9
list” damğası vurulur. Bunun nəticəsidir ki, milyonçu dünyasını
dəyişdikdən sonra vəsiyyətinə rəğmən Kərbəla ona qismət ol-
mur.
Keçmişimizə hörmətlə yanaşmaq, Azərbaycanın tarixini,
onun dəyərli səhifələrini övladlarımıza, gələcək nəslə ötürmək
hər birimizin borcudur.
Dilarə xanımın bu mövzuya müraciət etməsi və zaman mə-
safəsində qazandığı nailiyyətləri, onun vətənpərvərlik hisslərin-
dən, humanizmindən, incə, nəcib duyğularından irəli gəlir. Xey-
riyyəçilik prinsipləri ilə tanınan, insanlara maddi və mənəvi da-
yaq olan bu xanımın ürək genişliyi onun ətrafında olan insanlara
sevgi hissini aşılayır.
O, xalq üçün yaşanan ömrün davamçısı olaraq məsuliyyət
və qətiyyəti gündəmə gətirib.
Onun yazdığı hər bir fəsildə Azərbaycanın dövlətçilik prin-
sipləri, onun coğrafiyası, tarixi, tanınmış simaların portret ciz-
giləri əsas xətt olaraq təqdim olunur. Buradakı hər iz tariximizin
bir parçası, yaşanılan illərin əks-sədasıdır desək, fikrimizdə ya-
nılmarıq.
Neçə əsirlik tariximizi “ Daş kitabə”lər vasitəsilə bizlərə əxz
etməkdir onun məqsədi.
Kitabı oxuyarkən Dilarə xanımın bu sahədə etdiklərinə nə-
zər yetirdikcə, artıq onun saldığı ləpirləri görmək olur.
Akademik Arif HəĢimov
AMEA-nın birinci vitse-prezidenti