Uilyam Uolfort “Təkqütblü 
dünyanın stabilliyi” əsərində qeyri-sabit olan gücün paylanmasına xidmət 
edən və konfliktə meyilli üç mühakimə irəli sürür [28, s. 30]. 
Birinci mühakimə sistemin birqiymətli  şəkildə  təkqütblü olmasından 
ibarətdir. Digər bir dövlət üzərində özünü biruzə verən üstünlüyün və nüfuz 
dairəsinin getdikcə genişlənməsini müşahidə etmək Amerika Birləşmiş Ştat-
ların xarici siyasət prinsiplərinə tamamilə uyğundur. Beynəlxalq münasi-
bətlər sisteminin münaqişələrlə zəngin olan son iki əsrdəki strukturuna diq-
qət yetirsək görərik ki, böyük güclər əsasən bir və ya iki aparıcı dövlətin tər-
kibində birləşmiş  və ya buna meyl göstərmişlər. Bu faktor özünü xüsusilə 
dünya müharibələri ərəfəsində və müddətində, yaxud Soyuq müharibə döv-
ründə göstərmişdir.  
Ötən  əsrin sonlarından etibarən beynəlxalq münasibətlərdə müşahidə 
olunan başlıca tendensiya onun bir çox istiqamətlərdə əsasən təkqütblü xa-
rakter almağa başlaması oldu. Tədqiqatçıların bir çoxunun da qeyd etdiyi ki-
mi, Amerika Birləşmiş  Ştatlarını müasir dünya sistemində gücün bütün 


Fəlsəfə və sosial-siyasi elmlər – 2011, № 1 
 
 
 
- 114 -
aparıcı sahələrində – iqtisadiyyat, texnologiya, hərbi və geopolitik sahələrdə 
həlledici üstünlüyə malik olan lider dövlət saymaq mümkündür. U.Uolfort 
dünyanın təkqütblü xarakterini izah edərkən əsas etibarilə gücün maddi ele-
mentlərini mərkəzləşdirir. Lakin Aleksandr Vendt, Ceffri Leqro və Andrey 
Moravsik kimi bir çox digər tədqiqatçılar ideya və maddi qüvvələr arasında 
fərqli cəhətlərin izahına geniş yer ayırır [27, s. 66]. Cozef Nay “Liderlik 
həddi: Amerikan gücünün dəyişkən təbiəti” (“Yumşaq güc” anlayışı) əsərlə-
rində bu problemə geniş yer ayırır. O qeyd edir ki, “Gücün bir çox qeyri-
maddi elementlərində də ABŞ üstün hesab olunur və bu amil təkqütblü sis-
temin stabil olması arqumentini gücləndirir” [20, s. 122].  
Sistemin birqiymətli  şəkildə  təkqütblü olmasını daha məqbul hesab 
edən yanaşmaya görə, gücün kəmiyyət və keyfiyyət baxımından görünmə-
miş dərəcədə konsentrasiyasını qısamüddətli və müvəqqəti "an" kimi təsvir 
etmək, kökündən yanlışdır. 
İkinci mühakimə isə  təkqütblülük tendensiyalarının sülhə meyilli xa-
rakterə malik olması ilə bağlıdır. Amerika Birləşmiş Ştatlarının təbii gücü o 
deməkdir ki, hazırkı sistemlərdə konfliktin vacib əhəmiyyət kəsb edən mən-
bəyi kimi iştirak etmir. O, beynəlxalq arenada aparıcı qüvvə kimi hegemon 
qüdrəti təmsil edir. Belə bir situasiyada heç bir əsaslı güc faktoru Birləşmiş 
Ştatların digər bir dövlətlə apardığı müharibə zamanı və ya rəqabətin daha 
da kəskin xarakter aldığı bir vəziyyətdə ondan daha üstün olduğunu iddia 
edən siyasi mövqe nümayiş etdirə bilməz. Yaxud, heç bir əsaslı güc faktoru 
Amerika Birləşmiş  Ştatları  əleyhinə ümumi mübarizə kampaniyası forma-
laşdırıb ona qarşı güc nümayiş etdirə bilməzdi. Bunun bir səbəbi də odur ki, 
təkqütblülüyün özü də bir çox məqamlarda digər aparıcı güc faktorları ara-
sında təhlükəsiz rəqabəti təmin edir. Sistemin lider dövləti olaraq ABŞ-ın 
lokal konfliktləri və digər güc faktorları arasında getdikcə artan rəqabəti zə-
iflətməkdən ötrü beynəlxalq təhlükəsizlik institutlarının aparıcı gücünü əlin-
də saxlamaq üçün xüsusi vasitələri və rıçaqları mövcuddur.  
Üçüncü mühakimə isə ondan ibarətdir ki, iddia olunan təkqütblülük 
sülhsevər mahiyyətə malik deyil, lakin stabil bünövrəyə  və sağlam təbiətə 
sahibidir. Kennes Uolts ilk dəfə stabilliyin iki mənasını "İkiqütblü dünyanın 
stabilliyi" anlayışında birləşdirmişdir. Onun fikrincə, "stabillik" sülhsevərlik 


Yüklə 5,05 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə