Agarəhim Əsərlər Ana dilinin tədrisi metodikası



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə435/457
tarix25.12.2022
ölçüsü4,61 Mb.
#97890
1   ...   431   432   433   434   435   436   437   438   ...   457
ADTM dərsliyi ağarəhim müəllim

Ağarəhim Əsərlər 
448 
hekayə qurdursun. 
Qabaqcıl müəllimlər III-IV siniflərdə bu işi bir qədər də konk-
retləşdirirlər. Məsələn, IV sinifdə müəllim şagirdləri üç qrupa ayı-
rır. Hər qrupa ayrıca tapşırıq verir: Birinciyə ―Payızda təbiət mən-
zərələri‖, ikinciyə ―Payızda məhsul toplanışı‖, üçüncüyə isə ―Pa-
yızda insanların əməyi‖. Bu mövzular əsasında şagirdlər öyrəndik-
ləri ilə müşahidələri, şəxsi təcrübələri arasında əlaqə yaradır, hər 
biri əqli nəticələrə gəlir, konkret mövzu ilə bağlı çıxış edir. Beləlik-
lə, sinifdə canlı və rəngarəng inşalar alınır. 
III-IV siniflərdə şagirdlərə ictimai həyatdan bəhs edən material-
lar da təqdim olunmalıdır. Tutaq ki, III sinifdə şagirdlər ―Xalqımı-
zın keçmişi‖ mövzusu ilə əlaqədar ―Keçmişdə fəhlələr necə yaşa-
yırdılar‖ və ―Keçmişdə kəndlilər necə yaşayırdılar‖ mətnlərini oxu-
yub öyrənmişlər. 
Bir-iki gün əvvəl sinifdə ―Xalqımızın keçmişi‖ haqqında müsa-
hibə aparılır. Sonra birinci qrupa ―Keçmişdə və indi kəndlilərin hə-
yatı‖, ikinciyə ―Keçmişdə və indi fəhlələrin həyatı‖, üçüncüyə isə 
―Keçmişdə və indi uşaqların həyatı‖ mövzuları verilir və növbəti 
dərsdə həmin mövzularda şifahi inşa quracaqları çatdırılır. Şagird-
lər oxuduqlarını, yaşlılardan eşitdiklərini xatırlayır, nədən və necə 
danışacaqları haqqında düşünürlər. Növbəti dərsdə hər qrup bildik-
lərini monoloji şəkildə danışır. Bu zaman şagirdlərin söylədikləri 
faktlar, hadisələr bu və ya digər mənbəyə əsaslanır, işlətdikləri söz, 
ifadə və cümlələr müstəqil təfəkkürün məhsulu olur. Hər bir şagird 
hadisələrə öz şəxsi münasibətini bildirir, fəhlələrin, kəndlilərin və 
uşaqların xalqın keçmişi ilə müasir həyatı arasındakı kontrastı ver-
məyə çalışırlar. Bütün bunlar şagirdlərin monoloji nitqinin inkişa-
fına güclü təsir göstərir. 
Ümumiyyətlə, ibtidai siniflərdə materialın məzmununun nağıl 
olunması şagirdlərin idrak fəaliyyətini fəallaşdırmaqla, onlarda təh-
lil-tərkib aparmaq, fikrini sübuta yetirmək bacarıqları aşılayır, mo-
noloji şifahi nitqlərini inkişaf etdirir. 

Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   431   432   433   434   435   436   437   438   ...   457




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə