63
manat, sən isə 3 manat – nədən belə? Ağa Musa belə cavab
verir: – “Sən “Hökumətsən”, verərsən də”...
Xəstəxanalar, zavodlar, mehmanxanalar, məktəblər tikdirən-
lər siyahısında birinci olan Ağa Musa, bir çox başqa siyahılarda
da birinci olmuşdur.
Azərbaycanlı qızlarını savadlı görmək arzusu ilə Realnı
məktəbə himayədarlıq etməklə yanaşı, qızlar üçün “məktəbəqə-
dər siniflər” açan və onların hər il təhsil haqqını ödəyən Ağa
Musa Nağıyevin etdikləri danılmazdır.
“VENZEL”ləri (Emblema) – binalarının üzərində həkk
olunmuĢ daĢ kitabələr - onun möhürü olub, bu gün “Xatirə
lövhəsini” əvəz edir.
Uzat əllərini, tut əllərimdən,
Əllərin əlimə toxunsun, bir an.
Danış babamızın əməllərindən,
Bizi qovuşdurdu yenidən zaman.
64
NAHAQQA MESAJ
Ə
srin əvvəllərində Azərbaycanda neft sənayesinin coşqun
yüksəlişi tez bir zamanda milli burjuaziyanın da formalaşmasına
səbəb oldu. Uzun müddət sadə xalqın düşməni kimi təqdim
edilən burjuaziya haqqında formalaşmış təsəvvürlər məhz Sovet
epoxasından sonra bu sinfin bir çox nümayəndələrinin xidmət-
ləri, xalqın mənafeyi üçün gördüyü işlər, həm xatirələrdə yaşa-
yan, həm arxiv sənədlərində qeyd olunan fəaliyyətləri aşkarlan-
dığı halda, nədənsə H.Z.Tağıyev, A.M.Nağıyev kimi sələflərin
yolunu davam etdirənlər tapılmır?
Milyonçu sahibkarlarımız arasında ən çox məşhur olanı
H.Z.Tağıyev idi.
Lakin nədənsə Hacı Zeynalabdindən sonra Azərbaycan milli
burjuaziyasının görkəmli nümayəndəsi olan Ağa Musa Nağıyev
“xəsis” ləqəbi ilə damğalanmışdır. Yazıçı Manaf Süleymanovun
80-cı illərin axırlarında çapdan çıxmış “Eşitdiklərim, oxuduq-
larım, gördüklərim” kitabı inqilabdan əvvəl neft maqnatları haq-
qında oxuculara ilk tanışlıq verən mənbələrdən olmuşdur.
Ağa Musa haqqında yazmağa məni məcbur edən amillərdən
ən əsası da bu oldu.
Hər
dəfə eşidəndə ki, Ağa Musanın ünvanına “xəsis” deyilir,
ürəyim yanır.
Çoxları onun pulunun qədrini bilən olduğu fikri yaxına bu-
raxmırdı. Görünür xeyriyyəçiliyilə öndə gedən Ağa Musanı gö-
zü götürməyənlər dostundan çox olub.
Hacı Zeynalabdin Tağıyevin qızı Sara xanımın xatirələrin-
dən birində belə bir epizoda rast gəldim: “Qardaşım ilə mərc
qoşdum və gəminin ilminatorunun qalın şüşəsini dəmir parçası
ilə vurub, sındırdım. Bundan xəbər tutan atam, məni bir aylıq
xərcimdən məhrum edib, şüşənin bərpasına verdi”. Bu
insan